Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1178/2019 01.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5 iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli hökmü ilə MəhkumAzərbaycan Respublikası CM-nin 33.5, 206.3.2, 234.4.1 və 234.4.3 -cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatətin təmin edilməməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 aprel 2019-cuil tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (Əliyev Elşad İbiş oğlunun sədrliyi ilə, Nəbiyev Cəlil Cabbar oğlu və Hacıyev Asim Hacımirzə oğlundan ibarət tərkibdə) 06 dekabr 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək X13 15 (on beş) il, Məhkum isə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum apellyasiya şika yəti verilməsi üçün qanunla müəyyən olunan prosessual müddəti buraxmaqla qeyd edilən məhkəmə hökmündən 01 (bir) il 02 (iki) ay sonra apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilib bərpa olunması barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2019-cu il tarixli qərarı ilə məhkumun Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli, 1(089)465/17 saylı hökmündən apellyasiya şikayəti vermək üçün müddətin bərpası barədə vəsatəti əsassız olduğundan təmin edilməmişdir. Həmin qərardan məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Camalov Etibar Əli oğlu və Bəşi rov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) 30 aprel 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 aprel 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilib, apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahişetmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətini vaxtında istintaq təcridxanasına təqdim etməsinə baxmayaraq, ondan asılı olmayan səbəblərdən ərizəsi Şirvan Apellyasiya məhkəməsinə göndərilməmişdir. Məhkum yaşının çox olmasını, ikinci qrup əlil olmasını qeyd edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilib, apellyasiya şikayəti verm ə müddətinin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestin in baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-in 384.1- ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 gün müddətinə verilir. Eyni zamanda həmin Məcəllənin 384.3-cü maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. Azərbaycan Respublikası CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qald ırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Cinayət işinin materiallarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi 06 dekabr 2017-ci il tarixli hökmünün surətini Məhkum 11 dekabr 2017-ci il tarixdə rəsmi qaydada göndərmişdir. İş materiallarından görünür ki, Lənkəran Ağır CinayətlərMəhkəməsinin 06 dekabr 2019-cu il tarixli hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti 27 dekabr 2018-ci il tarixdə, yəni hökm çıxarıldığı vaxtdan 01 il 21 gün müddətin keçməsindən sonra verilmişdir. Bu müddətin buraxılmasının üzrlü səbəbdən olmasını təsdiq edən heç bir mötəbər sü but təqdim edilməmişdir. Bu səbəbdən də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə iş materiallarına və qanunun tələblərinə tam uyğundur. Məhkəmə kollegiyası da onunla razılaşır və Məhkum 01 il 21 gündən çox müddət ərzində apellyasiya şikayəti vermək imkanının olmamasının inandırıcı olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətində göstərilən hal apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə əsas vermir. Göründüyü kimi, Məhkum apellyasiya şikayəti vermə müddətinin bərpa olunması üçün qanuni əsaslar yoxdur. Bu səbəbdən də birinci və apellyasiya instansiya məhkəmələri hökmdən apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunmasına dair vəsatəti təmin etməyərək düzgün nəticəyə gəlmişlər. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdiril mədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum edilməsinə dair cinayət işi üzrə apellyasiya şikayəti vermə müddətinin bərpasından imtina barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1178/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1178/2019
01.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver