Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-118/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CM-in və ya CM-in) 206.3.2 və 234.4.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyul 2022-ci il tarixli, 1(103)-576/2022 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum Təqsirləndirilən şəxs1 2 oktyabr 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 müalicə alm aqla cəza çəkir.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs1 2019-cu ilin sentyabr ayında Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilərək göndərilməsi barədə cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2lə birlikdə istintaqla müəyyən edilməmiş şəraitdə X4 tərkibində həşiş qatranı narkotik vasitəsinin miqdarı şəxsi istehl ak miqdarından artıq miqdarda- 23,805 qram təşkil edən ümumilikdə 45 ədəd elektron siqaret üçün müştükləri sifariş vermiş, buna uyğun olaraq cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş və X2 üzvü tərkibində həşiş qatranı narkotik vasitəsinin miqdarı şəxsi istehlak miqdarından artıq miqdarda 23,805 qram təşkil edən ümumilikdə 45 ədəd elektron siqaret üçün müştükləri malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə digər mal görüntüsünü verilməsi məqsədilə üzərində “puzzle” sözü yazılmış 3 ədəd oyuncaq qutuda yerləşdirib saxlamaqla gizlətmiş və “EMS” poçt daşımaları şirkəti vasitəsi ilə ölkə ərazisində qrupun üzvü Təqsirləndirilən şəxs2 adına və ona məxsus ***-***-**-** saylı mobil telefon nömrəsini qeyd etməklə ünvanına göndərilməsi üçün 22 oktyabr 2019-cu il tarixdə ABŞın Mayami ştatında poçt şöbəsinə təhvil verərək qanunsuz daşınmasını təşkil etmiş, öz növbəsində qrupun üzvü Təqsirləndirilən şəxs2 izləmə kodu EZ163064535US olan həmin göndərişin hərəkət trayektoriyasını internet vasitəsilə izləmiş və 27 noyabr 2019cu il tarixdə saat 16 radələrində tərkibində 23,805 qram həşiş qatranı narkotik vasitəsi olan 45 ədəd elektron siqaret üçün müştüklərin poçtla Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olmuş, 28 noyabr 2019-cu il tarixdə saat 11 radələrində Bakı şəhərinin Nəsimi rayonu, Droqal dongəsi məhəllə 702 ünvanında yerləşən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Poçt Göndərişləri” gömrük postunda qaçaqmalçılıq yolu ilə keçirilmiş tərkibində 23,805 qram həşiş qatra nı narkotik vasitəsi olan 45 ədəd elektron siqaret üçün müştüklər gömrük nəzarəti zamanı aşkar edilərək gömrük qanunvericiliyinə uyğun götürülmüş, elə həmin tarixdə qeyd olunan bağlamanın çatmasına dair qrupun üzvü Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə "xxxx" MMCdən SMS daxil olduqdan sonra qrupun üzvü Təqsirləndirilən şəxs2 bu barədə Təqsirləndirilən şəxs1 məlumat vermiş, cinayətkar bölgüyə uyğun olaraq Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsi ilə həmin tarixdə saat 17 radələrində Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Poçt Göndərişləri” gömrük postuna getmiş və içərisində narkotik vasitənin yerləşdirilərək saxlanıldığı bağlamanı satış məqsədi ilə qanunsuz olaraq əldə edərkən gömrük əməkdaşları tərəfindən saxlanılmışdır.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X9 (sədrlik edən), X13 və X5 ibarət məhkəmə tərkibində) 30 dekabr 2021-ci il tarixli, 1(101)-592/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 206.3.2 və 234.4.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, ona Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə 6 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cəzaların qismən toplanılması və qəti olaraq 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan müalicə üç ün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və ərazi narkoloji dispanserdə qeydiyyata alınması, azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 29 aprel 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, hökmlə həmçinin digər Təqsirləndirilən şəxs2 məsuliyyət məsələsi, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir
4. Birinci instansiya məhkəməsinin həmin hökmündən narazı qalan məhkum Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunması, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli hökmünün ləğv edilərək, cinayət işinə yenidən baxılmasının təmin edilməsini xahiş etmişdir.
5. Eyni zamanda birinci instansiya məhkəməsinin həmin hökmündən narazı qalan məhkum Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunması, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 1(101)592/2021 saylı hökmünün ləğv edilərək, ona bəraət verilməsi haqqında yeni məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X12 (sədrlik edən və məruzəçi), X11 və X3 ibarət məhkəmə tərkibində) 14 iyul 2022-ci il tarixli, 1(103)576/2022 nömrəli qərarı ilə məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin olunmaması, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli hökmün ün məhkum Təqsirləndirilən şəxs2 münasibətdə dəyişdirilməsi, məhkum Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 206.3.2 və 234.4.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının CM-in 206.3.2ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının CM-in 234.4.1-ci maddəsi ilə 6 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının CM-in 66.3-cü maddəsinə əsasən cəzaların qismən toplanılması və Təqsirləndirilən şəxs2 qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının CM-in 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 1(003)-184/202 0 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 qəti olaraq təyin edilmiş 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının, hazırkı hökmlə ona təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyul 2022-ci il tarixli, 1(103)-576/2022 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi4 tərəfindən kassasiya şikayəti verilmiş, şikayətin Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X14 (sədrlik edən və məruzəçi), X10 və X8 ibarət məhkəm ə tərkibində), 19 aprel 2023-cü il tarixli, 1(102)-561/2023 nömrəli qərarı ilə təmin edilməməsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 206.3.2 və 234.4.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyul 2022-ci il tarixli qərarının məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
8. Hazırda, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyul 2022-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi5 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
9. Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətinin dəlilləri qismind ə qeyd etmişdir ki, məhkum barəsində ədalətsiz və qeyri-obyektiv qərarlar qəbul edilmişdir. İşin halları göstərir ki, onun əməllərinə düzgün hüquqi qiymət verilməmişdir. Təqsirləndirilən şəxs1 ilk gündən verdiyi ifadələrdə bildirmişdir ki, o uzun müddətdir ki, yüngül, bitki narkotik vasitələrinin istifadəçisidir və daimi olaraq müxtəlif üsullarla narkotik vasitələri əldə edir. Bir müddət xarici ölkələrdə yaşayıb işləyərkən, hazırkı işdəki üsulla, dəfələrlə narkotik vasitəni əldə etmişdir az miqdarda, yəni istifadəçi miqdarında olduğundan heç bir zaman məsuliyyətə cəlb olunmamışdır, çünki heç bir zaman narkotik vasitələrinin satışı ilə məşğul olmamışdır. Təbii haldır ki, narkotik istifadəçisi olduğunu gizli olaraq, tam məxfi saxlamışdır. Lazım olan halda yalnız öz imkanlarından, öz sənədlər indən və vəsaitindən istifadə etmişdir. Zəruri ehtiyac yaranan hallarda isə uzun müddət tanıdığı, etibar etdiyi dostlarından, onların sənədlərindən istifadə etmişdir. Bu dəfədə belə bir zərurət yarananda, heç kimdə şübhə yaranmasın deyə öz dostu olan Təqsirləndirilən şəxs2 müraciət edərək, sifariş üçün onun sənədindən istifadə etmişdir. Təqsirləndirilən şəxs ifadələrində qeyd edir ki, öz şəxsiyyət vəsiqəsi müvəqqəti olmadığı üçün Təqsirləndirilən şəxs2 müraciət etmişdir onun şəxsiyyət vəsiqəsindən istifadə etmişdir. Orxana isə bildirmişdir ki, yeni tipli uşaq oyuncaqları sifariş edir. Faktiki olaraq narkotik vasitələrinin Bakı şəhərinə gətirilməsi barədə Təqsirləndirilən şəxs2 faktiki olaraq malın Bakıya gəlib çatan günü bilmişdir. Məqsədi o idi ki, onlar birgə həmin narkotik vasitəni is tifadə edəcəkdilər. Orxana əvvəlcədən ona görə bildirməyibdir ki, onun pasportundan istifadə etməyə icazə verməyə bilərdi. Eyni zamanda qeyd edir ki, gətirdiyi narkotik vasitə şəxsi istifadə miqdarındadır və onların ikisinə qısa müddətə kifayət edə bilərdi. Qeyd olunmalıdır ki, ona və Təqsirləndirilən şəxs2 narkotik vasitələrinin satışı ittiham olunmuşdur, yalnız iki nəfərlik sifariş etdiyi 23 qram narkotik vasitəyə qörə və ittiham tərəfin satış ilə əlaqədar heç bir subutu və dəlili yoxdur. Narkotik vasitələrin satışı ilə əlaqədar alıcılar müəyyən olunmalı idi, satış ilə əlaqədar satılan malın alıcıya çatdırılması və pulun alınmasına dair mexanizmlər müəyyən olunmalı idi, satılan malın qablaşdırılması və.s müəyyən olunmalı idi.
10. Müdafiə tərəfi olaraq hesab edir ki, təqsirləndirilən şəxs in əməlləri Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsüf olunub ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməli idi.
11. Kassasiya şikayətinin müəllifi məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 1(103)-576/2022 nömrəli qərarını ləğv edib işin tam, ədalətli və obyektiv araşdırılması məqsədi ilə yeni baxışa Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.
13. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətini müdafiə edib onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kolleg iyasından şikayətinin təmin edilməsini xahiş etdi.
15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
16. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 419-cu maddəsi müəyyən edir.
17. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hö km və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
18. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
19. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
20. Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətində məhkumun CM-in 206.3.2 və 234.4.1-ci maddələri ilə olan əməllərinin hüquqi tövsifini mübahisələndirmiş, tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər.
21. Odur ki, kollegiya məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi nin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyul 2022-ci il tarixli, 1(103)-576/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
22. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
23. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 CM-in 206.3.2 və 234.4.1-ci maddələri ilə təqsirli bilindiyi əməllərinin hü quqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
24. Belə ki, məhkum Təqsirləndirilən şəxs1 əməllərinin tövsifinin dəyişdirilərək mübahisələndirilməsi üzrə onun müdafiəçisi tərəfindən irəli sürülmüş dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə rədd olunması haqqında nəticəyə gəlmişdir.
25. Kollegiya qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisinin kassasiya şikayətində göstərdiyi dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq tədqiq edilmiş və bu tədqiqatın nəticəsi olaraq ağlabatan hesab edilməmişdir. Bundan əlavə, məhkum tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olması ittihamı qəbul edilməsə də, apellyasiya məhkəməsi tərəfindən cinayət işi materiallarında olan sübutlar, yəni təqsirləndirilən şəxsin qismən etirafedici ifadələri, şahid ifadələri, ekspert rəyi, müvafiq protokollar, maddi sübutlar və digər sübutlar tədqiq edilərək, iş üzrə əhəmiyyətli olan həmin sübutlarla qeyd edilən dəlil təkzib edilmişdir.
26. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun müdafiəçisinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apell yasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs1 cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
27. Kassasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi istintaqı və apellyasiya məhkəməsi baxışında hər bir sübut məhkəmə prosesində tədqiq edilmiş, qiymətləndirilmiş və qəbul edilmiş qərarlar məhz həmin sübutlara əsaslanmışdır. İş üzrə əhəmiyyət kəsb edən və ittihamın əsasını təşkil edən sübutların məhkəmə prosesslərində tədqiqi Azərbaycan Respublikası CPM-in tələblərinə uyğun aparılmışdır.
28. Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən kassasiya şikayətinin dəlilləri qismində kassasiya icraatı zamanı məhkəmə icla sında məhkum barəsində yüngülləşdirici hal kimi sadalanan, məhkəmələr tərəfindən nəzərə alınmadığı iddia edilən hallara münasibətdə kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sadalanan hallar (ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, törətdiyi cinayət əməlini etiraf etməklə əməlindən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində bir azyaşlı uşağının olması, ağır ailə vəziyyəti, ailəsinin yeganə qazanc gətirən üzvü olması və.s) araşdırılaraq qiymətləndirilmiş və məhkum Təqsirləndirilən şəxs1 barəsində hökmlə təyin edilmiş cəzanın məhkumun şəxsiyyətinə və ailəsinin həyat şəraitinə uyğun olmaqla, qanuni və ədalətli olması qənaətinə gəlinmişdir.
29. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansi ya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün məhkum Təqsirləndirilən şəxs1 münasibətdə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini m üzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs1 CM-in 206.3.2 və 234.4.1-ci maddələri ilə törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
31. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən müdafiəçinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyul 2022-ci il tarixli, 1(103)-576/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirlənd irilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyul 2022-ci il tarixli, 1(103)576/2022 nömrəli qərarı məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.