Məhkəmə qərarları › İş №1(102)-1172/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1172/2024

25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1172/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Zərərçəkmiş şəxs və məhkumun müdafiəçisi Kərimov Emin Mahir oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1314/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarından Məhk um müdafiəçisi Rzayev Qəzənfər Zeynalabdin oğlu və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 31 avqust 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 179.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 19 sentyabr 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət i şi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum kadrlar şöbəsinin müdiri vəzifəsində işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru Zərərçəkmiş şəxs ona etibarnamə ilə bütün banklarda tam səlahiyyətli nümayəndəsi olmaq, hesabları üzərində sərəncam vermək, adından sənədlər imzalamaq səlahiyyətlərini həvalə etməsi ilə əlaqədar işinin xarakterinə və ona inanılıb həvalə edilmiş vəzifəsinə, eləcə də aralarında olmuş sevgi münasibətlərindən irəli gələn inam və etibardan istifadə etməklə ona etibar edilmiş özgə əmlakını talamaq qərarına gəlib 2019-cu il sentyabr ayının əvvəllərində qeydiyyatda olmaqla yaşadığı ünvan 2 ünvanında yerləşən seyfə Zərərçəkmiş şəxs tərəfindən ona etibar edilib saxlanılması üçün yerləşdirilmiş 300.000 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 510.000 manat məbləğində pul vəsaitini, 2019-cu il dekabr ayının əvvəllərində etibar edilib saxlanılması üçün ona verilmiş 100.000 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 170.000 manat məbləğində pul vəsaitini, eləcə də 09 avqust 2019-cu il tarixdə "xxxx" ASC-də olan hesaba etibar edilib saxlanılması üçün yerləşdirdiyi 29.377 ABŞ dolları məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs tərəfindən xərclənmiş 5.715 ABŞ dolları məbləğində hissəsini çıxıldıqdan sonra hesabda qalan 23.662 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 40.225 manat məbləğində pul vəsaitini, yəni ümumilikdə milli valyuta ilə 720.225 manat təşkil edən 423.662 ABŞ dolları məbləğində pul vəsaitini 2019-cu ilin sentyabr ayının əvvəll ərindən 07 dekabr 2021-ci il tarixə kimi olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə talayaraq həmin pul vəsaitindən tanışı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində xadimə işləyən Şahid1 ümumilikdə 50.000 manat məbləğində yardımlar edərək, bundan əlavə 2020-ci ilin sonlarında keçmiş sevgilisi Şahid2 30.000 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 51.000 manat məbləğində pul vəsaiti verərək, bundan əlavə 2021-ci ilin martiyul ayları ərzində rəfiqəsi Şahid5 2730 manat məbləğində pul vəsaiti verərək, ümumilikdə 103.730 manat pul vəsaitini israf etmiş, qalan 616.495 manat pul vəsaitini mənimsəyərək Zərərçəkmiş şəxs məxsus ümumilikdə milli valyuta ilə 720.225 (yeddi yüz iyirmi min iki yüz iyirmi beş) manat təşkil edən 423.662 (dörd yüz iyirmi üç min altı yüz altmış iki) ABŞ dol ları məbləğində pul vəsaitini, yəni ona etibar edilmiş xüsusilə külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə talamışdır.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-272/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikasının CM-nin 179.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu və ev dustaqlığında olduğu 6 (altı) ay 25 (iyirmi beş) gün müddətin ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 10 (on) il 5 (beş) ay 5 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 19 sentyabr 2022-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Qeyd olunan hökmlə həmçinin zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilərək vurulmuş maddi zərərlə bağlı 614.475 (altı yüz on dörd min dörd yüz yetmiş beş) manat məbləğində pulun Məhkum tutularaq Zərərçəkmiş şəxs ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsinin istinad edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Rzayev Qəzənfər Zeynalabdin oğlu və Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə ayrı-ayrılıqda apellyasiya şikayətləri, eləcə də Zərərçəkmiş şəxs özü apellyasiya şikayətinə əlavə vermişlər.

8. Bakı Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının 1(103)-1314/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-272/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi və zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayətləri verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

10. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilir ki, ibtidai istintaq zamanı müstəntiq, daha sonra isə birinci instansiya məhkəməsi tərəfindən müdafiə tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina edilmişdir. Məhkum əsassız olaraq Azərbaycan Respublikası CM-nin 179.4-cü maddəsi ilə təqsirli bilinib barəsində ittiham hökmünün çıxarıldığı bildirilməklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1314/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

11. Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilir ki, məhkəmə icraatı zamanı Məhkum hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edilib tədqiq edilmiş sübutlarla təsdiq olunsa da, bununla bağlı hər hansı tədbir görülməmişdir. Həmçinin, məhkum edilmiş şəxsə təyin edilmiş cəza yüngüldür və törədilmiş cinayətin ictimai tə hlükəliliyinə və xarakterinə uyğun deyildir. Məhkəmə cəza təyin edərkən işin hallarını düzgün qiymətləndirməmiş, nəticədə yüngül cəza seçmişdir. Hesab edir ki, məhkuma daha ağır, azadlıqdan məhrum etmənin yuxarı həddində cəza təyin edilməlidir. Göstərilənlərə əsasən məhkum barəsində daha ağır cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

12. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə min miş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tət biq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum təqsirliliyinin sübuta yetirilmədiyi iddia edilməklə, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPMnin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təs bit olunmuş halla əlaqələndirilmişdir.

18. Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində Məhkum təyin edilən cəzanın yüngül olduğu və mülki iddianın tam təmin edilməli olduğu iddia edilməklə, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirilmişdir.

19. Odur ki, məhkəmə kollegiyası hər iki kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1314/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli q ərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq ilkin olaraq məhkumun müdafiəçisinin kassasiya şikayəti ilə bağlı aşağıdakıları qeyd edir.

20. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

21. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

22. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-o lmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzan ın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

24. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum təqsirliliyinin s übuta yetirilmədiyinə dair müdafiəçinin dəlillərini əsassız hesab edir.

25. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətlərinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi Məhkum davamlı olaraq ziddiyyətli ifadələr verməsini, ittihamda göstərilən sözügedən seyfin məhkumun atasının evində olmasının və onun həmin seyfə daxil olmaq üçün icazəsinin olmasını, ondan və Zərərçəkmiş şəxs başqa hər hansı bir üçüncü şəxsin həmin seyfə əlçatanlığının olmamasını nəzərə alaraq, çoxsaylı şahid ifadələrini ittihamla müqayisəli şəkildə təhlil edərək, hazırda mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 179.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinin təsdiqi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş sübutların məcmusu ilə tam təsdiq edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü yoxlanılarkən sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar edilməmiş, məhkəmə Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 179.4-cü maddəsinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi həmin maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddələrlə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edi lmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.

28. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum təyin edilmiş cəzanın yüngül olması ilə bağlı zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmələrin bu məsələyə aid mövqeyi ilə də razılaşır və hesab edir ki, onların həmin hissədə qəbul etdiyi qərar müvafiq maddi və prosessual cinayət-hüquqi normalarına uyğundur.

29. Belə ki, məhkəmələr Məhkum cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən hal kimi yaşadığı yer üzrə müsbət xarakterizə olunmas ını, təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən hallar kimi cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini və ilk dəfə cinayət əməlini törətdiyini, bunlarla yanaşı cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 179.4-cü maddəsinin sanksiyasının orta həddində cəza müddəti seçməklə cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər. Öz növbəsində, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

30. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin məhkumun hərəkətlərində daha ağır cinayətin əlamətlərinin möv cudluğu haqqında iddiasının əsaslılığını yoxlayarkən qeyd edir ki, məhkəmə baxışının hədlərinə dair Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır.

31. Qanunverici tərəfindən məhkəmə baxışının hədlərinə qoyulan belə məhdudiyyət onu ehtiva edir ki, kassasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxsin kassasiya şikayətinə əsasən təqsirkarın əməlində ona qarşı irəli sürülmüş və aşağı məhkəmələrdə baxılmış ittihamla müqayisədə daha ağır cinayətin tərkibinin olub-olmaması kimi məsələnin araşdırılmasına yol verilmir.

32. Bununla yanaşı, həmin norma apelly asiya instansiyası məhkəməsinin qərarının qeyd olunan əsasla (təqsirkarın əməlində daha ağır cinayətin əlamətlərinin olması dəlili ilə) ləğv edilməsinin, şəxsin əməlində ona qarşı irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin əlamətlərinin olub-olmamasının aşağı instansiya məhkəməsində araşdırılması üçün işin yeni apellyasiya baxışına qaytarılmasının qarşısını alır.

33. Cinayət-Prosessual Məcəlləsinin istər apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışına, istərsə də ilkin baxışa aid normalarında məhkumun əməlində ona qarşı irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin əlamətlərinin olması kimi əsasdan irəli gələn (işin daha ağır ittihamın irəli sürülməsi üçün apellyasiya instansiyası məhkəməsindən birbaşa ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən p rokurora qaytarılması və yaxud son nəticədə həmin məqsədlə prokurora qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə) qərarların qəbul edilməsi imkanının nəzərdə tutulmaması da məhkəmə kollegiyasının yuxarıda təsvir olunmuş qənaətində haqlı olduğunu göstərir (Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsi daha ağır ittihamın irəli sürülməsi məqsədilə işin prokurora qaytarılması məsələsinin həlli üçün cinayət işinin apellyasiya icraatının ilkin baxış mərhələsindən birinci instansiya məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsi imkanını müstəsna olaraq Azərbaycan Respublikası Baş Prokurorunun, Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının prokurorunun apellyasiya protestlərinə münasibətdə nəzərdə tutmuşdur).

34. Məhkəmə kollegiy ası qeyd edir ki, hazırki cinayət işi apellyasiya instansiyası məhkəməsində cinayət işinə baxılarkən dövlət ittihamını həyata keçirən orqan tərəfindən Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsinə müvafiq olaraq protest verilməmişdir.

35. Zərərçəkmiş şəxsin kassasiya şikayətinə münasibətdə təsvir edilənlər həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə əsaslanır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhində qəbul edildiyi kimi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin mənasına görə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, məhkəmə öz təşəbbüsü ilə ittihamın ağırlaşdırılmasına dair qərar qəbul edə bilməz. (“Azərba ycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 31 oktyabr 2022-ci il).

36. Nəticə etibarilə, istinad edilən prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq məhkəmə kollegiyası zərərçəkmiş şəxsin irəli sürdüyü, Məhkum əməlinə düzgün hüquqi qiymət verilməməsi, sonuncunun əməlinin Azərbaycan Respublikası CM-nin daha ağır maddəsi ilə tövsif edilməli olduğunun mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir ona görə ki, cinayət təqibi orqanı tərəfindən Məhkum qarşı yalnız Azərbaycan Respublikası CM-nin 179.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi barədə ittiham irəli sürülmüşdür. Bu vəziyyətdə məhkəmələr Məhkum qarşı irəli sürülməyən ittihama baxa bilməzdilər.

37. Yuxarıda təfsir edilənlərə yanaşı məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikas ı CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

38. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.

39. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

40. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1314/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Rzayev Qəzənfər Zeynalabdin oğlu və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1314/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar