Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1170/2019 06.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib-İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası nın 12 mart 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli hökmü ilə (hakimlər: E.İ.Rüstəmov (sədrlik edən və məruzəçi), D.H.İmanov və M.Ə.Bağırov) Məhkum- 12.07.1994-cü il tarixdə Ağstafa rayonunun ********** kəndində anadan olmuş, Azərbaycan Respublikası Vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağstafa rayonunun Poyluqəsəbəsində yaşayan Azərbaycan Respublikası CM-nin 126.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 62ci maddəsi tətbiq edilməklə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, 06 aprel 2018-ci il tarixdə saat 23 radələrində Ağstafa-Sadıqlı avtomobil yolundan təxminən 400 metr kənarda, Ağstafa rayonunun ******** kəndinə gedən torpaq yolda həmkəndlisi, X5 ilə 5 AZN pulun vaxtında qaytarılmaması səbəbindən baş vermiş münaqişə zamanı E6 yumruqla qəsdən onun sifət nahiyyəsinə vurub yerə yıxaraq təpiklə bədəninin müxtəlif nahiyyələrinə vurub, onun üst dodağın iç selikli qişasında yara, sağ bazunun və sağ kürək nahiyyəsində sıyrıqlar kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirməsindən sonra ayağa qalxaraq əyninə geyinmiş olduğu cins şalvarın arxa cibindən çıxardığı zavod üsulu ilə hazırlanmış, bir tətəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən turist bıçağı ilə E6 sinə, qarın v ə kürək nahiyyələrinə qəsdən ümumilikdə üç dəfə zərbə vurub, sonuncuya sağ tərəfli hemotoraks, sağ döş arteriyasının kəsilməsi,kəskin daxili qanaxma, sağ ağciyərin aşağı payının kəsilmiş-deşilmiş yarası, İİ-İİİ qabırğaların kəsilməsi, hipovolemik şok İV dərəcə, kəskin tənəffüs çatışmazlığı,qarının ön divarının, belin sol yarısının birincili cərrahi işlənməsi ilə nəticələnən, insan həyatı üçün təhlükəli olan qəsdən E6 sağlamlığına ağır zərər vurmşdur. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən və məruzəçi), Ç.B.Məmmədov və T.A.Muxtarovdan ibarət tərkibdə) 12 mart 2019-cu il tarixli qərarı ilə apellyasiya protestini qismən təmin edərək, hökmü dəyişdirmiş, Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinin tətbiqinə dair müddəaları xarıc etmiş və məhkuma 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək qərarın ləğv edilərək dah ayüngül qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, aulə vəziyyəti ağırdır, evdə xəstə anası var, həyat yoldaşı işləmir və himayəsində bir azyaşlı uşağı vardır. Mənəvi cəhətdən əziyyət çəkir. Bu halları nəzərə alaraq kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilmə məsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilir ki, məhkəmə Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə razılıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayətinin və tələbinin olma masını, zərərçəkmiş şəxslə barışmasını, cinayətin zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlrinin təsiri altında törətməsini, əməlindən səmimi peşiman olmasını, gənc ailə olmasını, himayəsində 27.08.2018-ci il təvəllüdlü bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar hesab etmiş, cəzanı ağırlaşdıran halların olmamssını nəzərə almışdır. Məhkəmənin hökmündə qeyd edilmişdir ki, Məhkum hərkətlərində Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal olduğundan Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun cəza təyin edilməlidir. Bununla yanaşı məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinin qaydalarının tətbiq edilərək, məhkuma təqsirli bilindiyi maddəsinin sanksiyas ında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsi Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə də uyğundur. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının cinayət işi üzrə qərarənda isə bununla əlaqədar qeyd edilmişdir ki, cinayət işinin həqiqi hallarını nəzərdən keçirərəkən müəyyən edilmişdir ki, təqsirkarın istər cinayəti törədərkən və istərsə də bundan sonrakı davranışında müstəsna hallar mövcud deyildir. Belə ki, işdən görünür ki, cinayət hadisəsi zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətləri nəticəsində baş versə də Məhkum zərərçəkmiş şəxsin içkili olduğunu bilmiş, onu əl zərbəsi ilə özündən kənarlaşdırmaq imkanında olmuş, lakin, buna baxmayaraq lüzumsuz yerə bıçaqdan istifadə etmi ş və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Cinayəti törətdikdən sonra məsuliyyətdən yayınmaq məqsədi ilə hadisə yerindən qaçmış, silah kimi istifadə etdiyi bıçağı da gizlədərək istintaqa təqdim etməmişdir. Bu hallar Məhkum əməlindən səmimi peşiman olmasını şübhə altına alır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin cinayət işi üzrə gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, məhkumun kassasiya şikayətində istinad etdiyi ailə vəziyyəti ilə bağlı hallar da nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasının ən aşağı həddində cəza təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarında göstərilən hallara əsasən məhkuma təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddindən də az cəza təyin edilməsi üçün əsaslar müəyyən e dilməmişdir. Ona görə də kassasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2019-cu il tarixli qərarının dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət i şi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1170/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1170/2019
06.08.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver