Məhkəmə qərarları › İş №1(102)-118/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-118/2023

01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-118/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum, məhkumun müdafiəçisi Müdafiəçi2 və Zərərçəkmiş şəxs5 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Günel Səmədova) 05 yanvar 2022ci il tarixli, 1(009)-12/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 7 (yeddi) ay 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 7 (yeddi) ay 10 (on) gün həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-in 79.1-ci maddəsinə əsasən Məhkum yaşca ən kiçik uşağı xx.xx.2010-cu il təvəllüdlü X1 on dörd yaşına çatanadək cəzanın çəkilməsi təxirə salınmışdır. 16 iyun 2022-ci il tarixdə Məhkum ərizə ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 yanvar 2022-ci tarixli hökmündən apellyasiya şikayəti verilmə müddətinin bərpa olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Günel Səmədova) 17 iyun 2022-ci il tarixli qərarı ilə Məhkum Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)- 12/2022 saylı, 05 yanvar 2022-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İmanverdi Şükürov (sədrlik edən və məruzəçi), Akif Eyvazov və Gündüz Abbasov) 09 avqust 2022-ci i l tarixli, 1(103)-1562/2022 nömrəli qərarı ilə Məhkum apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarından vaxtında şikayət verə bilməməsinin üzrlü səbəbi 2020-ci ilin fevral ayından etibarən dünyada və Azərbaycan Respublikasında COVİD-19 pandemiyasının yayılması və COVİD-19 virusuna yoluxması olmuş, səhhətinin isə ağır olması ilə əlaqədar vaxtında apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, cinayət proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya şikayətinin başlıca dəlili apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətin əsassız olaraq təmin olunmamasıdır. Məhkəmə kollegiyası kassasiya şika yətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 7 (yeddi) ay 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 16 iyun 2022-ci il tarixdə Məhkum Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 yanvar 2022-ci tarixli hökmündən apellyasiya şikayəti verilmə müddətinin bərpa olunmasına dair ərizə ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş və sözügedən hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Mə hkəməsinin 17 iyun 2022-ci il tarixli qərarı ilə Məhkum barəsində olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2022-ci il tarixli qərarı ilə Məhkum apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli qərarı apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin qənaətlərini aşağıdakılara əsasən qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apelyasiya şikayəti və ya apelyasiya protesti apelyasiya şikayəti və ya apelyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda (yəni məhkumun həbsdə saxlanıldığı halda) isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Birinci instansiya məhkəməsinin məhkəmə iclası protokolundan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli hökmü Məhkum və onun müdafiəçisinin iştirakı ilə elan edilmiş, hökm elan edilərkən proses iştirakçılarına hökmdən şikayət vermək hüququ və müddəti izah edilmiş, bu məsələlər hökmün nəticəvi hissəsində də öz əksini tapmış, hökmün surəti Məhkum yaşadığı ünvana göndərilmiş, sonuncu köçdüyündən hökmü təqdim etmək mümkün olmamış və hökmün surəti 21 aprel 2022-ci il tarixdə Məhkum tərəfindən qəbzə imz a edilməklə qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən hökmdən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş 20 günlük prosessual müddətin axımı müddətindən üzrsüz səbəbdən 5 aya yaxın müddət keçmiş və məhkumun bu müddət ərzində apellyasiya şikayəti vermək imkandan məhrum edən hər hansı bir halın mövcud olması iş materialları ilə müəyyən olunmamışdır. Belə ki, məhkum tərəfindən təqdim edilmiş arayışdan müəyyən olunur ki, o "xxxx" MMC-də “Post long covid sindromu. Astenonevrotik sindromu” diaqnozla ambulator qayada müayinədən və müalicədən keçmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair vəsatətində göstərdiyi dəlilləri apellyasiya şikayətinin verilmə müddətini üzrlü səbəbdən buraxılması kimi qiymətləndirmək olmaz. Ona görə də Məhkum apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsinə dair vəsatəti əsassız olduğundan rədd edilməlidir. Apellyasiya məhkəməsi cinayət işinin materiallarına əsaslanaraq birinci instansiya məhkəməsinin qərarı ilə razılaşıb düzgün nəticəyə gəlmişdir ki, Məhkum tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblərə görə buraxıldığı öz təsdiqini tapmamışdır. Məhkumun apellyasiya şikayətini vaxtında verməsinə hər hansı bir maneə olmamışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apelyasiya şikayətinin və ya apelyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Kollegiya qeyd edir ki, iş materiallarından və kassasiya şikayətindən Məhkum Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli hökmündən qanunda nəzərdə tutulmuş müddətdə apellyasiya şikayəti verməsinə mane olan heç bir üzrlü səbəb müəyyən edilmir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən işə baxan məhkəmələrin Məhkum vəsatətinin təmin edilməməsi barədə gəldikləri qənaətlərini əsaslı hesab edir, kassatorun bununla bağlı dəlillərini isə əsassız olduğundan qəbul etmir. Beləliklə, məhkəmə kollegiyası cinayət proses iştirakçılarının çıxışlarını dinləyib, kassasiya şikayətinin dəlil lərini cinayət işinin materiallarında olan sənədlərlə müqayisəli tədqiq edib bütün halları müzakirə edərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və Məhkum apelyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual mü ddətin bərpasından imtina olunması barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar