Məhkəmə qərarları › İş №1(102)-1178/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1178/2022

28.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1178/2022 28.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Aytac Səfa qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının, Məhkum və müdafiəçisi X2 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 f evral 2022-ci il tarixli, 1(106)-220/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxx 1979-cu il tarixdə Astara rayonu Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, 2-ci dərəcəli əlil, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 6 (altı) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Astara rayonu Şahağacı kəndində qeydiyyatda olan 2. 01 mart 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Res publikası CM”) 29, 120.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 17 avqust 2020-ci il tarixdə saat 03 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklə Mübarizə İdarəsinin Cənub bölgəsində Regional Şöbənin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar Astara rayonu ərazisində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı rayonun Şahağacı kəndi ərazsisində yaşadığı evin yaxınlığında qardşı X7 arvadı X1 məxsus olan, etibarnamə əsasında idarə etdiyi “LADA” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobildən endikdən sonra tədbirdə iştirak edən Baş Narkotiklə Mübarizə İdarəsinin Cənub bölgəsində Regional Ş öbənin polis əməkdaşları-şöbənin baş əməliyyat müvəkkili polis mayoru X8, əməliyyat müvəkkili polis leytenantı X4 və sürücü polis əməkdaşı kimi Məhkum təqdim edib, sonuncunu daxil olmuş məlumatın yoxlanılması ilə əlaqədar regional şöbəyə dəvət etdikdə Məhkum onların polis əməkdaşları olduğunu bilib üzərində olan dəstəyi boz-qəhvəyi, tiyəsi boz rəngli, soyuq silah hesab olunmayan məişət təyinatlı bıçaqla əməliyyat qrupunun tərkibində olan polis əməkdaşı Xanlar Hüseynovu qəsdən öldürmək məqsədilə, sonuncunun öz xidməti vəzifəsini yerinə yetirməsi ilə əlqədar döş qəfəsi nahiyəsinə qəsdən bir zərbə endirərək bədəni üzərində-döş qəfəsinə nüfuz edən sağ plevra, qaraciyər, diafraqma, hemoperitenium, daxili və xarici qanaxma ilə müşayiət edilən 01 ədəd kəsilmişdeşilmiş yara kimi insan həyatı üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirdikdən sonra polis əməkdaşları tərəfindən dərhal əlqollarından tutularaq zərərsizləşdirilmiş, bununla da, o, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, zərərçəkmiş şəxsi öz xidməti vəzifəsini yerinə yetirilməsi ilə əlaqədar qəsdən öldürməyə, yəni, qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir.Bundan başqa, zərərsizləşdirildikdən sonra Məhkum Baş Narkotiklə Mübarizə İdarəsinin Cənub bölgəsində Regional Şöbəsinin polis əməkdaşları tərəfindən regional şöbəyə gətirilərək, 17 avqust 2020-ci il tarixdə saat 05:15-də üzərində şəxsi axtarış aparılarkən sonuncunun əynindəki şalvarın sol yan cibindən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satı ş məqsədilə şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxladığı 01 ədəd bükümdə təmiz çəkisi 0,286 qram narkotik vasitə heroin, qardaşı X7 arvadı X1 məxsus olan, etibarnamə əsasında idarə etdiyi “LADA” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı isə avtomobilin ön salonunda əşya saxlanc yerindən (bardoçok) istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədilə əldə edib saxlayarq daşıdığı 01 ədəd bağlamada təmiz çəkisi 229,076 qram narkotik vasitə heroin və 01 ədəd bağlamada təmiz çəkisi 59,148 qram psixotrop maddə metamfetamin aşkar edilib götürülüşdür.

4. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 noyabr 2022-ci il tarixli, 1(099)279/2021 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 29, 120.2.3 və 234.4.3-cü maddələr i ilə təqsirli bilinərək, CM-nin 29, 120.2.3-cü maddəsi ilə 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.3-cü maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq, 17 (on yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir.

6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 fevral 2022-ci il tarixli, 1(106)-220/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 29, 120.2.3 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayət lər Məhkəməsinin 19 noyabr 2022- ci il tarixli, 1(099)-279/2021 nömrəli hökmündən məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

7. Hazırda Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 fevral 2022-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar

8. Müdafiəçi Məhkum tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən onun əməli düzgün tövsif edilməmişdir. Kassasiya şikayətinin müəllifi həmçinin qeyd etmişdir ki, məhkum edilmiş şəxsə təyin edilən cəza ağır cəzadır. 9.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

10. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

11. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

12. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instans iyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

14. Məhkum kassasiya şikayətində əməlinin hüquqi tövsifini və ona təyin edilən cəzanın ağırlığın ı mübahisələndirmiş, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

15. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 fevral 2022-ci il tarixli, 1(106)-220/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

16. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nə zərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

17. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

18. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

20. Məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

21. Belə ki, apellyasiya instansiya məhkəməsi sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum Azərba ycan Respublikası CM-nin 29,120.2.2 və 234.4.2-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunduğu üçün, Məhkum əməli Azərbaycan Respublikası CM-nin 29,120.2.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.

22. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli o lan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

23. Həmçinin məhkum edilmiş şəxs Məhkum barəsində məhkəmələr cəza tədbirinin seçilməsi məsələsini həll edərkən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə əməlində cinayətlərin xüsusi təhlükəli residivinin olması kifayət qədər nəzərə alınmış və ona qanuni və ədalətli cəza təyin edilmişdir.

24. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

25. Beləliklə, məhkəmə kolleg iyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

26. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 fevral 2022-ci il tarixli, 1(106)220/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 24 fevral 2022-ci il tarixli, 1(106)-220/2022 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar