Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1172/2019 14.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Ələsgər Əliabbas oğlu Əliyev və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib-İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,149.2.1-ci naddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət k ollegiyasının 09 aprel 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli hökmü ilə (hakimlər: A.Ə.Məcidov (sədrlik edən və məruzəçi), Z.Q.Ağayev və M.A.Xankişiyev) Məhkum- 01 aprel 1991-ci il tarixdə Qobustan rayonunun Mərəzə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Qobustan şəhərində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Azərbaycan Respublikası CM-nin 29,149.2.1-ci naddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmənin əvvə li 17 sentyabr 2018-ci il. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsə zor tətbiq etməklə cinsi əlaqədə olma, yəni zorlama cinayəti törətməyə cəhd etmişlər. Belə ki, X6 25.07.2018-ci il tarixdə həmyerliləri Məhkum, Şahid5, X7 və sonuncunun vasitəsilə həmin gün tanış olduğu Şamaxı rayonu,************* kənd sakini Zərərçəkmiş şəxs ilə birlikdə İsmayıllı rayonu ərazisində yerləşən yeməkxanaya gələrək orada şam yeməyindən sonra sonuncuya qarşı zor tətbiq etməklə cinsi əlaqədə olmaq məqsədilə Məhkum ilə qabaqcadan əlbir olub bır qrup şəxs halında bu cinayətkar niyətlərini həyata keçirməkdən ötrü idarə etdiyi «VAZ-21011» markalı **--*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkm iş şəxs yaşadığı Şamaxı rayonu ********* kəndinə apararkən 26.07.2018-ci il tarixdə gecə saat 02 radələrində kəndarası yolda, kəndin giriş hissəsindən 700 metr məsafədə G8 onlarla cinsi əlaqəyə girməyəcəyi halda gecə vaxtı avtomobildən düşürəcəyini bildirdikdə sonuncu cinsi əlaqədə olmaqdan imtina edərək avtomobildən düşüb yaşadığı kəndin içərisinə doğru piyada gedərkən cinayətkar niyətlərini həyata keçirmək məqsədilə avtomobildən düşərək, G8 arxasınca gedib sonuncunu tutaraq zorla avtomobilə doğru gətirib orada cinsi əlaqədə olmaq istədikdə F6 onun bu hərəkətlərinin qarşısını almaq üçün mübahisə etdiyindən Şahid5 və Məhkum onların mübahisə etməsinə imkan verməmiş, bu ərəfədə G8nin mobil telefon vasitəsilə Azərbaycan Respublikası Daxiü İşlər Nazirliyinin «102» məlumat mərkəzinə zəng edər ək, şikayət etdiyini hiss edən Şahid5 və F6 oradan qaçdıqlarını gördükdə, cinayətkar niyətlərini davam etdirərək Zərərçəkmiş şəxsnm qollarından tutaraq zor tətbiq etməldə sonuncunu avtomobilin arxa oturacağına uzandırdıqdan sonra Məhkum G8 əllərindən tutub saxlamış, o, isə arxası üstə avtomobilin oturacağına uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs döyməklə, əynində, olan şalvarı soyunub, trusiki aşağı endirdikdən sonra G8 əynindəki qara rəngli şalvarı və qara rəngli 'trusiki çıxartmağa çalışmaqla, ona sol göz altı və sol almacıq nahiyəsinin iki ədəd qançırı, sağ bazunun yuxarı 3/1 -də iki ədəd, sol budun yuxarı və orta 3/1-nin iç səthlərinin 3 ədəd qançırları ilə müşayiət olunan sağlamlığın pozulmasına səbəb olmayan bədən xəsarətləri yetirmiş, daha sonra niyətinl həyata keçirtmək üçün Zə rərçəkmiş şəxs müqavimətini qırmaqla iradəsi ziddinə olaraq ereksiya yəziyyətində olan cinsi orqanını sonuncunun uşaqlıq yoluna yeritmək, zor tətbiq edib cinsi əlaqədə olmaq istəsə də, Zərərçəkmiş şəxsnm daha öncədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «102» məlumat mərkəzinə etmiş olduğu şikayəti əsasında Şamaxı rayon polis şöbəsinin əməliyyat qrupunun üzvlərinin xidməti avtomobillə hadisə yerinə yaxınlaşmaları ilə əlaqədar bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməllərini iradələrindən asılı olmayan səbəblərə görə başa çatdırmayıb avtomobilini hadisə yerində qoyaraq ərazidən qaçıb uzaqlaşmaqla zorlama cinayəti etməyə cəhd etmişlər. Hökmdən Məhkum müdafiəçisi-vəkil Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhk əməsinin Cinayət kollegiyası (hakimlər: E.M.Ə6ov (sədrlik edən və məruzəçi), F.G.Zeynallı və M.Ə.Rzayevdən ibarət tərkibdə) 09 aprel 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilərək, məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 5 (beş) ilə endirilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayəti verərək əməlində cinayət tərkibi olmadığından qərarın ləğv edilərək bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlillərinin əsaslılığına cinayət işinin materialları üzrə verilmiş hüquqi qiymət: Məhkum müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayətində göstərilmışdır ki, şahidlər F6 Şıxəliyev və Şahid5 z ərərçəkmiş şəxsin zorlanmasına cəhd edilməsinin şahidi olmamışlar. Şahid4 məhkəmə iclasında şahid ifadəsində göstərmişdir ki, Şamaxı rayonu ərazisində yolda olduğumuz zaman Ə6 G8 cinsi əlaqədə olmağı təklif etsə də, G8 razılaşmadığı üçün Ə6 G8 bir şillə vurdu. Ə6 G8 vurduğu üçün mübahisə yarandı. Ə6i Avtomobildən düşürdüm və yolun kənarında mübahisə edərək, mənim tanışım olan qızı vurmasına görə öz iradımı bildirdim. G8 mənə dalaşmamağımı dediyinə görə yenidən avtomobilə mindik. Ə6in yerini dəyişərək ön sağ oturacaqda oturtduq, Ə10 isə arxaya keçdi. 2-ci Çaylı kəndinin yaxınlığında kəndə təxminən 1 km qalmış R6 avtomobili saxladı və G8dən cinsi əlaqədə olmağı tələb etdi. G8 razılaşmayaraq cinsi əlaqədə olmaqdan imtina etdi və avtomobildən yerə düşdü. Həmin vaxt artıq gecə saat 02 radələri olmaqla ayın 26-a keçən gecə olmuşdur. G8ni mən gətirdiyimə görə tək qoymamaq məqsədi ilə avtomobildən düşüb G8ni piyada kəndə ötürməyə getdim. Bir neçə metr getdikdən sonra R6 əlində çəkiclə bizim üstümüzə gəldi. G8ni zorla geri qaytarmaq istəsə də araya girərək G8ni müdafiə etməyə çalışdım. R6 çəkiclə mənim başıma vurmaq istədikdə Ə6lə Ə10 araladılar. R6 mənim barəmdə nalayiq söyüşlər söyməklə əxlaqsız qadını müdafiə etdiyim üçün məni təhqir etməklə G8nin haqqında nalayiq ifadələr işlətdi. R6 G8nin çiynindən tutaraq avtomobilə tərəf apardığı vaxt uzaqdan avtomobil işığı gəldiyi üçün Ə10lə hərəmiz bir tərəfə qaçıb uzaqlaşdıq. G8 R6 və Ə6 isə orada qaldılar. Taxıllı sahə ilə çayın kənarına düşərək çay kənarı yola çıxıb tanımadığım avtomobilə minib yaşadığım kəndə gəldim. Səhəri gün G8yə zəng etdikdə mənə narazılığını bildirərək Ə10lə qaçdıqdan sonra Ə6lə R6in onu avtomobilə aparıb zorlamaq istədiklərini bildirdi. Şahid5 da məhkəmə iclasında Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasındakı ifadəsində şahidlərin göstərdiklərinə uyğun ifadə verməklə əlavə olaraq göstərmişdir ki, R6 arxadan əli ilə mənim çiynimdən tutub zorlamaq məqsədi ilə avtomobilə doğru apardığı vaxt olduğumuz istiqamətdə avtomobil gəldiyi üçün, polis olduğunu düşündüklərindən F6lə Ə10 bizi qoyub qaçdılar. Bundan sonra R6lə Ə6 məni zorla avtomobilin arxa oturacağında oturtdular. Ə6 arxa sağ qapıdan mənə yaxınlaşaraq hər iki əli ilə qollarımı tutub saxladıqdan sonra R6 digər qapıdan mənə yaxınlaşaraq əynində olan qara rəngli şalvarını və qara rəngli tursikini dartıb aş ağı endirdi... Həmin ərəfədə mənim mobil telefonuma zəng gəlməklə eyni vaxtda bizə tərəf yenə də avtomobil gəldiyi üçün Ə6 polislərin gəldiyini fikirləşib əllərimi buraxıb qaçmağa başladı. Ə6 əllərimi buraxdığı üçün telefona cavab verdim. Polis əməkdaşı R19 adlı şəxs məndən harada olduğumuzu soruşduqda yerimizi bildirdim və R19 mənə RPŞ-dən çıxdıqlarını dedi.... həmin ərəfədə bizə UAZ markalı polis avtomobilinin yaxınlaşdığını görən R6 şalvarını əlinə götürərək sürətlə qaçıb uzaqlaşdı. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən ifadələrdə təsvir edilən Məhkum digərləri ilə birlikdə avtomobildə yol gedərkən Zərərçəkmiş şəxs cinsi əlaqədə olmağı təklif etsə də, G8 razılaşmadığı üçün ona şillə vurması və Şahid4 tərəfindən qarşısı alınan hərkətlərində zor tətbiq etməklə zərərçəkmiş şəxslə c insi əlaqədə olmağa cəhdin əlamətləri olmuşdur. Onun bu hərkətləri zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə təsdiq edilmişdir. Kassasiya şikayətində zərərçəkmiş şəxsin ifadəsinə istinadən göstərilir ki, Məhkum zərərçəkmişi maşında gələrkən bir dəfə vurmuş, sonra kəndin yaxınlığındakı mübahisə zamanı isə maşında onun əllərini tutsa da onun telefonuna zəng gəldikdə könüllü olaraq onun əllərini buraxmış, o telefon zənginə cavab vermiş, Məhkum oradan uzaqlaşmış, o isə maşında məhkum R6 onu zorlamasına imkan verməmiş, əgər Ə6 onun əllərini buraxmasaydı R6 onu zorlamaq barədə niyyətini həyata keçirəcəkdi. Göründüyü kimi Məhkum hadisənin digər iştirakçıları kimi cinayəti törətməkdən könüllü imtina edərək oradan uzaqlaşmışdır. Əvvəla zərərçəkmiş şəxs hadisənin bu hissəsi barədə ifadəsində gö stərmişdir ki, mənim mobil telefonuma zəng gəlməklə eyni vaxtda bizə tərəf yenə də avtomobil gəldiyi üçün Ə6 polislərin gəldiyini fikirləşib əllərimi buraxıb qaçmağa başladı. Məhkum bu hərkətini Azərbaycan Respublikası CM-nin 30-ci maddəsində təsbit edilmiş könüllü imtina kimi qiymətləndirilməsi işin faktiki halına uyğun hesab edilməməlidir. Azərbaycan Respublikası CM-nin 30.1-ci maddəsinə əsasən cinayəti başa çatdırmaq imkanına malik olduğunu dərk edən şəxs tərəfindən cinayətə hazırlıq hərəkətlərinin və ya bilavasitə cinayət törətməyə yönəldilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) dayandırılması, cinayəti törətməkdən könüllü imtina etmə sayılır. Hazırkı iş üzrə Məhkum polis avtomobilinin gəldiyini dərk edərək cinayəti başa çatdırmaq imkanına malik olmadığını bilib hadisə yerindən qaçm ışdır. Ona görə də bu hərkətlər könüllü imtinaya uyğun hesab edilmir və kassasiya şikayətinin bu barədə nəticəsi əsassızdır.. Kassasiya şikayətində göstərilir ki, iş üzrə təhqiqatı aparmış Şahid1 qeyd olunduğu kimi əməliyyat qrupunun tərkibində hadisə yerində olmuş, zərərçəkmiş şəxsin avtomaşınından paltarını düzəldərək düşməsinin və bir nəfər cavan oğlanın yarıçılpaq şəkildə avtomaşından düşərək, şalvarı əlində qaçdığının şahidi olmuş və bununla baqlı ibtidai istintaqda şahid qismində dindirilmişdir. Buna baxmayaraq sonradan Şahid1 hazırkı cinayət işinin təhqiqiatını aparmışdır. Azərbaycan Respublikası CPM-nin 113.3 və 109.1.4cü maddələrinin tələblərinə görə belə halda Şahid1 özü-özünə etiraz etməli olduğundan təhqiqiat apara bilməzdi. Əvvəla cinayət işinin materiallarından görünür ki, Şahid1 təhqiqat aparılanadək deyil, təhqiqat başa çatdıqdan xeyli sonra, 23 avqust 2018-ci il tarixdə müstəntiq tədəfindən şahid qismində dindirilmişdir. Azərbaycan Respublikası CPM-nin 109.1.4-cü maddəsinə əsasən hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə şahid qismində dindirildikdə və ya dindirilə bilərsə; CPM-nin 113.3-cü maddəsinə əsasən bu Məcəllənin 109.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda, müstəntiq və ya təhqiqatçı özü-özünə etiraz etməlidir. CPM-nin 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Y uxarıda istinad edilən Azərbaycan Respublikası CPM-nin 113.3 və 109.1.4-cü maddələrinə əsasən təhqiqatçı Şahid1 hadisənin şahidi olduğu və gələcəkdə şahid qismində dindirilməli olduğu halda özü-özünə etiraz etməli idi, lakin kassasiya şikayətində bunun nəticəsində işin bütün hallarının araşdırılmasına hansı maneə yaradılması, proses iştirakçılarının hansı hüquqlarının pozulması, nəticədə çıxarılmış birinci instansiya məhkəməsinin hökmnün mahiyyətcə düzgün olmamsı əsaslandırılmamışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü mahiyyətcə düzgün olduğu nəticəsinə gələrək bu əsasla birinci instansiya məhkəməsinin hökmünü ləğv etməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bu nəticə həm də Azərbaycan Respublikası CPM-nin 399.3-cü maddəsinin mənasına da uyğundur. Ona görə də kassasiya şikayətinin bu barədə dəlili əsaslı hesab edilmir. Kassasiya şikayətində göstərilir ki, təhqiqatçı zərərçəkmiş şəxsin paltarlarının götürülməsini dərhal təmin etməmiş, zərərçəkmiş şəxs paltarlarını sonradan Şamaxı rayon polis idarəsinə gətirərək orada təhqiqiata təqdim etmişdir ki, bu da zərərçəkmiş şəxsin paltarları üzərində olan zədə və digər cırılma əlamətlərini sonradan və başqa şəraitdə (özü tərəfindən) əmələ gəlməsini istisna etmir və bu sübutların mötəbərliyini şübhə altına alır. Məhkəmə kollegiyası hesab edir ki, zərər çəkmiş şəxsin prltarlarının hadisə yerində dərhal götürülməsi, zərərçəkmiş şəxsin şəxsiyyətinin toxunulmazlığı hüququna xələl gətirmiş olardı, digər tərəfdən zərərçəkmiş şəxs hadisədən sonra pal tarlarını təhqiqat orqanına təqdim edənədək R6 hər hansı ünsiyyətdə olmamışdır ki, onların paltarları üzərində digərinin paltarlarına aid liflər aşkar edilsin. Ona görə də bu dəlillər əsassızdır və işin faktiki hallarına uyğun hesab edilmir. Kassasiya şikayətində göstərilir ki, iş üzrə verilmiş 28.07.2018-ci il tarixli 336 saylı ekspert rəyi Azərbaycan Respublikası CPM-nin 127.2-ci maddəsinin tələbinə cavab vermir. Ona görə ki, rəydə zərərçəkmiş şəxsin üzərindəki xəsarətlərin yetirilmə müddətini şəraitini və ağırlıq dərəcəsini müəyyən edilməsi ilə bağlı ekspert tərəfindən aparılan təhqiqatın üsulları, qoyulmuş sualların cavablarının əsaslandırılması öz əksini tapmamışdır. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Məhkum və digər məhkum ibtidai istintaq müddətində müdafiəçiləri nin iştirakı ilə ekspertiza təyin edilməsi barədə bütün qərarlarla və bütün ekspertiza rəyləri ilə, o cümlədən kassasiya şikayətində göstərilən məhkəmə-tibb ekspertizasını rəyi ilə tanış edilmiş və heç bir şikayətləri və etirazları olmamsı barədə protokollar tərtib edilərək onlar tərəfindən imzalanmışdır. İbtidai istintaq yekunlaşdıqdan sonra o yenə müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış edilmiş və yenə də heç bir şikayətinin, vəsatətinin və etirazının olmaması barədə tərtib edilmiş protokolu imzalamışdır. Zərərçəkmiş şəxsin məhkəmə tibb ekspertizasının rəyində göstərilən xəsarətlərin yetirilmə müddəti və lokalizasiyası zərərçəkmiş şəxsin ifadələrində göstərilən hallarla uyğunluq təşkil etməklə cinayət işinin faktiki hallarına uyğundur. Ona görə də bununla əlaqəd ar da kassasiya şikayətində göstərilən dəlillər əsaslı hesab edilmir. Kassasiya şikayətində göstərilir ki, mənafeləri arasında ziddiyyət olan Şahid5lə Ə6 Qayıbova eyni müdafiəçi X2 təyin edilməsi ilə Azərbaycan Respublikası CPM-nin 92.10.3cü maddəsinin tələbi pozulmuşdur. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən özbaşına müdafiədən imtina etmək və ya müdafiəçi qismində səlahiyyətlərinə xitam vermək, habelə təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət olduqda onlardan ikisini və daha çoxunu müdafiə etmək müdafiəçiyə qadağan olunur. Cinayət işinin materiallarından görünür ki, Şahid5 02.08.2018-ci il tarixdə şübhəli şəxs qismində tanınmış və həmin tarixdə vəkil X5 dövlət hesabına ona müdafiəçi təyin edilmişdir, lakin, 04.08.208-ci il tarixdə şübhəli şəxs q ismində iştirakına xitam verilmişdir. O, təqsirləndirilən şəxs qismində tanınmamışdır.Məhkum isə 05.09.2018-ci il tarixdə təqsirləndirilən şəxs qismində tanınmış, barəsində axtarış elan edilmiş 17.09.2018-ci il tarixdə könüllü gəlmiş, ona həmin tarixdə ittiham elan edilmiş və vəkil X5 dövlət hesabına ona müdafiəçi kimi təyin edilmişdir. Bu hal mənafeləri arasında ziddiyyət olan iki təqsirləndirilən şəxsin eyni müdafiəçi tərəfindən müdafiə olunması kimi və CPM- nin 92.10.3-cü maddəsinin pozulması kimi qiymətləndirilməməlidir. Ona görə də kassasiya şikayətinin bu dəlili də əsassız hesab edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab etməklə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 2019-cu il tarixli qərarını qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəli r ki,kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Cinayət işinin materiallarından görünür ki, cinayət işinin ibtidai istintaqı, birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə baxışı gedişində cinayət və cinayətprosessual qanunların, məhkumun müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının kobud pozulması halları müəyyən edilməmişdir Kassasiya şikayətinin dəlilləri cinayət işinin materiallarında toplanmış və Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə uyğun tədqiq edilmiş sübutların məcmusu ilə təkzib edildiyindən kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsi və məhkuma bəraət verilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulm uş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.2.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1172/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1172/2019
14.08.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver