Məhkəmə qərarları › İş №1(102)-1172/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1172/2025

18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1172/2025 18.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum iştirakları ilə x xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, hal-hazırda həbsdə olan Məh kum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyun 2024-cü il tarixli 1(103)-1538/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 may 2024-cü il tarixli 1(101)-207/2024 nömrəli hökmü ilə (hakimlər: E.H.İsmayılov (sədrlik edən), C.İ.Hüseynov və S.S.Hüseynov) Məhkum - Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcının 23 noyabr 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi reji mli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyun 2024-cü il tarixli 1(103)1538/2024 nömrəli qərarı ilə (hakimlər: M.A.Məmmədov (sədrlik edən), Q.X.Babayev və S.X.Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 may 2024-cü il tarixli 1(101)-207/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən müəyyən olunmuşdur ki, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək qərarına gəlib, bu məqsədlə şəxsiyyəti istintaqla araşdırılan şəxs və ya şəxslərlə qabaqcadan ə lbir olan bir qrup şəxs halında birləşib, «İnstagram» sosial şəbəkəsində qadın istifadəçisi qismində «xxx» səhifəsini yaradaraq, 2020-ci ilin dekabr ayında həmin səhifənin izləyicilərindən olan Zərərçəkmiş şəxs ilə virtual ünsiyyət qurduqdan sonra özünü ona «X10» kimi təqdim edib özü və ailə üzvləri haqda həqiqətə uyğun olmayan məlumatlar verərək və tanışı Şahid10 «İnstagram» sosial şəbəkəsində olan səhifəsinə yüklənmiş şəxsi fotoşəkillərindən sonuncunun xəbəri olmadan istifadə edib, həmin fotoşəkilləri Zərərçəkmiş şəxs sosial şəbəkədə göndərməklə öz fotoşəkilləri kimi təqdim edərək, «X10» və sonuncunun «atası» «X11» adları altında ünsiyyətdə olduğu müddətdə Zərərçəkmiş şəxs tikinti biznesinə şərik edəcəyini, onu "xxxx" ASC-nin Bakı şəhəri, Səbail rayon şöbəsinə əməyin mühafizəsi və əməyin texniki təhlükəsizliyi üzrə mühəndis vəzifəsinə işə qəbul etdirəcəyini, həmin işə qəbul olunmaq üçün əmək kitabçasında «xidməti uyğunsuzluq»la bağlı qeydi sildirməyi və sair işləri görməyi yalan vəd verib aldadaraq, bu adlarla cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid6 yaxın qohumu Şahid2 məxsus, "xxxx" ASC-yə aid olan 676867******6476 nömrəli bank kartına bağlı olan bank hesabına Zərərçəkmiş şəxs xx.xx.2020-ci ildə ünvan 2 ünvanda fəaliyyət göstərən «xxx»də quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 100 AZN, xx.xx.2020-ci ildə ünvan 3 «xxx» metrostansiyasının keçidində quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 220 AZN, xx.xx.2020-ci ildə ünvan 4 «xxx» şirkətinin baş ofisində quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 100 AZN və 210 AZN, xx.xx.2020-ci ildə ünvan 2 ünvanda fəaliyyət göstərən «xxx»də quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 650 AZN, xx.xx.2020-ci ildə ünvan 2 ünvanda fəaliyyət göstərən «xxx»də quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 300 AZN, ümumilikdə 1580 AZN pul vəsaitini, cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid5 məxsus, "xxxx" ASC-yə aid olan 416974******1748 nömrəli bank kartına bağlı olan bank hesabına Zərərçəkmiş şəxs xx.xx.2020-ci ildə ünvan 2 ünvanda fəaliyyət göstərən «xxx»də quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 1200 AZN pul vəsaitini, cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid13 məxsus, "xxxx" ASC-yə aid olan 4******7916 nömrəli bank kartına bağlı olan bank hesabına Zərərçəkmiş şəxs xx.xx.2020-xx.xx.2021- ci ildə Bakının Xətai, Nizami, Suraxanı, Səbail və Nəsimi rayonlarında, Qazax rayonunda quraşdırılmış ödəmə terminalları vasitəsilə, sonuncu dəfə isə Xətai rayonu, Cavanşir küçəsi, 21 ünvanda fəaliyyət göstərən «xxx» marketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə hissə-hissə köçürtdüyü, ümumilikdə 16817 AZN pul vəsaitini, cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid4 məxsus, "xxxx" ASC-yə aid olan 416974******9843 nömrəli bank kartına bağlı olan bank hesabına Zərərçəkmiş şəxs xx.xx.2021-ci ildə ünvan 5 ünvanda fəaliyyət göstərən «Megastore» marketində quraşdırılmış «MilliÖN» ödəmə terminalı vasitəsilə köçürtdüyü 410 AZN, xx.xx.2021-ci ildə ünvan 5 ünvanda fəaliyyət göstərən «xxx»də quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 1500 AZN, xx.xx.2021-ci ildə ün van 2 ünvanda fəaliyyət göstərən «xxx»də quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 40 AZN, ünvan 7 ünvanda fəaliyyət göstərən «xxx» marketində quraşdırılmış «MilliÖN» ödəmə terminalı vasitəsilə köçürtdüyü 1500 AZN, xx.xx.2021-ci ildə ünvan 8 ünvanda fəaliyyət göstərən «xxx» marketdə quraşdırılmış onlayn ödəmə terminalı vasitəsilə köçürtdüyü 400 AZN, xx.xx.2021-ci ildə ünvan 9 «xxx» metrostansiyasının yaxınlığında quraşdırılmış onlayn ödəmə terminalı vasitəsilə köçürtdüyü 850 AZN, xx.xx.2021-ci ildə ünvan 10 fəaliyyət göstərən «xxxx» marketdə quraşdırılmış onlayn ödəmə terminalı vasitəsilə köçürtdüyü 100 AZN, xx.xx.2021-ci ildə ünvan 16 ünvanda fəaliyyət göstərən «xxx» marketdə quraşdırılımış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 20 AZN, ünvan 11 ünvanda fəaliy yət göstərən «xxx» mağazasında quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 65 AZN, xx.xx.2021-ci ildə ünvan 12 ünvanda fəaliyyət göstərən «xxx» marketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 202 AZN, xx.xx.2021-ci ildə ünvan 13 ünvanda quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 101 AZN, xx.xx.2021ci ildə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu və F.X.Xoyski küçələrinin kəsişməsində fəaliyyət göstərən «xxx» marketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 10 AZN, xx.xx.2021-ci ildə ünvan «xxxx» metrostansiyasının keçidində quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 16 AZN, xx.xx.2021-ci ildə ünvan quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 300 AZN, xx.xx.2021-ci ildə ünvan 12 ünvanda fəaliyyət göstərən «xxx» marketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 20 AZN, xx.xx.2021-ci ildə ünvan 2 ünvanda fəaliyyət göstərən «Kəpəz market»də quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 10 AZN və 20 AZN, xx.xx.2021-ci ildə ünvan 14 ünvanda fəaliyyət göstərən «xxxx» marketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 430 AZN, xx.xx.2021-ci ildə ünvanda fəaliyyət göstərən «xxxx» marketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 400 AZN, ümumilikdə 6394 AZN pul vəsaitini, cinayətkar niyyətindən xəbərsiz olan tanışı X1 bacısı Şahid8 məxsus, "xxxx" ASC-yə aid olan 416973******7063 nömrəli bank kartına bağlı olan bank hesabına Zərərçəkmiş şəxs xx.xx.2021-ci ildə ünvanda fəaliyyət göstərən «xxx» marketd ə quraşdırılmış onlayn ödəmə terminalı vasitəsilə köçürtdüyü 200 AZN, xx.xx.2021-ci ildə ünvan «xxx»də quraşdırılmış «MilliÖN» ödəmə terminalı vasitəsilə köçürtdüyü 810 AZN, ümumilikdə 1010 AZN pul vəsaitini, cinayətkar niyyətindən xəbərsiz olan tanışı X4 anası Şahid9 məxsus, "xxxx" ASC-yə aid olan 416974******6634 nömrəli bank kartına bağlı olan bank hesabına Zərərçəkmiş şəxs xx.xx.2021-ci ildə ünvanda fəaliyyət göstərən «xxx» marketində quraşdırılmış «MilliÖN» ödəmə terminalı vasitəsilə köçürtdüyü 250 AZN, xx.xx.2021-ci ildə ünvan 5 ünvanda fəaliyyət göstərən «xxx» marketində quraşdırılmış «MilliÖN» ödəmə terminalı vasitəsilə köçürtdüyü 1000 AZN, xx.xx.2021-ci ildə ünvan 13 ünvanda quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 30 AZN, xx.xx.2021-ci ildə ünvan 17 ünvanda fə aliyyət göstərən «xxxx» marketində quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 25 AZN, xx.xx.2021-ci ildə ünvanda fəaliyyət göstərən «xxx» marketində quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 7 AZN, xx.xx.2021-ci ildə ünvan 19 ünvanda fəaliyyət göstərən «xxx» marketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 7 AZN, ümumilikdə 1319 AZN pul vəsaitini, cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid3 məxsus, "xxxx" ASC-yə aid olan 416973******5057 nömrəli bank kartına bağlı olan bank hesabına Zərərçəkmiş şəxs xx.xx.2021-ci ildə ünvan 17 ünvanda fəaliyyət göstərən «xxx» marketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 370 AZN, xx.xx.2021-ci ildə ünvan 2 ünvanda fəaliyyət göstərən «xxxt»də quraşdırılmış «eManat» ödəm ə terminalı vasitəsilə köçürtdüyü 400 AZN, xx.xx.2021-ci ildə ünvan 2 ünvanda fəaliyyət göstərən «xxx»də quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 1200 AZN, ümumilikdə 1970 AZN pul vəsaitini, cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid1 məxsus, "xxxx" ASC-yə aid olan 416974******8841 nömrəli bank kartına bağlı olan bank hesabına Zərərçəkmiş şəxs xx.xx.2021-xx.xx.2021-ci ildə Bakının Xətai, Nizami, Suraxanı, Səbail, Binəqədi və Nəsimi rayonlarında, Qazax rayonunda quraşdırılmış ödəmə terminalları vasitəsilə, sonuncu dəfə isə ünvanda fəaliyyət göstərən «xxx»də quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə hissə-hissə köçürtdüyü, ümumilikdə 25644 AZN pul vəsaitini, cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid7 məxsus, "xxxx" ASC-yə aid olan 416973******6118 n ömrəli bank kartına bağlı olan bank hesabına Zərərçəkmiş şəxs xx.xx.2021-ci ildə metrostansiyasının keçidində quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 200 AZN, xx.xx.2021-ci ildə ünvan 17 ünvanda fəaliyyət göstərən «xxx» marketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 101 AZN, xx.xx.2021-ci ildə ünvan 13 ünvanda quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 68 AZN, xx.xx.2021-ci ildə ünvan «xxx»də quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 101 AZN, 25 AZN və 30 AZN, xx.xx.2021-ci ildə ünvan 19 ünvanda fəaliyyət göstərən «xxx» marketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 50 AZN, xx.xx.2021-ci ildə ünvan 21 ünvanda fəaliyyət göstərən «Yaxın» marketdə quraşdırılmış «eManat» ödəmə terminalı va sitəsilə köçürtdüyü 76 AZN, xx.xx.2021-ci ildə ünvan «xxx» supermarketində quraşdırılmış «MilliÖN» ödəmə terminalı vasitəsilə köçürtdüyü 36 AZN, xx.xx.2021-ci ildə ünvan «xxx» marketdə quraşdırılmış onlyan ödəmə terminalı vasitəsilə köçürtdüyü 36 AZN, xx.xx.2021-ci ildə ünvan kəsişməsində fəaliyyət göstərən marketdə quraşdırılmış «MilliÖN» ödəmə terminalı vasitəsilə köçürtdüyü 91 AZN, xx.xx.2021-ci ildə ünvan 17 ünvanda fəaliyyət göstərən «xxx» marketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 26 AZN, xx.xx.2021-ci ildə ünvan marketdə quraşdırılmış «MilliÖN» ödəmə terminalı vasitəsilə köçürtdüyü 30 AZN, xx.xx.2021-ci ildə ünvan 22 ünvanda fəaliyyət göstərən «xxx» marketdə quraşdırılmış «MilliÖN» ödəmə terminalı vasitəsilə köçürtdüyü 27 AZN, xx.xx.2021-ci ildə ünvan«xxx» marketdə quraşdırılmış onlyan ödəmə terminalı vasitəsilə köçürtdüyü 31 AZN, 31 AZN və 11 AZN, ümumilikdə 970 AZN pul vəsaitini, cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid12 məxsus, "xxxx" ASC-yə aid olan 4****9946 nömrəli bank kartına bağlı olan bank hesabına Zərərçəkmiş şəxs xx.xx.2021-ci ildə ünvan 17 ünvanda fəaliyyət göstərən «xxxx» marketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 54 AZN pul vəsaitini, cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid6 məxsus, "xxxx" ASC-yə aid olan 540408******7188 nömrəli bank kartına bağlı olan bank hesabına Zərərçəkmiş şəxs xx.xx.2021-ci ildə ünvan «xxx» marketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 21 AZN, xx.xx.2021-ci ildə ünvan «xxx» marketdə quraşdırılmış onlayn ödəmə terminalı vasitəsilə kö çürtdüyü 71 AZN, ümumilikdə 92 AZN pul vəsaitini, cinayətkar niyyətindən xəbərsiz olan Şahid11 məxsus, "xxxx" ASCyə aid olan 4****5913 nömrəli bank kartına bağlı olan bank hesabına Zərərçəkmiş şəxs xx.xx.2021-ci ildə ünvan «xxxx» marketdə quraşdırılmış onlayn ödəmə terminalı vasitəsilə köçürtdüyü 43 AZN pul vəsaitini, cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid15 məxsus, "xxxx" ASC-yə aid olan ******20439323 nömrəli bank kartına bağlı olan bank hesabına Zərərçəkmiş şəxs xx.xx.2022-ci ildə ünvan 19 ünvanda fəaliyyət göstərən “xxx” marketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 99 AZN, xx.xx.2022-ci ildə ünvan 19 ünvanda fəaliyyət göstərən “Ailəm” marketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 199 AZN, xx.xx.2022-ci ildə ünvan 19 ünvanda fə aliyyət göstərən “xxxx” marketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 99 AZN, xx.xx.2022-ci ildə ünvan 19 ünvanda fəaliyyət göstərən “xxx” marketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 29 AZN və Şahid15 məxsus, «LeoBank»a aid olan ******60881103 nömrəli bank kartına bağlı olan bank hesabına Zərərçəkmiş şəxs xx.xx.2022-ci ildə ünvan 19 ünvanda fəaliyyət göstərən “xxx” marketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 350 AZN, ümumilikdə 776 AZN pul vəsaitini və cinayətkar niyyətindən xəbərsiz olan Şahid14 məxsus, "xxxx" ASC-yə aid olan 416973****5193 nömrəli bank kartına bağlı olan bank hesabına Zərərçəkmiş şəxs xx.xx.2022-ci ildə ünvan 19 ünvanda fəaliyyət göstərən «xxx» marketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasi təsilə köçürtdüyü 20 AZN pul vəsaitini vahid niyyətlə alıb ələ keçirdikdən sonra verdiyi vədlərə əməl etməyərək, Zərərçəkmiş şəxs külli miqdar hesab edilən 57889 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsi və barəsində olan cinayət işinin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, həm birinci instansiya məhkəməsində, həm də apelyasiya instansiyası məhkəməsində kifayət qədər araşdırılma aparılmadan ona ağır cəza verilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlill ərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktı nın müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində cinayət işinin apelyasiya instansiyası məhkəməsinin təkrar baxışına qaytarılması xahiş olunur. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən: “Dələduzluq, yəni et ibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinə əsasən: “Bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinay ət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yet irilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... mə hkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandı rma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirə n hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyriobyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tə dqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərlili yi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməllərini Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclası nda araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, Zərərçəkmiş şəxs, şahidlər Şahid11, Şahid14, Şahid1, Şahid9, Şahid12, Şahid5, Şahid10, Şahid3, Şahid7, Şahid2, Şahid6, Şahid4, Şahid8, Şahid13 və X5 ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş fotoşəkillər və qəbzlər, "xxxx" ASC-nin 28 dekabr 2022-ci il tarixli 49/1313 nömrəli məktubu ilə ********************, ******************** və ***************** *** nömrəli hesablara dair məlumatlar, məhkəmə-fonoskopik ekspertizasının 9 yanvar 2023-cü il tarixli 4/1735 nömrəli rəyi, baxış protokolları, habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Həmin qərarın 6-cı bəndinə əsasən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə əmlakı ələ keçirmə (əmlaka olan hüququ əldə etmə) cinayəti hər hansı hüquq verən və vəzifədən azad edən saxta sənədlərdən istifadə edilməklə törədildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu üzrə CM-in 178 və 320.2-ci maddələri ilə tövsif edilir. Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü k imi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini törədən şəxsə verir. Etibardan sui-istifadə zamanı özgənin əmlakını v ə ya əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakın idarə olunması və ya ona sərəncam verilməsi ilə əlaqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmlakı ələ keçirdikdən sonra əmlakı qaytarmaq niyyətində olmayaraq və tamah niyyətində olaraq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir. Göründüyü kimi, əməlin dələduzluq cinayəti kimi qiymətləndirilməsi üçün belə əməli törətmiş şəxsin əvvəlcədən əmlakı və ya əmlaka olan hüququ ələ keçirmək niyyətində olması müəyyən edilməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməli iş materiallarında olan zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, izahatlar, isti ntaq hərəkəti protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngü lləşdirən və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı işə baxan apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmə onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişdir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin ka ssasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyun 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyun 2024-cü il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən sa

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar