Məhkəmə qərarları › İş №1(102)-1178/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1178/2023

17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1178/2023 17.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 1(107)-445/2022 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum tə rəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli (091)-174/2022 nömrəli hökmü ilə (hakimlər: R.Ə.Əliyev (sədrlik edən), B.M.Məmmədov və N.N.Mirzəyevdən ibarət məhkəmə tərkib) xx xxxx 1975-ci ildə Ağdam rayonu Üçoğlan kəndində doğulmuş, evli, himayəsində iki azyaşlı uşağı olan, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3cü maddəsi ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xxxxxxxxx qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayə t əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, həmçinin o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Tərtər Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli 1(061)-02/2022 saylı hökmü ilə Məhkum təyin edilmiş 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası hökmlə ona təyin edilmiş cəzaya qismən toplanılaraq onun üzərində 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 23 noyabr 2021-ci il tarixdən 24 noyabr 2021-ci il tarixə kimi şübhə li şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla o, qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: İ.H.Şükürov (sədrlik edən), G.Q.Abbasov və A.M.Eyvazovdan ibarət məhkəmə tərkib) apellyasiya protesti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli (091)-174/2022 nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelly asiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2022-ci il tarixli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti, Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: İttiham aktına görə Məhkum 20 noyabr 2021-ci il tarixdə Ağcabədi rayonu Hindarx kəndində istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun "Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş şəxsi istehlak miqdarında n artıq miqdarda, yəni 0,691 qram çəkidə olmaqla qanunsuz olaraq 30 (otuz) manat müqabilində əldə etdiyi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində daşımaqla saxlamış, 23 noyabr 2021-ci il tarixdə saat 01 radələrində X11 Alayının 12-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən şübhəli şəxs qismində Abşeron rayonu Xırdalan şəhəri, 28-ci məhəllə 1 saylı binanın yanında saxlanılaraq Polis İdarəsinin inzibati binasına gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sol arxa cibində olan pul qabının içərisindən 2 ədəd bükümdə satış məqsədi olmadan qanunsuz əldə edib üzərində daşımaqla saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, müvafiq olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0,372 qram və 0,319 qram olmaqla ümumi təmiz çəkisi 0,691 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa istintaq orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Məhkum istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədilə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun "Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş külli miqdarda, yəni 3,061 qram çəkidə qanunsuz olaraq əldə etdiyi heroini və həmin Qanunun İİ siyahısı ilə müəyyən edilmiş külli miqdarda, yəni 4,441 qram çəkidə qanun suz olaraq əldə etdiyi metamfetamini üzərində daşımaqla saxlamış, 25 yanvar 2022-ci il tarixdə saat 02 radələrində Ucar rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar keçirilmiş əməliyyat tədbirləri zamanı Ucar rayonu Qarabörk kəndi ərazisində saxlanılaraq Ucar rayon Polis Şöbəsinə gətirilib Növbətçi Hissədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin üst sağ cibindən 05 ədəd şəffaf sellofan bükümdə satış məqsədi ilə qanunsuz əldə edərək üzərində daşımaqla saxladığı külli miqdarda, müvafiq olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0,419 qram, 0,233 qram, 1,772 qram, 0,266 qram və 0,371 qram olmaqla ümumi təmiz çəkisi 3,061 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, həmçinin 03 ədəd şəffaf sellofan bükümdə və 01 ədəd qara rəngli sellofan bükümdə satış məqsədi ilə qanunsuz əldə edərək üzərində daşımaqla saxladığı külli miqdarda, müvafiq olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 2,406 qram, 0,925 qram, 0,781 qram və 0,329 qram olmaqla ümumi təmiz çəkisi 4,441 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilənlərə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə məhkəməyə verilmişdir. Birinci instansiya məhkəməsi 2-ci epizod üzrə ittihamda göstərilən əməllər üzrə Məhkum təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, CM-in 234.4.3-cü maddəsi ilə ona bəraət vermiş, Məhkum yalnız CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmiş, bu nət icə ilə apellyasiya instansiyası məhkəməsi razılaşmışdır. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: İş üzrə Məhkum qarşı ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittihama, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun bir sıra normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi Qərarlarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011ci il tarixli Qərarına, iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara istinad edib həmin sübutları şərh edərək işin faktiki hallarını mübahisələndirən Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən CPM-nin 416-cı maddəsində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmiş və əsasız olaraq Məhkum CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsi hissəsində birinci instansiyası məhkəməsinin hökmünü qüvvədə saxlamışdır. Belə ki, dövlət ittihamçısı öz kassasiya protestində bildirir ki, cinayət işi üzrə biridigərini tamamlayan, işin faktiki hallarına uyğun olan sübutların mövcudluğuna baxmayaraq birinci instansiya məhkəməsi Dövlət ittihamçısı3 üzərində şəxsi axtarış bitdikdən sonra şəxsi axtarışın əks olunduğu video görüntülərin CD diksə tam köçürülməməsi və sonradan həmin görüntülərin bərpa et mək mümkün olmadığına görə 25 yanvar 2022-ci il tarixdə Məhkumlə bağlı keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətini etibarsız hesab etmiş və nəticədə əsassız, işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən onun məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən ailədə yeganə qazanc gətirən şəxs olduğunu, himayəsində iki azyaşlı uşağın olmasını, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini, dəfələrlə mükafatlandırılmasını və təltif olunmasını kifayət qədər nəzərə alınmamış və nəticədə o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2022-ci il tarixli qərarın dəyişdirilməsini və onun qəti cəzasının 3 (üç) il 6 (altı) ay müddətə endirilməsi barədə qərar çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya insta nsiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkə mə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən ona cəza təyin edilərkən və apellyasiya məhkəməsində cinayət işinə baxılarkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirməklə ona daha aşağı həddə cəzanın təyin edilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respubl ikası CPM-in sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi, onun barəsində birinci instansiyası məhkəməsinin hökmünü qüvvədə saxlamaqla səhv nəticəyə gəldiyini, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini və məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyə tlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2022-ci il tarixli qərarın qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. İlk növbədə məhkəmə kollegiyası, Dövlət ittihamçısı3 hazırki qərarın “Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri” bölməsində təsvir edilmiş dəlillərinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət-Prosessul Məcəl lənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Birinci instansiyası məhkəməsi və onunla razılaşan apellyasiya instansiyası məhkəməsi isə belə nəticəyə gəlmişdir ki, Məhkum irəli sürülmüş ittihamın 2-ci epizodu üzrə yəni onun satış məqsədi ilə külli miqdarda 3,061 qram kustar üsulla hazırl anmış narkotik vasitə olan heroini və külli miqdarda 4,441 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla daşıması hissəsində sübuta yetirilməmişdir. Məhkəmələr gəldikləri nəticələri sübutlar, o cümlədən Məhkum özünün ifadələri və digər hallarla əsaslandırmışlar. Belə ki, öyrənilmiş cinayət işi materiallarından müəyyən olunur ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsi üçün əsas - onun ibtidai istintaq zamanı verdiyi izahat və ifadəsi, sonuncunun üzərindən ümumi çəkisi 3,061 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və ümumi təmiz çəkisi 4,441 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin götürülməsinə dair “şəxsi axtar ış və götürmə barədə” 25 yanvar 2022-ci il tarixli protokol, həmin tədbirlər nəticəsində götürülmüş maddi sübutlar (narkotik vasitə və psixotrop maddə) və tədbirlərin həyata keçirilməsində iştirak etmiş polis əməkdaşlarının ifadələri ilə, eləcə də məhkəmə ekspertizalarının rəyləri olmuşdur. Lakin, Məhkum birinci instansiya məhkəməsində məhkəməyədək icraat zamanı “etirafedici” ifadəsinin müstəntiq tərəfindən yazılmasını və yazılı şəkildə olan ifadəni ona şifahi şəkildə oxunulmasını qeyd edərək, həmçinin bildirmişdir ki, 24 yanvar 2022-ci il tarixdə Bakı şəhərindən Tərtər rayonuna gedən zaman polis əməkdaşları onu Ucar rayonu ərazisində saxlayaraq Ucar rayon Polis şöbəsinə aparmış, onun üzərində narkotik və psixotrop maddə olmamış, aşkar olunanları isə polis əməkdaşları onun üzərinə qoymuşla r. Həmçinin birinci instansiyası məhkəməsində müəyyən edilmişdir ki, iş materiallarında olan 25 yanvar 2022-ci il tarixli Məhkum üzərinə keçirilmiş şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş diskdə, Məhkum üzərinə şəxsi axtarış keçirilən zaman 2 dəqiqə 40 saniyədən sonra, yəni təqsirləndirilən şəxsə hüquq və vəzifələri, həmçinin etiraz etmək hüququ izah olunduqdan sonra çəkiliş yoxdur. Cinayət işinin materiallarında olan Ucar rayon Polis Şöbəsindən daxil olmuş 30 sentyabr 2022-ci il tarixli 187-20612-1222 nömrəli məktubdan görünür ki, Ucar rayon Polis Şöbəsində ibtidai istintaq olunmuş ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Məhkum üzərində xx.xx.2022-ci il tarixdə video çəkiliş vasitəsilə şəxsi axtarış aparılarkən qeydə alınmış videofayl texniki nasazlıq səbəbində n silindiyindən həmin videofaylın göndərilməsi mümkün olmamışdır. Eyni zamanda məhkəmə tərəfindən öyrənilmiş cinayət işi materiallarından müəyyən edilmişdir ki, 25 yanvar 2022-ci il tarixli şəxsi axtarış aparılarkən həmin prosessual hərəkətin icrasında polis əməkdaşları, şübhəli şəxs Məhkum və müdafiəçi iştirak etmiş, şəxsi axtarış video çəkilişlə həyata keçirildiyindən, hal şahidlərinin iştirakı təmin edilməmişdir. Göründüyü kimi şəxsi axtarış bitdikdən sonra şəxsi axtarışın əks olunduğu video görüntülərin CD diksə köçürülərək protokola əlavə olunduğu göstərilsə də, məhkəmə istintaqı zamanı protokola əlavə olunan həmin CD diskdə yalnız şübhəli şəxs Məhkum hüquq və vəzifələrinin izah olunması öz əksini tapmış, onun üzərindən narkotik vasitənin aşkar olunmasına dair görüntülərə baxış keçi rmək mümkün olmamış, həmçinin Ucar Rayon Polis Şöbəsindən verilən məlumatdan belə müəyyən olunmuşdur ki, həmin görüntülərin qalan hissəsi texniki nasazlıq səbəbindən silindiyindən onun bərpa olunması mümkün olmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 246.3-cü maddəsinə əsasən şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Diqqət etdikdə qanunverici müvafiq istintaq hərəkəti gedişatında əldə olunacaq nəticənin həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi üsulu ilə bağlı şübhələrin aradan qaldırılmaq məqsədi ilə, həmçinin gələcəkdə məhkəmə tərəfindən həyata keçiriləcək araşdırma nəticəsində qeyd olunan istintaq hərəkətini əks e tdirən protokolun mötəbər sübut kimi qəbul edilməsi üçün 2 meyar müəyyən etmişdir. _ şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilməni və ya, _ şəxsi axtarış və götürmə zamanı 2 eyni cinsdən hal şahidlərinin iştirakını Əlavə olaraq qeyd olunmalıdır ki, yuxarıda istinad olunmuş prosessual hüquq normasında şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilməsi və ya eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı etməsi mütləq zəruri element kimi əks olunmuşdur ki, bu da həmin normanın dispozitiv deyil, imperativ xarakterli norma olmasının göstəricidir. Digər tərəfdən prosessual qanunvericilikdə qeyd olunan istintaq hərəkətin keçirilməsinə həssaslıqla yanaşılma, həmçinin riayət edilməsi məcburi olan prosedur müəyyən edilməsi həmdə ondan irəli gəlir ki, əməliyy at axtarış orqanının və ya ibtidai istintaq orqanının əməkdaşlarının həyata keçirdiyi məhz bu prosessual hərəkət nəticəsində cinayət prosessual təqibə məruz qalmış şəxsin fundamental hüquqlarından olan toxunulmazlıq hüququnun dövlət tərəfindən verilən və qorunan təminatı pozulmuş olur. Bu səbəbdən prosessual Məcəllə bir tərəfdən əməliyyat axtarış orqanının və ya ibtidai istintaq orqanının əməkdaşları tərəfindən istənilən halda, istənilən şəraitdə öz mülahizələrinə görə istədikləri kimi hərəkət etməklə həmin hüququn pozulmasına şərait yaradan hallara yol verməsinin qarşısını almaq üçün, digər tərəfdən də həmin hərəkətin keçirilməsində neytral şəxslərin (yəni heç bir tərəfə aid olmayan, işlə əlaqəsi olmayan hal şahidlərinin) iştirakına və ya video çəkilişin olmasına zəmin yaratmaqla gələcəkd ə həmin prosessual hərəkətin həyata keçirilməsi nəticəsində əldə olunan sübutun mötəbərliyini şübhə altına almamaq üçün belə bir qaydanın zəruriliyini nəzərdə tutmuşdur. Lakin öyrənilmiş cinayət işi materiallarından müəyyən edilir ki, ibtidai araşdırma orqanı tərəfindən 25 yanvar 2022-ci il tarixində həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətində eyni cinsdən olan 2 hal şahidlərinin iştirakı təmin edilməmiş, eyni zamanda aparılmış videoçəkilişdə müvafiq istintaq hərəkətinin tamlığı (Məhkum üzərindən narkotik vasitənin aşkar olunması və götürülməsinə dair görüntülər olmadığından) əks olunmamışdır. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq Cinayət Prosessual Məcəllənin 246.1-ci maddəsində əks olunmuş imperativ tələblərindən çıxış edərək, 25 yanvar 2022-ci i l tarixdə Məhkum üzərinə keçirilən şəxsi axtarış zamanı hal şahidlərinin (yəni işdə heç bir marağı olmayan şəxslərin) iştirakının təmin edilməməsindən, o cümlədən şəxsi axtarışın əks olunduğu video görüntülərin cinayət işinin materiallarında tam mövcud olmamasından, eyni zamanda ittiham tərəfindən həmin görüntülərin sonradan təmin edilməməsindən, şəxsi axtarış zamanı tədqiqatçı tərəfindən həyata keçirilən hərəkətlərin ardıcıllığının, yəni maddi sübutun (narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin) aşkar olunmasının, onun qablaşdırılmasının və digər halların, bir sözlə sözügedən protokolda əks olunanların həqiqətə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamasından çıxış edərək, həmin sübutun CPM-in 125-ci maddəsinə əsasən yolverilməz olması qənaətinə gələrək, onu sübutla r siyahısından xaric etmişdir. Bundan başqa birinci instansiya məhkəməsi Məhkum barəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələbləri pozulması haqqında qənaətə gəlmiş və bunu aşağıdakı hallarla əlaqədələndirmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 25 yanvar 2022-ci il tarixdə Ucar rayon X3 Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid2 tərəfindən Məhkum barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar qəbul edilməsinə baxmayaraq, Məhkum barəsində əməliyyat-qeydiyyat işi açılmamış və qeyd olunan hal Ucar rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubunu ilə öz təsdiq tapmışdır. Halbuki "Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanunun un 15-ci maddəsinin İ hissəsinin tələbinə əsasən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməli olduqda bu qanunun 11-ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş qərarların əsasında əməliyyat-qeydiyyat işi başlanılmalı və bu iş əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə tərəfindən öyrənilmiş cinayət işi materiallarında müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərarın Ucar rayon Məhkəməsinə göndərilməsinə dair məktub mövcud olduğu, lakin həmin qərarın qanuniliyinə dair məhkəmə qərarının iş materiallarına əlavə olunmadığı müəyyən olunmuşdur. Qeyd olunan səbəblərdən də məhkəmələr düzgün olaraq hesab etmişdilər ki, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına səbəb olmuş və 2 5 yanvar 2022-ci il tarixdə onun barəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri qanuni hesab oluna bilməz. Belə ki, CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. CPM-nin 445.1.1-445.1.6-cı maddələrində nəzərdə tutulmuşdur ki, məhkəmənin qərarı əsasında aşağıdakı əməliyyat axtarış tədbirləri həyata keçirilir: - telefon danışıqlarına qulaqasma; - poçt, teleqraf və digər göndərişlərin yoxlanılması; - texniki rabitə kanallarından və digər texniki vasitələrdən məlumatın çıxarılması; - binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış keçirilməsi; - texniki vasitələrdən istifadə etməklə və ya səs yazan, video, foto, kino və digər çəkiliş cihazların quraşdırılması yolu ilə yaşayış yerinin müşahidə edilməsi; - insanların güdülməsi. CPM-nin 445.2-ci maddəsinin tələbinə görə, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyataxtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir apar ıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 445.2-ci maddəsinə müvafiq olaraq, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fə aliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası, CPM-nin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Daha sonra həmin Qərarda qeyd olunmuşdur ki, qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin məhkəmənin razılığı ilə aparılan tədbirlər nəticəsində və ya əvvəlcədən məhkəmənin razılığını almadan, lakin sonradan bunun barəsində məhkəməyə məlumat vermə k şərti ilə keçirilən tədbirlər nəticəsində əldə edilməsindən asılı olmayaraq, həmin tədbirlərin keçirilməsinə məhkəmə nəzarətinin hədləri dəyişilməzdir. Öz növbəsində, məhkəmə nəzarəti qaydasında keçirilən yoxlamanın nəticəsində məhkəmələr müvafıq qərar qəbul edirlər. Məhz bu baxımdan, məhkəmələr əməliyyat-axtarış tədbiri keçirildikdən sonra məhkəmə nəzarəti qaydasında həmin tədbirin insan hüquq və azadlıqlarının təminatı baxımından qanuni, əsaslı, mütənasib, məqsədəmüvafiq və təxirəsalınmaz keçirilməsini yoxlayaraq CPM-nin 448-ci maddəsinə əsasən müvafiq qərar qəbul etməlidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 16-cı bəndində məhkəmələrə izah edilmişdir ki, CPMnin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fə aliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-nin 137-ci maddəsində göstərilən tələblərə uyğun şəki ldə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-nin 125, 144-146-c ı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyinin tələbləri baxımından məhkəmələr tərəfindən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılması zamanı prosessual normalarında nəzərdə tutulmuş əsasların, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı hüquqi mövqeyinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrin nəzərə alınması tələb olunur. Öyrənilmiş cinayət işi materiallarından görünür ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən, Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən çıxış edərək əldə edilmiş sübutların ədalətli qiymətləndirilməsini həyata keçirmiş və Məhkum CM-in 234.4.3cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına səbəb olmuş və 25 yanvar 2022-ci il tarixdə onun barəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri qanuni hesab etməmiş, apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşmışdır. Bu cür vəziyyətdə apellyasiya instansiya məhkəməsinin Məhkum məhkəməyədək icraatda verdiyi izahat və ifadələrini, həmçinin cinayət təqibi orqanın ittihamı əsasını təsdiq edən sübut kimi qəbul etdiyi 25 yanvar 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolunu, bu tədbirlərin gedişində əldə olunanları sübut kimi qəbul etməməsi cinayət prosesi tərəfinin təqdim etd iyi sübutlardan əsassız olaraq imtina etmə kimi şərh edilə bilməz. Cinayət təqibi orqanının təqdim etdiyi digər sübutlara – şahid qismində dindirilmiş polis əməkdaşlarının, məhkəmə ekspertizalarının rəylərinə gəldikdə, ekspert rəyləri narkotik və psixotrop maddələrin məhkəmə-kimyəvi tədqiqatının nəticələrini əks etdirməklə, polis əməkdaşlarının ifadələri isə nə qədər ki, məhkəmə araşdırması zamanı 25 yanvar 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol sübutu əhəmiyyəti itirdiyi vəziyyətdə, həmçinin sonuncular Məhkum qarşı əməliyyat axtarış fəaliyyətini həyata keçirməklə həmin fəaliyyətin nəticəsində əldə olunmuş müsbət nəticədə maraqlı olduqları şəraitdə - marağı olmayan şəxslərin ifadələri kimi qəbul edilə bilməsi mümkünsüzdür. Məhz bu səbəbdən məhkəmələr pol is əməkdaşlarının ifadələrinə tənqidi yanaşmaqla həmin ifadələri əsaslı sübut növü kimi qəbul edilməsindən imtina etmişlər. Qeyd olunan halların fonunda məhkəmələrinin Məhkum satış məqsədi ilə külli miqdarda 3,061 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və külli miqdarda 4,441 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etməsi, saxlamasını əks etdirən 25 yanvar 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolu, həmçinin həmin halı həqiqət kimi təhrif edən polis əməkdaşlarının ifadələrini qeyri-mötəbər sübutlar kimi qiymətləndirmələri və bu materiallar sübut əhəmiyyətini itirdiyi vəziyyətdə, Məhkum həmin halı təkzib etməsi ilə bağlı ifadəsini isə daha inandırıcı və işin həqiqi halları ilə uzlaşan mötəbər s übut kimi qəbul etmələri, göstərilən hallardan çıxış edərək Məhkum münasibətdə isnad edilən cinayət üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlmələri sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulması ilə əldə edilmiş qənaət kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirl əndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərə dair qəbul etdiyi qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnamələrin həm mövcudluğundan, həmçinin təkzib ol unmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkum yuxarıda təsvir edilən xüsusatlar barədə ifadəsində verdiyi məlumatların həqiqiliyi və mötəbərliyi təkzib olunmadığı vəziyyətdə birinci instansiya məhkəməsinin Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət-prosessual qanunun 42.1.4cü maddəsində göstərilən əsasla (təqsirliliyi sübuta yetirilmədiyinə görə) bəraət verməsi, apellyasiya instansiyası məhkəməsinin isə bu nəticə ilə razılaşması cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticə kimi özünü göstərir. Belə olan halda, Məhkum ona qarşı irəli sürülmüş ittihamın ikinci epizodu üzrə, yəni Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmü və həmin hökmün dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin yekun qərarı qanunsuz və əsassız məhkəmə aktları kimi qiymətləndirilə bilməz. Qeyd olunanlar məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni kassasiya protesti ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Məhkum barəsində birinci instansiya məhkəməsi tərəfindən onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi və cinayətlərin məcmusu üzrə təyin olunmuş, apellyasiya məhkəməsi tərəfind ən dəyişdirilmədən saxlanılan azadlıqdan məhrum etmə cəzasının ağır olmasına həsr olunmuş kassasiya şikayətində istinad edilmiş dəlillərə gəldikdə, kollegiya bu müraciətlə də razılaşmaq üçün əsas tapmır. Belə ki, apellyasiya məhkəməsi cəzanın dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən (3 ildən) 1 il 06 ay az cəza təyin etməklə, cinayətlərin məcmusu üzrə cəzanın müddətini də, Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddəsində nəzərdə tutulmuş cəzaların toplanması üsullarından daha güzəştlisini – qismən toplanmasını tətbiq edib 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün olaraq müəy yən etməklə Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən (himayəsində iki azyaşlı uşağın olması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi) və ağırlaşdıran halların olmamasını, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri kimi məsələlər üzrə müəyyən edilmiş bütün halları tarazlaşdırılmış şəkildə nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən e dilmiş cəzanı yüngülləşdirən halları Məhkum cəzasının daha da yüngülləşdirilməsini mümkün edən hallar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Yuxarıda qeyd olunanlar Məhkum kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə, məhkum tərəfindən verilmiş kassasiya şika yətinin təmin edilməməsinə dair dövlət ittihamçısı X2 çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 1(107)-445/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Dövlət ittihamçısı3 kassasiya protesti, habelə Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 1(107)-445/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar