Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1171/2019 10.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nurlan Sahib oğlu Əliyevin, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Sadiq Şamil oğlu Əkbərovun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 dekabr 2017-ci il tarixli qər arından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər R.Hüseynov (sədrlik edən), X.Səmədov və Ş.Məmmədovdan ibarət tərkibdə) 1(091)-128/2017 nömrəli 11 avqust 2017-ci il tarixli hökmü ilə xx xxx 1984-cü ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Balakən rayonunun Gərəkli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 24 fevral 2017-ci il tarixdən hesablanmışdır. Hökmlə h əmçinin X5 də təqsirli bilinib məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o və X5 qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitəni satmağı razılaşmışlar. Bu məqsədlə razılaşdıqları kimi, 21 fevral 2017-ci ildə, saat 15 radələrində satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 14,66 qram olan narkotik vasitə qurudulmuş marixuananı iki kibrit qutusunda Balakən rayonunun Gərəkli kəndi ərazisində yerləşən yeməkxanada gözləyən X6ya qanunsuz olaraq 70 manata satmışlar. Narkotik vasitənin satışından əldə edilmiş 70 manat pulu öz aralarında bölərək 45 manatını Məhkum, 25 manatını isə X7 götürmüşdür. X7 və Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq X9a iki kibrit qu tusunda 70 manata satmış olduqları 14,66 qram narkotik vasitə qurudulmuş marixuana X9 tərəfindən 21 fevral 2017-ci ildə Balakən rayon polis şöbəsinin əməkdaşlarına təqdim edilmişdir. Həmin gün polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı X7un üzərindəki gödəkcəsinin sağ yan cibində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda saxladığı 9,80 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və nəzarət qaydasında X16dan narkotik vasitə alması üçün verilmiş eyni nömrəli 25 manat pul, əskinazları onun üzərindən aşkar edilərək götürülmüşdür. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rafail Əliyev (sədrlik edən və məruzəçi), Mirbahəddin Hüseynov və Vəfa Babayevadan ibarət tərkibdə) 1(107)-232/2017 nömrəli 19 dekabr 201 7-ci il tarixli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2017-ci il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində xahiş edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 dekabr 2017-ci il tarixli qərarı ləğv edilsin və məhkuma bəraət verilməsi barədə qərar çıxarılsın. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum müdafiəçisi Müdafiəçi onunla əsaslandırır ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri cinayət işinin obyektiv həlli üçün zəruri olan bir çox məsələni araşdırmamışlar. Belə ki, mə hkəmələrdə istintaq aparılan zaman müdafiə tərəfindən işdə adı keçən bəzi şahidlərin, o cümlədən əlavə şahidlərin dindirilməsi barədə vəsatət verilmiş, lakin, məhkəmələr məlum olmayan səbəblərdən həmin vəsatəti təmin etməmişlər. Dindirilməsi tələb olunan sonuncu şahid Balakən rayonu Gərəkli kənd sakini X8 olmuşdur. İstintaq orqanı iddia etmişdir ki, iş üzrə digər təqsirləndirilən şəxsin (X7) narkotik vasitənin satışı nəticəsində şərti alıcıdan (X12) aldığı 70 manat vəsaitin 45 manat hissəsini məhkum X3 vermişdir. Lakin, iş üzrə digər təqsirləndirlən şəxs X7 birinci instansiya məhkəməsinə verdiyi ifadəsində də qeyd etdi ki, həmin pulun 45 manat hissəsini həmkəndlisi X4 məxsus mağazada xərcləmişdir. Bu halın da müəyyən edilməsi üçün X2 şahid qismində dindirilməsi zəruri olmuşdur. Apellyasiya instansiyası məhkəməsi də şahid X2 dindirilməsini təmin etməmişdir. Şəki Apellyasiya Məhkəməsində dindirilmiş şahidlərin (Xəlilov Xəlil, İsmayılov Səxavət və Nəriman Qarayev) ifadələrindən də göründüyü kimi, X9 22 fevral 2017-ci il tarixdə özü könüllü olaraq Balakən Rayon Polis Şöbəsinə getməsi üçün polisə zəng vurmuş və polis onu kənddən götürərək Balakən Rayon Polis Şöbəsinə aparmışdır. İşin həmin halını iş üzrə şahid qismində dindirilmiş Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən etiraf olunmasa da inkar da olunmamışdır. Lakin, bütün bunlara baxmayaraq birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi isin obyektiv araşdırılması üçün zəruri olan yuxarıda qeyd olunan hallara münasibət bildirmədən, iş üzrə əhəmiyyətli olan vəsatətləri təmin etmədən hazırki qanu nsuz və əsassız qərarlar qəbul etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısı Sadiq Əkbərovun çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübut a yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair birinci və apellyasiya instansiya məhkəmələrinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikas ı CM-in 234.4.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Müdafiəçi Müdafiəçinun kassasiya şikayətinin başlıca dəlili Məhkum onun ittiham olunduğu maddəsi üzrə təqsirinin sübuta yetirilməməsi səbəbindən və günahsız olduğundan barəsində bəraət hökmünün çıxarılmamasının qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti o lmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. İşin materiallarından görünür ki, Məhkum törətdiyi cinayət əməlini məhkəmə istintaqı zamanı etiraf etməsə də, onun qeyd edilmiş cinayət əməlini törətməsi ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş digər təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə, ekspertiza rəyləri ilə, maddi sübutlarla və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, nə ibtidai istintaq, nə də apellyasiya instansiyası məhkə məsi təqsirləndirilən şəxs Məhkum əməllərini tövsif edərkən sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri Məhkum əməllərinə hüquqi qiymət verərkən və onun törətdiyi cinayət əməllərinin tövsifini müəyyənləşdirərkən cinayət qanunvericiliyinin normalarını düzgün tətbiq etmişlər. Həmçinin kassasiya kollegiyası qeyd edir ki, Azərbaycan Respublikas ı CPM-in 121.2-ci maddəsinə əsasən vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. Həmin Məcəllənin 121.3-cü maddəsinə əsasən vəsatətin və ya xahişin rədd edilməsi onların cinayət prosesinin sonrakı mərhələlərində və ya cinayət prosesini həyata keçirən digər orqana vəsatət və ya xahişlə təkrar müraciətinə mane olmur. Vəsatətin və xahişin digər hallarda təkrar verilməsi yeni dəli l gətirildikdə və ya cinayət prosesinin gedişində onların təmin edilməsinin zəruriliyi təsdiq olunduqda mümkündür. İş materiallarından görünür ki, məhkum və məhkumun müdafiəçisi Müdafiəçinin “əlavə şahidlərin dindirilməsi barədə” vəsatətləri birinci instansiya məhkəməsi tərəfindən baxılmış və məhkəmə iclasında vəsatətlər rədd etmişdir. Vəsatətə baxılmaması yuxarıda qeyd edilmiş qanunun pozulması hesab olunur. Vəsatətin məhkəmə tərəfindən rədd edilməsi isə məhkəmənin səlahiyyətinə daxil olan məsələdir. Vəsatətin təmin edilməməsi məhkəmə qərarının ləğv edilməsinə əsas hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb e də biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəmə sinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 dekabr 2017-ci il tarixli Məhkum barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Şəki Apellyasi ya Məhkəməsinin Cinayət kollegiyasının 19 dekabr 2017-ci il tarixli Məhkum barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1171/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1171/2019
10.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver