Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1172/2022 31.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Şahvələdov Ümid Nadir oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs Hafis oğlunun, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə1 və Məhkum iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 20 21-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 mart 2022-ci il tarixli qərarından dövlət ittihamçısı X17 tərəfindən verilmiş kassasiya protestinə və Zərərçəkmiş şəxs Hafis oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X18 (sədrlik edən), X14 və X7 ibarət tərkibdə) 22 dekabr 2021-ci il tarixli hökmü ilə, xx xxxxxx 1962-ci il tarixdə Neftçala rayonu, Xol Qarabucaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Neftçala rayonu Xol Qarabucaq bələdiyyəsinin sədri vəzifəsində işləm iş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 10 aprel 2021-ci il tarixdən 12 aprel 2021-ci il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 2 (iki) gün müddət ona təyin edilmiş 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CPM-in 44.2.2-ci maddəsinə və Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya e lan edilməsi haqqında” 5 noyabr 2021-ci il tarixli, 395-VİQR nömrəli Qərarına əsasən Məhkum barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından azad edilmiş və barəsində tətbiq edilmiş vəzifədən kənarlaşdırma qətimkan tədbiri ləğv edilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri isə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Həmin tarixli qərarla Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsi, Azərbaycan Respublikası CPM-in 40.3 və 43.1.2-ci maddələrinə əsasən iş üzrə Məhkum barəsində olan cinayət təqibinə Azərbaycan Respublikası CM-in 179.2.3-cü maddəsi ilə bağlı hissədə xitam verilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Abdullayev İlkin Qismət oğlunun sədrliyi ilə, X19 və X11 ibarət tərkibdə) 17 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli hökmü Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi4, Zərərçəkmiş şəxs Hafis oğlu, onun nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-nin 179.2.3 və 309.2-ci maddələri ilə irəli sürülmüş ittihama əsasən o, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş bələdiyyə əmlakını mənimsəyərək talamış və zərərçəkmiş şəxsə qarşı zor tətbiq edib hüquqlarına mühüm zərər vurmaqla xidməti səlahiyyətlərinin hüdudlarından açıq aşkar surətdə kənara çıxan hərəkətlər etmişdir. Belə ki, Məhkum, xx.xx.2015-ci il tarixdən Neftçala rayonunun Xol Qarabucaq bələdiyyəsinin sədri vəzifəsini icra edərkən, xx.xx.2016-cı il tarixdən isə həmin bələdiyyənin sədri vəzifəsində işləyərkən maddi məsul şəxs kimi AİA № 845479 saylı xx.xx.2015-ci il tarixli qaimə-faktura və xx.xx.2015-ci il tarixli 47-000102 nömrəli ödəniş tapşırığı ilə fiziki şəxs X8 1 ədəd 15 manat dəyərində hesablayıcının, AİA № 841382 saylı xx.xx.2015-ci il tarixli qaimə-faktura və xx.xx.2015-ci il tarixli 47-000159 nömrəli ödəniş tapşırığı ilə fiziki şəxs X4 1 ədəd 25 manat dəyərində telefon aparatının, AİA № 774780 saylı xx.xx.2016-cı il tarixli qaimə-faktura və xx.xx.2016-ci il tarixli 47-000001 nömrəli ödəniş tapşırığı ilə fiziki şəxs X3 1 ədəd 350 manat dəyərində «CANON-4410,211» markalı printer-ksero avadanlığının, AİA № 855539 saylı xx.xx.2016-cı il tarixli qaiməfaktura və xx.xx.2016-ci il tarixli 47-000127 nömrəli ödəniş tapşırığı ilə fiziki şəxs X3 950 manat dəyərində 01 ədəd «HP COMPAQ CQ58-125ER» markalı Notbook-kompyuterin alınması ilə bağlı bələdiyyənin büdcəsindən həmin şəxslərin hesabına qeyd olunan pul məbləğlərini ödəməklə həmin əmlaklar bələdiyyənin inventarları olmasına baxmayaraq, bələdiyyənin inventarlarının siyahısına daxil etməyib öz şəxsi məqsədləri üçün istifadə edib cəmi 1340 manat məbləğində pul vəsaitini, 18 aprel 2017-ci il tarixli 01 nömrəli ödəniş tapşırığı ilə yanacağın alınma sı ilə bağlı bələdiyyənin büdcəsinə aid 500 manat məbləğində pulu “Xalqbank ASC-nin Neftçala filialı vasitəsilə "xxxx" LTD MMC-nin AZ03HAJCHCRAZN **********5001 saylı hesab nömrəli plastik kartına köçürərək 500 manat məbləğində benzin və dizel yanacağını, Xol Qarabucaq bələdiyyəsinin ərazisində əkin sahələrində çöl yollarının təmiri və hamarlanması üçün “XTZ-150”markalı, 10-TO-78 dövlət qeydiyyat nişanlı, traktorun sürücüsü Şahid7 aralarında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə şərtləri üzrə ona ödəməli olan 980 manat vəsaiti bələdiyyənin büdcə komissiyasının sədri X5 ödəniş kartı üzrə bank hesabına xx.xx.2017-ci il tarixli ödəniş orderi ilə köçürməyinə baxmayaraq Şahid7 800 manat ödəməklə 180,00 manat pul vəsaitini, 02 iyun 2017-ci il tarixli 25 nömrəli ödəniş tapşırığı ilə 200 m anat məbləğində pulu “Xalqbank ASC-nin Neftçala filialı vasitəsilə "xxxx" LTD MMC-nin AZ03HAJCHCRAZN**********5001 saylı hesab nömrəli plastik kartına köçürərək 200 manat məbləğində benzin və dizel yanacağını, 03 iyul 2017-ci il tarixli 32 nömrəli ödəniş tapşırığı ilə 200 manat məbləğində pulu “Xalqbank ASC-nin Neftçala filialı vasitəsilə "xxxx" LTD MMC-nin AZ03HAJCHCRAZN **********5001 saylı hesab nömrəli plastik kartına köçürərək 200 manat məbləğində benzin və dizel yanacağını, 18 iyul 2017-ci il tarixli 33 nömrəli ödəniş tapşırığı ilə 200 manat məbləğində pulu “Xalqbank ASC-nin Neftçala filialı vasitəsilə "xxxx" LTD MMC-nin AZ03HAJCHCRAZN **********5001 saylı hesab nömrəli plastik kartına köçürərək 200 manat məbləğində benzin və dizel yanacağını, 03 noyabr 2017-ci il tarixli ödəniş tapş ırığı ilə 300 manat məbləğində pulu “Xalqbank ASC-nin Neftçala filialı vasitəsilə "xxxx" LTD MMC-nin AZ03HAJCHCRAZN **********5001 saylı hesab nömrəli plastik kartına köçrərək 300 manat məbləğində benzin və dizel yanacağını, 12 yanvar 2018-ci il tarixli 01 nömrəli ödəniş tapşırığı ilə 400 manat məbləğində pulu “Xalqbank ASC-nin Neftçala filialı vasitəsilə "xxxx" LTD MMC-nin AZ03HAJCHCRAZN **********5001 saylı hesab nömrəli plastik kartına köçürərək 400 manat məbləğində benzin və dizel yanacağını, xx.xx.2019-cu il tarixli müqavilə bağlamaqla xx.xx.2019-cu il tarixli 47000157 nömrəli ödəniş tapşırığı və EBAA № 512533 saylı xx.xx.2019-cu il tarixli qaiməfaktura ilə fiziki şəxs X6 alınmış 1 ədəd 300 manat dəyərində kitab şkafının, 1 ədəd 400 manat dəyərində kreslonun, 2 ədəd 104,001 manat dəyə rində stolüstü ofis dəstinin alınması ilə bağlı bələdiyyənin büdcəsindən həmin şəxslərin hesabına qeyd olunan məbləğlərdə pul məbləğlərini ödəməklə göstərilmiş əmlakları bələdiyyənin inventarları olmasına baxmayaraq, bələdiyyənin inventarlarının siyahısına daxil etməyib öz şəxsi məqsədləri üçün istifadə edib ümümilikdə 4124,00 manat məbləğində ona etibar edilmiş bələdiyyə əmlakını öz qulluq mövqeyindən istifadə edib vahid niyyətlə mənimsəyərək talamışdır. Bundan başqa, Məhkum, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Neftçala rayonunun Xol Qarabucaq bələdiyyəsinin inzibati binasında bələdiyyə sədri kimi xidməti vəzifələrini icra edərkən Neftçala rayonunun Xol Qarabucaq kənd sakini Zərərçəkmiş şəxs ondan əmisi Şahid4 əvvəllər bələdiyyədən icarəyə götürdüyü torpaq sahəsinin icarə müqavil əsinin müddətini uzatmamasının səbəbini soruşarkən o, “əcəb etmişəm” ifadəsini işlədərək yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə vuraraq və əli ilə divara itələməklə alt dodağının selikli qişasının, alt çənənin solda diş dibinin qansızmaları, sağ əlin üst səthinin sıyrığı ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə zor tətbiq edib hüquqlarına mühüm zərər vurmaqla xidməti səlahiyyətlərinin hüdudlarından açıqaşkar surətdə kənara çıxan hərəkətlər etmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, birinci instansiya məhkəməsi ibtidai istintaq orqanının Məhkum 16 dekabr 2020-ci il tarixdə Şahid4 zor tətbiq etməsindən ib arət əməlində CM-nin 309.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin yaranmasının nədən ibarət olması, Məhkum vəzifəli şəxs olaraq Şahid4 zor tətbiq edərkən hansı normativ aktla müəyyən edilmiş hansı xidməti səlahiyyətlərinin hüdudlarından açıq aşkar surətdə kənara çıxması, bu halın tutduğu vəzifəyə aid hansı səlahiyyəti ilə əlaqəli olması və ya Şahid4 zor tətbiq etməsinin hansı normativ aktla müəyyən olunmuş səlahiyyəti ilə müqayisəsini əsaslandırmamış, eləcə də iş üzrə toplanmış sübutların bu istiqamətdə hüquqi təhlili edilməsini aparmamış, iş üzrə ibtidai istintaq orqanının Qismət Qafarova qarşı CM-nin 309.2-ci maddəsi ilə irəli sürdüyü ittihamın qanuni əsaslarının aydın olmaması qənaətinə gəlməklə onun əməlini CM-nin 309.2-ci maddəsindən CM-nin 128-ci maddəsinə tö vsif edərkən işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmiş, apellyasiya instansiya məhkəməsi isə qanunsuz olaraq birinci instansiya məhkəməsinin bu mülahizəsini əsaslı saymışdır. Apellyasiya Məhkəməsi bu nəticəyə gələrkən iş üzrə toplanılmış obyektiv və mötəbər sübutlara deyil, yalnız təqsirləndirilən şəxs Məhkum verdiyi özünü müdafiə xarakterli ifadələrinə, eləcə də öz subyektiv mülahizələrinə və ehtimallara istinad edib Məhkum cinayət məsuliyyətindən əsassız olaraq kənarda qoymuşdur. Məhkəmələr nəzərə almamışdır ki, CM-nin 309.2-ci maddəsində təsbit olunan cinayətin obyektiv cəhətinə daxil olan əməl vəzifəli şəxsin öz səlahiyyətlərindən kənara çıxan hərəkətlər etməsində ifadə olunur. Məhkəmələr qərarlarda vəzifəli şəxsin iş yerində və iş vaxtı hər hansı şəxsə qarşı zor tətbiq etməsinin bütün hallarda deyil, yalnız həyata keçirdiyi səlahiyyət və yerinə yetirdiyi funksiyalarla əlaqəsi olduqda onun əməlinin CM-nin 309.2-ci maddəsi ilə tövsif edilməli olduğunu göstərsələr də, Məhkum xx.xx.2020-ci il tarixdə saat 17 radələrində iş yerində və iş vaxtı xidməti səlahiyyətləri ilə əlaqədar Zərərçəkmiş şəxs zor tətbiq edib hüquqlarına mühüm zərər vurmaqla xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etdiyini nəzərə almamışlar. Belə ki, məhkəmənin gəldiyi nəticəyə görə Zərərçəkmiş şəxs 16 dekabr 2020-ci il tarixdə saat 17 radələrində Neftçala rayonu Xol Qarabucaq bələdiyyəsinin inzibati binasına gəlməkdə məqsədinin bələdiyyənin sədri olmuş Məhkum barəsində etdiyi müraciət üzrə izahat vermək olması barədə irəli sürdüyü dəlil Şahid9 gö stərilən izahat və ifadəsi, eləcə də həmin tarixdə Zərərçəkmiş şəxs bələdiyyənin inzibati binasına gəlsə də, Şahid9 izahat verməməsi barədə işin faktiki halı ilə tamamilə təkzib edilmişdir. Məhkum əməlinin hüquqi tövsifi baxımından heç bir əhəmiyyət daşımasa da, Zərərçəkmiş şəxs özünün ifadələri, yəni işin faktiki halı ilə onun bələdiyyənin inzibati binasına məhz izahat vermək üçün getməsi öz təsdiqini tapmışdır. Məhkəmələrin gəldiyi nəticəyə əsasən Zərərçəkmiş şəxs və Şahid2 məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdikləri ifadələr əsasında müəyyən edilmişdir ki, 16 dekabr 2020-ci il tarixdə saat 17 radələrində yuxarıda göstərilən səbəbdən Qəfərov X12 Anar Hafiz oğlunu Neftçala rayonu Xol Qarabucaq bələdiyyəsinin inzibati binasında, mühasibə aid olan xidməti otaqdan dəhlizə çıxardı qdan sonra dəhlizdə Zərərçəkmiş şəxs sonuncunun ona bələdiyyənin göstərilən icarə müqaviləsinin müddətini uzatmamasının səbəbi barədə təkrarən verdiyi suala “əcəb etmişəm' məzmununda cavab verərkən Zərərçəkmiş şəxs ona “qələt eləmisən, canını alaram” demişdir. Məhkəmələr elmi ədəbiyyatlara əsaslanaraq 16 dekabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs Məhkum “qələt eləmisən, canını alaram” deməsini sonuncunun şərəf və ləyaqətini alçaldan ifadə kimi qiymətləndirmişlər. Bundan əlavə, Məhkum şəxsi münasibətlərin kəskinləşməsi zəminində qisas almaq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməsindən ibarət məhkəmələrin gəldiyi nəticənin əsassız olmasından bəhs edərkən qeyd olunmalıdır ki, məhkəmə Şahid2 və Şahid12 məhkəmə istintaqı zamanı vermiş olduqları i fadələrə istinadən hökmdə onların Zərərçəkmiş şəxs Məhkum “qələt eləmisən, canını alaram” deməsinin şahidi olduqlarını göstərmiş, həmin şahidlərin ibtidai istintaq zamanı qeyd olunan məzmunda ifadə vermədiklərini, məhkəmə istintaqında isə guya hadisənin zərərçəkmiş şəxsin təşəbbüsü ilə şəxsi münasibətlər zəminində baş verməsi təəssüratını yaratmaq, bununla da Məhkum müdafiə etmək məqsədi ilə ifadələr vermələrini, həmin ifadələrdə göstərilənlərin həm zərərçəkmiş Zərərçəkmiş şəxs, həm də Məhkum özünün məhkəmə istintaqı zamanı vermiş olduğu və məhkəmənin hökmündə öz əksini tapan ifadələri ilə tamamilə təkzib olunduğunu nəzərə almamışdır. Məhkəmələr nəzərə almamışlar ki, Şahid2 və Şahid12 Məhkum müdafiə etmək və onun məsuliyyətdən kənarda qalması üçün işin faktiki hallarına uyğun olmayan ziddi yyətli ifadələr versələr də, onların ifadələrində göstərilənlər nəinki özlərinin ibtidai istintaq zamanı verdikləri ifadələr, zərərçəkmiş Zərərçəkmiş şəxsun ifadəsi, birbaşa Məhkum məhkəmə istintaqında vermiş olduğu ifadə ilə tamamilə təkzib olunmuşdur. Məhkum bələdiyyənin inzibati binasında bələdiyyə sədri kimi xidməti vəzifələrini icra edərkən yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə vuraraq və əli ilə divara itələyərək ona sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə zor tətbiq edib hüquqlarına mühüm zərər vurmaqla xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsini təsdiq edən iş üzrə kifayət qədər sübutlar toplanmışdır. Dövlət ittihamçısı kassasiya protestində Şir van Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 mart 2022-ci il tarixli qərarının ləğv edərək ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan Apelyasiya Məhkəməsinin 1(106)279/2022 saylı 17 mart 2022-ci il tarixli qərarı ədalətsiz və əsassızdır və qərar ləğv edilərək Məhkum Azərbaycan Respublikası CM-in 309.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində azadlıqdan məhrumetmə ilə bağlı hökm verilməlidir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 300 nömrəli rəyindən görünür ki, xəsarət Zərərçəkmiş şəxs sağlamlığın pozulmasına yüngül xəsarət vurmaya səbəb olan xəsarətlər almışdır. Bələdiyyə sədri olan Məhkum bu hərəkəti ilə onu döyərək sağlamlığa yüngül zərər vurmaqla konstitusion hüquqları pozmaqla dövlət orqanının normal fəaliyyətini pozmuşdur. Belə ki, hadisə dəhlizdə baş vermiş və bunu Məhkum da öz ifadəsində göstərir və həmin ifadəni Şirvan Regional Ədliyyə idarəsinin əməkdaşı Şahid9 təsdiq edir. Bu da onu deməyə əsas verir ki, onu vuran və xəsarət yetirən şəxs Məhkumdur. Məhkum şikayətçidir, onunla barışmamış və barəsində ciddi cəza olan azadlıqdan məhrum etmə cəzası tətbiq edilməlidir. Həmçinin Məhkum məsuliyyətdən azad olunmaq və cəzasının yüngül təyin edilməsi üçün özünə aid olmayan və qulluq mövqeyindən istifadə etməyə çalışaraq aidiyyatı olmayan vasitələrdən istifadə edərək məhkəməni yanıltmağa çalışmaqla cəzasının yüngül verilməsinə nail olmaq istəyir. Məlum olduğu kimi onun oğlu X15 torpaqlarımız ın işğalçılarından azad edilməsi üçün aparılan Vətən Müharibəsində baş leytenant rütbəsini daşımaqla qəhrəmancasına iştirak etməsi onun cəzasının yüngülləşməsinə və sair formada təsir etməsinə əsas ola bilməz. Ona görə də Məhkum şəxsiyyətini xarakterizə edən halları, onun hazırda əsgər atası olmasını, oğlunun “Vətən Uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medallarla təltif olunması haqqında məlumatları cinayət işinin materiallarına daxil edilməsi üçün əsas olmadığı nəzərə alınmalıdır. X1 ailəsinin Məhkum himayəsində qalması barədə təqdim edilmiş arayışlar da təmamilə əsassızdır və onun nəzərə alınması üçün heç bir əsas yoxdur. Çünki göründüyü kimi X15 Azərbaycan Ordusunun zabitidir və o zabit kimi Azərbaycan Respublikasının Ordusunun zabitinə sosial müdafiə tədbiri kimi verilmiş bütün imtiyazlardan istifadə edir. Məhkum kənd ərazisində müsbət xarakterizə olunması əsassızdır və bu barədə təqdim edilmiş xasiyyətnamə kənd inzibati ərazi nümayəndəsinin öz şəxsi fikirləri əsasında yazılmışdır və bu xasiyyətnamə yüngülləşdirici hal kimi nəzərə alına bilməz və alınması üçün qanunvericilikdə heç bir əsas yoxdur. Cinayət hadisəsi bələdiyyənin inzibati binasında baş vermiş, bələdiyyə sədri Məhkum olmuş, Zərərçəkmiş şəxs bələdiyyə fəaliyyəti olaraq torpaq icarə müqaviləsinin bağlanmamasından şikayətçi olmuş, buna etirazını bildirmiş, bələdiyyənin inzibati binasına dəvət olunmuş və bu zaman cinayət hadisəsi baş vermişdir. Tövsifin əsasını hər iki məhkəmə aktında göründüyü kimi heç ibtidai istintaq zamanı ifadələrdə olmayan ‘‘qələt etmisən”, “can ını alaram”, “əcəb etmişəm” sözləri olmuşdur. Bu sözlərin şərəf və ləyaqəti davamlı olaraq alçaldılması kimi gsötərilsə d, ə bunun üçün mütləqdir ki, həmin ifadələrin şərəf vələyaqəti alçaltmasını təsdiq edən linqvistik ekspertiza təyin edilməli idi. Adi sözlərlə bunu şərəf və ləyaqətin alçaldılması hesab edilə bilməz. Tövsif üçün hansı əsaslarla sübutun qəbul edilməsi və əsaslandırılması hər iki məhkəmə aktında göstərilməmişdir. Kassasiya şikayətində Şirvan Apelyasiya Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya məhkəməsində yenidən baxılmasının təyin edilməsi barədə qərar çıxarılması xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya p rotestinin və kassasiya şikayətinin təmin olunmaması barədə məhkumun, kassasiya protestinin və kassasiya şikayətinin təmin olunması barədə zərərçəkmiş şəxsin və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarını n tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan b aşqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin və kassasiya şikayətinin əməlin tövsifinə dair dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-ol maması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törə tməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin töv sifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarı). Apellyasiya məhkəməsi işin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının fonunda tərəflərin hadisəyə qədərki hərəkətlərinin təhlili ilə müəyyən etmişdir ki, Zərərçəkmiş şəxs 16 dekabr 2020-ci ildə Neftçala rayonu Xol Qarabucaq bələdiyyəsinin inzibati binasına gələrkən əmisi Şahid4la bələdiyyə arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 01 dekabr 2004-cü il tarixli müqaviləsinə nə vaxt və hansı əsasla xitam verilməsi barədə dəqiq məlumatlı olmasına baxmayaraq, onun həmin vaxt yenidən müqavilənin uzadılmaması səbəbini dəfələrlə soruşm ası sonuncunun hərəkətlərində qərəzliliyi və mübahisənin bilavasitə təşəbbüskarı olmasını, habelə onun əvvəlcədən şikayəti üzrə izahat verilməsi üçün bələdiyyənin inzibati binasına rəsmi qaydada edilmiş dəvətə gəlməcəyini bildirib, lakin təyin edilmiş vaxtdan sonra heç bir məlumat vermədən bələdiyyənin binasına özbaşına gəlməsi, onun konflikt salmaq niyyətində olmasını şərtləndirir. Məhkum isə hadisəyə qədər Zərərçəkmiş şəxs hərəkətlərinə dözümlülük nümayiş etdirmiş, lakin sonda eyni məzmunlu suala eyni cavabı dəfələrlə verməsindən hiddətlənərək “əcəb etmişəm” cavabı verməsi, bu an sonuncunun ünvanına “qələt etmisən” söyüş xarakterli vulqar söz işlətməklə ləyaqətini alçatması Məhkum ona zor tətbiq etməsi ilə nəticələnmişdir. Məhkəmə kollegiyasının bu qənaəti həmçinin onunla təsdiq olunur k i, hadisəyə qədər Zərərçəkmiş şəxs “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 01 dekabr 2004-cü il tarixli müqavilənin müddətinin uzadılmaması ilə bağlı hər cür tənqidinə dözümlülük göstərmiş, yalnız Məhkum zərərçəkmiş şəxsin “təhqirinə dözümsüzlük” nümayiş etdirmişdir. Apellyasiya məhkəməsinin göstərilən mövqeyi ilə bağlı kassasiya məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: CM-in 309.2 -ci maddəsi vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə əməllər zor tətbiq etməklə mühüm zərər vurmağa görə cinayət məsuliyyətini nəzərdə tutur. Şərh edilən cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək vətəndaşların və ya təşkilatların hüquqlarına və qanuni mənafelərinə, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ziyan vurur, vətəndaşların konstitusiya hüquq və azadlıqlarını pozur, hakimiyyət orqanlarını əhali arasında nüfuzdan salır. Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyekti dövlət orqanlarının normal fəaliyyətidir. Əlavə obyekt qismində vətəndaşların və ya təşkilatların hüquqları və qanuni mənafeləri, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafeləri çıxış edir. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə obyektiv cəhətdən aşağıdakı zəruri əlamətlərin məcmusu ilə xarakterizə olunur: 1) vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsi növündə əməl; 2) fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasından ibarət nəticənin baş verməsi; 3) əməllə nəticə arasında səbəbli əlaqənin olması. Şərh edilən maddənin dispozisiyasının məzmununa əsasən vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir. Məhkəmə kollegiyası CM-in 309.2-ci maddəsi üzrə cinayət tərkibinin əlamətləri ilə bağlı yuxarıda göstərilən hüquqi mövqeyə əsaslanaraq qeyd edir ki, sözügedən cinayətin obyektini və obyektiv cəhətini səciyyələndirən zəruri əlamətləri əlaqəli şəkildə təhlilinə əsasən vəzifə səlahiyyətlərini aşmada ifadə olunan hərəkətlər dedikd ə, vəzifəli şəxsin həyata keçirdiyi vəzifə ilə əlaqəsi olan, yerinə yetirdiyi funksiyanın xasiyyətlərindən irəli gələn hərəkətlər başa düşülməlidir. Vəzifəli şəxsin iş yerində və iş vaxtı hər hansı şəxsə qarşı zor tətbiq etməsi bütün hallarda deyil, yalnız həyata keçirdiyi səlahiyyət və yerinə yetirdiyi funksiyalarla əlaqəsi olduqda həmin maddə ilə tövsif edilir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum əməlinin düzgün tövsif edilməsi üçün iki halın – birinci zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında sonuncunun tutduğu bələdiyyə sədri vəzifəsini yerinə yetirməsi ilə əlaqədar, yəni bu vəzifənin xüsusiyyətləri ilə şərtləndirilən publik hüquq-münasibətlərinin yaranıbyaranması və ikincisi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qarşı zor tətbiq etmə si onun məhz tutduğu vəzifədən doğan hərəkət olub-olmamasını dəqiqləşdirmiş və Məhkum törətdiyi və CM-in 309.2-ci maddəsi ilə ittiham irəli sürülməsinə əsas olan əməlinin “Neftçala rayonu Xol Qarabucaq bələdiyyəsinin sədri” vəzifəsi ilə şərtləndirilmədiyi üçün vəzifənin yerinə yetirilməsi (xidməti səlahiyyətlərinin icrası) ilə bağlı törədilən hərəkət olmaması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Neftçala rayonu Xol Qarabucaq bələdiyyəsi ilə Şahid4 arasında bələdiyyə mülkiyyətində olan 20 ha torpaq sahəsinin sonuncuya 15 il müddətinə icarəyə verilməsinə dair “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 01 dekabr 2004-cü il tarixli müqavilə Zərərçəkmiş şəxs hüquq və qanuni maraqlarına bilavasitə aid olmadığı, habelə Şahid4 ona qanunla müəyyən edilmiş qaydada təmsilçilik hüququ vermədiyi üçün Zərərçəkmiş şəxs bu vəziyyətdə müvafiq müqavilə müddətinin uzadılmamasının səbəbini öyrənməyə görə inzibati orqana – Neftçala rayonu Xol Qarabucaq bələdiyyəsinə müraciət etməsinin hüquqi əsası olmamışdır. Həmçinin Zərərçəkmiş şəxs müraciətindən 1 (bir) ildən artıq müddət əvvəl, yəni 15 dekabr 2019-cu ildə Neftçala rayonu Xol Qarabucaq bələdiyyəsinin qərarı ilə “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 01 dekabr 2004-cü il tarixli müqaviləyə xitam verilmişdir. Bununla da Şahid4la Neftçala rayonu Xol Qarabucaq bələdiyyəsi arasında 15 dekabr 2019-cu ildən sonra həmin müqaviləndən irəli gələn hər hansı hüquq münasibətləri olmamışdır. İşin bu halları, xüsusilə də, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 01 dekabr 2004-cü il tarixli müqaviləyə xitam verilməsi və Zərərçək miş şəxs həmin müqavilə üzrə Şahid4 təmsil etmək hüququ olmaması halında məhkum edilmiş şəxslə zərərçəkmiş şəxs arasında birincinin tutuduğu bələdiyyə sədri vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar, yəni məhz bu vəzifənin xüsusiyyətləri ilə şərtləndirilən hər-hansı hüquq münasibətlərinin yaranmaması Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 309.2-ci maddəsi ilə tövsif olunmasını istisna edir. Həmçinin işin müəyyən olunmuş faktiki halı ilə mübahisəsiz qaydada müəyyən olunur ki, 16 dekabr 2020-ci ildə saat 17 radələrində Neftçala rayonu Xol Qarabucaq bələdiyyəsinin inzibati binasında Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ünvanına “qələt etmisən” söyüş xarakterli vulqar söz işlətməklə ləyaqətinə qəsd etmiş və bundan dərhal sonra Məhkum onu vurmuşdur. Azərbaycan Respublikasinin Kon stitusiyası 46-cı maddəsinin İ və İİ hissələrinə əsasən “Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır”, “Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz”. İnsan Hüqüqları üzrə Avropa Məhkəməsinin Lingens Avstriyaya qarşı 08 iyul 1986cı il və MTE və İndex.hu Macarıstana qarşı 02 fevral 2016-cı il tarixli qərarlarında göstərilmişdir ki, dövlət qulluqçuları və ya siyasətçiyə ünvanlanan, məqbul hesab edilən tənqidin sərhədləri fərdi şəxsə yönəlmiş tənqidlərin sərhədlərindən daha genişdir. Məsələn, siyasətçiyə qarşı qəbul edilən tənqidin sərhədlərini müəyyən etmək üçün məhkəmə qeyd edir ki, siyasətçi adi vətəndaşdan fərqli olaraq tənqidlərə qarşı yüksək dərəcəli dözümlülük nümayiş etdirməlidir. Çünki o, istər-is təməz işlətdiyi ifadənin və ya əməlin həm jurnalistlər, həm də ictimaiyyətin müzakirəsinə təqdim edir. Əgər ünvanlanan ifadə dövlət orqanına, dövlətə və ya hökümətə qarşıdırsa, o zaman həmin ifadə daha geniş müdafiəyə malikdir. İctimai arenaya çıxan hər bir fiziki şəxs də avtomatik olaraq ictimai nəzarətə məruz qaldığından ona yönələn tənqidə yüksək dərəcəli dözümlülüklə yanaşmalıdır. İstər Azərbaycan Respublikasinin Konstitusiyası, istərsə də, İnsan Hüqüqları üzrə Avropa Məhkəməsinin qeyd olunan hüquqi mövqeyi dövlət qulluqçusunun tənqidə yüksək dərəcəli dözümlülüklə yanaşmasını, habelə tənqidə görə təqibə məruz qalmamağı özündə ehtiva edir. Təhqir və böhtan tənqid sayılmadığı, habelə təhqir bilavasitə insan fərdinin ləyaqətinə və şərəfinə qəsd etdiyi üçün həm dövlətdaxili hüquqda, həm də, beynəlxalq hüquqda hakimiyyət nümayəndəsinin “təhqirə dözümlülük” prezumpsiyası nəzərdə tutulmamış, əksinə şəxsiyyətin ləyaqətinin qorunması “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvesiya baxımından dövlətin pozitiv öhdəliyidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Məhkum 16 dekabr 2020-ci ildə saat 17 radələrində Zərərçəkmiş şəxs tərəfindən ona dəfələrlə ünvanlanmış suala sonuncu dəfə “əcəb etmişəm” cavabı verməsi, Zərərçəkmiş şəxs onun ləyaqətinin alçaldılmasına əsas verən hal hesab oluna bilməz. Lakin həmin an Zərərçəkmiş şəxs Məhkum ünvanına söyüş xarakterli vulqar söz işlətməsi sonuncunun qanunla müəyyən edilmiş qaydada (zorakılıqla deyil) ləyaqətinin müdafiə etmək hüququnu yaratmışdır. Buna baxmayaraq Məhkum ləyaqətini qanunla müəyyən olunmu ş qaydada deyil, qisas hissəsinin təsiri altında özbaşınalıqla, yəni zor tətbiq etməklə müdafiə etmişdir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qərarında müəyyən edilmiş hallarla razılaşaraq hesab edir ki, Məhkum qeyd olunan hərəkəti “Neftçala rayonu Xol Qarabucaq bələdiyyəsinin sədri” vəzifəsi ilə əlaqədar olmadığı üçün vəzifənin yerinə yetirilməsi (xidməti səlahiyyətlərinin icrası) ilə bağlı törədilən hərəkət kimi çıxış etmədiyindən, həmçinin CM-in 309.2-ci maddəsinin obyektiv cəhətinin ehtiva etdiyi zəruri əlaməti özündə əks etdirmədiyindən həmin maddə ilə qorunan (cinayətin obyekti kimi çıxış edən) ictimai-hüquq münasibətlərinə (qulluq mənafeyinə) zərər yetirən əməl kimi qiymətləndirilə bilməz. Buna görə də, Apellyasiya məhkəməsi Məhkum əməlinin Azərbaycan R espublikası CM-in 309.2-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni haqlı olaraq qanuni və əsaslı hesab etmişdir. Azərbaycan Respublikası CPM-nin 143.1-ci maddəsinə sasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Bu qanunların mənasına görə sübutlar həm ibt idai araşdırma və həm də məhkəmə baxışı zamanı toplanır və toplanmış bütün sübutlar məhkəmə iclasında təhlil edilməli, birbiri ilə müqayisə edilməli, onların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməli və bu qaydada sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzrdə tutulan əməlin törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmişlər. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həya ti əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Mə cəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdi r. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayə t-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələ r tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya protestinin və kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Göstərilən nəticə kassasiya protestində və kassasiya şikayətində iddia olunanların əksinə olaraq məhkəmələr tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətində mübahisələndirilən azadlığın məhdudlaşdırılması cəzasına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbi rlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşı sının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət M əcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şə xsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddə si). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsi Məhkum iş üzrə cinayət əməlini zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini Azərbaycan Respublikası CM-in 59.1.8ci maddəsinə, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, oğlu Ülfət Qəfərlinin Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli, 2349 nömrəli, 24 dekabr 2020-ci il tarixli, 2358 nömrəli, 25 dekabr 2020-ci il tarixli, 2362 və 2364 nömrəli Sərəncamları ilə müvafiq qaydada “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilməsini həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngüllə şdirən hallar kimi qiymətləndirmiş və ağırlaşdıran halların olmadığını müəyyən etmişdir. Məhkum edilmiş şəxs Məhkum cəza təyin edərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsiinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, biri nci instansiya məhkəməsinin hökmündə Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin zəruriliyi kifayət qədər əsaslandırılmışdır. Belə ki, məhkuma həmin cəzanın təyin edilməsinə əsas verən hallar, yəni məhkumun cəmiyyətdən tam təcrid olunmadan islah olunması mümkünlüyü, məhz həmin cəzanın təyin edilməsinin məhkumun islah olunması məqsədlərinə cavab verməsinin məqsədəuyğun olması kimi halların müəyyən edilməsini nəzərə alaraq kassasiya məhkəmə kollegiyası hesab edir ki, göstərilən məhkuma azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi barədə məhkəmələrin qənaəti qanunvericiliyin cəza təyininə dair müəyyən etdiyi tələblərə cavab verir və məhkuma azadlığın məhdudlaşdırılması cəzasının tə yin edilməsi üçün əsaslar mövcuddur. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkuma azadlıqdan məhrum etmə ilə bağlı cəzanın təyin edilməsi barədə dəlillərini əsassız hesab edir və təyin edilən cəzanın ağırlaşdırılmasına əsas olan halların mövcud olmadığını qeyd edir. Yuxarıda şərh olunanlara əsasən isə məhkuma təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası ədalətli, qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hö kmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xar akterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxslərə təyin edilən azadlığın məhdudlaşdırılması cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarların şəxsiyyətinə uyğun olmaqla, ailələrinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğundur və onların islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum təyin edilmiş cəzanın ağırlaşdırılmasının məqsədəmüvafiq olmadığını qeyd e dir və hesab edir ki, kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 mart 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində və kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kas sasiya protesti və kassasiya şikayəti təmin olunmadan, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Zərərçəkmiş şəxs Hafis oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 mart 2022-ci il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1172/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1172/2022
31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver