Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1174/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2023-cü il tarixli, 1(106)-697/2023 nömrəli ilkin baxış qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İmişli Rayon Məh kəməsinin 24 iyun 2023-cü il tarixli, 1(036)-33/2023 nömrəli hökmü ilə (sədrlik edən: Ü.O.Qənbərov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nın 69.3-cü maddəsinə əsasən Məhkum xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət nəzərə alınaraq üzərində 02 (iki) il 11 (on bir) 26 (iyirmi altı) gün müddətə azadığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs3 CM-in 170.1, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2, 32.5, 177.2.1, 32.5, 177.2.2 və 32.5, 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişlər. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Məmmədzadə Əkbər Yusif oğlu və məhkum Təqsirləndirilən şəxs4 müdafiəçisi Nərimanov Yusif Allahqulu oğlu tərəfindən ayrı ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2023-cü il tarixli, 1(106)697/2023 nömrəli ilkin baxış qərarı ilə (hakimlər: E.İ.Əliyev,(sədrlik edən), İ.H.Əhmədov və M.Ə.Bağırov) verilmiş apellyasiya şikayətlərinə baxılmasına xitam verilmiş, İmişli Rayon Məhkəməsinin 1(036)-33/2023 saylı, 24 iyun 2023-cü il tarixli hökmü və 03 mart 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarı ləğv edilmiş və c inayət işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinə məhkəmə hazırlıq iclası mərhələsinə qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2023-cü il tarixli ilkin baxış qərarından təqsirləndirilən şəxs Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və cinayət yolu ilə əldə ediləcək əmlakı əldə etmək barədə qabaqcadan vəd verən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 18 avqust 2022-ci il tarixdə saat 04 radələrində Təqsirləndirilən şəxs4 idarə etdiyi istintaqa məlum olmayan minik avtomobili ilə X3 İmişli rayonun un Telişli kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığına gələrək, orada rolların bölgüsünə əsasən o pusquda gözləmiş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 isə evin həyətindəki saxlanc yeri hesab olunan qəhələ qanunsuz daxil olaraq X məxsus 750 (yeddi yüz əlli) manat dəyərində bir baş dana, hər biri 140 (yüz qırx) manat olmaqla 280 (iki yüz səksən) manat dəyərində iki baş quzu və hər biri 165 (yüz almış beş) manat olmaqla 330 (üç yüz otuz) manat dəyərində iki baş qoyunu oradan küçəyə çıxarmış, birlikdə həmin heyvanları götürüb piyada daşıyaraq avtomobilin yük yerinə yüklədikdən sonra qrup üzvləri Təqsirləndirilən şəxs4 idarə etdiyi avtomobil ilə oradan uzaqlaşmış, bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talayıb, zərər çəkmiş X 1360 (min üç yuz altmış) manat məbləğində ziyan vurmaqla oğurluq etmiş və Təqsirləndirilən şəxs2 oğurlanmış, yəni cinayət yolu ilə əldə edilmiş iki baş quzu və iki baş qoyunu qabaqcadan vəd etməklə 18 avqust 2022-ci il tarixdə səhər saatlarında yaşadığı İmişli şəhəri, Ş.Qurbanov küçəsi 28 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində 200 (iki yüz) manata alaraq əldə etmişdir; Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və cinayət yolu ilə əldə ediləcək əmlakı əldə etmək barədə qabaqcadan vəd verən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 07 sentyabr 2022-ci il tarixdə saat 03 radələri ndə Təqsirləndirilən şəxs4 idarə etdiyi istintaqa məlum olmayan minik avtomobilində Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs4 Kürdəmir rayonunun Ərəbxana kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığına gəlib evin həyətindəki saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs4 məxsus hər biri 250 (iki yüz əlli) manat olmaqla 1500 (min beş yüz) manat dəyərində altı baş boğaz qoyunu, 400 (dörd yüz) manat dəyərində bir baş erkək qoyunu və hər biri 250 (iki yüz əlli) manat olmaqla 500 (beş yüz) manat dəyərində iki baş erkək qoyunu oradan küçəyə çıxarmış, birlikdə həmin heyvanları götürüb piyada daşıyaraq avtomobilin yük yerinə yüklədikdən sonra qrup üzvləri Təqsirləndirilən şəxs4 idarə etdiyi avtomobil ilə oradan uzaqlaşmış, bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs4 2400 (iki min dörd yüz) manat məbləğində ziyan vurmaqla təkrar oğurluq etmiş və Təqsirləndirilən şəxs2 oğurlanmış, yəni cinayət yolu ilə əldə edilmiş altı baş boğaz və üç baş erkək qoyunu qabaqcadan vəd etməklə 07 sentyabr 2022-ci il tarixdə səhər saatlarında yaşadığı İmişli şəhəri, Ş.Qurbanov küçəsi 28 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində 450 (dörd yüz əlli) manata alaraq əldə etmişdir; Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və cinayət yolu ilə əldə ediləcək əmlakı əldə etmək barədə qabaqcadan vəd verən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əl bir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 09 sentyabr 2022-ci il tarixdə saat 04 radələrində Təqsirləndirilən şəxs4 idarə etdiyi istintaqa məlum olmayan minik avtomobili ilə Zərərçəkmiş şəxs5 Kürdəmir rayonunun Türkədi kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığına gəlmiş, orada rolların bölgüsünə əsasən o və Təqsirləndirilən şəxs3 pusquda gözləmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 isə evin həyətindəki saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs5 məxsus hər biri 220 (iki yüz iyirmi) manat olmaqla 1320 (min üç yüz iyirmi) manat dəyərində altı baş qoyunu oradan küçəyə çıxarmış, birlikdə həmin heyvanları götürüb piyada daşıyaraq avtomobilin yük yerinə yüklədikdən sonra qrup üzvləri Təqsirləndirilən şəxs4 idarə etdiyi avtomobil ilə oradan uzaqlaşmış, bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs5 1320 (min üç yüz iyirmi) manat məbləğində ziyan vurmaqla təkrar oğurluq etmiş və Təqsirləndirilən şəxs2 oğurlanmış, yəni cinayət yolu ilə əldə edilmiş altı baş qoyunu qabaqcadan vəd etməklə 09 sentyabr 2022-ci il tarixdə səhər saatlarında yaşadığı İmişli şəhəri, Ş.Qurbanov küçəsi 28 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində 480 (dörd yüz səksən) manata alaraq əldə etmişdir; Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və cinayət yolu ilə əldə ediləcək əmlakı əldə etmək barədə qabaqcadan v əd verən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 23 sentyabr 2022-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs4 idarə etdiyi istintaqa məlum olmayan minik avtomobili ilə Zərərçəkmiş şəxs2 İmişli rayonunun Allahmədətli kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığına gəlmiş, orada rolların bölgüsünə əsasən o pusquda gözləmiş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 isə evin həyətindəki saxlanc yeri hesab olunan qəhələ qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs2 məxsus hər biri 240 (iki yüz qırx) manat olmaqla 2400 (iki min dörd yüz) manat dəyərində on baş boğaz qoyunları oradan küçəyə çıxarmış, birlikdə həmin heyvanları götürüb piyada daşıyaraq avtomobilin yük yerinə yüklədikdən sonra qrup üz vləri Təqsirləndirilən şəxs4 idarə etdiyi avtomobil ilə oradan uzaqlaşmış, bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs2 2400 (iki min dörd yüz) manat məbləğində ziyan vurmaqla təkrar oğurluq etmiş və Təqsirləndirilən şəxs2 oğurlanmış, yəni cinayət yolu ilə əldə edilmiş on baş boğaz qoyunlardan beş baş qoyunu qabaqcadan vəd etməklə 23 sentyabr 2022-ci il tarixdə səhər saatlarında yaşadığı İmişli şəhəri, Ş.Qurbanov küçəsi 28 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində 270 (iki yüz yetmiş) manata alaraq əldə etmişdir; Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 30 sentyabr 2022-ci il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi istintaqa məlum olmayan minik avtomobili ilə Kürdəmir rayonu Mollakənd kəndi ərazisində yerləşən örüş sahəsinin yaxınlığına gələrək, oradan Zərərçəkmiş şəxs6 məxsus 850 (səkkiz yüz əlli) manat dəyərində bir baş inəyi birlikdə avtomobilin yük yerinə yüklədikdən sonra qrup üzvləri Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobili ilə oradan uzaqlaşmış, bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli yolla talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs6 850 (səkkiz yüz əlli) manat məbləğində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Təqsirləndirilən şəxs Məhkum kassasiya şikayətini onunla əsaslandırmı şdır ki, maddi və prosessual maddələrin tələbləri pozulmadığı halda apellyasiya məhkəməsi qərəzli olaraq birinci instansiya məhkəməsinin onun maraqlarına toxunan qanuni və əsaslı məhkəmə hökmünü ləğv edərək cinayət işinin birinci instansiya məhkəməsinə qaytarmışdır. Kassator hesab edir ki, cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılmasına ehtiyac yox idi. Belə ki, hətta nöqsanlar olduğu halda belə apellyasiya məhkəməsi özü işə baxıb həmin nöqsanları aradan qaldırıb ədalətli qərar qəbul edə bilər. Təqsirləndirilən şəxs Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2023-cü il tarixli, 1(106)697/2023 nömrəli ilkin baxış qərarın ləğv edilməsini və işin apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilm əsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Təqsirləndirilən şəxs Məhkum verdiyi kassasiya şikayətində apellyasiya məhkəməsinin cinayət işi üzrə cinayət-prosessual normaların tətbiqi üzrə hüquqi mövqeyini mübahisələndirdiyindən, məhkəmə kollegiyası verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2023-cü il ta rixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası Məhkum kassasiya şikayətində istinad etmiş olduğu prosessual pozuntularla bağlı dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, kassasiya müəllifinin iddialarının əsassız olduğu müəyyən olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51.6-cı maddəsinə əsasən prosessual hərəkətin aparılması zamanı texniki vasitələrdən istifadə olunmaqla audio və başqa yazılar, foto, video, kino və digər çəkilişlər həyata keçirilirsə, prosessual hərəkəti aparan şəxs hərəkəti başlamazdan əvvəl bütün iştirakçıları bu barədə xəbərdar edir. Texniki vasitələrdən istifadə olunması prosessual hərəkətin aparılması haqqında protokold a qeyd olunur, yazı və ya çəkiliş isə möhürlənir və müvafiq protokolun əlavəsi kimi cinayət təqibi üzrə icraatın materialları ilə birlikdə saxlanılır. Prosessual hərəkətin gedişinə dair audio və başqa yazılar, foto, video, kino və ya digər çəkilişlər başqa prosessual hərəkətin aparılması zamanı dinlənildikdə və ya baxıldıqda, bu barədə qeyd axırıncı prosessual hərəkətin aparılması haqqında protokolda göstərilməlidir. Həmin Məcəllənin 51.6-1-ci maddəsinə görə isə məhkəmə iclasında sədrlik edən iclasların fasiləsiz audioyazısının aparılmasını təmin edir, cinayət prosesinin tərəflərini və cinayət prosesində iştirak edən digər şəxsləri audioyazının aparılması barədə xəbərdar edir. Məhkəmə iclasının protokolu məhkəmə iclasının audioyazısına uyğun tərtib edilir və audioyazı barədə məlumat məhk əmə iclasının protokolunda göstərilməklə elektron və ya digər məlumat daşıyıcılarında ona əlavə olunur. Məhkəmə iclasının protokolu və audioyazısı arasında ziddiyyət olduğu halda, məhkəmə iclasının audioyazısına üstünlük verilir. Cinayət-Prosessual Məcəlləsinin 391.6.4-cü maddəsinə görə cinayət işində məhkəmə iclasının protokolu və məhkəmə iclasının audioyazısı olmadıqda apellyasiya instansiyası məhkəməsi həmin nöqsanın aradan qaldırılması üçün cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. Həmin Məcəlləsinin 391.8-ci və 391.8.2-ci maddələrinə əsasən birinci instansiya məhkəməsi bu Məcəllənin 391.6-cı maddəsində göstərilən pozuntulardan hər hansı birini aradan qaldırmadıqda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə və apellyasiya protesti nə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. CPM-nin 391.9-cu maddəsinə əsasən bu Məcəllənin 391.8 və 391.8-1-ci maddəsində nəzərdə tutulmuş hallarda apellyasiya instansiyası məhkəməsi öz qərarı ilə: 391.9.1. məhkəmə baxışının nəticələri məhkəməsinin hökm və ya qərarını ləğv edir; üzrə çıxarılmış birinci instansiya 391.9.2. cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialları birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına göndərir. Öyrənilmiş iş materiallarından görünür ki, İmişli Rayon Məhkəməsinin 24 iyun 2023cü il tarixli, 1(036)-33/2023 nömrəli hökmündən verilmiş apellyasiya şikayətləri üzrə 05 oktyabr 2023-cü il tarixdə apellyasiya instansiyası məhkəməsinin ilkin baxış iclası keçirilmiş, həmin iclasda birinci instansiya məhkəməsi tərəfindən iş üzrə icraatın audioyazısının aparılması haqqında diskin iş materiallarına əlavə edilmədiyi müəyyən olunduğundan məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 391.6.4-cü maddəsində nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün 10 (on) gün müddət müəyyən etməklə cinayət işi materiallarını İmişli Rayon Məhkəməsinə qaytarılmışdır. Lakin İmişli Rayon Məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 391.6.4-cü maddəsində nəzərdə tutulmuş tələb yerinə yetirilmədən 26 oktyabr 2023-cü il tarixli məktubla cinayət işi m ateriallarını Şirvan Apellyasiya Məhkəməsinə geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi məhkəmə iclaslarının audioyazısının qeydə alımasının qeyri mümkünlüyünün səbəbi kimi - cinayət işinin həcminin böyüklüyü, cinayət prosesində iştirak edən şəxslərin sayının çoxluğu ilə əlaqədar işin məhkəmə baxışının təşkilində olan çətinliklərlə əlaqələndirmişdir. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən istinad edilmiş halların cinayət işi üzrə fasiləsiz audioyazısının aparılmasına mane olmayan hallar kimi dəyərləndirmiş, yuxarıda sadalanmış cinayət prosessual qanunvericiliyinin imperativ tələblərindən çıxış edərək, birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarının audioyazısının olmamasını kobud prosessual pozuntu kimi qiymətləndirmiş, nəticədə 16 noyabr 2023- cü il tarixli, 1(106)-697/2023 nömrəli ilkin baxış qərarı ilə verilmiş apellyasiya şikayətlərinə baxılmasına xitam vermiş, İmişli Rayon Məhkəməsinin 1(036)-33/2023 saylı, 24 iyun 2023-cü il tarixli hökmünü və 03 mart 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarını ləğv etməklə, cinayət işini yenidən baxılması üçün birinci instansiya məhkəməsinə məhkəmə hazırlıq iclası mərhələsinə qaytarmışdır. Göründüyü kimi apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş çatışmamazlıq yəni cinayət işi üzrə fasiləsiz audioyazısının aparılmaması – cinayət işi üzrə birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə tərəfindən cinayət prosessual qanunvericiliyinin tələblərinin kobud surətdə pozulmasına dəlalət edən hal olmaqla, qeyd olunan pozuntu proses iştirakçılarının vermiş olduqları apellyas iya şikayətlərinin apellyasiya icraatı qaydasında məhkəmə baxışında hərtərəfli, tam və obyektiv araşdırılmasını qeyri mümkün edən xüsusat kimi çıxış edir. Məhz bu səbəbdən Qanunverici apellyasiya məhkəməsinin üzərinə qeyd olunan pozuntunu aşkar etdiyi halda apellyasiya müraciətlərinə baxılmasına xitam verilməsi və cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılması haqqında qeyri şərtsiz tələb qoymuşdur. Cinayət mühakimə icraatının əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi təsbit olunmuş CPM-nin 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməli dirlər. CPM-nin 10.5-ci maddəsinə görə, qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Yuxarıda sadalanmış əhəmiyyətli halları nəzərə alaraq, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin apellyasiya şikayətlərinə baxılmasına xitam verilməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum edilməsi barədə İmişli Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 1(036)33/2023 nömrəli hökmünün ləğv edilməsi və cinayət işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinə məhkəmə baxışı mərhələsinə qaytarılması ilə bağlı gəldiyi nəticə ilə razılaşır və qeyd olunan nəticəni qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası təqsirləndir ilən şəxs Məhkum kassasiya şikayətinin təmin edilməməsi haqqında dövlət ittihamçısının çıxışını dinləyib, yuxarıda şərh edilən əsaslara görə hesab edir ki, təqsirləndirilən şəxs Məhkum verdiyi kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2023-cü il tarixli, 1(106)-697/2023 nömrəli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Təqsirləndirilən şəxs Məhkum verdiyi kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2023-cü il tarixli, 1(106)-697/2023 nömrəli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1174/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1174/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver