Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1179/2024 12.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, X, onun müdafiəçiləri Həsənov İmamqulu Vəliqulu oğlunun və Ələkbərov Namiq Ələkbər oğlunun iştirakları ilə, Kassasiya şikayəti ve rilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatətin təmin edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 avqust 2023-cü il tarixli qərarından Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli hökmü ilə (hakimlər: F.Ə.Qəniyevin sədrliyi, hakimlər M.A.Xankişiyev və İ.A.Mahmudovdan ibarət tərkibdə) ilə X5 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X1 ibtidai həbsdə və ev dustaqlığında olduğu 10 (on) ay 12 (on iki) gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onu n üzərində 4 (dörd) il 1 (bir) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. X2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2021-ci il tarixli hökmü ilə (hakimlər İ.A.İbrahimli (sədrlik edən və məruzəçi), Z.B.Babayev və Z.A.Şirinovdan ibarət tərkibdə) məhkum edilmiş şəxsin müdafiəçiləri Müdafiəçi1 Humsi oğlu və Ələkbərov Namiq Ələkbər oğlu tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti və Zərərçəkmiş şəxs1 apellyasiya şikayəti qismən təmin edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli hökm ü ləğv edilmiş, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 qarşı törətdiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə və ev dustaqlığında olduğu 10 (on) ay 12 (on iki) gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində 4 (dörd) il 1 (bir) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. X2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay sınaq müddəti ilə ş ərti hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər F.A.Kərimov (sədrlik edən və məruzəçi), Ş.Y.Yusifov və N.R.Mövsümovdan ibarət tərkibdə) Zərərçəkmiş şəxs1 və məhkum X5, onun müdafiəçiləri vəkil Ələkbərov Namiq Ələkbər oğlu və vəkil X4 tərəfindən birgə verilmiş kassasiya şikayətlərinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı müdafiə tərəfinin kassasiya şikayətinə münasibətdə ləğv edilmiş və iş üzrə yeni apellyasiya baxışı təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 8 sentyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər İ.M.Murquzov (sədrlik edən və məruzəçi), H.Ç.Məmmədov və H.H.Əhmədovdan ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiy a protesti və zərərçəkmiş Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə edilmiş əlavə təmin edilməmiş, təqsirləndirilən X1 müdafiəçiləri tərəfindən birlikdə imzalanmaqla verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin X1 barəsində olan 15 oktyabr 2020-ci il tarixli hökmü ləğv edilmiş və hər iki epizod üzrə ona bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər İ.M.Murquzov (sədrlik edən və məruzəçi), Q.X.Babayev və A.V.Tanrıverdiyevdən ibarət tərkibdə) zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosesual müddətin bərpasına dair vəsatət təmin edilməmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs1 kassasiya ş ikayətində qeyd olunur ki, qanunvericiliklə müəyyən olunmuş müddətlərdə tərəfindən Ali Məhkəməyə kassasiya şikayəti vermişdir. Lakin barəsindəki cinayət işi üzrə qanuni qərarın qəbul edilməsi, habelə iş üzrə diqqətəlayiq halların məhkəməyə təqdim edilməsi məqsədi ilə kassasiya şikayətini geri götürmüşdür. Bu səbəbdən kassasiya şikayəti verilməsi üçün müəyyən olunmuş şikayət etmə müddətini üzrlü səbəblərə görə buraxmış, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 avqust 2023-cü il tarixli qərarının ləğv olunması, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 sentyabr 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərar edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Pro sessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, kassasiya şikayətinin təmin edilməməsi barədə bəraət almış şəxsin, onun müdafiəçilərinin və dövlət ittihamçısının çıxışlarını dinləyib cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəməl əri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.2-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Mə cəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə. Apellyasiya instansiya məhkəməsi kassasiya şikayəti vermək üçün müəyyən olunmuş müddəti üzürlü səbəbdən ötürülməsinə dair hər hansı sübut məhkum tərəfindən məhkəməyə təqdim edilmədiyini müəyyən etmiş və bu səbəbdən vəsatəti təmin etməmişdir. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Apellyasiya instansiya məhkəməsi kassasiya şikayəti vermək üçün müəyyən olunmuş müddətiin ötürülməsinin üzürlü səbəbi zərərçəkmiş şəxs tərəfindən göstərilmədiyin i müəyyən etmiş və bu səbəbdən vəsatəti təmin etməmişdir. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Belə ki, iş materiallarına əsasən zərərçəkmiş şəxsin kassasiya şikayəti verə bilməsinə mane ola biləcək hər hansı bir halın mövcudluğu barədə sübut yoxdur. Qanunvericiliklə müəyyən edilmiş müddət daxilində zərərçəkmiş şəxsin kassasiya şikayəti verilməsinə mane ola biləcək heç bir hal mövcud olmamış və onun həmin müddət ərzində kassasiya şikayəti verməsi üçün imkanı olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410.1.3-cü maddəsinə əsasən Kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən da ha ağır cinayət haqqında qanunun tətbiq edilməsinin zəruriliyi, təyin edilmiş cəzanın həddən artıq yüngüllüyü və ya məhkumun vəziyyətini pisləşdirən digər əsaslar üzrə ittiham hökmündən, habelə tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı gündən 6 (altı) ay müddətində verilə bilər. Sadalanan qanunvericiliyin müddəalarını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, Zərərçəkmiş şəxs1 apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verilmə müddətini 6 (altı) ay nəzərdə tutmuş və bu müddət həmin qərarın çıxarıldığı vaxtdan hesablanmalıdır. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayəti vermək üçün müddətin bərpasına dair vəsatətdə bur axılmış prosessual müddətin bərpası üçün üzrlü səbəb göstərilməmiş, zərərçəkmiş şəxs buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinə həmin müddətin üzrlü səbəbdən ötürülməsini, yaxud onun vaxtında kassasiya şikayəti verməsini çətinləşdirən və ya mümkünsüz edən digər maneələrin və ya obyektiv amillərin ortaya çıxaraq uzun müddət davam etməsini təsdiq edən sübutlar əlavə etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilmiş 25 iyun 2020-ci il tarixli dəyişikliklərin keçid müddəalarında əsasən Bu Qanunun 1.40.3 - 1.40.5-ci maddələri, (yəni 410.1.2, 410.1.3 və 410.1.4-cü maddələri) apellyasiya instansiyası məhkəməsinin bu Qanun qüvvəyə mindikdən sonra çıxarılmış yekun qərarlarına münasibətdə tətbiq olunur və bu qanunda göstərilənlər fiziki və hüquqi şəxslərin hüqu qi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilməsini özündə ehtiva etmir. Belə ki, iş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin sözügedən qərarı 8 sentyabr 2022-ci il tarixdə çıxarılmış, həmin qərardan kassasiya şikayətini CPM-in 410.1.3-cü maddəsinin müddəalarına əsasən 6 (altı) ay müddətində verməli olduğu halda, kassasiya şikayətini 4 iyul 2023-cü il tarixdə verərək həmin müddəti ötürmüşdür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin 8 sentyabr 2022-ci il tarix li qərarından kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət Zərərçəkmiş şəxs1 tərəfindən üzrsüz səbəbdən ötürülmüş və bu müddətin ötürülməsini üzrlü hesab etməyə əsas olan heç bir səbəb göstərilməmişdir.. Digər tərəfdən, kifayət qədər üzrlü səbəblər olmadan buraxılmış prosessual müddətlərin bərpası məhkəmə aktlarının və bu aktlarla müəyyən olunan hüquq münasibətlərinin stabilliyinə xələl gətirmiş, demokratik cəmiyyətdə qanunun aliliyi və hüquqi müəyyənlik prinsiplərini pozmuş olar. Ona görə də məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra onların mübahisələndirilməsi yolverilməzdir və vaxtında istifadə edilməmiş mübahisələndirmə (şikayət) imkanının yenidən verilməsi (yəni ötürülmüş müddətin bərpası) üçün kifayət qədər tutarlı (təkzib olunmaz) əsaslar mövc ud olmalıdır. Cinayət-Prosessual Məcəlləsinə görə cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir (203.3-cü maddə); Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə həmçinin bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hök m edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Məhkəmə kollegiyası həmçinin müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyə nliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib-etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsa n Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, X9rşı [BP], no. 27396/06, §§ 39-42, 29 iyul 2012) Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də həmin vəsatətin rədd edilməsinə dair Apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edil məsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 sentyabr 2022-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatətin təmin edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1179/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1179/2024
12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver