Məhkəmə qərarları › İş №1(102)-1176/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1176/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1176/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Salmanlı Mirkəbir Əliheydər oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayə tlər Məhkəməsinin 21 iyul 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2022-ci il tarixli qərardan məhkumun müdafiəçisi Salmanlı Mirkəbir Əliheydər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 iyul 2022-ci il tarixli hökmü ilə (hakimlər Neymanov İslam Əkrəm oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Vüqar İkram oğlu və Əliyev Bədəl Calal oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxx 1983-cü il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər İmişli Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli hökmü ilə CM-nin 315ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, İmişli Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli qərarı ilə “08 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmış, cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 06 (altı) il 06 (altı) a y müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun şübhəli şəxs qismində tutulduğu müddət, yəni 11 fevral 2022-ci il tarixdən 13 fevral 2022-ci il tarixədək olan 2 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 06 (altı) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökmlə həmçinin X4 da CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən X1 miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair tanışı Məhkum və şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı ilə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Biləsuvar rayonu ərazisində, «Çaylı-Əsgərabad» dairəvi yolun kənarında, saatda 90 km sürət həddini göstərən yol nişanının yanında gizlədilmiş külli miqdarda 258,563 qram çəkidə narkotik vasitə olan heroini əvvəlcədən razılaşdıqları kimi satış məqsədilə əldə etməkdən ötrü 11 fevral 2022-ci il tarixdə, saat 22 radələrində Məhkum idarə etdiyi «Opel Astra H» markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gələrək, qeyd edilən narkotik vasitəni gizlədildiyi yerdən götürüb a vtomobilin qabaq sağ oturacağının alt hissəsinə qoyaraq, satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyarkən, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu, Səmədabad kəndi ərazisində, Səmədabad Polis Bölməsinin yaxınlığında narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, baxış keçirilən zaman külli miqdarda 258,563 qram çəkidə narkotik vasitə olan heroin 1 (bir) ədəd şəffaf rəngli sellofan bağlamanın içərisində olmaqla avtomobilin qabaq sağ oturacağının altından aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum müdafiəçiləri Salmanlı Mirkəbir Əliheydər oğlu və Feyzullayev Sərraf Eldar oğlu, məhkum X1in müdafiəçisi Mirzə yev Ruslan Solltanağa oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə) 16 noyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, qərar isə dəyişdirilmədən salanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi M.Ə.Salmanlı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və Məhkum barəsində olan cinayət işinə bəraətverici əsaslarala xitam verilməsi haqqında qərar qəbul edilməsni xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Mə cəlləsinin (bundan sonra mətndə CPM-nin), iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına, Məhkum cinayət təqibi zamanı verdiyi ifadələrinə istinad edərək işin faktiki hallarını mübahisələndirən müdafiəçi M.Ə.Salmanlı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm ibtidai araşdırma orqanı tərəfindən, həm də ki işə məhkəmələrdə baxılarkən iş üzrə toplanmış sübutlara düzgün qiymət verilməmiş, CPM-nin 143-146-cı maddələrinin tələbləri pozularaq işin halları tam, hərtərəfli və obyektiv yoxlanılmamış, nəticədə Məhkum qarşı CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə əsassız ittiham irəli sürülmüş və o, qanunsuz olaraq həmin ittiham üzrə təqsirli bilinərək məhkum olunmuşdur. Belə ki, Məhkum həmin maddələr ilə özünü təqsirli bilmir və hesab edir ki, onun barəsində qəbul edilmiş yekun məhkəmə a ktları qərəzli və qanunsuzdur. İşin hallarını mübahisələndirən müdafiəçi bildirir ki, cinayət işinin materiallarında olan sübutlarla bir daha təsdiq olunur ki, Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamış, onun Biləsuvar rayonuna getməsini X5 xahiş etmiş, sonuncunun orada kimlə görüşəcəyi, nə alıb-verəcəyi ona məlum olmamış və ümumiyyətlə onun narkotik vasitənin əldə edib daşımasından o, yəni Məhkum xəbərsiz olmuşdur. Bundan başqa, X1dən fərqli olaraq Məhkumun narkotik vasitələrdən aslılığı da müəyyən edilməmiş, aşkar edilmiş narkotik vasitə isə ona məxsus olmamışdır. Bu hallar iş üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiq olunmasına baxmayaraq, məhkəmələr şahidlərin həqiqətə uğün olmayan və zidiyyətli ifadələrinə əsaslanaraq və iş üzrə toplanm ış sübutlara düzgün qiymət velməyərək nəticədə Məhkum təqsirli bilinməsi barədə əsassız yekun məhkəmə aktlarını qəbul etmişlər. Müdafiəçinin fikrincə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2022-ci il tarixli qərarı maddi və prossesual hüquq normalarının pozulması nəticəsində qəbul edildiyindən həmin qərar ləğv edilməli və Məhkum barəsində olan cinayət işinə bəraətverici əsaslarala xitam verilməlidir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin buna baxmayaraq Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylə rini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçi M.Ə.Salmanlının həmin şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum ona elan olunmuş ittiham üzrə cinayə t əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və o, təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmiş, bu haqda qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını isə yolverilməz sübutlar təşkil etmişdir. Bununla da, müdafiəçi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar tə şkil etdikdə və məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki yekun məhkəmə aktlarını cinayət işinin materialları ilə əlaqəli şəkildə yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətl ərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassa siya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyi n edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz h əmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb həmçinin ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətini cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələbl ərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-nin 124.1.2-ci maddəsi hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-o lmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halların yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə təsbit edilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CM-nin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsində müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Burada Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında əksini tapmış hüquqi mövqeyinə istinad olunması da hazırki iş üzrə qanuni nəticəyə gəlmək üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır ( CPM-nin 28.5-ci maddəsi). “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında göstərilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müd dəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutlaı araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə belə nəticəyə gəlmişdir ki, X1 külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair tanışı Məhkum və şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı ilə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz o laraq əldə edilib, saxlanılıbb daşınmış, Biləsuvar rayonu ərazisində, «Çaylı-Əsgərabad» dairəvi yolun kənarında, nəqliyyat vasitələrinin saatda 90 km sürət həddini göstərən yol nişanının yanında gizlədilmiş külli miqdarda 258,563 qram çəkidə narkotik vasitə olan heroini əvvəlcədən razılaşdıqları kimi satış məqsədilə əldə etməkdən ötrü 11 fevral 2022-ci il tarixdə, saat 22 radələrində Məhkum idarə etdiyi «Opel Astra H» markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gələrək, qeyd edilən narkotik vasitəni gizlədildiyi yerdən götürüb avtomobilin qabaq sağ oturacağının alt hissəsinə qoyaraq, satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyarkən, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nə ticəsində Biləsuvar rayonu, Səmədabad kəndi ərazisində, Səmədabad Polis Bölməsinin yaxınlığında narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, baxış keçirilən zaman külli miqdarda 258,563 qram çəkidə narkotik vasitə olan heroin 1 (bir) ədəd şəffaf rəngli sellofan bağlamanın içərisində olmaqla avtomobilin qabaq sağ oturacağının altından aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanının və məhkəmələrin gəldikləri nəticəyə görə, Məhkum təqsirli bilindiyi CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin dispozitiv əlamətlərinin həmin cinayətin obyektiv cəhətinə aid olan bir hissəsi, yəni sonuncunun qeyd olunan külli narkotik vasitənin X1 tərəfindən əldə edildikdən həmin narkotik vasitəni idarə etdiyi avtomaşında saxlayaraq daşıması mübahisəsiz sübut olunsa da, bunlar sonuncunun əməlində qeyd olunan maddələrdə nəzərdə tutulmuş cinayət tərkibinin mövcud olmasına kifayət etmir. Belə ki, həmin maddələrin dispozisiyasında CM-nin 234.2-ci maddəsinə istinadən motiv və məqsədin və cinayətin digər tövsif edici əlamətlərinin, o cümlədən həmin cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsinin müəyyən edilməsi o deməkdir ki, qanunsuz yolla əldə edilmiş, saxlanılmış və daşınmış narkotik vasitənin və ya psixotrop maddənin hətta külli miqdarda olması müəyyən edildikdə belə, göstərilən əlamətlərin yoxluğunda təqsirkarın əməlində CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. Bunun üçün isə aşağıda qeyd olunan dörd şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs belə əməlləri qanunsuz etməlidir; - narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır; - şəxs ona istinad olunan əməli qabaqcadn əlbir olmuş bir qrup şəxs şəklində törətməlidir: - ən əsası isə şəxs CM-nin 234.2-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir. Belə tələb həm maddi hüquq normalarının tələblərindən, həm də “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəs inə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Bununla bağlı, məhkəmə kollegiyası ilk növbədə məhkəmələr tərəfindən sübut kimi qəbul edilmiş məhkumlar Məhkum və X1in ifadələrinə və araşdırılmış sübutlarla müəyyən edilmiş işin bir sıra faktiki hallarına müraciət etməyi zəruri bilir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında X1 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitə aludəçisi olmaqla təxminən 4 ildir ki, narkotik vasitə olan heroindən istifadə edir, təxminən 8 ay əvvəl «İnstaqram» sosial şəbəkəsində özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən, lakin adını bildirməyə n şəxs mesaj yazmaqla onunla tanış olmuş və həmin şəxs ona narkotik vasitə lazım olarsa, təşkil edə biləcəyini bildirmiş, o, da bu təkliflə razılaşsa da ona hələlik narkotik vasitə lazım olmadığını söyləmişdir. 11 fevral 2022-ci il tarixdə günortadan sonra göstərilən şəxs onunla əlaqə saxlayaraq narkotik vasitə olan heroinin artıq Azərbaycana göndərildiyini, onun Biləsuvar rayonunun ərazisində gizlədildiyini və oradan gedib götürə bləcəyini dedikdə o, həmin şəxsə narkotik vasitəni almaq üçün pulu olmadığını bildirmiş, lakin sonuncu hələlik 100 (yüz) manat pul göndərməsini, pulun qalan hissəsini isə sonra göndərə bilməsini təklif etmiş, o, da bu təkliflə razılaşmışdır. İranlı şəxs narkotik vasitənin Biləsuvar rayonunun ərazisində gizlədilməsini desə də, konkret olaraq harada olduğunu bildir məyərək bu yer haqqında məlumatı Biləsuvar rayonuna çatdıqdan sonra telefonla əlaqə saxlayaraq deyəcəyini söyləmiş, o, da bununla razılaşıraq Biləsuvar rayonuna getmək qərarına gəlib avtomaşını olmadığına görə bunun üçün İmişli şəhərində taksi fəaliyyəti ilə məşğul olan tanışı Məhkum müraciət etmiş və ona Biləsuvar rayonunda bir tanışı ilə görüşməli olmasını bildirib onu həmin rayona aparmasını xahiş etmişdir. Məhkum onu 40 (qırx) manat pulun müqabilində Biləsuvar rayonuna aparacağını bildirdikdə, o, Məhkuma bu məbləğdə pulunun olmadığını və həmin pulu Biləsuvar rayonuna gedib qayıtdıqdan sonra ona verəcəyini təklif etmiş, sonuncu da bu təkliflə razılaşmışdır. Həmin tarixdə saat 18 radələrində onlar Məhkumun idarə etdiyi “Opel Astra H” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonuna yola düşmüş, lakin həmin vaxt o, Məhkum oraya narkotik vasitəni götürmək üçün getmələrini bildirməmiş və onun iranlı şəxslə narkotik vasitənin əldə edilməsi ilə bağlı danışıqlar aparmasından Məhkumun ümumiyyətlə xəbəri olmamışdır. Biləsuvar rayonunun ərazisində olarkən o, yəni X1 iranlı şəxslə yenidən telefonla danışmış və sonuncu ona bir qədər gözləmək lazım olduğunu və tez bir vaxtda narkotik vasitənin gizlədildiyi yer barədə dəqiq məlumat verəcəyini bildirmişdir. Həmin vaxt o, Məhkum bir qədər yubanacqlarını dedikdə Şahldar ac olduğunu bildirmiş və buna görə onlar bir kafenin qarşısında dayanıb oradan özləri üçün dönər alıb yemiş və iranlı şəxs onunla əlaqə saxlamadığına görə, təxminən iki saat ərzində kafenin qarşısında dayanmışlar. Bundan sonra iranlı şəxs “Watsap” proqramı vasitəsi ilə ona üzərində «90» yazılmış yol nişanının şəklini göndərmiş, narkotik vasitənin həmin yol nişanının yanında oluğunu, yol nişanının isə Biləsuvar-Bəhramtəpə yolundan İran İslam Respublikasına gedən yolun üstündə olduğunu bildirmişdir. O, da Məhkum guya görüşəcəyi şəxsin gəlmədiyini bildirərək ondan Bəhramtəpə qəsəbəsi istiqamətində getməyi xahiş etmiş, sonuncu həmin təkliflə də razlaşaraq avtomaşını onun dediyi istiqamətdə sürmüş və təxminən 300-400 metr getdikdən sonra o, iranlı şəxsin dediyi yol nişanını görüb Məhkuma avtomobili saxlamasını təklif etmiş, sonuncu bu təklifi də yerinə yetirdikdə o, avtomobildən düşərək həmin yol nişanının yanından bir ədəd bağlamanı götürərək avtomaşına qayıdıb qabaq sağ oturacaqda əyləşdikdə Məhkum onun əlindəki bağlamanın görüb onun həmin bağlamanın içərisində nə olduğunu soruşmuş, o, da həmin bağlamada narkotik vasitə olduğunu bildirmişdir. Məhkum onunla belə razılaşmadıqlarını, nə üçün əvvəlcədən ona məlumat vermədiyini soruşduqda o, bu süallara heç bir izahlı cavab vermədən onu İmişli rayonuna aparmasını xahiş etmiş, əlindəki bağlamanı isə sağ oturacağın alt hissəsinə qoymuşdur. Məhkum da avtomobili geri döndərərək İmişli rayonu istiqamətində hərəkət etməyə başlamış, lakin bir qədər getdikdən sonra yol patrul xidmət avtomobili arxadan yaxınlaşaraq onlara «saxla» işarəsi vermişdir. Lakin, Məhkum avtomobili saxlamayıb sürəti daha da artırmış, təxminən 20-25 kilometr yol getdikdən sonra Səmədabad polis bölməsinin yaxınlığında olan zaman onlar qarşıda yolun bağlandığını və qaça bilməyəcəklərini görmüş, Məhkum da məcbur qalıb avtomobili saxlamışdır. Həmin vaxt mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edərək, polis əməkdaşı olduqlarını bildirmiş, daha sonra onları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlayaraq avtomobillə birlikdə Biləsuvar rayon polis şöbəsinə gətirmişlər. Müdafiəçi ilə təmin edildikdən sonra videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılmış, lakin bunun nəticəsində onun üzərindən narkotik vasitə və ya qanunla qadağan edilmiş başqa əşya aşkar edilməmişdir. Daha sonra onun və Məhkumın, həmçinin müdafiəçilərinin iştirakları ilə “Opel Astra H” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə də baxış keçirilmiş, bu zaman o, avtomobilin qabaq sağ oturacağının alt hissəsində narkotik vasitə olduğunu bildirmiş və içərisində heroin olan bağlama oradan aşkar edilərək götürülmüş, narkotik vasitə elektron tərəzidə çəkildikdə isə onun 275,77 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş bu narkotik vasitə polis əməkdaşı tərəfindən zərfdə qablaşdırılaraq həmin zərf möhürlənmiş, onun üzəri isə bütün iştirakçılar tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum özünü ona elan edilmiş ittiham üzrə da özünü təqsirli bilməyərək göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir və özünə məxsus “Opel Astra H” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobllə taksi fəaliyyəti ilə məşğul olur. O, narkotik vasitlərdən istifadə etmir və narkotik vasitələrin qanunsuz dövriyyəsi də məşğul olmur. 11 fevral 2022-ci il tarixdə günortadan sonra İmişli rayonunun ərazisində olan zaman onun tanışı X 1 ona Biləsuvar rayonunda bir tanışı ilə görüşüb ondan pul götürəcəyini bildirərək onu Biləsuvar şəhərinə neçəyə apara biləcəyini soruşduqda, o, bu xahişi 40 manat pul müqabilində yerinə yetirə bilməsini demiş, sonuncu isə pulu olmadığını, Biləsuvar rayonuna gedib gəldikdən sonra onun pulunu verəcəyini təklif etdikdə o, bu təkliflə razılaşmışdır. Həmin tarixdə saat 18 radələrində onlar Biləsuvar rayonuna yola düşmüş və yolda İskəndər telefonda kiminləsə mesajlaşmışdır, lakin o, X1in kiminlə və hansı məzmunda mesajlaşmasını bilməmişdir. Təxminən 1 saatdan sonra onlar Biləsuvar şəhərinə çatdıqda X1 onların orada bir qədər gözləməli olacaqlarını bildirmiş, lakin o, yəni Məhkum ac olduğunu və yemək istədiyini bildirdikdə İskəndər avtomaşını şəhərin mərkəzinə sürməy təklif etmişdir. Biləsuvar ş əhərinin mərkəz hissəsində “Pizza Home” adlı kafenin yanında o, avtomobili saxlamış, kafedən həm özü, həm də İskəndər üçün dönər almış və onlar yemək yedikdən sonra İskəndər avtomaşından düşüb telefonla kiminləsə danışmış, sonra isə avtomobilə əyləşmişdir. Təxminən 2 saat həmin kafenin yaxınlığında gözlədikdən sonra o, İskəndərin təklifi ilə avtomaşını Bəhramtəpə qəsəbəsi istiqamətində sürmüş, onun dediyi kimi, yanacaq doldurma məntəqəsinin yanından sola dönüb təxminən 300-400 metr getdikdən sonra X1in xahişi ilə onun göstərdiyi yerdə avtomaşını saxlamış və sonuncu avtomaşından düşüb bir qədər getdikdən sonra qayıtmış, bu vaxt onun əlində bir ədəd bağlama olmuşdur. Avtomaşına əyləşdikdən sonra X1 əlindəki bağlamanı avtomaşının qabaq sağ otrucağının altına qoymuş o, isə başa düşmüşdür ki, İ skəndər Biləsuvar rayonuna kiminləsə görüşmək üçün yox, oradan narkotik vasitə götürmək məqsədilə gəlmiş, lakin onların əvvəlcədən bu haqda heç bir razılaşması olmamışdır. Bunu X1in özü də avtomaşına oturduqdan sonra etiraf etdikdə, o, X1in belə hərəkət etdiyinə görə ona öz narazılığını bildirmiş, lakin X1in xahişi ilə onu İmişli şəhərinə qədər aparmaq qərarına gəlib avtomaşını geri döndərərək həmin istiqamətdə hərəkət etməyə başlamışdır. Bir qədər getdikdən sonra yol polisi əməkdaşı ona «saxla» işarəsi vermiş, lakin o, qorxduğu üçün avtomobili saxlamamış və sürəti artıraraq hərəkətini davam etdirmişdir. Təxminən 20-25 kilometr yol getdikdən sonra Səmədabad polis bölməsinin yaxınlığında qarşıda yolun bağlandığını görüb yolun soluna çıxmış, avtomobil qabaq tərəfi ilə şor kollektoruna düşərə k dayanmışdır. Həmin vaxt mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib onların narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirməklə onları avtomobillə birlikdə Biləsuvar rayon polis şöbəsinə gətirmişlər. Müdafiəçi ilə təmin edildikdən sonra videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Daha sonra onun və İskəndərin, həmçinin müdafiəçilərinin iştirakları ilə avtomobilə baxış keçirilmişdir. Baxış keçirilərkən sorğu zamanı X1 avtomobilin qabaq sağ oturacağının alt hissəsində narkotik vasitə olduğunu bildirmişdir. Avtomobilə baxış keçirilərkən qabaq sağ oturacağın alt hissəsindən həqiqətən bir ədəd şəffaf rəngli sellofan bağlama aşkar edil miş, həmin bağlama açılıb baxıldıqda isə içərisində narkotik vasitə olan heroin olması müəyyən edilmişdir. Göstərilən vasitə tərəzidə çəkilərək onun 275,77 qram olması müəyyən edildikdən sonra həmin vasitə zərfə qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı X1 polis əməkdaşlarına bildirmişdir ki, bu narkotik vasitəni ona adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı göndərmiş, həmin narkotik vasitəni isə o, Biləsuvar rayonunun ərazisində gizlədilmiş yerdən götürmüşdür. Cinayət işində olan materialların təhlilindən göründüyü kimi, məhkum olunmuş şəxslərin verdikləri bu ifadələr ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında araşdırılmış başqa sübutlarla təkzib olunmamış və məhkəmələr də qəbul etdikləri yekun məhkəmə aktlarının əsasına digər sübutlarla yanaşı məhz bu ifadələri qoymuş və haqlı olaraq Məhkum ümumiyyətlə X1 tərəfindən narkotik vasitənin əldə edilməsi barədə xəbəri olmaması, bunu yalnız avtomaşınına baxış keçirilərkən bilməsi, sonuncunun da bu halı təsdiq eməsi barədə ifadələrinə tənqidi yanaşmış və onların həmin ifadələrini digər sübutlarla birgə müqayisəli şəkildə qiymətləndirilərək, ibtidai araşdırma orqanı kimi, məhz təsvir olunmuş ifadələr əsasında işin faktiki hallarını müəyyən etmişlər. Bu baxımdan məhkəmə kollegiyası Məhkum heç bir cinayət əməli törətməməsi barədə kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb onları qəbul edilməz sayaraq eyni zamanda qeyd edir ki, X1in və Məhkum təsvir edilmiş ifadələrində göstərdikləri hallar iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2, Şahid6, Şahid5, Şahid7, Şahid3, Xin və Şahid8, hər birisinin ayrı-ayrılıqda verdikləri ifadələri də təsdiq olunur, lakin eyni zamanda vurğulamağı lazım bilir ki, həmin ifadələrə görə, 11 fevral 2021-ci il tarixdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə və bir sıra ilkin istintaq hərəkətlərinin aparılmasına əsas Məhkum deyil, X1in Biləsuvar rayonunun ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olması olmuş və buna görə də, sonuncunun olduğu, lakin Məhkum idarə etdiyi avtomaşın onlar tərəfindən müşahidəyə götürülmüş, təqib olunmuş, həmin avtomaşın saxlanıldıqdan sonra İsgəndər Abdullayev və Məhkum Biləsuvar rayon polis şöbəsinə gətirilmiş, orada isə avtomaşına baxış keçirilərkən həmin avtomaşından narkoti k vasitə aşkar edilərək götürülmüşdür. Beləliklə, birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlardan görünən odur ki, X1 11 fevral 2021-ci il tarixdə külli miqdarda narkotik vasitə olan heroinin qanunsuz olaraq satış məqsədilə əldə edilməsi, saxlanılması və daşınması barədə istintaqla müəyyən edilməmiş şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək həmin narkotik vasitənin Biləsuvar rayounun ərazisində gizlədildiyi yerdən götürüb yaşadığı İmişli şəhərinə gətirmək məqsədilə oraya getmək haqda qərara gəlib onun həmin yerə aparmasını taksi fəaliyyəti ilə məşğul olan Məhkum xahiş etmiş, o, da 40 manat məbləğində pulun müqabilində bun etməyə etiraz etmədikdə sonuncunun idarə etdiyi “Opel Astra H” markalı **-EY-*** dövlət qeydiyyat nişa nlı avtomaşınla cinayət əlaqəsinə girdiyi şəxsin göstərdiyi yerə gedib oradan külli miqdarda 258,563 qram çəkidə narkotik vasitə olan heroin qablaşdırılmış bağlamanı götürüb avtomaşına qayıtdıqdan sonra həmin yerə kiminləsə görüşmək məqsədilə deyil, narkotik vasitə götürməkdən ötrü gəldiyini Məhkum bildirmiş, sonuncu isə buna etiraz etməsinə baxmayaraq X1 tərəfindən əldə edilmiş narkotik vasitəni onunla birlikdə polis əməkdaşları tərəfindən saxlanılana qədər avtomaşında saxlayaraq daşımışdır. Bu halların arxasında duran sübutlarla həmçinin müəyyən edilir ki, X1 göstərilən narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması barədə Məhkumla əvvəlcədən sövdələşməmiş, yəni bu hərəkətlərin edilməsi üçün onunla qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girməmiş, Məhkum da istintaqla müəyyən edilməmiş digər şəxslə - İran İslam Respublikasının vətəndaşı ilə belə əlaqədə olmamış, onun X1in məhz satış məqsədilə narkotik vasitəni əldə etməsini ümumiyyətlə bilməmiş və o, yalnız həmin narkotik vasitə sonuncu tərəfindən əldə edildikdən sonra onu idarə etdiyi avtomaşınında saxlamış və daşımışdır. Həm mötəbər sübutlarla işin müəyyən edilmiş bu hallarından, həm də qanunvericiliyin aşağıdakı tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun izah və tövsiyələrindən çıxış edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, külli miqdarda narkotik vasitə olan heroin X1 tərəfindən qanunsuz olaraq satış məqsədilə əldə edildikdən sonra istər onunla, istərsə də istintaqla müəyyən edil məmiş digər şəxslə bu əməllərin törədilməsi üçün qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girməmiş və sonuncunun məqsədi barədə məlumatlı olmayan, özü də belə məqsəd izləməyən Məhkum yalnız həmin narkotik vasitəni avtomaşınında saxlayıb daşımış və bu baxımdan hesab edir ki, onun bu əməli CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Belə nəticəsi ilə bağlı əvvəla məhkəmə kollegiyası vurğulayır ki, CM-nin 31-ci maddəsinə əsasən, iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə bu cinayəti birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülür. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi isə CM-nin 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin tələblərindən görünür ki, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə biri-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəru ri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. İştirakçılığın subyektiv əlamətləri isə odur ki, birincisi, iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi, cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər, üçüncüsü isə, bu hərəkətləri edərkən eyni məqsəd izləməklə eyni nəticəyə gəlməkdən ötrü birgə səy göstərməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etmələrini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. Məsələyə eyni cür hüquqi yanaşma həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edi lməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir ic raçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adı çəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Beləliklə, Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən t örədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir. “Qabaqcadan əlbir olan bir qrup şəxs” anlayışının keyfiyyət əlaməti cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. İcra olunan hərəkətlərdən asılı olaraq onların rol u fərqlənir: - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər; - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Məsələn, şəxs rolların bölgüsünə görə, cinayətin törədilməsində icraçıya bilavasitə yardım (dəstək) göstərməyə yönəlmiş hərəkətlər edərsə (şəxsin yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak etməsi, əvvəlcədən əldə edilmiş razılığa əsasən tal anmış əmlakın aparılması, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıların sığortalalanması) o, Cinayət Məcəlləsinin 32.2-ci maddəsində göstərildiyi kimi, birgə icraçı hesab edilir. Həmin maddəyə görə, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq) icraçı sayılır. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu adı çəkilən Qərarında belə nəticəyə gəlmişdir ki, CM-nin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbi r olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Qeyd olunmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da təhlil edilən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi anlayışlarına yuxarıda göstərilən təfsirə və hüquqi mövqeyə uyğun müvafiq izah və tövsiyələr vermişdir. Belə ki, həmin Qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-nin 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı məhkəmələrə izah edilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-nin 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-nin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd o lunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-nin 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş v ə ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Yalnız Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CMnin 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilmişdir ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Məhkum satış məqsədi olmadan külli miqdarda narkotik v asitəni idarə etdiyi avtomaşında saxlayaraq daşıması, bu zaman həmin vasitəni əldə etmiş X1in də belə məqsəd izləməsi barədə məlumatsız olması və belə təqdirdə onun törətdiyi əməlin CM-nin 234.4.1-ci maddəsi ilə yanaşı həm də CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməməsi bağlı nəticəyə münasibətdə məhkəmə kollegiyası qeyed edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd olunaraq məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-u bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni n çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarından (əldə edilmiş sübutlardan) göründüyü kimi, Məhkum əməlinin CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün, yuxarıda göstrildiyi kimi, tələb olunan şərtlərdən yalnız iki şərt – narkotik vasitənin saxlanılması və daşınması ilə bağlı məhkumun qanunsuz hərəkətlər etməsi və bu vasitənin külli miqdarda olması mübahisəsiz sübuta yetirilir, məhkumun ona istinad əməli həm X1lə və istintaqla müəyyən edilməmiş digər şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə, həm də bu əməli satış məqsədilə törətməsi isə araşdırılmış sübutlarla təsdiq olunmur. Göründüyü kimi, ibtidai araşdırma orqanı Məhkum başqa şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə külli miqdarda 258,563 qram çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması qənaətinə gəlsə də, məhkəməyə bununla bağlı əsaslı şübhə yaratmayan mötəbər sübutlar təqdim olunmamış, məhkəmə araşdırmaları zamanı da Məhkum istinad olunan cinayəti həm qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində törətməsi, həm də bu cinayətin subyektiv cəhəti kimi təsbit edilmiş onun satış məqsədinin olmasını təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bu hal Məhkum qarşı CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın yalnız ehtimallar üzərində qurulmasına dəlalət edir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquq i əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub -olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası bütün təsvir edilənlərə, aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış sübutların fövqündə qanunvericiliyin aşağıdakı tələblərinə əsaslanaraq, araşdırılmış sübutlara onların Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli bilinməsi məsələsinə bu sübutların mümkünlüyü və ki fayət etməsi nöqteyi nəzərindən yanaşıb qiymətləndirərək və məhkəmənin hökmünün, o cümlədən apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ehtimallara əsaslana bilməməsi, bütün şübhələrin isə təqsirləndrilən şəxsin xeyrinə həll olunmasına dair qanunvericiliyin təlbələrini rəhbər tutaraq adı çəkilən məhkumun narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi cinayət əməlinin, yəni onun həmin narkotik vasitəni satış məqsədi olmadan yalnız avtomaşınında saxlaması və daşımasını CM-nin 234.4.1 və 234.4.1-ci maddələrindən CMnin 234.1-ci maddəsinə ilə tövsif edilməsini qanuni və əsaslı hesab edir. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası yuxarıda gösrilənlərlə yanaşı həmçinin nəzərə alır ki, təqsirsizlik prezumpsiyası təsbit edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 63- cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Cinayət mühakimə icraatının eyni prinsipini nəzərdə tutan CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz s ayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1- ci maddəsi). Bu norma törədilmiş cinayətin bütün əlamətləri, o cümlədən subyektiv cəhəti üzrə də nəticəyə gəlmək üçün kifayət edən mötəbər sübutların qanuni üsullarla toplanılmasını və onların məhkəmə iclasında araşdırılmasını tələb edir. Mötəbər olmayan, qanusuz yollarla əldə edilmiş, yaxud da məhkəmədə tədqiq olunmamış sübutların məhkəmənin iş üzrə gəldiyi hər hansı nəticənin və ona uyğun qəbul edilmiş yekun məhkəmə aktının əsası kimi qəbul edilməsi, ya da belə nəticənin subyektiv ehtimallara və mülahizələrə əsaslanması qanunsuz və yolverilməz hesab edilməlidir. Bu təfsir prosessual qanunvericiliyinin aşağıdakı normasının da tələblərindən irəli gəlir. Belə ki, CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümk ünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələrinin tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Beləliklə, müdafiəçi M.Ə.Salmanlının kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşan məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə, maddi hüquq normalarına yuxarıda göstərilən şəkildə verdiyi təfsirə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə, Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə və araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarına əsaslanaraq hesab edir ki, Məhkum cin ayət əməli külli miqdarda - 258,563 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq idarə etdiyi avtomaşında saxlayıb daşıması kimi qiymətləndirilməli və bu əsaslara görə onun həmin əməli CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə ona bu maddə ilə cəza birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmış hallara əsasən, CM-nin 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə uyğun olaraq müəyyən etdiyi növdə və CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hədlərində təyin olunmalıdır. Buna görə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib müdafiəçi M.Ə.Salmanlının kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və onu n həmin şikayətinin təmin edilməsi, dövlət ittihamçısı H.B.İmranovun isə kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilməklə Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş cinayət əməli həmin maddələrdən CM-nin 234.1-ci maddəsinə tövsif edilməli və ona bu maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-c i maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş cinayət əməli həmin maddələrdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilsin və ona bu maddə əsasında 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Məhkum məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində tutulduğu müddət, yəni 11 fevral 2022-ci il tarixdən 13 fevral 2022-ci il tarixədək olan 2 (iki) gün müddət hazırki qərarla təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar