Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1173/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Zamanov Gülbala Sabir oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkə məsinin 14 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 noyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Zamanov Gülbala Sabir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 1(099)428/2022 nömrəli (hakimlər: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət) hökmü ilə 17 avqust 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “188” yükdaşıma xidmətində yük avtomobilinin sürücü işləmiş, əvvəllə r məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 27 fevral 2022-ci il tarixdən hesablanması və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin hökmlə həmçinin X7 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası nın (hakimlər: Abdullayev İlkin Qismət oğlunun sədrliyi ilə, Cəfərov Rafiq Musa oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) 10 noyabr 2022-ci il tarixli 1(106)-887/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 noyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Zamanov Gülbala Sabir oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, X7 2022-ci ilin fevral ayının sonlarında İran İslam Respublikasının (bundan sonra – İİR) vətəndaşı olan digər şəxslərə sonuncuların İİR-dən Azərbaycan Respublikası ərazisinə Cəbrayıl rayonunun Aşağı Maralyan və Şükürbəyli kəndləri istiqamətində yerləşən gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni qaçaqmalçılıq yolu ilə keçirilməsini təşkil edəcəkləri külli miqdarda narkotik vasitələri gizlədiləcək yerdən götürəcəyinə dair qabaqcadan vəd verdikdən və həmin şəxslərlə göstərilən kütlələri müəyyən məbləğdə pul müqabilində, yəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və Bakı şəhərinə daşıma barədə razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən bir neçə gün sonra cinayət qrupun digər üzvlərindən külli miqdarda heroin və qurudulmuş marixuananın göstərilən üsul və məqsə dlə cinayətkar qrupun başqa üzvü vasitəsilə razılaşdırılmış yerdən İİR-dən Azərbaycan Respublikası ərazisinə keçirilməsi, Cəbrayıl rayonunun Aşağı Maralyan və Şükürbəyli kəndləri ərazisindən keçən dəmiryol xəttinin yaxınlığında gizlədilməsini təmin etdikləri barədə məlumat alıb cinayətkar niyyətini reallaşdırmaq üçün 25 fevral 2022-ci il tarixdə axşam saatlarında işğaldan azad edilmiş ərazilərə, o cümlədən Cəbrayıl rayonuna daxil olmaq üçün xüsusi buraxılışı olan “188” yükdaşıma xidmətində yük avtomobilinin sürücü işləmiş, həmin ərəfədə xidməti işinə görə Cəlilabad rayonunda olmuş tanışı Məhkum ilə mobil telefonla danışıb sonuncunun idarə etdiyi yük avtomobilində Cəbrayıl rayonundan Bakı şəhərinə avtomobil ehtiyat hissələrinin daşınması barədə razılaşmış və bununla bağlı Məhkum vasitəsilə “188” yükdaşıma şirkətinə sifariş vermiş, 26 fevral 2022-ci il tarixdə başqa avtomobillə Bakı şəhərindən Füzuli rayonu, oradan qanunsuz yolla Cəbrayıl rayonu ərazisinə gəlib Məhkumla görüşmüş, orada sonuncu ilə satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və Bakı şəhərinə daşıma barədə əvvəlcədən razılıq əldə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə və qabaqcadan əlbir olan bir qrup şəxsin ümumi niyyəti ilə əhatə olunmuş qaydada Məhkum idarə etdiyi “Mercedes Benz” markalı, “**-JD-***” dövlət qeydiyyat nişanlı yük avtomobilində Cəbrayıl rayonunun Aşağı Maralyan və Şükürbəyli kəndləri istiqamətində keçən dəmiryol xəttinin yaxınlığına gəlmiş, orada gizlədilmiş iki ədəd qara rəngli idman çantalarında olmuş bir ədəd bükümdə təmiz çəkisi 996,30 qram olmaqla külli miqdar təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və on beş ədəd bükümlərdə, ümumi təmiz çəkisi 7057,58 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı götürməklə əldə etmiş, həmin yük avtomobilinin kabinasının arxa tərəfindəki istirahət yerində gizlətməklə saxlamış və daşımışlar. Əliyusif Fərəcov əlavə olaraq, həmin kütlələrin İran İR-dən Azərbaycan Respublikası ərazisinə göstərilən üsulla keçiriləcəyini qabaqcadan bildiyinə görə gizlədildiyi yerdən götürüb əldə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə köməklik etmişdir. Göstərilən kütlələr Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlar ı tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 27 fevral 2022-ci il tarixə keçən gecə Bəhrəmtəpə-Hacıqabul avtomobil yolunun İmişli rayonu ərazisindən keçən hissəsində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısında Əliyusif Fərəcov və Məhkum saxlanılmasından sonra orada dayanmış, sonuncunun idarə etdiyi həmin yük avtomobilinə baxış keçirilərkən kabinanın arxa tərəfindəki istirahət yerində gizlədilmiş iki ədəd idman çantalarından aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Zamanov Gülbala Sabir oğlu vermiş kassasiya şikayətini onunla əsaslandırırlmışdır ki, məhkəmənin ittiham aktını təsdiq etmək üçün gətidirdiyi sübutlar güvənli və mötəbər deyil. Belə ki, sübutların mötəbərliyi şü bhə doğurmamalı, eyni hal üzrə olan müxtəlif sübutlar bir-birini təsdiq etməli və tamamlamalı və sübutlar birgə qiymətləndirilməlidir. Lakin Lənkəran Ağır Cinayətlər Məhkəməsi və Şirvan Apellyasiya Məhkəməsində cinayət işini tam, hərtərəfli və obyektiv araşdırmamış, nəticədə sübutları düzgün, eyni hala dair müxtəlif hallar ortaya qoyan dəlillərlə birgə qiymətləndirməmişdir. Nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə iş üzrə hökm qəbul edilmişdir. Belə ki, Məhkum bildirir ki, ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham qanunsuzdur. O, əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmışdır. Məhkum idarə etdiyi “Mercedes Benz” markalı, “**-JD- ***” dövlət qeydiyyat nişanlı yük avtomobilində aşkar olunmuş heroinin və qurudulmuş marixuananın ana aidiyyatı olmadığını bildirir. Məhkum ailəlidir, Məhkum evlidir, himayəsində iki nəfər azyaşlı uşağı vardır, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir. Onun atası X9 “Serebral ateroskleroz. Beyin qan dövranı pozğunluğu,işemik tipli insult. Miopatiya (KOD: 166)” xəstəliyindən əziyyət çəkir. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və Məhkum barəsində olan cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsi ilə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Zamanov Gülbala Sabir oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, məhkumun Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materialları ilə sübuta yetirildiyini bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 noyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələbl ərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-nin 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) və 416.1.6-cı maddələrində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiha m hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 noyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı v ə halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetmə yə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət təqibi üzrə toplanmış sübutların k ifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, müdafiəçinin isə kassasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıda kı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 noyabr 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən əldə olunmuş nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum barəsində apellyasiya məhkəməsinin qərarının ona aid hissədə ləğv edilməklə cinayət işinin icraatına xitam verilməli olduğu və məhkuma bəraət verilməli olduğu iddia edilir. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, müdafiə tərəfi kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyas ı məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Cinayə t işinin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 5(009)5071/2021 nömrəli qərarı, keçirilmiş əməliyyat-axtarış tədbirinin nəticəsi barədə tərtib edilmiş arayış və avtomobilə baxış keçirilməsi haqqında 27 fevral 2022-ci il tarixli protokoldan görünür ki, DTX-ya X3 qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilmiş külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı üzrə həmin məhkəmə qərarı ilə sonuncu barəsində bir sıra əməliyyat-axtarış tədbirlərinin aparılması qərara alınmış, bununla əlaqədar DTX əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 27 fevral 2022-ci il tarixə keçən gecə Əliyusif Fərəcov və X8-Hacıqabul avtomobil yolunun İmişl i rayonu ərazisindən keçən hissəsində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısında saxlanılmış, orada sonuncunun idarə edib saxladığı “Mercedes Benz” markalı, “**-JD-***” dövlət qeydiyyat nişanlı yük avtomobilinə videoçəkiliş aparılmaqla baxış keçirilərkən kabinanın arxa tərəfindəki istirahət yerində gizlədilmiş iki ədəd idman çantalarından bir ədəd bükümdə ümumi çəkisi 1015,00 qram heroinə oxşar, on beş ədəd bükümlərdə ümumi çəkisi 7615,00 qram qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür (İ cild, səh. 10-15). Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qərarı əsasında 17 fevral 2022-ci il tarixdə saat 05:08-dən 26 fevral 2022-ci il tarixə saat 12:57-dək X3 istifadəsində olmuş *** -***-**-**, ***-***-**-** və 070- *****-** mobil nömrələrdən Məhkum istifadəsində olmuş ***-***-**-** mobil nömrə və “Şahruz”un istifadəsində olmuş, İran İR mobil operatoruna məxsus olan +**********79 mobil nömrə arasında baş tutmuş telefon danışıqlarına dair səs yazıları, onlara baxış keçirilməsi barədə 01 mart 2022-ci il tarixli protokol, həmin danışıqların tədqiq edildiyi məhkəməfonoskopik ekspertizasının 06 aprel 2022-ci il tarixli, 4/385 nömrəli rəyi, göstərilən mobil nömrələrə dair anten məlumatları, Məhkum üzərindən aşkar edilmiş mobil telefonlara baxış keçirilməsi barədə 01 mart 2022-ci il tarixli protokoldan görünür ki, 17 fevral 2022-ci il tarixdə saat 05:08-dən 26 fevral 2022-ci il tarixə saat 12:57-dək Əliyusif Fərəcov və Məhkum arasında narkotik vasitələrin qanunsuz dövriyyəsi nin təmin edilməsinə birbaşa işarə edən məzmunda danışıqlar aparılmış, bu zaman həmin mobil nömrələrin qeydə alınmış anten məlumatlarına əsasən Əliyusif Fərəcov və Məhkum 19 fevral 2022-ci il tarixdə saat 19:04-də və 20 fevral 2022-ci il tarixə keçən gecə Zəngilan rayonu, “Şahruz” adlı İran İR vətəndaşı 20 fevral 2022-ci il tarixə keçən gecə İran İR, Əliyusif Fərəcov və Məhkum 21 fevral 2022-ci il tarixdə saat 17:49-da Bakı şəhəri, 25 fevral 2022-ci il tarixdə saat 20:08-də Əliyusif Fərəcov Bakı şəhəri, Məhkum Cəlilabad rayonu, Əliyusif Fərəcov və Məhkum saat 21:09-da Biləsuvar rayonu, 26 fevral 2022-ci il tarixdə saat 10:45 və 12:57də Cəbrayıl rayonu ərazisində olmuşlar. Məhkum istifadəsində olmuş bir ədəd “Samsung Galaxy A15” markalı mobil telefona baxış keçirilərkən üzərində ***-***-**- ** mobil nömrənin aktiv olduğu, həmin mobil telefonun “WhatsApp” proqramına İran İR mobil operatoruna məxsus +**********70 mobil nömrədən 18 fevral 2022-ci il tarixdə saat 14:17-də “Salam” sözü, 15:41-də “salam, necəsən” səsli mesajı, 15:44-də “Nejasan” sözü, 21 fevral 2022-ci il tarixdə saat 15:13 və 25 fevral 2022-ci il tarixdə saat 15:29-da “Salam, Nejasan” sözlərinin göndərildiyi, “Qalereya” bölməsində 26 fevral 2022-ci il tarixdə avtomobildə torpaq yol ilə gedilərkən dəmir yolu və onun altında quraşdırılmış beton konstruksiya, ətrafdakı qamışlığın çəkilmiş videosu və fotosunun olduğu müəyyən edilmiş, həmin foto və qeyd edilənlərin ekran çəkilişi çap edilərək protokola əlavə olunmuşdur (İ cild, səh. 20-22, 134-157, 250-258). Məhkum 27 fevral 2022-ci il tarixdə şəxsən yazdığı izahatında, müdafiəçisinin iştirakı ilə 27 fevral 2022-ci il tarixdə şübhəli şəxs və 28 fevral 2022-ci il tarixdə videoçəkiliş aparılmaqla təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, 26 fevral 2022-ci il tarixdə X7 ilə Cəbrayıl rayonu ərazisində görüşmüş, sonuncu onun idarə etdiyi avtomobildən düşüb mobil telefonla kiminləsə danışıb kənara getmişdir. Təxminən 10-15 dəqiqə sonra Əliyusif əlindəki iki ədəd idman çantaları ilə birlikdə onun olduğu avtomobilə qayıtmış, onun verdiyi müvafiq suala cavab olaraq həmin çantaların içərisində narkotik vasitələr olduğunu demiş, həmin kütlələri avtomobilin kabinasının arxa tərəfindəki istirahət yerində gizlətmiş və üzərində uzanmışdır. Lakin Məhkum birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclası zamanı bu ifadədən fərqli mövqe də çıxış edərək idarə etdiyi avtomobildən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmadığı bildirmişdir. Bu isə birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq Məhkum verdiyi ifadələrin məntiqli, bir-birini tamamlayan və ardıcıl olmaması, bu formada verilmiş ifadənin sırf özünü müdafiə xarakteri daşıması, baş vermiş cinayət hadisəsinin ört-basdır edilməsinə yönəldiyi barədə qənaətə gəlmişdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarı nda qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qə rarı №25657/94, §282). Beləliklə, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum qarşı irəli sürülmüş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham məhkəmədə tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilmə miş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışlar. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətdə olan dəlillər birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində düzgün olub-olmaması yoxlanılmış, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətləri ndə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin hadisəsinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlinmişdir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olması (himayəsində iki nəfər azyaşlı uşağın olması, əvvəllər məhkum olunmaması, atası X6 “Serebral ateroskleroz. Beyin qan dövranı pozğunluğu, işemik tipli insult. Miopatiya (KOD:166)” xəstəliyindən ə ziyyət çəkməsi) və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. İş materiallarında olan məhkumluq haqqında tələbnamələrdən görünür ki, Məhkum əvvəllər məhkum olunmamış şəxsdir. İş materiallarında olan Bakı şəhəri, Suraxan RİHB-nın Bülbülə qəsəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 mart 2022-ci il tarixli arayış və xasiyyətnamə, şəxsiyyət vəsiqələri, nikah haqqında şəhadətnamə və Mərkəzi Dəmir Yol Xəstəxanasında tərtib edilmiş 460/59 nömrəli epikrizin surətlərindən görünür ki, Məhkum evlidir, himayəsində iki nəfər azyaşlı uşağı vardır, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir. Onun atası X9 “Serebral at eroskleroz. Beyin qan dövranı pozğunluğu, işemik tipli insult. Miopatiya (KOD:166)” xəstəliyindən əziyyət çəkir (İ cild, səh. 233, 234). Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum mü dafiəçisi Zamanov Gülbala Sabir oğlunun kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Zamanov Gülbala Sabir oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum o lunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 noyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1173/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1173/2023
06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver