Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1178/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X8, Zərərçəkmiş şəxs vəkili Müdafiəçi4, Məhkum müdafiəçisi Göygöl Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 noyabr 2023-cü il tarixli, 1(103)-2049/2023 nömrəli qərarından Zərərçəkmiş şəxs vəkili Müdafiəçi4 və Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx xxx 1957-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum, 78000,00 ABŞ dolları məbləğində pul vəsaitini ödəniş gününə olan məzənnə üzrə Azərbaycan manatı ilə, həmçinin ödənilmiş 15,00 manat dövlət rüsumunu və ekspertiza tədqiqatının dəyəri olan 50,00 manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyul 2018-ci il tarixli, 2(001)-1787/2018 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 3(001)-1339/2021 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat məbləğində cərimə tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etmədiyi üçün 21 may 2021-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, hərəkətlərini davam etdirməklə borcunu ödəməməklə qeyd edilən məbləğdə tələbkara maddi ziyan vuraraq məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (sədrlik edən hakim: X10) 01 dekabr 2022ci il tarixli, 1(001)-712/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Məhkum cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Mə hkum üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Məhkum barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir.
4. Hökmdən Zərərçəkmiş şəxs və məhkum olunmuş şəxs Məhkum tərəfindən apellyasiya şikayətləri verilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət məhkəmə tərkibində) 21 fevral 2023-cü il tarixli, 1(103)472/2023 nömrəli qərarı ilə Zərərçəkmiş şəxs və məhkum olunmuş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Həmin qərardan Zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti vermişdir.
7. Azərbaycan Respublikası Alli Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X11 (sədrlik edən və məruzəçi), X18 və X3 ibarət məhkəmə tərkibində) 20 sentyabr 2023-cü il tarixli, 1(102)-1472/2023 nömrəli qərarı Zərərçəkmiş şəxs kassasiya şikayətinin qismən təmin edilməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X12 və X2 ibarət məhkəmə tərkibində) 29 noyabr 2023-cü il tarixli, 1(103)2049/2023 nömrəli qərarı ilə məhkum olunmuş Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 306.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 dekabr 2022ci il tarixli, 1(001)-712/2022 nömrəli hökmünün dəyişdirilməsi, həmin hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 29 noyabr 2023-cü il tarixdən hesablanması, Məhkum məhkəmə iclas zalında dərhal həbsə alınaraq Bakı İstintaq Təcridxanasına təhvil verilməsi, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 noyabr 2023-cü il tarixli, 1(103)-2049/2023 nömrəli qərarından Zərərçəkmiş şəxs vəkili Müdafiəçi4 və Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayətləri verilmişdir. II. Kassasiya kassasiya şikayətlərinin dəlilləri və etirazlar:
10. Zərərçəkmiş şəxs vəkili Müdafiəçi4 kassasiya şikayətinin dəlilləri qismində bir sıra qanunvericilik normalarına istinadlar edərək göstərmişdir ki, nə birinci instansiya məhkəməsində, nə apellyasiya instansiyaları məhkəmələrində, nə də Ali Məhkəmədə verdiyi izahat və ifadələrində Zənfira Məmmədova borcu qərəzli şəkildə və heç vaxt ödəməyəcəyini dəfələrlə bildirmiş və bunu rəftarı ilə sübut etmişdir. İşin hallarından görünür ki, təqsirləndirilən şəxs cinayət əməlini törtdikdən sonra, cinayət təqibi boyunca əməlindən səmimi peşman olması qənaəti verəcək hər hansı bi r hərəkətlər etməmişdir. Həmçinin onun əməlinin nəticələrinə laqeyd münasibətinin nəticəsi olaraq zərərçəkmiş şəxslə barışıq əldə edilməmişdir.
11. Nümayəndə kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 noyabr 2023-cü il tarixli, 1(103)-2049/2023 nömrəli qərarının dəyişdirilməsini, Məhkum barəsində 3 il müddətinə azadlıqdan məhrum edilmə növündə cəza təyin edilməsini xahiş etmişdir.
12. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində bir sıra qanunvericilik aktlarına istinadlar edərək şikayətini onunla əsaslandırmışla r ki, məhkəmə CM-in 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah edilməsinə, onların ailələrinin həyat şəraitinə təsirini nəzərə aldığını qeyd etsə də, təqsirləndirilən şəxsə həddindən artıq ağır cəza təyin etmişdir. Həmçinin, ibtidai istintaq dövründə 1000 manat təqsirləndirilən şəxsə ödəniş edilmişdir və eyni zamanda vəkili olduğum şəxsə zərərçəkmiş şəxsə əmlakını ödəmişdir, yəni kifayət qədər vəkili olduğum şəxs tərəfindən təqsirləndirilən şəxsə ödənişlər edilmişdir. Həmçinin apellyasiya baxışında oda məlum oldu ki, müdafiə etdiyim şəxs tərəfindən zərərçəkmiş şəxsə hər ay Binəqədi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən yaşa görə təqaüdünün 50 % tutularaq, ödəniş edilir və həmin ödənişləri də zərərçəkmiş şəxs alaraq, öz hesabına keçirtmişdir.
13. Müdafiəçi kassasiya şikayətində, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103) 2049/2023 nömrəli işi üzrə 29 noyabr 2023-ci il tarixli qərarının tamamilə ləğv edilməsini və təqsirləndirilən şəxs olan X6 birbaşa məhkəmə iclası zalından azadlığa buraxılaraq, yerdə qalan cəzanın azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi barədə birbaşa qərar qəbul edilməsini və ya onun məhkəmə zalından azadlığa buraxılaraq, yəni onun azadlığa buraxılaraq işin yeni apellyasiya baxışına araşdırılma üçün qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
15. Qərar dan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
16. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə etiraz edib, tərəfindən verilmiş kassasiya şikayətini müdafiə edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
17. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi Müdafiəçi2 zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, eyni zamanda tərəfindən verilmiş kassasiya şikayətini müdafiə edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
18. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X14 məhkumun müdafiəçis i və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətlərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
19. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
20. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”
21. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiy a instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
22. Zərərçəkmiş şəxsin nümayəndəsi və məhkumun müdafiəçisi kassasiya şikayətlərində Məhkum təyin edilmiş cəzanı mübahisələndirərək, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar düzgün nəzərə alınmadan törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan cəzanın təyin olunduğunu iddia edilərək, mübahisələndirilən qərarın ləğv edilməsi barədə tələblərini məhkəmə qərarlarının kassasiya qaydasın da ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişlər.
23. Odur ki, kollegiya zərərçəkmiş şəxsin nümayəndəsinin və məhkumun müdafiəçisinin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 noyabr 2023-cü il tarixli, 1(103)-2049/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
24. Azərbaycan Respublikası CM-in 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
25. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası CMin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.
26. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).
27. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran ha l kimi nəzərə alına bilməz.
28. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
29. Belə ki, Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarında n biri kimi göstərir.
30. CPM-in 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.
31. Və məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.
32. Zərərçəkmiş şəxsin nümayəndəsinin və məhkumun müdafiəçisinin istinad etdiyi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca CPM-in 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül və ya ağır olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.
33. Hə tta, kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül və ya ağır hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır.
34. Çünki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.
35. Lakin, Zərərçəkmiş şəxsin nümayəndəsinin və məhkumun müdafiəçisinin kassasiya şikayətlərində irəli sürülmüş dəlillərinə baxdıqda, bu dəlillərin Məhkum münasibətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş cəzanın nə açıq-aydın yüngül olmasına, nə də açıq-aydın ağır olmasına dəlalət etmədiyi müəyyən olunur.
36. Məhkəmə kollegiyası belə nəticəyə gələrək xüsusilə onu nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum CM-in 306.1-ci maddələri ilə təyin etdiyi cəza (09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası) bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınm asına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül və ya açıq-aydın ağır cəza kimi qiymətləndirilə bilməz.
37. Məhkum cəza təyin edilərkən, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığı və qanuniliyi apellyasiya qaydasında yoxlanılarkən məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipi gözlənilmişdir.
38. Təsvir olunanlar zərərçəkmiş şəxsin nümayəndəsinin və məhkumun müdafiəçisinin kassasiya şikayətlərinə baxılması nəticəsində CPM-in 416-cı maddəsində göstərilən halların müəyyən edilmədiyi, yəni kassasiya protestinin və kassasiya şikayətlərinin də təmin edilməsi (apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi) üçün əsasların müəyyən olunmadığını göstərir.
39. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısının, zərərçəkmiş şəxsin nümayəndəsinin və məhkumun müdafiəçisinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 noyabr 2023-cü il tarixli, 1(103)-2049/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə koll egiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 noyabr 2023-cü il tarixli, 1(103)-2049/2023 nömrəli qərarı Zərərçəkmiş şəxs vəkili Müdafiəçi4 və Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs vəkili Müdafiəçi4 və Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin.