Məhkəmə qərarları › İş №1(102)-1173/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1173/2022

14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1173/2022 14.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu, Məhkum - Məhkum iştirakları ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Mə hkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2021-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2020-cı il tarixli hökmü ilə (hakimlər X.H.Səmədov (sədrlik edən), F.N.Mahmudov və E.İ.Rüstəmov) xx xxxx 1983-cü ildə Şəmkir rayonu DəllərCırdaxan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Şxx kəndində yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 4 may 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi F.İ.İskəndərov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Hakimlər Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi) Muxtarov Teyyub Asif oğlu və Məmmədov Çingiz Böyükxan oğlundan ibarət tərkibdə) 28 dekabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Məhkum əməli Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsindən CM-nin 127.2.3-cü maddəsinə tövsif edilmiş, CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. “8 Noyabr-Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən Məhkum hazırki qərar əsasında Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış və onun üzərində qəti olaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Həmin qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2020-cı il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, həmkəndlisi Zərərçəkmiş şəxs ona məxsus göldən balıq tutub satması ilə əlaqədar şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun onu 14 noyabr 2019-cu il tarixdə taxta parçası ilə döyərək qəsdən sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirməsindən, bununla bağlı Şəmkir rayon polis şöbəsində aparılmış müvafiq araşdırmalar nəticəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan sadələşdirilmiş icraata xitam verildikdən sonra, Zərərçəkmiş şəxs ondan üzr istəməməsindən əsəbiləşərək qisas almaq qərarına gəlmiş, 04 may 2020-ci il tarixdə, saat 17:10 radələrində alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi “VAZ 21214” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı evə gedərkən Zərərçəkmiş şəxs Şəmkir rayonu Dəllər-Cırdaxan kəndinin mərkəzində yerləşən “Şəhidlər Xiyabanı”nın ərazisində X6 məxsus çayxananın qarşısında olduğunu görüb avtomobildə saxladığı, mərhum babası X5 qalmış zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, lüləaltı yatağının içərisindəki metal lövhə üzərində «B01160» nömrəsi həkk olunmuş, “İJ 58 MAE” modelli, daxili çaxmaqlı, qoşalüləli, yivsiz, atəş açmaq üçün yararlı vəziyyətdə olan odlu silah hesab edilən ov tüfəngini əlinə götürüb lüləsini avtomobilin qabaq sol pəncərəsindən çıxardaraq qəsdən öldürmək məqsədilə təxminən 11 metr məsafədən həmin vaxt üzü ona tərəf olmaqla, dəmir barmaqlıqlardan ibarət çəpərə söykənmiş vəziyyətdə olan Zərərçəkmiş şəxs nişan almış, Zərərçəkmiş şəxs bunu görərək cəld şəkildə dönərək qaçdığı vaxt bir dəfə tüfəngdən məqsədyönlü şəkildə atəş açmaqla ona döş qəfəsinin arxa səthinin sağ yarısında, sağ sağrı nahiyəsində və sağ budun yuxarı üçdə birinin arxa səthinin yara kanalı boyunca dəri, dərialtı yumşaq toxumalar, sağrı və bud əzələləri, s ağ sirkə kasası sümüklərinin zədələnməsi ilə müşayət edilən kor odlu silah yaraları ilə nəticələnən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirmiş, bundan sonra cinayət əməlini başa çatdırmaq üçün içərisində bir ədəd patron qalmaqla atəşə hazır vəziyyətdə olan tüfəngi götürərək zərərçəkmiş şəxsin arxasınca getmiş, həmin vaxt Asif xəsarət aldığı yerdən təxminən 1015 metr məsafə gedərək təpənin üzərində üzü-üstə yerə yıxılmış, o, sol əlində tutduğu tüfəngin qundağı ilə onun kürək nahiyəsindən vurmaq istəyərkən barmağı tətikdə olduğundan patron qabında olan ikinci patron göyə açılmış, həmin vaxt oğlu Turqay və həmkəndliləri oraya gəldiyindən, həmçinin silahda olan patronun da göyə açıldığından və üzərində patron olmadığından artıq zərərçə kmiş Zərərçəkmiş şəxs həyatdan məhrum etməkdən ibarət niyyətini başa çatdıra bilmədiyini anlayaraq tüfəngi yerə tullamış, bundan sonra isə zərərçəkmiş şəxsin vaxtında Şəmkir Mərkəzi rayon xəstəxanasına, oradan da X4 çatdırılaraq həkimlər tərəfindən ona ixtisaslı tibbi yardım göstərildiyindən Məhkum qəsdən adam öldürməkdə ifadə olunan niyyətini bilavasitə öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib, qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərin ə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq Məhkum əməli CM-in 29,120.1 maddəsindən həmin Məcəllənin 127.2.3-cü maddəsinə əsassız olaraq tövsif edilmişdir. Belə ki, məhkəmə kollegiyası heç bir əsas olmadan, məhkumun, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdikləri, məhkəmə tərəfindən təhlil olunaraq hüquqi qiymət verilmiş sübut əhəmiyyətli ifadələrini işin faktiki hallarına uyğun gəlməyən formada qiymətləndirərək təqsirləndirilən şəxsin əməlini CM-in 127.2.3-cü maddəsinin tərkibini yaradacaq əlamətlərə istiqamətləndirmişdir. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkə məsinin hökmündə ibtidai istintaq və məhkəmə istintaqı zamanı toplanmış bir-birini tamamlayan mümkün, mötəbər, aidiyyəti və ümumilikdə kifayətedici sübutların məcmusu əsasında baş vermiş cinayət hadisəsinin tam mexanizmi müəyyən edilmişdir. Lakin apellyasiya məhkəmə kollegiyası qeyd edilən halları nəzərə almamış, yalnız cinayət işi üzrə verilmiş ifadələri qəsdən adam öldürməyə cəhd cinayətini aradan qaldıracaq istiqamətdə şərh edərək, bir sübutun qəbul edilməsinin digər sübutun rədd edilməsinin motivlərini qərarda göstərmədən, yalnız təqsirləndirilən şəxsin ifadələrində olan müəyyən xüsusatları nəzərə alıb, digər ifadələrdə göstərilən xüsusatları qəbul etməməsinin səbəbini qərarda əsaslandırmamışdır. Göründüyü kimi, məhkəmə kollegiyası sübutların qiymətləndirilməsinə açıq-aşkar birtərəfli yanaşmış, iş üzrə toplanmış sübutları birtərəfli qaydada şərh edərək ayrı-ayrı halları ümumi sübutlar sistemindən qoparmış, ittihamın əsasını təşkil edən və işin obyektiv hallarına uyğun gələn sübutları əsassız və qanunsuz olaraq qəbul etməyib Məhkum əməlində qəsdən adam öldürməyə cəhd cinayətinin olmaması qənaətinə gəlməklə şəxsin əməlini qanunsuz və əsassız olaraq CM-in 127.2.3-cii maddəsinə tövsif etmişdir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır kı, təqsirləndirilən şəxsin məhz odlu silahdan istifadə etməklə zərərçəkmiş şəxsə xəsarət yetirməsi onu deməyə əsas verir ki, atəş açılan anda təqsirləndirilən şəxsin qəsdi (birbaşa qəsd) zərərçəkmiş şəxsi öldürməyə yönəlmişdir. Odur ki, Gəncə Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyi n edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu kassasiya protestini müdafiə etdiyini, Məhkum əməlinin CM-nin 29,120.1-ci maddəsi tövsif olunmalı olduğunu, bunun cinayət işi materialları ilə tam sübut edildiyini bildirib, kassasiya protestinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, kimisə həyatdan məhrum etmə kimi niyyətinin olmadığını, o yaxın məsafədən zərərçəkmişin ayağına atəş açdığını, hadisə zamanı cibində əlavə güllərin olduğunu, bunu şəxsin özü də təsdiq etdiyini, hal-hazırda yaxşı münasibətdə olub bir yerd ə işlədiklərini bildirib, kassasiya protestinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassas iya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 127.2.3-cü maddəsi ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416. 1.15-ci maddəsində (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarı na görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İ ş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şə xsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Birinci instansiyası məhkəməsinin gəldiyi nəticəyə görə məhkəmədə tədqiq edilmiş məhkum edilmiş şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və digər sübutların məcmusu ilə Məhkum ittiham olunan cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Lakin apellyas iya məhkəmə kollegiyası məhkəmə baxışı zamanı tədqiq edilmiş mötəbər, bir-birini tamamlayan və bir-biri ilə uzlaşan sübutların məcmusuna əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, Məhkum zərərçəkmiş şəxsi öldürmək arzu etmiş olsaydı zərərçəkmişi asanlıqla öldürə bilərdi. Lakin təqsirləndirilən şəxsin heç bir maneə olmadığı halda yaralı olan və qarşısında yerə yıxılmış zərərçəkmişi ikinci atəşlə öldürməyə cəhd etməməsi, ümumiyyətlə ikinci atəşdən zərərçəkmişə qarşı istifadə etməməsi onun zərərçəkmişi öldürmək niyyətində olmaması və zərərçəkmiş şəxsə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirməsi qəsdən adam öldürməyə cəhd kimi öz təsdiqini tapmış hesab edilə bilməz. Kassasiya məhkəmə kollegiyası Məhkum əməllərinə hüquqi qiymət verərə k hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün apellyasiya məhkəməsi tərəfindən tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Kassasiya məhkəmə kollegiyası protestin dəlillərini iş materialları ilə müqayisəli təhlil edib belə qənaətə gəlir ki, apellyasiya məhkəməsinin gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında isə izah olunur ki, “qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər” (qərarın 2-ci bəndi). Birbaşa qəsdin tərifini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə görə “şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışsa, cinayət etməyə cəhd hesab edilir. Cinayətə cəhd etməyə yol verən şəxsin şüurunda törədiləcək cinayətin bütün ünsürləri əhatə olunur. Lakin şəxs törədilməsi qət edilən cinayətin başa çatmayacağını əvvəlcədən dərk et mir. Cinayət etməyə cəhdin ən mühüm obyektiv əlaməti qəsdin şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən başa çatmamasında ifadə olunur. Hazırki cinayət işinə apellyasiya məhkəməsi tərəfindən baxılması nəticəsində Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs məhz həyatdan məhrum etməyi arzu etməsi və qəsdin onun iradəsindən asılı olmayan səbəblər üzündən başa çatmaması müəyyən edilməmişdir. Apellyasiya məhkəməsində məhkəmə baxışı qismən istintaq aparılmaqla keçirilmiş, məhkum və zərərçəkmiş şəxs əlavə dindirilmiş və aşağıdakı nəticəyə gəlinmişdir. Belə ki, ittiham aktında qeyd olunan əməlin təsvirindən görünür ki, Məhkum istifadə etdiyi silahda iki ədəd patron olmuş, o, birinci dəfə atəş açdıqdan sonra zərərçəkmişin arxasınca gedərək onu yaralı halda təqib etmiş, ona çatmış və zərərçəkmişi a təşlə deyil, silahın qundağı ilə vurmağa cəhd edərkən silahdan havaya atəş açılmışdır. Göründüyü kimi istintaq orqanının özü də Məhkum qarşı “o, sol əlində tutduğu tüfəngin qundağı ilə onun kürək nahiyəsindən vurmaq istəyərkən barmağı tətikdə olduğundan patron qabında olan ikinci patron göyə açılmış” şəklində ittiham elan etməklə əslində qəbul etmişdir ki, məhkum zərərçəkmişi yaralı halda və silahında əlavə bir patron olmaqla yaxalamış, lakin onu öldürməmiş, silahın qundağı ilə onu vurmaq istəmişdir. Eyni zamanda göstərilənlər zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində və iş üçün əhəmiyyət kəsb edən digər sübutlarla da öz təsdiqini tapır. Belə ki, o, ifadəsinin davamı olaraq qeyd etmişdir ki, Famil tüfəngdən bir dəfə atəş açmış və tüfəngin patronunda olan qırmalar onun arxa nahiyəsinə dəymiş və zərbənin təsirindən o, axsamağa başlamışdır. Axsaya-axsaya çayxananın arxa tərəfində yerləşən təpəlik hissəyə tərəf qaçmışdır. O, təxminən 10 metr məsafə qət edərək təpənin üzərində üzü üstə yerə yıxılmışdır. Məhkum üzərinə gələrək sol əlində tutduğu tüfəngin qundağı ilə onu vurmaq istəyərkən ikinci dəfə göyə atəş açılmışdır. Bundan sonra Məhkum tüfəngi yerə tullayıb hadisə yerində olan oğluna demişdir ki, tüfəngi evə aparsın. Sonra Famil onu həkimə aparmağı təklif etmiş, lakin o, Famil ilə getmək istəməmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə istintaqı zamanı eyni məzmunlu ifadə vermiş, əlavə olaraq qeyd etmişdir ki, Famil onu öldürmək istəsəydi asanlıqla öldürə bilərdi, çünki o təpənin üstündə yerə yıxıldıqdan sonra heç bir yerə qaça bilməmiş, Famil isə əlində silah ona yaxınlaşmışdır. Həmin vaxt onların yanında başqa heç kim olmamışdır. Famil ümumiyyətlə yerdə yıxılı vəziyyətdə olarkən ona silah tuşlamamış, o yalnız silahı əlində lüləsi havaya tərəf tutmuş, ona yaxınlaşarkən isə silahın qundağı ilə onun kürəyindən vurmağa cəhd etmiş, bu zaman silahdan havaya atəş açılmış və bundan sonra Famil silahı yerə atmışdır. Göründüyü kimi istintaqın ilk günlərindən apellyasiya baxışı da daxil olmaqla verdiyi ifadələrində zərərçəkmişin də qənaəti ondan ibarət olmuşdur ki, Məhkum istəsəydi onu öldürə bilərdi. Bu hal ona dəlalət edir ki, təqsirləndirilən şəxsin belə niyyəti olmamışdır. Həmçinin iş materiallarından görünür ki, Məhkum mütəmadi olaraq ov silahlarından istifadə etmiş, o silahdan məharətlə istifadə etmə vərdişlərinə sahib olmuşd ur. Onun üçün 11 metr məsafədən ilk atəşdə zərərçəkmişi öldürmək çətin olmamış, lakin o zərərçəkmişi öldürmək istəməmişdir. Bu hal yuxarıda qeyd olunduğu kimi onun zərərçəkmişə yaralı vəziyyətdə və ən yaxın təmas halında belə atəş açmaması ilə də təsdiq edilir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 avqust 2021-ci il tarixli 3/1124 nömrəli məhkəmə ballistik ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş silahlardan təqdim edilmiş karteçlə doldurulmuş patronla açılmış atəşin öldürücü gücü təxminən 25-35 metr təşkil edir. Göründüyü kimi, Məhkum 11 metr məsafədən ilk atəşdə asanlıqla zərərçəkmişi öldürə bilərdi, lakin onun zərərçəkmişi öldürmək niyyəti olmamışdır. Eyni zamanda apellyasiya məhkəməsi Məhkum içkili vəziyyətdə olduğu halda 6 ay əvvəlki münaqişəni yadına salması onun şəxsi münasibətlər zəminində qisas almaq niyyətindən deyil, özünün şəxsiyyətini zərərçəkmişin şəxsiyyətinin fövqündə qoymasına və onu alçaltmaq istəməsinə görə onun əməlini əsaslı olaraq xuliqanlıq niyyəti kimi qiymətləndirmişdir. Bundan başqa hadisə baş verdikdən sonra istintaq orqanı ilk vaxtlardan etibarən əməli xuliqanlıq kimi qiymətləndirmiş və Məhkum əməli CM-nin 221.3-cü maddəsi üzrə tövsif edilmişdir. İstintaqın o zamankı qənaətinə görə də Məhkum yaşadığı DəllərCırdaxan kəndinin mərkəzində qoşalüləli ov tüfəngindən istifadə etməklə əvvəllər onunla dalaşmış olan Zərərçəkmiş şəxs qisas almaq məqsədi ilə ona atəş açaraq onu yaralamış, bu hərəkəti ilə ictimai qaydanı pozmuş, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş, başqasının üzərində zor tətbiq etmiş və qeyd edilən hərəkətlə ri ilə xuliqanlıq etmişdir. İstintaqın sonrakı gedişində isə onun əməli başqa maddəyə tövsif edilmişdir. Qeyd olunanlara əsasən, X7, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan qəsdən sağlamlığa az ağır zərər vurması apellyasiya məhkəməsində dindirilmiş məhkumun, zərərçəkmiş şəxsin, şahidin ifadələri, məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının rəyi və bir-biri ilə uzlaşan, biri-birini tamamlayan digər mötəbər sübutların məcmusu ilə təsdiq edilmişdir. Odur ki, apellyasiya məhkəməsi belə nəticəyə gələrkən haqlı olaraq yuxarıda sadalanan hormaların tələblərindən çıxış edərək, məhkəmə araşdırması zamanı təsdiqini tapmış işin faktiki hallarına uyğun, R.Muradovun əməllərini CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilməsi barədə qənaətə gəlmişdir. Məhkəmə belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışlar. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar R.Muradovun təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkəmələr tərəfindən məhkuma təyin edilmiş cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkum R.Muradova cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun təqsirli b ilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə kifayət qədər ədalətli cəza təyin edilmişdir. Qeyd edilən dəlillərə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndiri lən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilə n digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edi lməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2021-ci il tarixli qərarı dövlət ittihamçısının kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar