Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1171/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və məhkumun müdafiəçisi X1 iştirakları ilə, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasını n 16 fevral 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə, Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Cəlil Nəbiyev (sədrlik edən və məruzəçi), Müşfiq Məmmədov və İlkin Abdullayev) 31 may 2021-ci il tarixli, 1(099)253/2021 nömrəli hökmü ilə xx xxxxxx 1975-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, Biləsuvar rayonu, Əliabad bələdiyyəsinin sədri vəzifəsində işləmiş, məhkumluğu olmayan, həmin kənddə qeydiyyatda olmaqla orada yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 29,178.2.3, 311.3.2 və 32.4,312.1-ci maddələri ilə təq sirli bilinməsi, CM-in 29,178.2.3-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 311.3.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-in 32.4,312.1-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaqla, əlavə cəzanı isə əsas cəzaya tam birləşdirməklə cinay ətlərin məcmusu üzrə ona qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 31 may 2021-ci ildən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum olunmuşdur ona görə ki, o, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirməyə cəhd etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etmiş, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə özü üçün birbaşa yolla şəxsən maddi neməti rüşvət qismində təkrarən istəmişdir. Belə ki, o, 15 mart 2000-ci il tarixli 625 saylı qeydiyyat şəhadətnaməsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış Biləsuvar rayonu, Əliabad bələdiyyəsinin 13 yanvar 2020-ci il tarixli 01 nömrəli iclas protokoluna əsasən həmin tarixdən bələdiyyə sədri vəzifəsində işləyərkən bələdiyyə üzvlərinin 11 fevral 2000-ci il tarixli 02 saylı iclasının qərarı ilə təsdiq edilmiş «Biləsuvar rayonu, Əliabad bələdiyyəsinin Nizamnaməsi»nə və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 2 iyul 1999-cu il tarixli 698-İQ nömrəli Qanununa əsasən, bələdiyyənin icra aparatının fəaliyyətinə rəhbərlik edilməsi, yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərinin bələdiyyə iclasının qərarına əsasən təyin edilməsi, ayda bir dəfədən az olmayaraq bələdiyyə iclaslarının çağırılması, bələdiyyə qərarlarının icrasının təmin edilməsi, yerli büdcənin müzakirəsinin və təsdiqinin təşkil edilməsi, əmr və sərəncamlar verilməsi, bələdiyyə adından rəsmi sənədlərin imzalanması və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi 1 mart 2020-ci ildə fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətinə torpaq sahəsi verilməsində köməklik göstərilməsi ilə əlaqədar özünə müraciət etmiş 5 ildən artıq müddətə Biləsuvar rayonu, Əliabad kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Şahid1 xidməti vəzifələrini n (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, yəni Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyənin Nümunəvi Nizamnaməsi»nin 4-cü bölməsinin 2-ci maddəsinin 6-cı yarımbəndinə əsasən, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi ilə bağlı məsələlərin kollegial orqan olan bələdiyyənin ümumi yığıncağının səlahiyyətində olmasına baxmayaraq, Biləsuvar rayonu, Əliabad bələdiyyəsinin balansında olan və kəndin perspektiv inkişafı üçün cəlb olunan torpaqlardan Şahid1 0,10 ha torpaq sahəsinin bələdiyyənin ümumi yığıncağının müzakirəsindən kənar satılmasına görə 1 mart 2020-ci ildə Biləsuvar rayonu, Əliabad kəndi ərazisində yerləşən Biləsuvar rayonu, Əliabad bələdiyyəsinin inzibati binasında kı xidməti otağında Şahid1 özü üçün şəxsən birbaşa yolla maddi nemət olan 500 (beş yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində istəmiş, sonuncu həmin pul vəsaitini verməyə razılığını bildirdiyi zaman Şahid1 məxsus pul vəsaiti qismində başqa əmlakı aldatma və etibardan sui-istifadə etmək yolu ilə qulluq mövqeyindən istifadə edərək ələ keçirmək məqsədilə sonuncuya qeyd edilən torpaq sahəsinin ona satılmasının sənədləşdirilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinin və Biləsuvar rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin aidiyyəti vəzifəli şəxsləri tərəfindən müəyyən sənədlərin hazırlanmalı olmasını, həmin sənədlərin hazırl anması üçün qeyd edilən vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəkləri hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu yalandan bildirib, özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək Şahid1lə razılaşıb sövdələşməklə onu qeyd edilən niyyətlə vəzifəli şəxsə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə təhrik etmiş, bir müddət sonra Şahid1 cinayətkar niyyətindən xəbər tutub həmin məbləğdə pul vəsaitini verməkdən imtina edərək qanunsuz hərəkətləri barədə hüquq mühafizə orqanına məlumat verdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, Şahid1 məxsus 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini ondan ala bilməyib, öz qulluq mövqeyindən istifadə edərək sonuncuya məxsus həmin pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən təkrarən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi 10 aprel 2020-ci ildə qohumu X6 və onun özünün fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətlərinə torpaq sahəsinin verilməsində köməklik göstərilməsi ilə əlaqədar özünə müraciət etmiş 5 ildən artıq müddətdə Biləsuvar rayonu, Əliabad kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Şahid1 xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, yəni Azərbaycan Respublik asının 1999-cu il 15 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyənin Nümunəvi Nizamnaməsi»nin 4-cü bölməsinin 2-ci maddəsinin 6-cı yarımbəndinə əsasən, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi ilə bağlı məsələlərin kollegial orqan olan bələdiyyənin ümumi yığıncağının səlahiyyətində olmasına baxmayaraq, Biləsuvar rayonu, Əliabad kəndinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlarından Şahid1 və Fuad Quliyevin hər birinə 0,08 ha olmaqla, ümumilikdə 0,16 ha torpaq sahəsinin satılmasına görə 10 aprel 2020-ci ildə Biləsuvar rayonu, Əliabad kəndinin girişində yerləşən avtomobil yuma məntəqəsinin qarşısında Şahid1 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 4300 (dörd min üç yüz) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində ist əmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmməd Bağırov (sədrlik edən və məruzəçi), İsmayıl Əhmədov və Kamil Bəşirov) 1(106)-24/2022 nömrəli 16 fevral 2022-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 1(099)-253/2021 nömrəli hökmü dəyişdirilmiş, Məhkum əməli CM-in 311.3.2-ci maddəsindən həmin Məcəllənin 311.2-ci maddəsinə tövsif edilsin və o, CM-in 311.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 1(099)-253/2021 saylı hökmünə əsas ən CM-in 29,178.2.3-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası və CMin 32.4,312.1-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç ) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı qərarla CM-in 311.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla, əlavə cəzaları isə əsas cəzaya tam birləşdirməklə cinayətlərin məcmusu üzrə Məhkum qəti cəza 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum, onun müdafiəçiləri Müdafiəçi2 və X7 tərəfindən verilmiş apelyasiya şikayətləri və apelyasiya şikayətlərinə əlavələr qismən təmin edilmişdir. Dövlət ittihamçısı2 kassasiya protesti verərək Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apelyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum isə kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi və ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahi ş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı2 kassasiya protestini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən, sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və nəticədə əməlin tövsifində səhvə yol verilmişdir. Məhkəmə kollegiyası Məhkum əməlini CM-in 29,178.2.3, 311.3.2 və 32.4, 312.1-ci maddələrindən CM-in 29,178.2.3, 311.2 və 32.4,312.1-ci maddələrinə tövsif edilməsi qənaətinə gələrkən, təqsirləndirilən şəxs Məhkum təkrarən rüşvət istəməsi vahid niyyət kimi qiymətləndirərək işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmiş, bununla da işin halları məhkəmə tərəfindən təqsirləndirilən şəxsin xeyrinə təhrif olunmuşdur. İş materiallarından görün ür ki, istintaq zamanı Şahid1 və Şahid2 təqsirləndirilən şəxs Məhkum ilə üzləşdirmədə dindirilən zaman öz ifadələrində göstərdikləri xüsusatları sonuncunun üzünə qarşı deməklə bir daha təsdiq etmiş, habelə Şahid1 01 mart 2020-ci ildə öz xidməti otağında 0,10 ha torpaq sahəsinin ayrılmasına görə 2500 manat, 10 aprel 2020-ci ildə Əliabad kəndinin girişində yerləşən avtomobil yuma məntəqəsinin qarşısında 0,16 ha torpaq sahəsinin ayrılmasına görə 4300 manat pul tələb etdiyini bildirmişlər. İş materiallarında olan məhkəmə-fonoskopik ekspertizasının 26 yanvar 2021-ci il tarixli, 4/48 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Məhkumla Şahid1 arasında baş tutmuş, sonuncu tərəfindən danışığı (dialoqu) əks etdirən fonoqramlarda birinci dialoq zamanı 01 mart 2020-ci il tarixdə 0,10 ha to rpaq sahəsinin ayrılmasına görə 2500 manat pul tələb etmiş, 10 aprel 2020-ci ildə Əliabad kəndinin girişində yerləşən avtomobil yuma məntəqəsinin qarşısında 0,16 ha torpaq sahəsinin ayrılmasına görə isə əvvəlcə 4500 manat daha sonra Rəsulun qardaşı İlhama 200 manat keçmiş 4300 manat pul tələb etmişdir. Əvvəlki epizod üzrə, yəni Şahid1 özü üçün Məhkum torpaq istəyərkən Fuadın atası İlhamdan heç bir söhbət açılmamış, ikinci epizod üzrə isə Rəsul qardaşı oğlu Fuad üçün torpaq istəyərkən isə Elşad Fuadın atası İlhamı Quliyevi nəzərə alıb 200 manat tələb etdiyi məbləğdən keçmişdir. Bu isə bir daha Məhkum vahid niyyətlə deyil əvvəlcə Şahid1 torpaq ayrılmasına görə rüşvət tələb etməsinə, daha sonra isə Şahid1 qardaşı oğlu Fuad Quliyevə də torpaq ayrılması üçün təkrarən Rəsuldan rüşvət tələb etməs inə dəlalət edir. Lakin, məhkəmə kollegiyası işdə olan mötəbər sübutlara birtərəfli yanaşmış, Məhkum rüşvət tələb etməsi ilə bağlı ayrı-ayrı əməllərini vahid niyyət kimi qiymətləndirərək CM-in 29, 178.2.3, 311.3.2 və 32.4, 312.1-ci maddələrindən CM-in 29, 178.2.3, 311.2 və 32.4, 312.1-ci maddələrinə tövsif etməklə cinayət qanunu normasını düzgün tətbiq etməmiş və işin faktiki hallarına uyğun olmayan əsassız və yanlış nəticəyə gəlmiş, yuxarıda sadalanan sübutları nəzərə almamış, onları təhlil, bir-biri ilə müqayisə etməmiş, həmin sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməmişdir. Məhkəmə kollegiyasının müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamışdır. Məhkəmə kollegiyası yalnız təqsirləndirilən şəxs Məhkum mənafeyi baxımından çıxış etməklə əsassı z nəticəyə gəlmişdir. Məcburi tövsiyələr məhkəmələrdən tələb edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibi düzgün müəyyən edilsin və düzgün tövsif edilsin. İşə baxan apelyasiya instansiyası məhkəməsi isə həmin vəzifələri yerinə yetirməmiş, Məhkum törətdiyi əmələ qanunun aliliyi prinsipi baxımdan düzgün qiymət verməmiş və nəticədə onun əməlini səhv tövsif etmişdir. Məhkəmə kollegiyası Məhkum yuxarıda şərh olunan cinayət əməlini törətməsinin istintaq orqanı tərəfindən CPM-in 139-cu maddəsində təsbit olunmuş halları baxımından sübuta yetirilməsini əsassız olaraq nəzərə almamış, özü də həmin hallarda nəzərdə tutulan vəzifələri yerinə yetirməmişdir. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticədən fərqli olaraq Məhkum CM-in 29,178.2.3, 311.3.2 və 32.4,312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özündə işin obyektiv hallarını əks etdirən sübutların məcmusu ilə tam təsdiq olunur. Məhkəmə kollegiyası qərar çıxararkən bir sübutun qəbul, ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların isə rədd edilməsinin motivlərini göstərmədən, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmadan, işin faktiki hallarına uyğun olmayan, Məhkum CM-in 29,178.2.3, 311.3.2 və 32.4,312.1-ci maddələri ilə tövsif edilmiş əməlini CM-in 29,178.2.3, 311.2 və 32.4,312.1-ci maddələrinə tövsif edilməli olması kimi yanlış nəticəyə gəlməklə əməlin tövsifində səhvə yol vermişdir. Bununla da, məhkəmə kollegiyası CPM-in 28 və 33-cü maddələrində təsbit olunmuş prinsiplərə zidd sübutları qiymətləndirmişdir. Beləliklə, Şirvan Apelyasiya Məhkəməsi tərə findən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq Məhkum əməli 29,178.2.3, 311.3.2 və 32.4,312.1-ci maddələrindən həmin Məcəllənin 29,178.2.3, 311.2 və 32.4,312.1-ci maddələrinə əsassız tövsif edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış, işə qərəzli yanaşmış, cinayət işində olan sübutlara lazımı qiymət verməmiş və nəticədə əsassız olaraq onun barəsində ittiham hökmü çıxarılmışdır. Həmçinin kassator qeyd edir ki, bir əmələ görə şəxsə həm dələduzluq və həmdə rüşvət alma kimi cinayət əməlinin tövsif edilməsi qanunsuzdur. Yəni onun əməlində Azərbaycan Respublikası CM-in 311.2 və 32.4,312.1-ci maddələrinin əlamətləri mövcud deyildir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayə t və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili apelyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum əməlinin tövsifində səhvə yol verilməsi və əsassız olaraq onun əməlinin Azərbaycan Resp ublikası CM-in 311.3.2-ci maddəsindən həmin Məcəllənin 311.2-ci maddəsinə tövsif edilməsidir. Məhkumun kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun əməlində hər hansı bir cinayət tərkibi olmadığı halda onun barəsində qanunsuz olaraq ittiham hökm çıxarılmışdır. Kassasiya şikayətinə əlavədə Məhkum həmçinin göstərmişdir ki, istintaq orqanı və məhkəmələr tərəfindən əsassız və qanunsuz olaraq onun eyni əməli həm dələduzluq, həm də rüşvət kimi tövsif etmişdir. Göründüyü kimi həm kassasiya protesti, həm kassasiya şikayətinə əlavə məhkumun əməlinin düzgün tövsif edilməməsi ilə bağlı verilmişdir. Kassasiya şikayətində isə məhkum əməlində CM-in 29,178.2.3, 311.3.2 və 32.4,312.1-ci maddələrinin cinayət tərkiblərinin olmasına dair məhkəmənin gəldiyi nəticəni mübahisələndirir və barəsin də bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyası kassasiya protestinin, kassasiya şıkayətinin və kassasiya şıkayətinə əlavənin dəlilləri müzakirə edərək aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 29,178.2.3, 311.3.2 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 311.3.2-ci maddəsini həmin Məcəllənin 311.2-ci maddəsinə tövsif edərək, onu Azərbaycan Respublikası CM-in 29,178.2.3, 311.2 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilib cəza təyin etmişdir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istina d edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Rüşvət alma cinayəti Azərbaycan Respublikası CM-in 311.1-ci maddəsində nəzərdə tutulmuşdur. Cinayət qanununun həmin normasına görə rü şvət alma dedikdə vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi başa düşülür. Həmin Məcəllənin 311.2-ci maddəsində rüşvət almanın tövsifedici əlaməti - vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma nəzərdə tutulmuşdur. Ümumiyyətlə, vəzifəli şəxsin rüşvət verənin mənafeyi üçün etdiyi hərəkət (hərəkətsizlik) qanuni, həm də qanunsuz ola bilər. Burada qanunsuz hərəkət (hərəkətsizlik) dedikdə, vəzifəli şəxsin öz qulluq səlahiyyətlərinə aid olmayan və ya xeyrinə iş görülən şəxs barəsində edilə bilməyən, yaxud ümumiyyətlə, qanunvericiliyə zidd olan fəaliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 311.1 və 311.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsi CM-in 311.3.2-ci maddəsi ilə tövsif edilməlidir. Dələduzluğa görə cinayət məsuliyyəti CM-in 178-ci maddəsi ilə nəzərdə tutulur, həmin cinayət əməli etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirilmədə ifadə olunur. Dələduzluğun qulluq mövqeyindən istifadə etməklə törətməsi tövsifedici hal qismində çıxış edir və əməlin CM-in 178.2.3-cü maddəsi ilə tövsif edilməsinə əsas verir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Birinci və apelyasiya instansiyası məhkəmələrində Məhkum özünü elan edilmiş ittihamda təqsirli bilməmiş və göstərmişdir ki, o 23 dekabr 2019-cu ildə Biləsuvar rayon, Əliabad bələdiyyəsinin üzvü, 13 yanvar 2020-ci ildə isə bələdiyyə sədri seçilmişdir. Həmkəndlisi Şahid1 01 mart 2020-ci ildə səhər saatlarında onun yanına gələrək ona torpaq sahəsi satılmasının nəzərdə tutulduğunu və həmin torpaq sahəsini almaq istədiyini demiş, lakin o, Rəsula onun üçün torpaq sahəsi satılmasının nəzərdə tutulmadığ ını bildirmiş, sonra Mirabbas yanına gəlib Rəsula torpaq sahəsi verilməsini ondan xahiş etmiş, onun bələdiyyənin işindən və torpaq satışından alınacaq rüsumlardan məlumatı olmadığından 10 il bələdiyyə sədri işləmiş və həmin vaxt Bələdiyyədə kargüzar işləyən Mirabbasla məsləhətləşmiş, sonuncu ona bütün xərclərlə birlikdə 2500 manata başa gələcəyini demiş, o da Rəsulla danışarkən 2500 manat pul lazım olacağını bildirmişdir. 10 aprel 2020-ci ildə Şahid1 yenidən onun yanına gələrkən o, torpaq sahəsi almaqdan imtina etsin deyə ona 4300 manat pul verməsə torpaq verilməyəcəyini bildirmiş, sonuncu bələdiyyənin hesabına cəmi 500 manat pul köçürmüş, özü üçün isə ondan hər hansı bir məbləğdə pul istəməmişdir. Hazırda heç bir cinayət törətmədiyini, himayəsində ağır epilepsiya xəstəsi olan arvadı və bi r azyaşlı qız uşağının olmasını və ilk məhkumluğunu nəzərə alaraq məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Cinayət işinin materiallarından görünür ki, birinci və apelyasiya instansiyası məhkəmələrində tədqiq edilmiş sübutlarla – şahidlər Şahid1 Fəzulla oğlunun və Şahid2 ifadələri, kompakt diskə baxış keçirilməsinə dair 10 noyabr 2020-ci il tarixli və 13 noyabr 2020-ci il tarixli protokollarla Məhkum Şahid1 rüşvət tələb etməsi, habelə aldatma yolu ilə, yəni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinin və Biləsuvar rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin aidiyyəti vəzifəli şəxslərinə vermək adı ilə Şahid1 məxsus 800 manat pulunu ələ keçirməyə cəhd etməsi və sonuncunu rüşvət verməyə təhrik etməsi tam təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum ona elan edilmiş ittihamda özünün təqsirli bilməməsi barədə məhkəmədə verdiyi ifadəsi, işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onların işin hallarına uyğun olmaması və digər sübutlarla təkzib edildiyindən Məhkum həmin ifadəsi həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum dələduzluğa cəhd etməsi onun tərəfindən bələdiyyənin sədri vəzifəsindən istifadə edərkən törədilməsini, rüşvət isə onun tərəfindən qanunsuz hərəkətlərə görə, yəni təkbaşına olaraq bələdiyyənin ümumi yığıncağın səlahiyyətlərinə aid məsələlərin həll edilməsi üç ün təkrar tələb edilməsini nəzərə alıb, onun əməlləri Azərbaycan Respublikası 29,178.2.3, 311.3.2 və 32.4,312.1-ci maddələri ilə tövsif etmiş və həmin maddələrlə onun barəsində ittiham hökmü çıxarmışdır. Apelyasiya instansiyası məhkəməsi Məhkum rüşvət tələb edilməsi əməlində təkrarlıq əlaməti olmadığına dair nəticəyə gəlib onun bu əməli Azərbaycan Respublikası 311.3.2-ci maddəsindən həmin Məcəllənin 311.2-ci maddəsinə tövsif etmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı və cinayət işi üzrə tədqiqi edilmiş sübutlara uyğun hesab edir. Belə ki, ittihamın Məhkum rüşvət tələb edilməsində təqsirini təsdiq edən sübutlardan açıq-aydın görünür ki, Məhkum Şahid1 eyni məsələ - sonuncuya torpaq satılması ilə əlaqədar pul istəmişdir. Məhkum tərəfindən istənilən pul ların məbləğlərinin müxtəlif olması isə onların arasında olan danışıqlar zamanı Şahid1 satılacaq torpaq sahəsinin ölçüsü ilə bağlı olmuşdur. Belə ki, onlar əvvəl 10, sonra isə 16 sot torpaq haqqında danışmışlar. Hər iki halda Şahid1 özü üçün torpaq almaq istəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq nəticəyə gəlmişdir ki, Məhkum iki dəfə eyni şəxsdən, eyni predmetə görə vahid qəsdlə rüşvət tələb etməsi təkrar törədilmiş cinayət kimi deyil, vahid cinayət kimi tövsif edilməli və təkrarlıq əlaməti onun ittihamından çıxarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə iş üzrə toplanmış sübutlara və işin hallarına tam uyğun gəlir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü mad dəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda gös tərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair apelyasiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apelyasiya instansiyasında apelyasiya şikayətinin bütün dəlillərinə ayrı-ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq nəticəyə gəlmişdir ki, Məhk um Azərbaycan Respublikası CM-in 29,178.2.3, 311.2 və 32.4,312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməsi sübuta yetirilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Məhkum əməli CM-in 29,178.2.3, 311.2 və 32.4,312.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apelyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apelyasiya instansiyası məhkəmələri işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Azərbaycan Respublikası CP M-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 29,178.2.3, 311.2 və 32.4,312.1-ci maddələri ilə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə ibtidai istintaq sübutların toplanmasında, birinci və apelyasiya instansiyası məhkəmələri isə sübutların araşdırılmasında hər hansı bir kobud q anun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Yekun məhkəmə qərarları qəbul edilərkən məhkəmələr tərəfindən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya protestinin, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri əsassızdır. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya q ərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya protestinin, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri ilə razılaşmayaraq onları təmin edilmədən, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilm əsin. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 29,178.2.3, 311.2 və 32.4,312.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1171/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1171/2022
11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver