Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1172/2023 21.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxx 1981-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu Şilavar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsin in (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 8 avqust 2022-ci il tarixli hökmü ilə (hakimlər: X.A.Nuriyev (sədrlik edən), Ə.A.Əliyev və O.Y.Cəlilov) Məhkum - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçə kmə müddətinin əvvəlinin 18 aprel 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: İ.H.Əhmədov (sədrlik edən), M.Ə.Bağırov və E.İ.Əliyev) apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 8 avqust 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum qarşı ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, 2022-ci ilin aprel ayında Lənkəran şəhərində satış məqsədi elə qanunsuz olaraq külli miqdarda 4,456 qram psixotrop maddə olan metamfetamini bir ədəd bükümdə əldə edib üzərində saxlayaraq daşımış, 1 8 aprel 2022-ci il tarixdə saat 21.30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri, Cavanşir küçəsində saxlanılaraq Cənub Bölgəsində Regional Şöbəsinin inzibati binasına gətirilmiş və keçirilən şəxsi axtarış zamanı göstərilən bükümdə və çəkidə psixotrop maddə metamfetamin üzərində aşkar edilib götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya ins tansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, ona görə də təqsirləndirilən şəxs Məhkum əməlinin tövsifində səhvə yol verilmişdir. Protest müəllifinin fikrincə, Məhkum üzərində aşkar edilmiş psixotrop maddə olan 4,456 qram çəkidə metamfetaminin şəxsi istehlak miqdarından 29 dəfə çox olması ona dəlalət edir ki, Məhkum psixotrop maddələrin satışı ilə məşğul olur. Lakin bu hal apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum əməlinin hüquqi tövsifi mübahisə edilir. Apellyasiya instansiyası məhkəməsinin qərarı müdafiə tərəfindən mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası yalnız dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə məhkəmə qərarına münasibət bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən: “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” görə; Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində isə bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydalar ı pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növb ədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2 saylı, 04 mart 2011-ci il tarixli Qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin sa tış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda istinad edilən normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə və Ali Məhkəməsinin Plenumunun müvafiq qərarında olan tövsiyələrə əsaslanaraq kassasiya protestində qeyd edilən dəlillərlə razılaşmır və bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmiş cinayət əməlinin birinci instansiya məhkəməsi tərəfindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsinə dair gəldiyi nəticə ilə razılaşmış və həmin maddə ilə təqsirli bilmişdir. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş Məhkum ona Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, beş ilə yaxındır ki, psixotrop maddə metamfetamin qəbul edir. Metamfetamini Lənkəran şəhərində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən almışdır. 18 aprel 2022-ci il tarixdə saat 19 radələrində Lənkəran şəhəri,«Kiçik Bazar» adlanın ərazidə tanış olduğu «X12» ləqəbli şəxsdən 4-5 dəfə istifadəlik üçün bir ədəd bükümdə metamfetamin almışdır. Bundan bir qədər sonra «Xan Evi» adlanın ərazidə piyada gəzdiyi zaman polis əməkdaşları tərəfindən saxlanılmaqla onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbənin inzibati binasına aparmışlar. Orada şübhəli şəxs kimi tutulmuş və öz istəyi ilə vəkil Müdafiəçi hüquqlarının müdafiəsi üçün dəvət olunmuşdur. Üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmasından əvvəl qanunsuz əşya vardırsa, təqdim etməsi təklif olunmu şdur. O, şalvar cibində bir ədəd bükümdə olan, öz istifadəsi üçün əldə etdiyi metamfetamini təqdim etmiş, öz istifadəsi üçün 100 manat pula aldığını, satmaq məqsədinin olmadığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş, başqa hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Cinayət işinin ibtidai araşdırılması zamanı verdiyi ifadələrində də Məhkum bildirmişdir ki, həmin psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etmişdir. İş materiallarında Məhkum narkotik vasitələrin hər hansı formada satışı ilə məşğul olması barədə heç bir sübut müəyyən edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid X5 məhkəmədə göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində i şləyir. Ona Lənkəran rayonu Şilavar kəndində yaşayan Məhkum narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə Məhkum 18 aprel 2022-ci il tarixdə saat 21 radələrində Lənkəran şəhəri, Cavanşir küçəsində saxlamaqla polis şöbəsinə dəvət etmişlər. Məhkum polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutulmuş, ona hüquqlarını müdafiə etmək üçün dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində qanunsuz əşya vardırsa, təqdim etməsi təklif edilmişdir. Bu zaman Məhkum əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd sellofan büküm çıxararaq stolun üzərinə qoymuşdur. Həmin sellofan bükümdə psixotrop maddə metamfetamin oldu ğunu, metamfetamini həmin gün «Kiçik Bazar» adlanın ərazidən «X12» ləqəbli şəxsdən özü qəbul etmək üçün 100 manat pula aldığını bildirmişdir. Həmin maddə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş polis əməkdaşı Şahid3 X2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. «Şəxsi axtarış və götürmə aparılması haqqında» 18 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Məhkum narkotik vasitələr və psixotrop maddə əldə edib üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün saat 21.30 radələrində Lənkəran şəhəri Cavanşir küçəsində saxlanılmaqla şübhəli şəxs kimi tutulmuş, müdaifçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmasından əvvəl qanunsuz əşya var dırsa, təqdim etməsi təklif olunmuşdur. Məhkum əynindəki şalvarının sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim edərək masanın üzərinə qoymuş və ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində psixotrop maddə “şüşə” var, özünə məxsusdur, dünən Lənkəran şəhərində “Kiçik bazar” adlanan ərazidə çayxanada “X12” adlı şəxsdən özü qəbul etmək üçün 100 manata almış, həmin “şüşə”dən bir dəfə qəbul etmiş, heç kimə verməmiş, satmamış, bundan başqa onda narkotik maddə yoxdur. Məhkum təqdim etdiyi sellofan bükümün içərisinə baxıldıqda içərisində psixotrop maddə metamfetaminəbənzər kütlə aşkar olunmuş və götürülmüşdür. Həmin kütlə elektron tərəzidə çəkildikdə çəkisi 4,57 qram olmuşdur. Sonra həmin kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhü rlənmiş və üzəri imzalanmışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 20 aprel 2022-ci il tarixli, 477 nömrəli rəyindən görünür ki, müayinə zamanı Məhkum metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən toksikomaniya xəstəliyi aşkar olunur. Toksikomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında provilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək qeyd edir ki, məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, Məhkum psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Məhkum narkotik vasi tələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan psixotrop maddəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut və dəlil mövcud olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verən aşağı instansiya məhkəmələri haqlı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif etmiş, həmin maddədə nəzərdə tutulan cinayət əməli iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, sübutların həcmi və ümumiyyətlə, işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM- in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsaslar vermir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin Məhkum əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxs in xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən
Məhkəmə qərarları › İş №1(102)-1172/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1172/2023
21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver