Məhkəmə qərarları › İş №1(102)-1173/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1173/2025

18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1173/2025 18.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə və zərərçəkmiş şəxslərin nümayəndəsi Müdafi əçi3 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 dekabr 2024-cü il tarixli, 1(107)-493/2024 nömrəli qərarından Məhkum, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Qanuni nümayəndə və onların nümayəndəsi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin (sədrlik hakim Ələkbər Hüseynov) 29 avqust 2023cü il tarixli 1(051)-14/2023 nömrəli hökmü ilə xx xxx 1991-ci ildə Yevlax rayonu, Xanabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli himayəsində 2 nəfər azyaşlı uşağı olan, orta-ixtisas təhsilli, sığorta məsləhətçisi işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.1-1-ci madd əsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmışdır. İşin halları: İstintaq orqanının mövqeyinə əsasən Məhkum edilmişdir ona görə ki, o, 17 iyun 2021-ci il tarixdə saat 20:41 dəqiqədə B1B dərəcəli sürücülük vəsiqəsi ilə, ayıq vəziyyətdə idarə etdiyi “Mercedes-Benz 190” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir şəhəri N.Nərimanov prospekti ilə Nizami küçələrinin kəsişməsində yerləşən Qələbə Meydanı dairəsində asfalt yolla Nizami küçəsi istiqamətində hərəkət etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Res publikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, həmin maddənin tələblərinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş surət məhdudiyyətindən çox olmayan surətlə sürməli, sürücü üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda buna əməl etməyib hərəkət üçün təhlükə yarandığını görərək nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün tədbirlər görməyərək yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq idarə etdiyi avtomobilin qabaq hissəsi ilə ş əhərin N.Nərimanov və Nizami küçələrinin kəsişməsində yerləşən “Qələbə Meydanı” dairəsi istiqamətindən Nizami küçəsində yerləşən səki istiqamətində yolu soldan sağa keçmək istəyən piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vuraraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sağ bud sümüyünün açıq yerdəyişən sınığı, sol bud sümüyünün qapalı yerdəyişən sınığı, sol körpücük sümüyünün yerdəyişməyən, sol 10-11-12-ci qabırğaların yerdəyişmiş sınığı, ağ ciyərin əzilməsi xəsarətlərinin yaranmasına səbəb olan həyat üçün təhlükəli olan ağır, Zərərçəkmiş şəxs2 alın sümüyünün qapalı xətti sınığı və sağ göz orbiti sümüyünün qapalı sınığı, baş beyin toxumasının alın payının əziyi, sifətin sıyrıqları xəsarətlərinin yaranmasına səbəb olan həyat üçün təhlükəli olan ağır zərər vurmaya aid bədən xəsarətləri yet irməklə yol nəqliyyat hadisəsi törətmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Xəqani Səmədov (sədrlik edən və məruzəçi), Akif Eyvazov və İmanverdi Şükürov) 03 may 2024-cü il tarixli 1(107)-57/2024 nömrəli hökmü ilə Mingəçevir şəhər Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 1(051)-14/2023 nömrəli hökmü ləğv edilmiş, Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən Məhkum əməlində cinayət tərkibi olmadığına görə ittiham olunduğu CM-in 263.1-1-ci maddəsi ilə ona bəraət verilmişdir. Təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti, zərərçəkmiş şəxslərin nümayəndəsi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Azərbaycan Respublikas ı Ali Məhkəməsinin (hakimlər Teyyub Muxtarov (sədrlik edən və məruzəçi), Əziz Seyidov və Tahir Kazımov) 04 oktyabr 2024-cü il tarixli 1(102)2034/2024 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 may 2024-cü il tarixli 1(107)-57/2024 nömrəli hökmü ləğv edilmiş və cinayət işi apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilmişdir. Zərərçəkmiş şəxslərin nümayəndəsi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti qismən təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elman İsayev (sədrlik edən və məruzəçi), Əyyub Kərimov və Vəzirxan Məlikov) 23 dekabr 2024-cü il tarixli, 1(107)-493/2024 nömrəli qərarı ilə Mingəçevir Şəhər Məhkəməsinin 29 avqust 2023-cü i l tarixli 1(051)-14/2023 saylı hökmü verilmiş apellyasiya protestinə və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti, təqsirləndirilən şəxs Məhkum və zərərçəkmiş şəxslərin nümayəndəsi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin 23 dekabr 2024cü il tarixli 1(107)-493/2024 nömrəli qərarının ləğv edilməsi və onu cinayət məsuliyyətindən azad etməklə cinayət işi üzrə icraata xitam verilməsi, zərərçəkmişlərin mülki iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni Nümayəndəsi Müdafiəçi3 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məh kəməsinin 23 dekabr 2024-cü il tarixli 1(107)-493/2024 nömrəli qərarının ləğv edilməsi, Məhkum Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, əlavə cəzanı tətbiq etməklə, mülki iddianın təmin olunması və cavabdeh (təqsirləndirilən şəxs) Məhkum Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın, yəni ödənilməmiş ziyanın bir qisminin ödənilməsi nəzərə alınmaqla hazırda yaranan maddi ziyana görə 1500 manat məbləğin, sonradan çəkilmiş xərc 1004 (bir min dörd) manatın, keçirdiyi mənəvi sarsıntı ilə əlaqədar 3000 (üç min) manat mənəvi ziyanın ödənilməsini, o cümlədən Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə dəymiş maddi-ziyanın tibbi müəssisəsinə ödənilən 5000 (beş min) avro (Avropa pulu) pulun, qərar icra olunan günə Azərba ycan manatına olan məzənnəsi ilə 2300 manat nəqliyyat xərclərinə ödənilən məbləğin, sonradan çəkilən xərc 264 (iki yüz altmış dörd) manat, həmçinin keçirtdikləri mənəvi sarsıntı və iztirablara görə 3000 (üç min) manat mənəvi ziyanın əvəzinin ödənilməsi, həmçinin 153 manat və 33 manat dövlət rüsumunun və vəkilin hüquqi xidməti üçün ödənilmiş 500 (beş yüz) manatın Məhkum alınaraq mülki iddiaçılara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsinin İB-nin müstəntiqi tərəfindən ibtidai araşdırma aparılmış və araşdırmanın gedişatında zərərçəkmiş şəxslər onlara dəymiş maddi və mənəvi ziyanın onun tərəfindən tam olaraq ödəni lməsi, ona qarşı heç bir şikayət və tələblərinin olmaması və gələcəkdə də bununla əlaqədar heç bir tələb və şikayətlərinin olmayacağı, onunla barışmaları barədə notarial qaydada təsdiq olunmuş ərizə təqdim etmişlər. Zərərçəkmiş şəxslərin həmin ərizəsi əsasında müstəntiq “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 13 sentyabr 2021-ci il tarixli qərar qəbul etmiş və o, inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin qərar Mingəçevir Şəhər Prokurorluğu tərəfindən təsdiq edilmişdir. Lakin 9 (doqquz) ay sonra zərərçəkmiş şəxslərin ərizəsi əsasında Mingəçevir Şəhər Polis Şöbəsinin İB-nin müstəntiqinin həmin qərarı heç bir qanuni əsas olmadan Mingəçevir şəhər prokurorunun 03 iyun 2022-ci il tarixli qərarı ilə ləğv edilmiş və fakt üzrə cinayət işi başlamaqla istintaq aparılması üçün aidiyyət i üzrə Mingəçevir Şəhər Polis Şöbəsinin İB-nə göndərilmişdir. Cinayət işinin ibtidai istintaqı yekunlaşmış və ittiham aktı təsdiq edilərək Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, hadisədən bir müddət sonra zərərçəkmiş şəxslərlə barışıq əldə edilmiş, ona qarşı heç bir tələb və şikayətləri olmamış, eləcə də bu barədə notarial qaydada təsdiq olunmuş ərizə vermişlər. İş materiallarına əsasən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi ibtidai istintaq zamanı öz iradələrinə uyğun, sərbəst və şüurlu şəkildə hər hansı təzyiq və hədə-qorxu olmadan onlara dəymiş maddi və mənəvi ziyanın mənim tərəfimdən tam ödənilməsi, ona qarşı heç bir şikayət və tələblərinin olmaması, onun barışmaları və onun cinayət məsuliyyətindən azad edilməyi barədə notari al qaydada təsdiq edilmiş ərizələr təqdim etmişlər ki, bu da CM-in 263.1-1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinin tətbiq edilməklə onun cinayət məsuliyyətindən azad edilməsi üçün qanunçuluq və ədalət prinsiplərinin tələbləri baxımından əsaslı və qanunidir. Eyni hərəkətə görə onun həm inzibati, həm də cinayət məsuliyyətinə cəlb edilməsi, habelə zərərçəkmiş şəxslə barışıq əsasında cinayət məsuliyyətindən azad edildikdən sonra yenidən cinayət məsuliyyətinə cəlb olunması, həm qanunvericiliyin tələblərinə, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” qərarında ifadə olunmuş hüquqi mövqeyə ziddir. Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxsin qanuni nü mayəndəsi Qanuni nümayəndə və onların nümayəndəsi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Şəki Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxs barəsində ittihamedici hökmü qüvvədə saxlamaqda maddi və prosessual hüquq normalarına riayət etmişdir. Lakin cəza təyin edərkən, zərərçəkmiş şəxslərin şikayətçi olmasını nəzərə almadan təqsirləndirilən şəxsə yüngül cəza təyin etmiş və mülki iddianı baxılmamış saxlamış Mingəçevir Şəhər Məhkəməsinin hökmünü qüvvədə saxlamaqda, maddi və prosessual hüquqları pozmuşdur. Təqsirlədirilən şəxs Məhkum və onun yaxın qohumları dəymiş ziyanın ödənilməsi ilə bağlı dəfələrlə razılaşmaya gəlməyə söz versələr də, zərərçəkmiş şəxslər kompromisə gəlmə anında bir bəhanə ilə söhbətdən yayınmış, onları qəsdən süründürmüş, cəzasız qalacaqlarına inanmış zərərçəkmiş şəxslərin çətin olan vəziyyətlərində daha da pis hala salmışlar. Məhkum əməlindən peşman deyil, dəymiş ziyanla bağlı razılığa gəlməyə can atmamışdır. Onlar zərərçəkmiş kimi şikayətçi olub, ağır cəza istəməyinə baxmayaraq məhkəmə maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın daha yüngülü tətbiq etməkdə, cinayət qanunvericiliyinin tələblərini pozmuşdur, verilən cəza cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə nəzərə almamışdır ki, zərərçəkmiş şəxslərdən biri Zərərçəkmiş şəxs2 cinayət hadisəsi baş verən zaman 5 yaşında olmuş gözündən ağır xəsarət almış, 18 yaşadək əlilliyini müəyyən edilmiş, əgər müalicəsi davam etmərsə və əməliyyat olmasaydı Damla dünya işığına möhtac olardı. Məhkəmə azyaşlı qız Zərərçəkmiş şəxs2 ilə bağlı mülki iddianı baxılmamış saxlayanda «Uşaq hüquqları haqqında» Beynəlxalq Konvensiyanın və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası qanununun müddəalarını nəzərə almamışdır. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs1 müalicə və müayinəsinə 25.000-30.000 manat xərc çəkilməsi absurddur. Zərərçəkmiş şəxs1 müalicə və müayinəsinə çəkilən xərclərin sənədləri məhkəməyə təqdim edilmişdir. Zərərçəkmiş şəxs1 sonradan çəkilən xərclər tələb olunur. Zərərçəkmiş şəxs2 müalicə və müayinəsinə təqsirləndirilən şəxs tərəfindən hər hansı xərc çəkilməmişdir, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X2 müalicə və müayinəsi ilə bağlı 10.000 manatdan artıq kredit götürülmüşdür. Mülki iddianın araşdırılması zamanı müdafiə tərəfinin əsassız vəsatətini məhkəmə təmin etmiş, iş üzrə ekspertiza təyin etmişdir. Ekspertizadan müsbət rəy verilm işdir. 10 aya yaxın mülki iddia araşdırılmış, zərərçəkmiş şəxslər tərəfindən əsaslı sübutlar verilmiş, dəfələrlə zərərçəkmiş şəxslər lazımı sübutları təqdim etmək üçün Bakı şəhərində olmuş, mülki iddianın təmin olunması üçün bütün sübutlar verilməsinə baxmayaraq məhkəmə əsassız olaraq mülki iddianı baxılmamış saxlamışdır. Mülki iddianın təmin olunması üçün bütün lazımı sənədlər təqdim edilmişdir. Müdafiə tərəfinin şübhəli yanaşdığı hallarla bağlı sənədlər məhkəmə iclasında təqdim edilmişdir. Bütün bunlara baxmayaraq Mingəçevir Şəhər Məhkəməsi tamamilə əsassız olaraq, zərərçəkmiş şəxslərin hüquqlarını pozaraq mülki iddianı baxılmamış saxlamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesa b edir ki, aşağıda göstərilənlərə əsasən məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və onların nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmalı, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 dekabr 2024-cü il tarixli qərarı mülki iddianın baxılmamış saxlanması hissəsində ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarını n tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkum kassasiya şikayətinin əsas dəlili barəsində əsassız olaraq Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə ittiham hökmünün çıxarılmasıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkumun elan edilmiş ittiham üzrə təqsirli olması barədə gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsi nin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunl arının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişlər ki, Məhkum Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə nəzərdə tut ulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Məhkumun ona qarşı irəli sürülmüş ittihamda təqsirini təsdiq edən sübutlarla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, həmin sübutlar təhqiqat və istintaq orqanı tərəfindən cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun aparılmış istintaq hərəkətləri nəticəsində əldə edilmişdir. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək Məhkum ittiham üzrə təqsirli olması barədə mötəbər və yekun nəticəyə gəlməkdə haqlı olmuşlar. Məhkum kassasiya şikayətində göstərmişdir ki, onun yol-nəqliyyat hadisəsinin törədilməsinə görə həm inzibati, həm də cinayət məsuliyyətinə cəlb edilməsi ikiqat və təkrar cəzalandırma halları kimi qiymətləndirilməli, bu isə qanunvericiliyin tələblərinə ziddir. Həmçinin, o qeyd etmişdir ki, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi və onlarla barışması nəzərə alınaraq, əvvəlcə onun cinayət məsuliyyətindən azad olunması və bu barədə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Lakin sonradan zərərçəkmişlərin şikayəti əsasında prokuror həmin qərarı ləğv etmiş və onun barəsində Azərbaycan Respubl ikası CM-in 263.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkum bu halı CM-in 73-cü maddəsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 iyul 2022-ci il tarixli “Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” qərarında əks etdirilmiş hüquqi mövqeyə zidd hesab edir. Bu məsələ ilə bağlı məhkəmə kollegiyası bildirir ki, məhkumun eyni əməldə təkrar məsuliyyətə cəlb olunması barədə dəlilinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2024-cü il tarixli qərarında artıq hüquqi qiymət verilmiş, həmin qərarda kassasiya şikayətinin bu dəlilinin əsassız olması əsaslandırılmışdır. Məhkəmə kollegiyası Ali Məhkəmənin Cinayət Kollegiyasının bu qərarında əks olunan hüquqi mövqeyi əsaslı hesab edir və bu məsələyə təkrar münasibət bildirilməsini zəruri saymır. Zərərçəkmiş şəxslərlə barışma və onlara vurulmuş maddi ziyanın ödənilməsi əsasında cinayət məsuliyyətindən azad edilməsindən sonra məhkumun yenidən cinayət məsuliyyətinə cəlb olunmasının qanunsuzluğu barədə dəlilə münasibət olaraq məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Məhkumun öz kassasiya şikayətində istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında göstərilmişdir ki, tərəflərin barışması səbəbindən cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün mühüm şərti kimi cinayət törətmiş şəxs və zərərçəkmiş şəxs arasında elə bir barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı bəyanlarının qanunun tələb indən irəli gələrək səlahiyyətli orqan tərəfindən də tanınmasını tələb edir. Cinayət prosesini həyata keçirən orqan Cinayət Məcəlləsinin 73-cü maddəsinin tətbiqi ilə bağlı yekun nəticəyə gələrkən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair iradəsinin təzyiq və yaxud hədə-qorxu ilə deyil, məhz sərbəst və şüurlu şəkildə ifadə edildiyini nəzərə almalıdır. Cinayət işinə əlavə olunmuş Şahid1 Mingəçevir Şəhər Polis Şöbəsinə ünvanladığı ərizədən görünür ki, o, qızı Zərərçəkmiş şəxs2 Xəqani qızına yüngül xəsarət yetirilməsi səbəbindən yol-nəqliyyat hadisəsini törətmiş Məhkum ilə barışdığını bildirmişdir. Lakin cinayət işinin materiallarından müəyyən edilir ki, zərərçəkmiş D.X.Ağayevaya yüngül deyil, sağlamlığına ağır zərər yetirilmiş, xüsusilə görmə qabiliyyətinə ciddi xəsarət dəym iş və bu səbəbdən əməliyyat keçirilməsinə ehtiyac yaranmışdır. Bu hal onu göstərir ki, zərərçəkmiş şəxsin valideyni - Şahid1, barışıq ərizəsini təqdim edərkən övladına dəymiş faktiki zərər barədə düzgün məlumata malik olmamış və beləliklə, onun barışıq bəyanatı əsasında cinayət təqibinə xitam verilməsi düzgün hüquqi nəticəyə gətirib çıxarmamışdır. Məhkum barəsində sonradan verilmiş şikayətin səbəbi də məhz bu zərərin faktiki miqyasının aydınlaşması olmuşdur. Belə olan halda, zərərçəkmiş şəxsin valideynləri tərəfindən təqdim edilən barışıq ərizəsi yanlış məlumata əsaslandığından, bu iradə sərbəst və şüurlu şəkildə formalaşmış iradə kimi qiymətləndirilə bilməz. Bu səbəbdən onların sonrakı şikayəti və həmin şikayət əsasında məhkumun cinayət məsuliyyətindən azad olunması barədə qərarın ləğv ed ilməsi, habelə cinayət işinin başlanması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası CM-in 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” qərarında ifadə olunmuş hüquqi mövqeyə zidd olan hərəkət kimi qiymətləndirilə bilməz. Sonuncu apellyasiya instansiyası məhkəməsində kassasiya şikayətində qeyd edilən bu dəlillərlə əlaqədar araşdırma aparılmış və həmin dəlillər öz təsdiqi tapmadığı üçün birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bu səbəbdən məhkəmə kollegiyası məhkumun kassasiya şikayətində irəli sürdüyü dəlilləri əsassız hesab edir və onun barəsində cinayət təqibinə xitam verilməsi üçün hüquqi əsasların olmadığını qeyd edir. Zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və onların nüm ayəndəsinin kassasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, məhkəmələr tərəfindən məhkuma işin hallarına uyğun olmayan yüngül cəza təyin edilmiş və qanunsuz olaraq verilmiş mülki iddianın baxılmamış saxlanılmışdır. Məhkəmələr tərəfindən Məhkum təyin edilmiş cəzanı müzakirə edərək məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhk umlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bununla yanaşı Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza o halda təyin edilir ki, az ciddi cəza növü və ya həd di cəzanın məqsədlərini təyin edə bilmir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddənin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələri idarə etmə hüququnda məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, himayəsində 2 azyaşlı uşağın olması, əməlini etiraf etməklə səmimi peşmançılığı, cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın qismət ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alıb əməlində cəzasını ağırlaşdıran halların olmaması qənaətinə gəlmişdir. İşə apellyasiya qaydası nda yenidən baxan Şəki Apellyasiya Məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum təqsirli bilindiyi maddədə müəyyən edilmiş həddə 1 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi CM-in 8.1, 41.2 və 58.3-cü maddələrin tələblərinə uyğun olmuş, kassasiya şikayətlərinin dəlillərinə görə həmin cəzanın ağırlaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və onların nümayəndəsinin kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın ədalətsiz və işin hallarına uyğun olmaması barədə dəlillərlə razılaşmasa da, həmin şikayəti mülki iddiaya aid olan hissədə əsaslı hesab edir. Belə ki, iş materiallarından görünü r ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə və onların nümayəndəsi vəkil Müdafiəçi3 birinci instansiya məhkəməsinə mülki iddia verərək Zərərçəkmiş şəxs1 müalicəsinə xərclənmiş 1500 manat və vurulmuş mənəvi ziyanın ödənilməsi üçün 3000 manat, Zərərçəkmiş şəxs2 müalicəsinə xərclənmiş 5000 avro və 2300 manat və mənəvi ziyanın ödəməsi üçün 3000 manat, habelə müdafiəçiyə ödənilmiş 500 manat və dövlət rüsumu qismində ödənilmiş 153 manat pulun Məhkum alınıb zərərçəkmişlərə ödənilməsi barədə xahiş etmişlər. Məhkəmə baxışının sonrakı mərhələsində zərərçəkmiş şəxslər mülki iddianın tələbini dəqiqləşdirmiş, müalicənin əlavə xərclərlə bağlı tələbləri irəli sürmüşlər. Belə ki, cinayət işi materiallarına əlavə olunmuş mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Qanuni nüma yəndə mülki iddia tələbinin həcminin artırılması barədə ərizəsindən görünür ki, mülki cavabdeh (təqsirləndirilən şəxs) Məhkum zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın, yəni ödənilməmiş ziyanın bir qisminin ödənilməsi nəzərə alınmaqla hazırda yaranan maddi ziyana görə 1500 manat məbləğin, sonradan çəkilmiş xərc 1004 manatın, keçirdiyi mənəvi sarsıntı ilə əlaqədar 3000 manat mənəvi ziyanın ödənilməsini, o cümlədən Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə dəymiş maddi-ziyanın - tibbi müəssisəsinə ödənilən 5000 avro pulun, qərar icra olunan günə azərbaycan manatına olan məzənnəsi ilə və 2300 manat nəqliyyat xərclərinə ödənilən məbləğin, sonradan çəkilən xərc 264 manat, həmçinin keçirilmiş mənəvi sarsıntı və iztirablara görə 3000 manat mənəvi ziyanın əvəzi nin ödənilməsi, həmçinin 153+33 manat dövlət rüsumunun və vəkilin hüquqi xidməti üçün ödənilmiş 500 (beş yüz) manatın Məhkum alınaraq onlara ödənilməsi barədə mülki iddialarının təmin edilməsini xahiş etmişlər. Mülki iddianın tələblərini əsaslanmaq üçün mülki iddiaçılar məhkəməyə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müalicəsinə pul ödənilməsini və bununla bağlı nəqliyyat xərclərini təsdiq edən və digər sənədlər təqdim etmişlər. Həm birinci instansiya, həm apellyasiya instansiya məhkəmələri zərərçəkmiş şəxslərin mülki iddiasını baxılmamış saxlamışlar. Məhkəmələr öz mövqeyini onunla əsaslandırmışlar ki, mülki iddia üzrə tələb ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmamış, iddiada göstərilən və ödəməyə tələb olunan ziyan zərərçəkmiş şəxslərin hadisədən sonr a müalicəsinə çəkilən əlavə xərclərlə bağlıdır. Həmçinin məhkəmələr müvafiq olaraq hökm və qərarda qeyd etmişlər ki, “iddianın tələbi məhkum tərəfindən törədilmiş cinayət nəticəsində yaranan xəsarətdən yaranmasını və xəstəliyin avtoqəza ilə əlaqəsi olması müəyyən etmək mümkün olmamışdır. Təyin edilmiş məhkəmə-tibbi ekspertizası avtoqəza ilə xəstəliyin əlaqəsinin olmasını dəqiq müəyyən edə bilməmişdir.” Məhkəmələr mülki iddianın həlli ilə əlaqədar əlavə araşdırmanın aparılması lazım olduğuna istinadən nəticəyə gəlmişlər ki, mülki iddia baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası məhkəmələrin mülki iddianın baxılmamış saxlanması barədə qərarını aşağıda göstərilənlərə əsasən qanuna uyğun hesab etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasə n cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsində qeyd olunur ki, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. CPM-in 181.3-cü maddəsində göstərilir ki, maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin d əfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Yuxarıda qeyd edilən qanun normalarından aydın olur ki, cinayət əməlləri nəticəsində sağlamlığına zərər vurulmuş zərərçəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə olan xərclər cinayət əməlinin törədilməsi ilə əlaqədar vurulmuş maddi ziyan hesab olunur və həmin maddi ziyanın ödənilməsi ilə əlaqədar cinayət mühakimə icraatı zamanı mülki iddianın verilməsi hüququ yaranır. Göründüyü kimi hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müalicəsinə xərclənmiş pulların ödənilməsi barədə mülki iddianın tələbi cinayət-prosessual qanunvericiliyinə tam uyğun olmuşdur. Məhkəmələrin həmin xərclərin məhkuma qarşı irə li sürülmüş ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmaması ilə əlaqədar həmin mülki iddianı baxılmamış saxlaması qanuna zidd olmuşdur. Məhkəmələrin mülki iddianın tələblərinin məhkum tərəfindən törədilmiş cinayət əməli ilə əlaqəsini müəyyən etmək mümkün olmadığı barədə gəldiyi nəticə də cinayət işinə əlavə edilmiş sübutlarla uzlaşmır. Belə ki, məhkuma qarşı irəli sürülmüş ittihamdan və məhkəmələrin hökm və qərarından aydın olur ki, məhkum tərəfindən törədilmiş cinayət nəticəsində Zərərçəkmiş şəxs1 sağ bud sümüyünün açıq yerdəyişən sınığı, sol bud sümüyünün qapalı yerdəyişən sınığı, sol körpücük sümüyünün yerdəyişməyən, sol 10-11-12-ci qabırğaların yerdəyişmiş sınığı, ağ ciyərin əzilməsi həyat üçün təhlükəli olan zərər vurmaya aid olan xəsarətləri, Zərərçəkmiş şəxs2 alın sümüy ünün qapalı xətti sınığı və sağ göz orbiti sümüyünün qapalı sınığı, baş beyin toxumasının alın payının əziyi, sifətin sıyrıqları xəsarətlərinin yaranmasına səbəb olan həyat üçün təhlükəli olan ağır zərər vurmaya aid bədən xəsarətləri yetirilmişdir. Həmin fakt cinayət işi üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizalarının rəyləri və digər sübutlarla təsdiq olunmuşdur. Mülki iddiaya əlavə edilmiş sənədlərdən aydın olur ki, Zərərçəkmiş şəxs1 Bakı Sağlamlıq Mərkəzində “hər iki bud sümüyü, sol körpücük sümüyü, sağ mil sümüyü sınığı, sol X,Xİ,Xİİ qabırğaların sınığı” diaqnozu ilə müalicə olmuşdur. Zərərçəkmiş şəxsin müalicəsi hadisədən bilavasitə sonra olan dövrdə olmuş və bu müalicəyə görə mülki iddiada qeyd edilən pul ödənilmişdir. Həmçinin mülki iddiaya əlavə edilmiş sənədlərdən görünür ki, Zərə rçəkmiş şəxs2 “travmatik optik atrofiya” diaqnozu qoyulmuş və həmin diaqnozla əlaqədar o müalicə (əməliyyat) olunmuşdur. Həmin müalicə əlaqədar xərclərin ödənilməsi zərərçəkmiş şəxslərin mülki iddiasında xahiş olunmuşdur. Məhkəmə icraatı zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının 17 fevral 2023-cü il tarixli rəyinə əsasən Zərərçəkmiş şəxs2 30 iyun 2021-ci il tarixdə keçirilmiş məhkəmətibbi müayinəsi zamanı onda alın sümüyünün qapalı xətti sınığı, sol göz orbiti sümüyünün qapalı sınığı, baş beyin toxumasının alın payının əziyi və sifətin sıyrıqları olduğunu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs2 aşkar edilən “Travmatik optik atrofiya” xəstəliyi həmin xəsarətlər nəticəsində yaranması inkar etmək olmaz. Qeyd edilməlidir ki, 30 iyun 2021-ci il tarixdə keçirilmiş tibbi müayinə zamanı Zərərç əkmiş şəxs2 aşkar edilmiş bədən xəsarətləri məhkumun törətdiyi cinayət nəticəsində yaranmışdır. Belə olan halda məhkəmələr tərəfindən zərərçəkmiş şəxslərin mülki iddiasına əlavə edilmiş sənədləri məhkəmə iclasında tədqiq edilmədən və onlara qiymət vermədən zərərçəkmiş şəxslərin iddia edilən xərclərin məhkumun törətdiyi cinayətlə əlaqəsi olmadığına dair nəticəyə gəlməsi məhkəmə əsaslı və qanuna uyğun hesab etmir. Azərbaycan Respublikası CPM-in 354.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəfindən cinayət mühakimə icraatında verilmiş mülki iddianın həlli üzrə, o cümlədən iddianın tam və yaxud qismən təmin edilməsi, rədd edilməsi haqqında qərarlar mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq qəbul edilir. Həmin Məcəllənin 353.2.9-cu maddəsinə əsasən mə hkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində mülki iddia və məhkəmə xərclərinin ödənilməsi barədə qərarın motivləri göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 25-ci bəndində məhkəmələrin diqqəti ona yönəldilmişdir ki, məhkəmələr yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət işlərinə baxılarkən mülki iddia olduqda zərər çəkmiş şəxsə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi məsələsini həll etməlidirlər. Bu zaman məhkəmələr cinayət prosessual qanunvericiliyin müddəalarına, həm də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 9-cu bölməsinin 59 və 60-cı fəsillərinin tələblərinə riayət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlir (əldən çıxmış fayda) başa düşülür. Zərərçəkmiş şəxslərin kassasiya şikayətində mülki iddianın tam təmin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında irəli sürülmüş tələbi cavablandırarkən məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, CPM-in 397.1-ci maddəsinin müddəalarına əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki ha llarının müəyyən edilməsinin, habelə cinayət qanunun və bu Məcəllənin normalararının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Qanunun tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və ya apellyasiya protesti üzrə məhkəmə baxışı nəticəsində CPM-in 398.1.1-398.1.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul edir və məhkəmənin qərarı məhkəmə iclaslarında araşdırılmış sübutlara, habelə maddi və prosessual hüquq normalarına istinad edilməklə əsaslandırılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, qanunun şərh olunan normaları ilə apellyasiya instansiyası məhkəməsinin üzərinə qoyulmuş vəzifə nəinki təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olması, onun əməlinin hüquqi tövsifi, cəzanın seçilməsi, sübutların həlli, həm də iş üzrə verilmiş mülki iddianın, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində zərər çəkmiş şəxsə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi, habelə digər məsələlərin həlli zamanı da yerinə yetirilməlidir. Bu məsələlərlə əlaqədar qəbul edilmiş qərarda isə toplanmış sübutlara Azərbaycan Respublikası CPM-in 143-146-cı maddəsinin tələblərinə uyğun olaraq qiymət verilməli və bu qiymətləndirmədən asılı olaraq çıxarılmış hökm və ya qəbul edilmiş qərar cinayət və cinayət-prosessual qanunvericiliyinin, bu kifayət etmədikdə isə ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq müqavilələrin müddəalarına, mülki, mülki-prosessual və digər qanunvericilik aktlarına istinad edilməklə lazımi qaydada əsaslandırılmalıdır. Cinayət işinin materiallarından göründüyü kimi, zərərçəkmiş şəxs, zərərçəkmi ş şəxsin nümayəndəsi və onların nümayəndəsi yuxarıda şərh edilən normalara müvafiq olaraq və həmin normalardan nəzərdə tutulmuş hüququndan istifadə edərək, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində onlara vurulmuş maddi və mənəvi zərərin ödənilməsi haqqında mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin, hazırkı işin materiallarından, o cümlədən birinci instansiyası məhkəməsinin iclas protokollarından və hökmdən görünür ki, yuxarıda təsvir edilən cinayət-prosessual normaların, xüsusilə də məhkəmədən sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı, məhz yoxlanılmış, nəticələrin çıxarılması üçün kifayət edən sübutların məcmusunun üzərində öz mühakiməsini qurmağı tələb edən CPM-in 144, 145, 146-cı maddələrinin ziddinə olaraq, məhkəmə iclaslarının gedişində zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və onların nümayəndəsinin məhkəməyə təqdim etdiyi müalicənin xərclərini təsdiq edən sübutları yoxlamadan həmin iddianın baxılmamış saxlanılması barədə nəticəyə gəlmişdir. Belə ki, məhkəmələr zərərçəkmiş şəxslər və onların nümayəndəsi tərəfindən təqdim olunmuş müalicə dövrünə aid mədaxil çekləri, hesab fakturaları və digər sübutları araşdırılması üçün heç bir tədbir görməmişlər, mülki iddianın mənəvi zərərin ödənilməsi hissəsinə də qiymət verməmişlər. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin öz qərarlarında ifadə etdikləri hüquqi mövqelərindən çıxış edib hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarı yoxlayıb təhlil edərək belə qənaətə gəlir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr Məhkum yol hərəkəti qaydalarını pozması nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın düzgün müəyyən edilməsi üçün sübutların tədqiqindən imtina etmiş, həmin sübutları mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirməmiş, apellyasiya instansiyası məhkəməsi isə həmçinin məhkumun təhlil edilən məsələlərlə bağlı irəli sürdüyü dəlillərə cavab verməmiş, bu dəlillərin əsaslı olubolmamasını yoxlamamış, qəbul etdiyi yekun qərarı isə kifayət qədər əsaslandıra bilməmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsinin bu cür qərar çıxarmaqla zərərçəkmiş tərəfin mənafeyinə toxunan məsələni cinayət-prosessual qanunun tələblərinin ziddinə olaraq həll etməsi barədə zərərçəkmiş şəxslər və onların nümayəndəsi Müdafiəçi3 ir əli sürdüyü dəlilinin əsaslı olduğunu; apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini, zərərçəkmiş şəxslərin mülki iddiasına aid məsələyə apellyasiya məhkəməsində yenidən baxılmasını tələb edən cinayətprosessual qanunun 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verildiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 dekabr 2024-cü il tarixli, 1(107)-493/2024 nömrəli qərarı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxslərə maddi və mənəvi ziyanın vurulması ilə bağlı mülki iddia hissəsində ləğv edilməlidir. Həmçinin məhkəmə kollegiyası məhkəmələrin hökm və qərarının mülki i ddianın baxılmamış saxlanılması hissədə əsassız olmasına dair zərərçəkmiş şəxslərin və onların nümayəndəsi Müdafiəçi3 kassasiya şikayətində irəli sürülmüş dəlillərlə razılaşaraq həmin hissədə yeni apellyasiya baxışının təyin edilməsi zərurətə gəldiyi üçün Məhkum mülki iddiasının tam ləğv edilməsi barədə dəlilinə münasibət bildirməyi zərurət görmür. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə və onların nümayəndəsi Müdafiəçi3 kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasın a dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 dekabr 2024-cü il tarixli, 1(107)-493/2024 nömrəli qərarı Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə mülki iddiasının həlli hissəsində ləğv edilsin və cinayət işi həmin mülki iddiaya yenidən baxılması üçün apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar