Məhkəmə qərarları › İş №1(102)-1173/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1173/2024

30.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1173/2024 30.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum1, məhkum Təqsirləndirilən şəxs3 və Zərərçəkmiş şəxs iştirakları ilə, Məhkum1 Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.4, 29,149.1, 150.1-ci, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 144.2.3cü, Məhkum2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 32.5,144.2.3-cü maddəsi ilə məhkum olunmalarına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 noyabr 2023-cü il tarixli qərarından Məhkum1, Məhkum2, məhkum Təqsirləndirilən şəxs2, məhkum Təqsirləndirilən şəxs3 və müdafiəçisi Müdafiəçi3 və və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə, o cümlədən Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən işə Ali Məhkəmənin binasında qapalı məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 1(100)-36/2023 nömrəli hökmü ilə (hakimlər Dadaş İm anov (sədrlik edən), Elmin Rüstəmov və Roman Ələkbərli) xx xxxxxxxx 1985-ci il tarixdə Daşkəsən rayonunun Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Daşkəsən rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla Göygöl rayonu, Yeni Qızılca kəndində yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 29, 149.1 və 150.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 144.2.3 və 144.2.4-cü maddəsi ilə CM-nin 62-ci maddəsi tətbiq edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 29, 149.1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 150.1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla təqsirləndirilən şəxsə qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2021-ci il tarixdən hesablanması, təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, xx xxxxxx 1983-cü il tarixdə Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Daşkəsən şəhəri, Yuxarı Daşkəsən qəsəbəsi, S.Vurğun küçəsi ev 67-d ə qeydiyyatda olmaqla Göygöl rayonu, Bəhrambəy kəndində yaşayan, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 144.2.3cü maddəsi ilə barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2021-ci il tarixdən hesablanması, məhkumun barəsində seçilmiş "həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, 17 avqust 1978-ci il tarixdə Göygöl rayonunun Topalhəsənli kəndində anadan olmuş, Azərbaycan Re spublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Göygöl rayonu, Topalhəsənli kəndində qeydiyyatda olmaqla yaşayan, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində seçilmiş «ev dustağlığı» qətimkan tədbirinin «həbs» qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə iclas zalında həbs edilməsi, «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, məhkumun cəza çəkməsinin əvvəlinin xx.xx.2021-ci il tarixdən hesablanması, xx xxxx 1993-cü il tarixdə Daşkəsən rayonunun Qırıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Göygöl rayonu, Gəncə qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində seçilmiş «ev dustağlığı» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə iclas zalında həbs edilməsi, «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdiri lməməsi, ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin xx.xx.2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 1(100)-36/2023 nömrəli hökmündən Məhkum1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 müdafiəçisi, Məhkum2 müdafiəçisi, Təqsirləndirilən şəxs3 müdafiəçisi, Təqsirləndirilən şəxs4 müdafiəçisi, Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X4 (sədrlik edən və məruzəçi) Əlizamin Abdullayev və Rafiq Cəfərovdan ibarət tərkibdə) xx.xx.2023-cü il tarixli, 1(104)-48/2023 nömrəli qərarı ilə Məhkum1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 müda fiəçisi, Məhkum2 müdafiəçisi, Təqsirləndirilən şəxs3 müdafiəçisi, Təqsirləndirilən şəxs4 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Məhkum1 Azərbaycan Respublikasının CM-nin 144.2.3, 144.2.4, 29, 149.1 və 150.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 144.2.3cü maddəsi ilə, Məhkum2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM- nin 32.5,144.2.3-cü maddəsi ilə məhkum edilmələrinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 1(100)-36/2023 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilmiş, Hökmdən təqsirl əndirilən şəxslərin hər biri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş, Məhkum1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 144.2.3 və 144.2.4-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. CM-in 66.3-cü maddəsinə əsasən Məhkum1 hazırki qərarla CM-in 144.2.3 və 144.2.4- cü maddələri ilə təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası hökmlə təqsirli bilindiyi CM-in 29, 149.1-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 150.1-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndiri lən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 144.2.3- cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 32.5,144.2.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 32.5,144.2.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs4 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 32.5,144.2.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hö km qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Hökmə əsasən, Məhkum1 qohumu Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan Zərərçəkmiş şəxs evlənmək məqsədilə oğurlama barədə razılığına gəlib, qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 iyun 2021- ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ-2106 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı Göygöl rayonunun Gəncə qəsəbəsinə gəlib, sonuncunun qohumları Məhkum2, Təqsirləndirilən şəxs4 və qonşusu Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs su gətirmək üçün qəsəbədə yerləşən bulağa gedəcəyi vaxt, bulağın yanından oğurlanmasının və avtomobilin orada saxlanması üçün daha münasib yer olması barədə məlumat və məsləhətlər aldıqdan sonra, Zərər çəkmiş şəxs olduğu həmin yerə gedib Təqsirləndirilən şəxs1lə birlikdə Zərərçəkmiş şəxs iradəsinə zidd fiziki zor tətbiqi ilə Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin arxa oturacağına mindirib, Təqsirləndirilən şəxs1 əllərindən, o, isə əlləri ilə Zərərçəkmiş şəxs ağzından tutaraq hər iki yanaq nahiyəsinin yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirdikdən sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil ilə Zərərçəkmiş şəxs yaşadığı Göygöl rayonu Yeni Qızılca kəndindəki evinə gətirib saat 19 radələrində sonuncu ilə təbii yolla cinsi əlaqəyə girməyə cəhd göstərərkən Zərərçəkmiş şəxs aktiv müqavimət göstərdiyindən, o, bu müqaviməti qırmaq məqsədilə Zərərçəkmiş şəxs zor tətbiq edərək əl və ayaqları ilə zərbələr vurub hər iki sağ gicgah, hər iki çiyin nahiyələrini, sağ bazunu tam əhatə edən, sol bazunun 1/3-nin bayır səthini, hər iki mil-bilək oynağının arxa səthinin, hər iki sağrı, bud və baldır nahiyələrinin çoxsaylı qançırları ilə müşayiət edilən, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirdikdən sonra təbii yolla cinsi əlaqədə olmaqla bağlı hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs kiçik cinsiyyət dodaqlarının arxa bitişməsindən anal dəliyə qədər davam edən, cırılmış yara ilə nəticələnən sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli bədən xəsarəti yetirməsinə baxmayaraq Hicran İskəndərovanın öz ayaqlarını birbirinə möhkəm sıxaraq ona fəal müqavimət göstərdiyi üçün o, öz iradəsindən asılı olmayan səb əblərə görə əməlini başa çatdıra bilməyib Zərərçəkmiş şəxs zorlamağa cəhd etmiş və bundan sonra öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs anal dəliyinə yeridərək anal dəlik nahiyyəsində saat sferblatının 12 və 6 rəqəmlərinə uyğun hissələrində cırılmış yaralar əmələ gəlməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkumlar tərəfindən cinayət əməllərinin törədilməsi halları həm birinci instansiya məhkəməsinin hökmündə və həm də apelyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şəkildə əks olunmuşdur. Məhkəmə kollegiyası həmin əməlləri hazırkı qərarda yenidən təsvir etmək zərurəti görmür. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ C İNAYƏT ROSESİ TƏRƏFLƏRİNİN ÇİXİŞLARİ: Məhkum1 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, o, zərərçəkmiş Zərərçəkmiş şəxs evinə gəlin etmək üçün qaçırmışdır və bu işdə ona zərərçəkmişin qohumları köməklik edtmişdir. Əgər burada başqa bir niyyət olsaydı təbii ki onlar bu işə yol verməzdilər. O zərərçəkmişi qaçırmazdan əvvəl zərərçəkmişin qohumlaı onlara gələrək xeyir dua vermişlər. Məhkum1 kassasiya şikayətində cinayət işinin araşdırılmasını və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs2 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, o, taksi sürücüsü işləyir, müştərinin sifarişinə əsasən onlar hara deyib o ünvana aparmışdır, qız qaçırılmasından onun xəbəri olmamış, avtomobilinə əyləşən sərnişinlər özləri gəlib əyləşmiş və hərəkətləri heç b ir şübhə doğurmamışdır. O kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(104)-48/2023 nömrəli qərarının ləğv edilməsini və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs3 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, onun təqsirli olmağı heç bir əsaslı dəlillə sübuta yetirilmir. Zərərçəkmiş tərəfin ibtidai istintaq və məhkəmə icraatı zamanı verdiyi ifadələr nəzərə alınmamışdır. Hansıki məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki ona qarşı şikayəti yoxdur. Onun zərərçəkənin avtomobilə mindirilməsi, cinayət əməlinin nə vaxt və kimlər tərəfindən törədilməsi barədə heç bir məlumatı olmamışdır. O kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023- cü il tarixli, 1(104)-48/2023 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi V.K.X2 Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(104)-48/2023 nömrəli qərarının ləğv edilməsini və Təqsirləndirilən şəxs3 barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə onun barəsində təyin edilmiş cəzanın azaldılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum2 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən toplanmış sübutlar tam, hərtərəfli, obyektiv araşdırılmamış, yalnız ibtidai istintaq orqanının biri digəri ilə uyğun gəlməyən sübutların əsasında tərtib etdiyi ittihamnamə əsasında hökm oxunmuşdur. Məhkum2 kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(104)-48/2023 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, hər iki məhkəmə müstəntiqin qərəzi ilə əsassız olaraq təqsirləndirilən Məhkum2 qarşı böyük haqsızlığa yol verib, onu təqsirsiz olduğu halda təqsirli bilib məhkum etmişdir. Məhkum2 hərəkətində cinayətin subyektiv tərəfi, yəni Zərərçəkmiş şəxs oğurlanmağı niyyəti yoxdur və olmamışdır. Zərərçəkmiş şəxs kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(104)-48/2023 nömrəli qərarının ləğv edilməsini və Məhkum2 bəraət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən məhkumlar və müdafiəçilər tərəflərindən verilmiş kassasiya şikayətlərini müdafiə etdil ər və təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətini və Məhkum2 tərəfindən verilən kassasiya şikayətini müdafiə etdi, təmin olunmasını xahiş etdi, Məhkum2 bağışladığını, digər məhkumları bağışlamadığını bildirdi və onların kassasiya şikayətlərinin təmin olunmamasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində dövlət ittihamçısı Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətlərinin təmin olunmamasını və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(104)-48/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, k assasiya şikayətlərinin təmin olunması barədə müdafiəçilərin və məhkumların, Məhkum2 və özünün kassasiya şikayətlərinin təmin, digər kassasiya şikayətlərinin rədd edilməsi barədə zərərçəkmiş şəxsin, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, zərərçəkmiş şəxs və məhkumlar Təqsirləndirilən şəxs3 və Məhkum2 kassasiya şikayətləri qismən təmin edilməli, məhkumlar Məhkum1 və Təqsirləndirilən şəxs2 kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötə bərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Zərərçəkmiş şəxs, məhkumlar və müdafiəçi cinayət əməllərinin düzgün araşdırılmadığını, təkrar araşdırmaya ehtiyac olduğunu mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin q ərarının ləğv edilməsi barədə tələblərini CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası məhkumlar Məhkum1, Təqsirləndirilən şəxs3 Məhkum2 və Təqsirləndirilən şəxs2, eləcə də Məhkum2 əməlinin tövsifini mübahisələndirən Zərərçəkmiş şəxs kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Kassatorlar kassasiya şikayətlərində məhkumlıarın əməllərinin tövsifini mübahisələndirmişlər. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkumlar Məhkum1, Təqsirləndirilən şəxs3 Məhkum2 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamlarda onarın təqsirli olmaları cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam sübuta yetirilmişdir. Həmin sübutlar həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi tərəfindən hərtərəfli, tam və obyektiv yoxlanılaraq qiymətləndirilmiş və həmin məhkumların təqsililiyi sübuta yetirilmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və mötəbərliyi yoxlanılmış sübutları yenidən təkrarlamadan həmin sübutların mötəbərliyini qəbul edir və məhkəmələrin həmin sübutlara vermiş olduğu qiymətlə razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, məh kumlar Məhkum1, Təqsirləndirilən şəxs3 Məhkum2 və Təqsirləndirilən şəxs2 bəraət verilməsi üçün hər hansı faktiki və hüquqi əsas mövcud deyil və həmin məhkumların cinayət əməlləri CM-in müvafiq maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası məhkumlar Məhkum1, Təqsirləndirilən şəxs3 Məhkum2 və Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzalar ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumlar Məhkum1 və Təqsirləndirilən şəxs2 apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş cəzalar qanuni və əsaslıdır, onlar tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumların şəxsiyyətlərinə tam uyğundur. Həmin şəxslər cinayət əməlinin fəal iştirakçılarıdır. Məhkəmə kollegiyası hes ab edir ki, məhkumlar Məhkum1 və Təqsirləndirilən şəxs2 kassasiya şikayətləri təmin edilməməli, onlara münasibətdə apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Məhkum2 təyin edilmiş cəzanın növü və həddi ilə bağlı qeyd etməyi lazım bilir ki, Məhkum2 hazırkı cinayət əməlində köməkçi qismində iştirak etmişdir. Zərərçəkmiş şəxs də kassasiya şikayəti verərək onun barəsində olan qərarın ləğv edilməsini xahiş edir və özünə qarşı törədilmiş cinayət əməlində Məhkum2 təqsirsiz hesab edir. Məhkum2 cəzasını yüngülləşdirən hallar onun zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması, onun təqsirsiz olmasını bildirərək onun azadlığa buraxılmasına dair kassasiya şikayəti verməsidir. Məhkum2 cəzasını ağırlaşdıran hal yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 və zərərçəklmiş şəxs Zərərçəkmiş şəxs kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ona aid hissədə dəyişdirilməli, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilməli, sınaq müddəti müəyyən edilməli, sınaq müddəti ərzində məhkumun üzərinə vəzifələr qoyulmalı və dərhal cəza çəkdiyi müəssisədən azad edilməlidir. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzanın növü və həddi ilə bağlı qeyd etməyi lazım bilir ki, R. Bayramov da hazırkı cinayət əməlində köməkçi qismində iştirak etmişdir. Bundan əlavə, məhkum Təqsirləndirilən şəxs3 cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman o lması, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması, azyaşlı uşağının psixi nitq inkişaf ləngiməsi xəstəliyindən əziyyət çəkməsi, İİ Qarabağ Müharibəsində iştirak edib sücaət göstərməsi və buna görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunması CM-in 59.1.4 və 59.2ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədə nin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci maddəsi); 4) şərti məhkum etmə institutunu tətbiq etməyə(CM-nin 70-ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyy atı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onlar ın məcmusu CM-in 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər. Lakin o da nəzərdən qaçırılmamalıdır ki, CM-in 62-ci maddəsinin nəzərdə tutduğu (CM-in 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən) əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin m ümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunması və cəzanın onun ailəsinin həyat şərainə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhkum Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən halların məcmusu müstəsna hallar kimi qiymətləndirilməli, onun məhkum olunduğu maddəyə CM-in 62-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti azaldılmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 və məh kum Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməli, Məhkum2, məhkum Təqsirləndirilən şəxs3 və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2023-cü il tarixli qərarı Məhkum2 və Təqsirləndirilən şəxs3 aid hissədə, kassasiya şikayətlərinə münasibətdə dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Məhkum1 və məhkum Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum2, məhkum Təqsirləndirilən şəxs3 və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2023-cü il tarixli qərarı Məhkum2 və Təqsirləndirilən şəxs3 aid hissədə, Məhkum2, məhkum Təqsirləndirilən şəxs3 və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilsin. Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 144.2.3-cü maddəsi ilə təyin edilmiş 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 5 (beş) il müddətə sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Məhkum2 cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən dərhal azad olunsun. Sınaq müddətinin əvvəli 30 avqust 2024-cü il tarixdən hesablansın. Sınaq müddəti ərzində Məhkum2 davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəs inə tapşırılsın və onun üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, ictimai qaydaya əməl etmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 144.2.3-cü maddəsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş cəzanın müddəti 8 (səkkiz) ildən 5 (beş) ilə endirilsin. Qərar kassasiya şikayətlərinə münasibətdə, məhkumlar Məhkum2 və Təqsirləndirilən şəxs3 aid qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar