Məhkəmə qərarları › İş №1(102)-1175/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1175/2025

13.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1175/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, məhkum Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Beyləqan rayonunun Bünyadlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, su bay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olmayan, Beyləqan rayonu, Bünyadlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Abşeron rayonu, Hökməli qəsəbəsi, At yalı küçəsi, nömrəsiz evdə yaşamış Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1501/2024 nömrəli 14 avqust 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-1436/2024 nömrəli hökmü ilə (hakimlər K.N.Muxtarovun sədrliyi, E.A.Nuriyev və A.H.Tağıyevdən ibarət tərkibdə) Təq sirləndirilən şəxs2 - Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasının əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Həmin hökmlə Təqsirləndirilən şəxs1 da Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 və məhkum Təqsirləndirilən şəxs1 tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1501/2024 nömrəli 14 avqust 2024-cü il tarixli qərarı ilə (hakimlər: Z.N.Hüseynov (sədrlik edən), H.H.Əhmədov və Ə.Q.Ələkbərov) apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü dəyişdirilmiş, Hökmün məzmunundan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar xaric edilmişdir. İşin halları: Məhkəmə qərarlarına əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşya tətbiq edib özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakıl ıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək təkrarən quldurluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 10 oktyabr 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” metrostansiyasının yeraltı keçidində aralarında olan rolların bölgüsünə əsasən planlaşdırdıqları cinayət əməlinin törədilməsi niyyətilə kənarda dayanaraq müşahidə aparmış, Təqsirləndirilən şəxs1 isə həmin yerdən keçən Zərərçəkmiş şəxs2 yaxınlaşıb sonuncuya köməklik etməsini xahiş edib razılığını aldıqdan sonra Zərərçəkmiş şəxs2la birlikdə piyada ünvan 1 ünvanda yerləşən 12 nömrəli uşaq poliklinikası istiqamətində gedərkən əli ilə ona yaxınlaşması üçün işarə edib, dah a sonra birlikdə Zərərçəkmiş şəxs2la qeyd olunan ünvanda yerləşən poliklinikanın arxa hissəsinə çatdıqda orada Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs2 guya sonuncunun 7 nəfər tanışı ilə digər 3 nəfər şəxsi döyüb telefonunu ələ keçirmələrini bildirib həmin şəxsə zəng edib dəqiqləşdirmək adı ilə Zərərçəkmiş şəxs2 zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 500 manat dəyərində “X7 10” markalı mobil telefonunu götürüb guya zəng etmək görüntüsü yaradaraq zəng etdiyi şəxsin cavab vermədiyini və yaşadığı evdən çağırmaq üçün gedəcəyini bildirərkən Zərərçəkmiş şəxs2 mobil telefonunu geri qaytarması ilə bağlı tələbinə əhəmiyyət verməyib Təqsirləndirilən şəxs1 ondan silah qismində istifadə olunan zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən məiş ət təyinatlı turist bıçağını götürüb həmin bıçaqla hücuma məruz qalmış Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib sonuncuya məxsus 500 manat dəyərində “X7 10” markalı mobil telefonu ələ keçirərək hadisə yerindən uzaqlaşıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 maddi ziyan vuraraq quldurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 11 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” metrostansiyasının yeraltı keçidində aralarında olan rolların bölgüsünə əsasən o, planlaşdırdıqları cinayət əməlinin törədilməsi niyyətilə kənarda dayanaraq müşahidə aparmış, Təqsirləndirilən şəxs1 isə həmin yerdən keçən Zərərçəkmiş şəxs3 Məsum oğluna yaxınlaşıb sonuncuya işi olduğunu bildirərək onunla birlikdə getməsini xahiş edib razılığını alaraq Zərərçəkmiş şəxs3 ilə birlikdə piyada ünvan 2 ünvanda yerləşən 12 nömrəli uşaq poliklinikasının qarşısına çatıb onun da həmin yerə yaxınlaşmasından sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 guya sonuncunun 9 nəfər tanışı ilə birgə digər 3 nəfər şəxsi döyüb telefonlarını ələ keçirmələrini bildirib həmin şəxsə zəng edib dəqiqləşdirmək adı ilə Zərərçəkmiş şəxs3 280 manat dəyərində “Xiaomi” markalı “2109119DG” (11 Lite 5G) modelli mobil telefonunu götürüb özündə saxlamış, o isə özünə məxsus mobil telefonla guya kiminləsə danışmaq görüntüsü yaradaraq “neyləyək indi səni gözləyək ya hərəkətimi edim” kimi sözlərdə n istifadə etməklə əlini bel hissəsində saxladığı silah qismində istifadə olunan zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən məişət təyinatlı turist bıçağına atıb zərər çəkmiş şəxsə silah tətbiq etmə görüntüsü yaratmaqla hücuma məruz qalmış Zərərçəkmiş şəxs3 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib sonuncuya məxsus 280 manat dəyərində “Xiaomi” markalı “2109119DG” (11 Lite 5G) modelli mobil telefonu ələ keçirməklə birlikdə hadisə yerindən qaçıb uzaqlaşaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla quldurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103 )-1501/2024 nömrəli 14 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsi, hüquqlarını müdafiə etdiyi şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə verilmiş ittihama bəraət verilməsi xahiş olunur. Kassasiya şikayətində göstərmişdir ki, ibtidai istintaq materiallarından da aydın olur ki, Təqsirləndirilən şəxs2 ilə X2 bir qrup şəxs halında iştirakçılığı quru sözdən başqa bir şey deyildir. Nə Zərərçəkmiş şəxs2 qarşı, nə Zərərçəkmiş şəxs3 Məsum oğluna qarşı olan cinayət əməllərində birbaşa, yaxud yanakı da olsa Təqsirləndirilən şəxs2 heç bir qanunazidd hərəkəti olmamışdır.. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə T əqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi4, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Təqsirləndirilən şəxs2 məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessu al qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə bəraət verilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələrində əsasən “quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın” - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; təkrar törədildikdə; silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə əməllə rinə görə məsuliyyət nəzərdə tutulur və səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilmə z və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X3rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instans iya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xid mət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkum Təqsirləndirilən şəxs2 əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasl arı ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CP M-in 146-cı maddəsinə əsasən həmin sübutların məhkum Təqsirləndirilən şəxs2 tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, iş üzrə ibtidai istintaq dövründə ifadə vermiş hər iki məhkum əməllərini qismən etiraf etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, 10 oktyabr 2023-cü il tarixdə yaşadığı Hökməli qəsəbəsində Təqsirləndirilən şəxs1 ilə birlikdə olarkən Cabbar maddi imkanının zəif olduğunu, bu səbəblə onda olan bıçaq ilə qanunsuz yolla, yəni ki, tanımadıqları şəxs taparaq zor ilə mobil telefonlarını əlindən alaraq satıb pul əldə etməyi təklif etmişdir. Maddi imkanı zəif olduğu üçün Cabbar ilə razılaşmışdır. Həmin gün saat 18 radələrində Cabbar ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “20 Yanvar dairəsi” adlı əraziyə getmişlər. Həmin ərazidə olarkən ətrafda şəxslərə nəzər yetirərək fiziki cəhətdən zəif olan şəxs axtarmağa başlamışlar ki, tapdıqları şəxsə yaxınlaşıb onun üzərində olan bıçaq ilə hədələyərək mobil telefonunu ələ keçirsinlər. Daha sonra yeraltı piya da keçidinə enmiş və orada ətrafa nəzər yetirdikdən sonra saat 18:30 radələrində tanımadığı, adı ona sonradan məlum olan fiziki cəhətdən zəif olan Zərərçəkmiş şəxs2 görmüşlər. Əvvəlcədən də razılaşdıqları kimi ilkin olaraq Anara Cabbar yaxınlaşmışdır. Bu zaman onlardan bir qədər aralı dayanmışdır. Bir qədər sonra hər ikisi birlikdə 20 Yanvar metrosransiyasının “Kontakt Home” mağazası tərəf olan çıxışından çıxaraq 12 nömrəli uşaq poliklinikası tərəfə getməyə başlamışlar. Cabbarın əl işarəsi ilə onu çağırdığını görüb onların arxası ilə getmişdir. Daha sonra məhkəmə baxışında da təsdiq etdiyi məzmunda Anarla aralarında söhbət olmuş və Cabbar ona yaxınlaşaraq əvvəlcədən razılaşdıqları kimi ondan bıçağı istəmişdir. Bıçağı Cabbara verdikdən sonra Cabbar Anarın üzərinə gedərək əlində olan bıçağı Anara tərəf uzadıb telefonu geri istəyəcəyi təqdirdə onu vuracağını bildirmişdir. Bundan sonra Anar qorxduğu üçün heç bir söz deməmiş və Cabbar ilə oradan uzaqlaşmış və yaşadıqları evlərə getmişlər, Anara məxsus olan “Redmi Note 10” markalı mobil telefon isə Cabbarda qalmışdır. Cabbar ilə razılaşmışdır ki, mobil telefonu sataraq pulunu yarıya bölsünlər. 11 oktyabr 2023-cü il tarixdə saat təxminən 18 radələrində “20 Yanvar dairəsi” adlı ərazidə “Velotrek” deyilən ticarət mərkəzindəki telefon mağazalarından birinə getmişlər və “Redmi Note 10” markalı mobil telefonu Nicat telefon mağazasına 130 manata satmışdır. Bundan sonra həmin pulu öz aralarında bölməli idilər. Lakin Təqsirləndirilən şəxs1 razılaşmaya əməl etməmiş, belə ki, pulu anasının kartına göndərməli olduğunu bildirmiş, “20 Yanvar dairəsi” adlı ərazidə yeraltı keçiddə olan “Milli ön” ödəmə terminalına 120 manat pulu daxil etmiş və özünün deməsinə görə anasının kartına göndərmişdir. Qalan 9 manat pul isə Cabbarın özündə qalmışdır. Həmin vaxt Cabbar yenidən həmin əməli davam etdirməyi ona təklif etmiş, o da bu təklif ilə razılaşmış, lakin həmin vaxt Nicat yanlarında olmadığı üçün bu razılaşmadan xəbəri olmamışdır. Bundan sonra saat təxminən 21 radələrində yeraltı keçiddə fiziki cəhətdən zəif olan tanımadığı, şəxsiyyəti ona sonradan məlum olan Zərərçəkmiş şəxs3 Cabbar və Nicat ilə birlikdə yaxınlaşmışlar. Cabbar ilə əvvəldən uydurduqları bəhanə ilə Muradı yeraltı keçiddən çıxartmağı planlaşdırmışdır. O və Cabbar Murada yalandan bildirmişdir ki, “bizim uşaqları təkləmisən, buna görə bizimlə gəlməlisən”. Murad belə bir hadisənin olmadığını bildirsə də, onlarla birlikdə yeraltı keçiddən çıxaraq kənar bir yerə getməyə razılaşmışdır. Bundan sonra birlikdə metrostansiyanın “Şamaxinka” tərəf olan yeraltı keçiddən çıxaraq Cavadxan küçəsi ilə hərəkət edərək yaxınlıqdakı binalardan birinin həyətinə getmişlər. Bu zaman Cabbar mobil telefonunda olan şəkili Murada göstərib həmin şəxsi tanıyıbtanımadığını soruşmuşdur. Murad bu zaman həmin şəxsi tanımadığını bildirmişdir. Daha sonra o, özünə məxsus mobil telefonla Muradın şəkilini çəkmişdir. Murad hansı səbəb şəkilini çəkdiyini ondan soruşan zaman isə şəkili döyülən dostuna göndərəcəyini tanıyıbtanımayacağını dəqiqləşdirəcəyini bildirmişdir. Cabbar, döyülən dostunu çağırdığını, tezliklə olduqları yerə gələcəyini bildirmişdir. Bu zaman o, guya mobil telefonla danışara q danışdığı adama “bu odur, səni döyən budur?” demişdir. Murad isə ona haqqında danışdığı şəxsin o olmadığımı bildirmişdir. Bu zaman o, telefonda danışdığı şəxsə “Neyniyəy indi səni gözdüyəy, ya hərəkətimi eliyim?” demiş və əlini belinə aparmışdır. Bu zaman Murad, onun belində bıçaq olduğunu bilmiş və qorxmuşdur. Muradın qorxduğunu görən Cabbar oradan uzaqlaşmağa başlamış və o da Cabbarın arxası ilə getmişdir. Məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri cinayət əməlini törətmələri özlərinin ifadələrindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırkı məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni hadisə yerinə baxış protokolları, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri, məhkəmə eksperti zasının rəyləri, tanınmaya təqdim etmə protokolları, ifadənin yerində yoxlanılması protokolları, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə qərarlarından görünür ki, məhkəmə baxışı iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 10 oktyabr 2023-cü il tarixdə Bakı Metropliteninin “20 Yanvar” stansiyasında olan zaman adı sonradan məlum olan Cabbar ona yaxınlaşaraq köməklik istəmişdir. O da Cabbara kömək edə biləcəyini demişdir. Cabbarla metrostansiyanın “Kontakt Home” mağazası tərəf olan çıxışından çıxaraq 12 nömrəli uşaq poliklinikası tərəfə getmişlər. Bu zaman Cabbar əli ilə adı sonradan məlum olan Vilayətə işarə edib onu çağırmışdır. 12 nömrəli uşaq poliklinikasına çatmağa az qalmış Cabbar ona “Siz 7 nəfər olub, 3 nəfər döy müsünüz və 1600 manatlıq mobil telefonunu oğurlamısınız” deyə bildirmişdir. O isə belə bir hadisə olmadığını, Cabbarın onu kiminləsə səhv saldığını demişdir. Cabbar hadisəni dəqiqləşdirmək məqsədilə ondan mobil telefonunu istəmiş, o, telefonu Cabbara vermişdir. Cabbar mobil telefonla kiməsə zəng etmiş, həmin şəxsə zəng çatmamışdır. Daha sonra Cabbar həmin tanışını yaşadığı evdən çağıracağını demişdir. Bu zaman o, Cabbardan mobil telefonu tələb etsə də sonuncu telefonu verməyəcəyini bildirmiş və aralarında mübahisə yaranmışdır. Bundan sonra Cabbar Vilayətə yaxınlaşıb sonuncudan bıçağı istəmişdir. Vilayət bıçağı Cabbara verdikdən sonra Cabbar onun üzərinə gedərək əlindəki bıçaqla sonuncuya tərəf doğruldaraq onu vurmaqla hədələmişdir. O, qorxduğu üçün telefonunun Cabbarda qalmasına razılıq ve rmişdir. Daha sonra o, Nəsimi RPİ-nin 19-cu PB-nə şikayət etmişdir. Həmin telefonun qiyməti 500-600 manat məbləğindədir. Lakin həmin telefonu ikinci əl olduğu üçün daha ucuz qiymətə əldə etmişdir. Cinayət hadisəsi ilə bağlı ona vurulmuş zərərin bir qismi, yəni 150 manat məbləğində pul vəsaiti ödənilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə qərarlarından görünür ki, zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 11 oktyabr 2023-cü il tarixdə Bakı Metropliteninin “20 Yanvar” stansiyasında olan zaman adı sonradan məlum olan Cabbar adlı şəxs ona yaxınlaşmışdır. Cabbarla metronun “Şamaxinka” çıxışından çıxıb evlə rin arası ilə hərəkət etmişlər. Bir qədər gedib binaların yanına çatdıqda Vilayət və Nicatın da oraya gəldiyini görmüşdür. Cabbar telefonunu çıxardıb şəkil göstərmiş və şəkildə olan şəxsi tanıyıb-tanımadığını soruşmuşdur. O, həmin şəxsi tanımadığımı bildirmişdir. Cabbar ona “Siz 9 nəfər olub, dostum olan 3 nəfəri Lökbatanda döymüsünüz və 1600 manatlıq telefonunu əlindən almısınız” deyə bildirmişdir. O isə elə bir hadisə olmadığını demişdir. Daha sonra Cabbar döyülən şəxsi çağırdığını, həmin şəxsin bir azdan yanlarına gələcəyini demişdir. O, buna etiraz etməyərək gözləmişdir. Cabbar konturunun olmadığını bildirərək ondan zəng etmək məqsədilə telefonunu istəmişdir. O da telefonunu Cabbara vermişdir. Vilayətin əlində olan mobil telefonla onun şəkilini çəkdiyini görmüş və Vilayətdən şəkilini ç əkməsinin səbəbini soruşmuşdur. Vilayət də çəkdiyi şəkli döyülən şəxsə göndərəcəyini demişdir. Bu zaman Vilayət əlində mobil telefonla danışaraq danışdığı adama “səni döyən budur?” deyə soruşmuşdur. Daha sonra Vilayət telefonda danışdığı şəxsə “Nə edək indi səni gözləyək, yoxsa hərəkətmi edim?” deyə soruşmuş və əlini belinə aparmışdır. O, Vilayətdən əlini belinə niyə apardığını və belində nə olduğunu soruşmuşdur. Vilayət ona “çıxaranda görərsən” deyə cavab vermişdir. O, Vilayətin belində bıçaq olduğunu düşünmüşdür. O, Vilayətlə danışan zaman Cabbarın ordan uzaqlaşdığını görmüşdür. Vilayətdən Cabbarın hara getdiyini soruşduqda sonuncu Cabbarın döyülən dostunu çağırmaq üçün getdiyini bildirmişdir. Bundan sonra Vilayət də hadisə yerindən uzaqlaşmışdır. O, orada Nicatla qalmışdır. O, Nicatdan dostlarının hara getdiyi soruşmuş, Nicat dostlarının hara getmələri barədə məlumatının olmadığını bildirmişdir. O, telefonunun Cabbarda qaldığı üçün polisə şikayət edəcəyini bildirmiş və Nicatdan onunla birlikdə Polis Bölməsinə getməyi təklif etmişdir. Nicat onunla razılaşmış və şikayət ərizəsi yazmaq məqsədilə Polis Bölməsinə getmişlər. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslərin ona məxsus olan mobil telefonu qaytardıqlarını, təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-3/1868 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir ) ədəd bıçaq zavod üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Habelə, 13 oktyabr 2023-cü il tarixli təqdim etmə və götürmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən təqdim edilmiş bıçaq Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı polis mayoru Seydi Quliyev tərəfindən götürülmüş və baxış keçirilmişdir. Həmin bıçağa baxış keçirilən zaman müəyyən edilmişdir ki, 1 (bir) ədəd bıçaq tiyə və dəstək hissə olmaqla 2 hissədən ibarətdir. Tiyə və dəstək hissə qızılı rəngdə olmaqla ümumi uzunluğu 22 sm-dir. Tiyənin uzunluğu 10 sm, dəstək hissəsinin uzunluğu isə 12 sm-dir. Tiyənin bir tərəfi kəsici, digər tərəfi isə kütdür. Dəstək bir-birinə paralel olan 2 ədəd metaldan hazırlanmışdır, hər iki met al bərkidici ilə tiyəyə bərkildilmişdir. Habelə 13 oktyabr 2023-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi barədə protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, məlum cinayət hadisəsi zamanı istifadə olunmuş 1 (bir) ədəd bıçaq tanınmaya təqdim edilmişdir. Həmin bıçaqın Zərərçəkmiş şəxs2 tanınmaya təqdim olunması üçün 3(üç) ədəd digər oxşar bıçaqlar arasında yerləşdirilmişdir. Həmin bıçaqlar stol üzərinə qoyulmuş və şərti “ 1, 2, 3 ” rəqəmləri ilə Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilən bıçaq isə şərti olaraq ”4 “ rəqəmi ilə işarələnmişdir. Sonra bıçaqlar tanıyan şəxs Zərərçəkmiş şəxs2 təqdim olunmuşdur. Tanıyan şəxs Zərərçəkmiş şəxs2 ona təqdim olunan bıçaqları nəzərdən keçirib bildirmişdir ki, “1, 2, 3, 4” rəqəmləri ilə işarələnmiş bıçağlar arasında 4-cü yerdə olan bıçaq Təqsirləndirilən şəxs1 tərəfindən ona qarşı istifadə edilən bıçağdır. Bıçağı rəngindən və quruluşundan tanımışdır Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Təqsirləndirilən şəxs2 əməlini CM-in 181.2.1, 181.2.2 və 181.2.5-cü maddələri ilə tövsif edib həmin maddə ilə məhkum etmişlər. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiyası məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli srülmüş ittihamda nəzərd ə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən halları nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kolle giyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkum Təqsirləndirilən şəxs2 bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq Təqsirləndirilən şəxs2 əməlində cinayət tər kibi olduğundan məhkum edilmişdir. Kassasiya kollegiyası həmçinin cəzaya münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddələrinin sanksiyası həddində məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edil məsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 avqust 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 a vqust 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar