Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1179/2021 15.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhku m olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 yanvar 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim: X8) 06 avqust 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1992-ci il tarixdə Ucar rayonu, Təzə-şilyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Ucar rayonundə qeydiyyatda olmaqla, Bakı şəhərində kirayədə yaşamış Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və o, 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edil mişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 yanvar 2021-ci il tarixli qərarı ilə (hakimlər: X6 (sədrlik edın və məruzəçi), X4 və X3 ibarət tərkibdə) məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum qeyrisi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 iyun 2019-cu il tarixdə səhər saat 10 radələrində ünvan 1 ünvanda yerləşən "X5”-nun saxlanc yeri hesab olunan həyətinə qanunsuz daxil olaraq, oradan zavodun həyətindən keçən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus hər bir metrin qiyməti 08 manat olan 120 metr uzunluğunda və cəmi 960 manat dəyərində TPP-100x2 rabitə kabelini və hər bir metrin qiyməti 05 manat olan 40 metr uzunluğunda və cəmi 200 manat dəyərində TPP50x2 rabitə kabelini-özgənin əmlakını gizli olaraq talayıb oğurlamaqla, "Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 saylı Rabitə Xidmətləri Mərkəzinə ümumilikdə cəmi 1.160 manat məbləğində maddi ziyan vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 yanvar 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir. Müdafiəçi kassasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Məhkum əməlini düzgün tövs if etməyərək onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilmiş, Apellyasiya məhkəməsi həmin hökmü qüvvədə saxlamaqla əsassız və qanunsuz qərar qəbul etmişdir. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırkı cinayət işi məhkəməyə verilərkən təqsirləndirilən şəxs qismində Məhkum savayı Təqsirləndirilən şəxs da cəlb edilmiş və hər ikisinə Azərbaycan Respublikası CM-in 177.2.1 -ci və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Yekunda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1-ci və 177.2.3-cü maddələri ilə bəraət verilsə də, Məhkum verilmiş ittiham dəyişməz qalmış, əməli düzgün ixtisaslaşdırılmamışdır. İş materiallarından görünür ki, Məhkum törətmiş olduğu əməl Azərbaycan Respublikası CM-in 177.1-ci maddə si ilə tam əhatə olunduğu halda əsassız olaraq Azərbaycan Respublikası CM-in 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinmiş, qabaqcadan əlbir olduğu şəxsə bəraət verilməsinə baxmayaraq heç bir mötəbər sübut olmadan Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə məhkum olunmuşdur. Hökmə əsasən, ictimai təhlükəli əməli Məhkum təkbaşına törətmişdir. İşin faktiki hallarına əsasən Məhkum oğurluq cinayətini edərkən binaya, saxlanc yerlərinə daxil olmamış, talanmış kabellər binanın kənarında, yerdən bir neçə metr hündürlükdə və açıq havada olmuş, heç bir maneə olmadan və heç kəsin görmədiyi bir yerdən kabellər kəsilərək götürmüşdür. Lakin o, əsassız olaraq AR CM-in 177.2.3-cü maddə ilə təqsirli bilinmişdir. Göründüyü kimi istintaq yarımçıq və birtərəfli aparılmış, hüquqlarını müda fiə etdiyim təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinin tərkib əlamətləri mövcud olmadığı halda əsassız olaraq bu maddə ilə də məsuliyyətə cəlb edilmişdir. Bundan başqa, məhkəmələr cəza məsələsini müzakirə edərkən hökmdə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları sadalasa da, məhkumun islahını məhz azadlıqdan məhrum edilmə cəzası təyin olunmaqla mümkünlüyünün səbəblərini əsaslandırmamışdır. Məhkum cəza təyin olunarkən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadığı halda kifayət qədər cəzasını yüngülləşdirən halların olması (AR CM-in 59.1.10, 59.1.12, 59.1.13 və 59.2-ci maddələri), əməlinin Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aid olması, mənfi xarakterizə olunmaması, səmimi etirafı və peşimançılığı, habelə təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri dolğun nəzərə alınmamış, şəxsiyyəti cəmiyyət üçün yüksək təhlükə törətmədiyi halda yenidən islahının mümkünlüyü cəmiyyətdən tam təcrid edilməsi qənaətinə gəlinmiş, bununla da Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə düzgün əməl olunmamış, cinayətin xarakteri və məhkumun şəxsiyyətinə uyğun olmayan sərt cəza təyin edilmişdir. Müdafiəçi Bakı Apellyasiya Məhkəməsinin 22 yanvar 2021-ci il tarixli qərarını dəyişdirərək, Məhkum barəsində AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələrindən CM-nin 177.1-ci maddəsinə tövsif edilməsi və ona yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə koll egiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya insta nsiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasi ya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində mübahisələndirilən məsələlərdən biri məhkumun əməlinin əsassız olaraq CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif olunmasıdır. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəx sin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müə yyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun əsassız olaraq CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməsinə dair qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayəti nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrində eyni əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi cinayət əməli nəzərdə tutulmuşdur. Məhkum həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinmiş, yəni, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmuşdur. İş materiallarında olan, Belə ki, birinci instansiya məhkəməsində məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan edilən ittihamda özünü təsqirli bilərək göstərmişdir ki, o, təxminən 4 il olar ki, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahədə fəhləlik edir və həmin ərazidə müxtəlif ünvanlarda kirayədə yaşayır. Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi və 20-ci sahə ərazilərində gedən söküntü yerlərindən müxtəlif metal qırıntılarını yığıb metal qəbulu məntəqələ rinə təhvil verərək pul əldə edir. Rəşad adlı şəxsi 2019-c ilin təxminən mart-aprel aylarından tanımış və ailəsi ilə birlikdə 20-ci sahə ərazisində yaşadığını bilir. Rəşadın onun fəhləlik etdiyi və metal qırıntılarını yığıb təhvil verdiyindən məlumatı olmuşdur. 10 iyun 2019cu il tarixdə səhər saat 09 radələrində, o, Səbail rayonu, 20-ci sahədə yol kənarında dayanıb iş axtararkən, o, Orxan adlı şəxslə oğurluq etmək qərarına gəlmişdir. Sonra elə həmin günü o, həmin məftil qırıntılarını 20-ci sahədə, Bibiheybət yolunun sağ tərəfində işıqforun yanında yerləşən metal qəbulu məntəqəsinə gətirərək orada işləyən Tural adlı şəxsə təhvil vermiş, bu zaman həmin kütlənin oğurlanmış kabelin qırıntıları olmasını Turala deməmiş, qırıntıların çəkisi 8,4 kiloqram olmuş və Tural cəmi 56 manat pul ödəmişdir. Baş vermiş oğurluq hadisəsi ilə Rəşadın heçbir əlaqəsi yoxdur. İstintaqda təziq göstərildiyindən oğurluğu Rəşadla birlikdə etdiyini demişdir. Hadisə zamanı onunla birlikdə Orxan olmuşdur. Etmiş olduğu cinayət əməlindən səmimi peşmandır. İş materiallarına əlavə edilmiş, birinci instansiya məhkəməsində məhkəmə iclasında zərərçəkmiş şəxsin nüməyəndəsi kimi tanınıb dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 saylı Rabitə Xidmətləri Mərkəzinin hüquq məsləhətçisi vəzifəsində işləyir. "Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus ünvan 1 ünvanda yerləşən "X5”-nun həyətindən keçən 1 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus ümumilikdə cəmi 1.961 manat 75 qəpik dəyərində olan 120 metr uzunluğunda TPP100x2 kabeli və 40 metr uzunluğunda TPP-50x2 kabelinin oğurlanması faktı üzrə başlanmış cinayət işinin istintaqı zamanı "Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 saylı Rabitə Xidmətləri Mərkəzinin qanuni nümayəndəsi kimi müəssisənin rəhbərliyi tərəfindən təhkim edilmişdir. Həmin oğurluq faktının ilkin təhqiqatı zamanı təmsil etdiyi müəssisəyə cəmi 1.961 manat 75 qəpik ziyan dəyməsi göstərilsə də, həmin ziyanın içərisində oğurlanmış cəmi 160 metr rabitə kabelinin dəyəri ilə birlikdə həmin kabelin bərpasına xərcləmiş məbləğdə təqdim olunmuş "smeta-bərpa” arayışında göstərilmişdir. Belə ki, həmin "smeta- bərpa” arayışına əsasən oğurlanmış rabitə kabelin qiymətləri "ƏDV” (ə lavə dəyər verqisi) nəzərə alınmaqla, TPP-100x2 rabitə kabelinin hər bir metrin qiyməti 08 manat olmaqla həmin kabelin 120 metrin dəyəri 960 manat, TPP-50x2 rabitə kabelinin hər bir metrin qiyməti 05 manat olmaqla həmin kabelin 40 metrin dəyəri 200 manat təşkil etmiş, bununla da oğurluq nəticəsində "Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 saylı Rabitə Xidmətləri Mərkəzinə ümumilikdə cəmi 1.160 manat maddi ziyan dəymişdir İş materiallarında olan, birinci instansiya məhkəməsində məhkəmə iclasında cinayət işinə əlavə edilərək maddi sübut qismində tanınmış, Daxili İşlər Nazirliyinin NHİX-nin Təhlükəsizlik Şəhər Xidmətindən götürülən, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi ilə Bibiheybət yolunun kəsişməsində quraşdırılmış TŞ1-062 nömrəli müşahidə kamerası vasitəsi ilə qeydə alı nmış video görüntülərin əks olunduğu disklərə baxış keçirilərkən, 10 iyun 2019-cu il tarixdə, saat 10:15:00-dan 1-:20:00-dək olan müddətdə yolun kənarı ilə iki nəfər kişi cinsli şəxsin bir birinin arxasınca çiyinlərində topa şəklində kabellər aparmaları müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin qabaqcadan əlbir olmuş bir qrup şəxs halında saxlanc yerinə daxil olmaqla oğurluq etməsinə şübhə etmir və hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun əməlini Azərbaycan respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrini tövsif etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlamaqla işin faktiki hallarına uyğun qərar qəbul etmişdir. Məhkum CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllə rini törətməkdə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, məhkumun qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilir. Kassasiya şikayətində təyin olunmuş cəzanın ağırlığı ilə bağlı mübahisələndirilmiş dəlilləri gözdən keçirərək məhkəmə kollegiyası qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həya t şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini nəzərə almış, Məhkum zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini, əvvəllər məhkum olunmamasını, əməlindən səmimi peşman olmasını, gənc olmasını və ailənin yeganə qazanc gətirən şəxsi olmasını cəzasını yüngülləşdirən hallar kimi müəyyən etmiş, CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi tərəfindən məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenu munun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 yanvar 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayəti təmin olunmadan qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 yanvar 20
Məhkəmə qərarları › İş №1(102)-1179/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1179/2021
15.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver