Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1175/2024 12.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noy abr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Nahid Mirzəyev (sədrlik edən və məruzəçi) Bilal Məmmədov və Xaliq Məmmədov) 27 sentyabr 2023-cü il tarixli, 1(091)175/2023 nömrəli hökmü ilə xx xxxxxxx 1985-ci il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli və himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi re jimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 06 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X3 da təqsirli bilinərək, məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum X3 ilə birgə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək istintaqa məlum olmayan müddətdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdar hesab edilən 26,027 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və külli miqdar hesab edilən 10,395 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edərək, narkotik vasitə olan heroini 0,415 qram, 0,409 qram, 0,450 qram, 0,426 qram, 0,445 qram, 0,403 qram, 12,110 qram, 0,410 qram, 0,354 qram, 0,348 qram, 0,315 qram, 0,294 qram, 0,358 qram, 0,337 qram, 0,324 qram, 0,367 qram, 0,367 qram,0,309 qram, 0,355 qram, 0,346 qram, 0,344 qram, 0,327 qram, 0,366 qram, 0,319 qram, 0,395 qram, 0,349 qram, 0,358 qram, 0,363 qram, 0,336 qram, 0,345 qram, 0,371 qram, 0,331 qram, 0,320 qram, 0,312 qram, 0,306 qram, 0,373 qram, 0,291 qram, 0,316 qram, 0,418 qram və 0, 345 qram təmiz çəkilərdə 40 (qırx) ədəd sellofan bükümlərdə, eləcə də psixotrop maddə olan metamfetamini 0,514 qram, 0,442 qram, o,402 qram, 0,393 qram, 0,413 qram, 0,421 qram, 0,412 qram, 0,459 qram, 0,447 qram, 0,452 qram, 4,182 qram və 1,858 qram təmiz çəkilərdə 12 (on iki) ədəd sellofan bükümlərdə qablaşdırıb, müvəqqəti yaşadıqları Göyçay şəhəri, H.Əliyev prospekti, 88 ünvanında yerləşən “Çinar” mehmanxanasının 13 saylı otağında satış məqsədi ilə qanu nsuz olaraq saxlamış, 06 noyabr 2022-ci il tarixdə saat 13:48-də Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı həmin otaqdan həmin külli miqdarda narkotik vasitə heroin və həmin külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İmanverdi Şükürov (sədrlik edən və məruzəçi hakim), Akif Eyvazov və Günay Cavadova) 21 noyabr 2023-cü il tarixli, 1(107)-410/2023 nömrəli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 1(091)- 175/2023 nömrəli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiya sının 21 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və əməlinin onun təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkum narkotik vasitələrin satışı və saxlanılması ilə məşğul olmadığını, yalnız istifadəçisi olduğunu qeyd etmişdir. Buna görə də törətdiyi əməlin CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məhkumun və dövlət it tihamçısının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətində onun Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinin qanunsuz olmasını bildirərək, əməlinin həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsindən görünür ki, həmin maddə ilə cinayət məsuliyyəti qabaqcadan əl bir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, daşıma və göndərmə ilə əlaqədar hərəkətlərin satış məqsədi ilə törədildiyi halda yaranır. Göründüyü kimi “qabaqcadan əlbir olan bir qrup şəxs”, “satış məqsədi” və “külli miqdar” CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin cinayət tərkibində zəruri əlamətlər kimi çıxış edir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişlər ki, həmin sübutlarla Məhkum tərəfindən Azərbaycan Respublikası CMin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi təsdiq edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim еtdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni şahidlərin məhkəmə istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadələr, “şəxsi axtarış və götürmə haqqında” protokol, məhkəmə-kimyəvi ekspertizasının rəyi, işdə оlаn istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. İşə baxan məhkəmələr tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilmiş işin hallarını, y əni Məhkum tərəfindən qanunsuz olaraq əldə edilmiş narkotik vasitə olan heroinin və psixotrop maddə metamfetaminin miqdarının müvafiq olaraq 26,027 qram və 10,395 qram olmasını, həmin narkotik vasitəni və psixotrop maddəni bölünərək heroini 40 xırda bükümə, metamfetamini isə 12 xırda bükümə qablaşdırılmasını onun narkotik vasitənin və psixotrop maddənin satış məqsədi ilə əldə etməsini və saxlamasını təsdiq edən hal kimi qiymətləndirmiş və buna əsasən nəticəyə gəlmişdir ki, məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə tədqiq edilmiş sübutlara Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasi tələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının tövsiyələri baxımından qiymət verərək əsaslı olaraq belə nəticə gəlmişdir ki, Məhkum üzərində aşkar edilmiş narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə etmiş və saxlamışdır. Cinayət işinin materiallarından həmçinin görünür ki, Məhkum cinayət əməlini digər məhkum X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmişdir. Məhkum ona istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində təsbit edilən cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialla rı və işə baxan məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istintaqı zamanı, istərsə də məhkəmə araşdırmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız olduğundan qəbul etmir və apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum cinayət əməllərinin sübuta yetirilməsinə və onun tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Bundan əlavə, CM-in 18.2.1-ci maddəsinə əsasən, qə sdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivini yaradır. İş materiallarından göründüyü kimi, Məhkum Ağdaş Rayon Məhkəməsinin 30 iyun 2017-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli qərarı ilə Ağdaş Rayon Məhkəməsinin 30 iyun 2017-ci il tarixli hökmü ilə ona təyin olunmuş cəzanın çəkilməmiş qalan 10 ay 18 gün hissəsindən vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilmədən yenidən cinayət törətdiyindən, Ağdaş Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli hökmünə əsasən CM-in 234.2-ci maddə si ilə təqsirli bilinib CM-in 67.1-ci maddəsi tətbiq olunmaqla, yəni hökmlərin məcmusu ilə 03 il 07 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərarı ilə Ağdaş Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş 03 il 07 ay müddətə azadlıqdan məhrumetmə cəzasının 06 ay 23 gün hissəsindən vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-in 18.2-ci maddəsinə əsasən Məhkum əməli cinayətlərin təhlükəli residivini yaradır. Residivə görə cəzanın təyin edilməsindən bəhs edən CM-in 65.1-ci maddəsinin göstərişinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəz anın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3 və 65.2-ci maddələrinin tələblərini düzgün nəzərə almışlar. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Şəki Ape llyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1175/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1175/2024
12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver