Məhkəmə qərarları › İş №1(102)-118/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-118/2021

12.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-118/2021 12.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəz oğlunun iştirakı ilə xx xxxx 1996-cı il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hal hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin (bundan sonra CM-in) 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sabirabad Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən (hakim F.N.Pənahov) Məhkum2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx xxxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin Məhkum1 da m əhkum olunmuşdur. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum2, zərərçəkmiş şəxslər tərəfindən apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən), Ə.Ə.Novruzov və E.Ə.Camalov) apellyasiya şikayətləri təmin edilməmiş, Sabirabad Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 özgə əmlakını gizli talamaq məqsədi ilə qabaqcadan əlbir olub bir qrup təşkil edərək xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək olan müddət ərzində ayrı-ayrı vaxtlarda və ayrı-ayrı yerlərdən, o cümlədən saxlanc yerinə qanunsu z daxil olmaqla zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs5, X7, Zərərçəkmiş şəxs7, X4, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs4 məxsus ümumi dəyəri 33.400 manat təşkil edən iri buynuzlu heyvanları gizli olaraq talamışlar. Belə ki, təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 özgə əmlakını gizli talamaq məqsədi ilə qabaqcadan əlbir olub qrup təşkil edərək, xx xxxxxx 2018-ci il tarixdə günorta saatlarında təqsirləndirilən şəxs X1 şəhəri nəzarətsiz otlayan Sabirabad şəhər sakini Zərərçəkmiş şəxs8 məxsus hər birinin qiyməti 2500 manat olan 2 baş inəkləri qabağına qataraq digər təqsirləndirilən şəxs Məhkum1un ünvan 2 ünvanında yerləşən evinin həyət darvazası qarşısına gətirmiş, daha sonra aralarında olan rol bölgüsünə əsasən Məhkum1 yaşadığı evin həyət darvazasını açaraq həmin inəkləri həyətinə salmaqla, cəmi 5000 manat məbləğdə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişlər Bundan başqa, onlar, təkrarən, özgə əmlakını gizli talamaq məqsədi ilə qabaqcadan əlbir olub qrup təşkil edərək, 24 fevral 2018-ci il tarixdə saat 20 radələrində Sabirabad rayon Xəlfəli kəndinə gələrək həmin kənddə yaşayan Zərərçəkmiş şəxs3 məxsus evin həyətyanı sahəsində mal-qara Saxlanması üçün tikilmiş tövlənin arxa qapısının bağlanmış ipini alışqanla yandırıb qapını açaraq saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 1000 manat olan iki baş dişi dananın kəndirindən tutaraq tövlədən çıxarıb asfalt yolun kənarı ilə Məhkum1 yaşadığı evin həyətinə gətirməklə, cəmi 2000 manat məbləğdə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişlər. Bundan başqa, onlar, təkrarən, özgə əmlakını gizli talamaq məqsədi ilə qabaqcadan əlbir olub qrup təşkil edərək xx xxxx 2018-ci il tarixdə saat 22 radələrində Sabirabad rayon Xəlfəli kəndinə gələrək həmin kənddə yaşayan Zərərçəkmiş şəxs10 məxsus evinin həyətyanı sahəsinə qanunsuz daxil olaraq oradan qiyməti 1600 manat olan bir baş inəyi kəndirindən tutaraq həyətdən çıxarıb asfalt yolun kənarı ilə Məhkum1 yaşadığı evin həyətinə gətirməklə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişlər. Bundan başqa, onlar, təkrarən, özgə əmlakını gizli talamaq məqsədi ilə qabaqcadan əlbir olub qrup təşkil edərək, xx xxx 2018-ci il tarixdə günorta saatlarında Məhkum1 yaşadığı evdə olan zaman, Məhkum2 Sabirabad şəhəri S.Vurğun küçəsində nəzarətsiz otlayan Sabirabad şəhər sakini Zərərçəkmiş şəxs5 məxsus qiyməti 1500 manat olan 1 baş inəyi və X2 məxsus qiyməti 2000 manat olan 1 baş inəyi qabağına qataraq Məhkum1 yaşadığı ünvan1 həyət darvazası qarşısına gətirmiş, daha sonra aralarında olan rol bölgüsünə əsasən sonuncu, yaşadığı evin həyət darvazasını açaraq həmin inəkləri həyətinə salmaqla, cəmi 3500 manat məbləğdə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişlər. Bundan başqa, onlar, təkrarən, özgə əmlakını gizli talamaq məqsədi ilə qabaqcadan əlbir olub qrup təşkil edərək, xx xxxx 2018-ci il tarixdə günorta saatlarında Məhkum1 yaşadığı evdə olan zaman, Məhkum2 Sabirabad şəhəri ərazisində nəzarətsiz otlayan Sabirabad rayonu Cavad kənd sakini Zərərçəkmiş şəxs7 məxsus hər birinin qiyməti 2000 manat olan 2 baş inəkləri qabağına qataraq Məhkum1 yaşadığı ünvan2 evin həyət darvazası qarşısına gətirmiş, daha sonra aralarında olan rol bölgüsünə əsasən sonuncu, yaşadığı evin həyət darvazasını açaraq həmin inəkləri həyətinə salmaqla, cəmi 4000 manat məbləğdə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişlər. Bundan başqa, onlar, təkrarən, özgə əmlakını gizli talamaq məqsədi ilə qabaqcadan əlbir olub qrup təşkil edərək, xx xxxx 2018-ci il tarixdə günorta saatlarında Məhkum1 yaşadığı evdə olan zaman, bacısı oğlu Məhkum2 Sabirabad şəhəri ərazisində nəzarətsiz otlayan Saatlı rayonu Yeni Novruzlu kənd sakini Zərərçəkmiş şəxs2 məxsus hər birinin qiyməti 1800 manat olan 2 baş və qiyməti 1400 manat olan 1 baş inəkləri qabağına qataraq Məhkum1 yaşadığı ünvan2 həyət darvazası qarşısına gətirmiş, daha sonra aralarında olan rol bölgüsünə əsasən son uncu, həyət darvazasını açaraq həmin inəkləri həyətinə salmaqla, cəmi 5000 manat məbləğdə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişlər. Bundan başqa, onlar, təkrarən, özgə əmlakını gizli talamaq məqsədi ilə qabaqcadan əlbir olub qrup təşkil edərək, xx xxxx 2018-ci il tarixdə günorta saatlarında Məhkum1 yaşadığı evdə olan zaman, Məhkum2 ünvan nəzarətsiz otlayan Sabirabad şəhər sakini Zərərçəkmiş şəxs9 məxsus hər birinin qiyməti 2500 manat olan 2 baş inəkləri qabağına qataraq Məhkum1 yaşadığı ünvan2 həyət darvazası qarşısına gətirmiş, daha sonra aralarında olan rol bölgüsünə əsasən sonuncu, həyət darvazasını açaraq həmin inəkləri həyətinə salmaqla, cəmi 5000 manat məbləğdə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişlər; Bundan başqa, onlar, təkrarən, özgə əmlakını giz li talamaq məqsədi ilə qabaqcadan əlbir olub qrup təşkil edərək, xx xxxx 2018-ci il tarixdə günorta saatlarında Məhkum1 yaşadığı evdə olan zaman, Məhkum2 Sabirabad şəhəri İ.İsgəndərov küçəsində nəzarətsiz otlayan Sabirabad şəhər sakini Zərərçəkmiş şəxs4 məxsus hər birinin qiyməti 1200, 1500 və 1800 manat olmaqla 3 baş inəkləri qabağına qataraq Məhkum1 yaşadığı ünvan2 həyət darvazası qarşısına gətirmiş, daha sonra aralarında olan rol bölgüsünə əsasən sonuncu, həyət darvazasını açaraq həmin inəkləri həyətinə salmaqla, cəmi 4500 manat məbləğdə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişlər. Bundan başqa, onlar, təkrarən, özgə əmlakını gizli talamaq məqsədi ilə qabaqcadan əlbir olub qrup təşkil edərək, xx xxxxxx 2018-ci il tarixdə günorta saatlarında Məhkum1 yaşadığı evdə olan zaman Məhkum2 Sabirabad şəhəri ərazisində nəzarətsiz otlayan Saatlı rayonu Yeni Novruzlu kənd sakini Zərərçəkmiş şəxs11 məxsus qiymətləri 1300 manat və 1500 manat olan 2 baş inəkləri qabağına qataraq Məhkum1 yaşadığı ünvan2 həyət darvazası qarşısına gətirmiş, daha sonra aralarında olan rol bölgüsünə əsasən sonuncu, həyət darvazasını açaraq həmin inəkləri həyətinə salmaqla, cəmi 2800 manat məbləğdə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişlər. Kassasiya şikayətinin dəlilləri: Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarın dəyişdirilməsi və barəsində humanist və ədalətli qərar qəbul edilməsi xahiş olunur. Məhkum2 qeyd edir ki, ona qarşı irəli sürülmüş ittiham ibtidai istintaq və məhkəmə baxışı zamanı tam sübuta yetirilməmiş, zərərçəkmiş şəxslərin və vacib olan şahidlərin məhkəmədə iştirakı tam təmin edilməmişdir. Məhkum2 həmçinin hesab edir ki, məhkəmə ona cəza təyin edərkən himayəsində 4 nəfər şəxsin, o cümlədən xəstə və işsiz valideynlərinin olmasını nəzərə almamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.İmranovun çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassa siya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində barəsində olan cinayət işinin tam araşdırılmaması, habelə cəzanın ağır olması mübahisə edilir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005 -ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “Ruis Torija İspaniyay a qarşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qə rarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Kassasiya şikayəti ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum2 əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni məhkumların özlərinin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatını n prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Cinayət işinin materiallarına əsasən, faktları müəyyən edən apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı iclasında tam, obyektiv və hərtərəfli araşdırılmış sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, Məhkum2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini t örətmişdir. Bu nəticəyə gələrkən məhkəmə kollegiyası işin halları ilə yanaşı həmçinin maddi hüquq normalarının tələblərinə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli 1 saylı qərarına əsaslanır. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, Məhkum2 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi onun özünün və iş üzrə digər məhkum edilmiş şəxs Məhkum1 ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 ifadələri, şahidlər X3, X15 və X5 ifadələri və iş materiallarında olan istintaq hərəkətlərinə dair digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama kimi qiymətləndirilir. Həmin məcəllənin 177.2.1-ci maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; CM-nin 177.2.2-ci maddəsində cinayət təkrar törədildikdə və həmin məcəllənin 177.2.3-cü maddəsində yaşayış sahəsinə, habelə binaya, anba ra və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə görə məsuliyyət müəyyən edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinə tam uyğundur. Məhkum еdilmiş şəхs Məhkum2 cəzа təyin еdilməsi ilə kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edi lmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli o lmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məh kəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayətin xarakteri, ictimai-təhlü kəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum2 elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları əda lət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum2 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar