Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1179/2019 25.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Yusifov İlkin Fərhad oğlu, Məhkum Məhkum iştirakları ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 noyabr 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Nəbiyev Cəlil Cabbar oğlu, hakimlər Hacıyev Asim Hacımirzə oğlu və Abdullayev Mehdixan Ədil oğlundan ibarət tərkibdə) xx xxxx 1970-ci ildə Cəlilabad rayonunun Alar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmayan, Cəlilabad rayonu, Alar kəndində yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 05 aprel 2017-ci ildə, saat 23 radələrində özgənin əmlakını zor işlətməklə ələ keçirmək məqsədi ilə yaşadığı evdən silah qismində istifadə edilən əşya-mətbəx bıçağı götürmüş və yaşadığı Cəlilabad rayonunun Alar kəndində yerləşən “Al Petrol” yanacaq doldurma məntəqəsinin həyətinə gəlmiş, tanınmaması üçün başına qara rəngli maska keçirərək qanunsuz olaraq məntəqənin ofisinə-saxlanc yerinə daxil olub qabaqcadan özü ilə götürdüyü silah qismində istifadə etdiyi mətbəx bıçağı ilə həmin vaxtı YDM-də işdə olmuş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hədə-qorxu gələrək onlardan pul vermələrini tələb etmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qorxaraq pul vermədən otaqdan çıxıb həyətə qaçdıqda o, əlində olan bıçaqla otaqdakı seyfin qapısını açmaq istəmiş, lakin buna nail olmadıqda sonuncuların arxasınca məntəqənin həyətinə çıxmış və silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə onları hədələyərək onlardan üzərlərində olan pulları vermələrini tələb etmiş, kənar şəxslərin hadisə yerinə gəldiyini görüb oradan uzaşlaşmaqla basqın, yəni quldurluq etmişdir. Bundan başqa, o, təkrarən, 06 aprel 2017-ci ildə, saat 03 radələrində özgənin əmlakını zor işlətməklə ələ keçirmək məqsədi ilə yenidən Cəlilabad rayonunun Alar kəndində yerləşən “Al Petrol” yanacaq doldurma məntəqəsinin həyətinə gəlmiş, tanınmaması üçün başına qara rəngli maska keçirərək qanunsuz olaraq məntəqənin ofisinə-saxlanc yerinə daxil olub qabaqcadan özü ilə götürdüyü silah qismində istifadə etdiyi mətbəx bıçağı ilə həmin vaxtı YDM-də işdə olmuş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hədə-qorxu gələrək onlardan pul vermələrini tələb edərək Zərərçəkmiş şəxs1 yaxasından tutmuş, bunu görən Zərərçəkmiş şəxs2 onu itələyərək pul vermədən Zərərçəkmiş şəxs1la birlikdə otaqdan çıxıb YDM-in həyətinə qaçmış, o isə əlində olan bıçaqla otaqdakı seyfin qapısını açmaq istəmiş, lakin buna nail olmadıqda sonuncuların arxasınca YDM-in həyətinə çıxmış və silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə həyat və sağlamlığı üç ün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə onları hədələyərək onlardan üzərlərində olan pulları vermələrini tələb etmiş, onların yaxına gəlmədiklərini görüb əlində olan bıçaqla yanacaq doldurma aparatına bir zərbə vuraraq hadisə yerindən uzuqlaşmaqla təkrarən quldurluq etmişdir. Hökmdən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Novruzov Ələsgər Əli İskəndər oğlu, hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə) 27 noyabr 2017-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 noyabr 2017-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə, Azərbaycan Respublikası CM-nin 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ona bəraət verilməsinə, onun əməlini isə xuliqanlıq maddəsi ilə əvəz edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı ona verilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, ona görə ki, o, heç bir quldurluq hərəkətləri etməmiş, onda heç bir silah olmamış, o, özünü yalnız xuliqanlıq hərəkətləri etməsində təqsirli bilir. Ona görə də apellyasiya məhkəməsinin qərarını ləğv etməklə, Azərbaycan Respublikası CM-nin 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ona bəraət veri lməsinə, onun əməlini isə xuliqanlıq maddəsi ilə əvəz edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 noyabr 2017-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM -nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum təqsirli bilindiyi cinayət əməlləri birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sü butlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmiş, apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair nəticəsi ilə razılaşmışdır. Məhkum törətdiyi əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmələrin bunlara dair gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətinin dəlillərinə gəldikdə qey d olunmalıdır ki, bu dəlillər iş materiallarına uyğun olmadığı üçün məhkəmə kollegiyası onları əsassız sayır. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin məhkəmənin əsaslandığı sübutlar sadalanmaqla aşağıdakılar göstərilmişdir: “... Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərini müzakirə edərək, məhkum edilmiş şəxsin, müdafiəçinin və dövlət ittihamçısının çıxışını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 sentyabr 2017-ci il hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilməməlidir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən məhkum edilmiş şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Qeyd edilən normaların tələbləri baxımından Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edib və proses iştirakçılarını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq məhkum edilmiş şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə də təqsirli bilmişdir. Belə ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə verilmiş ittiham birinci intansiya məhkəməsinin məhkəmə baxışında iş üzrə tədqiq olunmuş sübutların məcmusuna əsasən tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq sübutların obyekti vliyinə və mötəbərliyinə əsaslanaraq təqsirləndirilən şəxs Məhkum məhkəmə iclasında verdiyi ifadəsinin “Yanacaq doldurma məntəqəsinə quldurluq etmək məqsədi ilə deyil, qohumundan pul almaq üçün gəlmiş, qohumu işdə olmadığından və onun pula ehtiyacı olduğundan orada işləyən iki nəfər şəxsi evdən götürdüyü mətbəx bıçağı ilə qorxudaraq onlardan pul almaq istəmiş, bıçaqla onların heç birinə xəsarət yetirməmiş, 06 aprel 2017-ci ildə yenidən bir daha yanacaq doldurma məntəqəsinə gəlməmiş, lakin istintaq zamanı müstəntiq tərəfindən ifadəsi alınarkən həyəcanlı olduğundan və özündə olmadığından düzgün ifadə verməmişdir” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək cinayətin yuxarıda təsvir edilən formada törədildiyi qənaətinə gəlir və he sab edir ki, həmin ifadələr obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə iclasında təqsirləndirilən şəxsin verdiyi ifadəsi və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilir ki, Məhkum ona istinad edlən əməli onun əvvəlcədən düşünülmüş, iradəsindən irəli gələn, yəni vahid niyyəti ilə əhatə olunan birbaşa qəsdlə törədilmişdir. Apellyasiya məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum “yanacaq doldurma məntəqəsinə quldurluq etmək məqsədi ilə deyil, qohumundan pul almaq üçün gəlməsi” dəlillərini qiymət verərək belə nəticəyə gəlir ki, bu barədə dəlillər əsassız olmaqla iş üzrə tədqiq olunmuş sübutların məcmusu ilə tamamilə təkzib olunur. Onun quldurluq etmək məqsədi məqsədilə ilə yanacaq doldurma məntəq əsinə gəlməsi zərərçəkmiş şəxslərin, şahid ifadələri, habelə məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunur. Qeyd edilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edib və proses iştirakçılarını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq məhkum edilmiş şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə də təqsirli bilmişdir. Məhkəmə kollegiyası həmçinin məhkum edilmiş şəxsə cəza təyin edilməsi məsələsini də müzakirə edərək hesab edir ki, birinci instansiyada işə baxan məhkəmə bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə əməl etməklə törətdiyi cina yətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, onun cinayətin törədilməsində iştirak dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Məhkum edilmiş Məhkum oğlunun barəsində cəza təyin edilməsi məsələsini müzakirəsi zamanı aydın oldu ki, birinci instansiya məhkəməsində işə baxılarkən Məhkum cəzasını yüngülləşdirən hal müəyyən etməmişdir. Məhkum təqsirini qismən etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məh kəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respu blikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinnin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən normaların tələbləri baxımdan birinci instansiya məhkəməsi düzgün olaraq məhkuma cəza təyin edərkən onun yalnız təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum edilməklə islah olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır....”. Göründüyü kimi, apellyasiya məhkəməsi Məhkum verilmiş ittihamın təsdiq olunduğuna, onun təqsirli bilinməli olduğuna, əməllərinin tö vsifinə və təyin edilmiş cəzaya dair gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə işin faktiki hallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyasının qən aətinə görə, iş materiallarında olan sübutlar (qanunla nəzərdə tutulmuş qaydada toplanılmış və yoxlanılmış) Məhkum verilmiş ittihamın təsdiq edilmiş hesab olunması üçün kifayət edir, apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticə də qanunidir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Cəza təyini məsələsi ilə əlaqədar məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar o, cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunma sı məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 noyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1179/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1179/2019
25.09.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver