Məhkəmə qərarları › İş №1(102)-1180/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1180/2023

05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1180/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Nəbizadə Elvin Məzahir oğlunun iştirakları ilə x xxxx 1999-cu ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixl i hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.1-ci maddəsi ilə təqsirli bilinib, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən, Şəki Apellyasiya Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilərək 3 (üç) il 4 (dörd) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilən, hazırda məhkumluğu ödənilməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263-1.3cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2023-cü il tarixli qər arından məhkumun müdafiəçisi, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Nəbizadə Elvin Məzahir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər: R.Ə.Əliyev (sədrlik edən), B.M.Məmmədov və N.N.Mirzəyev) Məhkum - Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 15 noyabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər: A.M.Eyvazov (sədrlik edən), E.Ş.Hüseynov və İ.H.Şükürov) apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozub, ehtiyatsızlıqdan bir nəfər zərərçəkmiş şəxsin ölümünə, bir nəfər zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, bir nəfər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına, bir nəfər şəxsin sağlamlığına yüngül zərər vurulmasına, bir nəfər şəxsin i sə əmlakının zədələnməsinə səbəb olmuşdur. Belə ki, o xx.xx.2022-ci ildə saat 22:30-da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququnun sürücülük vəsiqəsi əsasında həyata keçirilməsinə dair tələbini pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Mercedes Benz C320” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 25-ci kilometrliyində, yolun İsmayıllı şəhərinin Ə.Ələkbərzadə küçəsindən keçən hissəsi ilə Göyçay rayonunun Qaraməryəm qəsəbəsi istiqamətində, saatda 100 kilometr sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haq qında” Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin yol hərəkəti iştirakçılarının yol hərəkəti üçün təhlükəsiz şərait yaratmaları, öz hərəkətləri və ya hərəkətsizlikləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, nəqliyyat vasitələrinin yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olmasına dair tələblərini pozaraq, yəni diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin dayanıqlı hərəkətini təmin etmək üçün avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri vaxtında y erinə yetirməli olduğu halda bunları etməyərək, yaşayış məntəqəsi daxilində avtomobili saatda 60 kilometrdən artıq sürətlə idarə edib hərəkətin intensivliyini, hərəkət istiqamətində görmə şəraitini nəzərə almamaqla, habelə hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə riayət etməyərək yol hərəkəti qaydalarını pozmuş, qeyd olunan tələblərin pozulması nəticəsində avtomobil yoldan sağ tərəfə çıxaraq, “Əyirçay” adlanan çayın üzərindəki yolun sağ kənarındakı qoruyucu betona, bundan sonra isə Məhsul Ailəvi İstirahət Kompleksinin qarşısındakı daş sütuna çırpılaraq dayanmış, yol nəqliyyat hadisəsi nəticəsində o, ehtiyatsızlıqdan avtomobilin arxa oturacağında əyləşmiş X4 daxili qanitirmə ilə müşayiət edilən sağ ağ ciyərin cırılması, sağ körpücük sümüyünün, sağdan İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların və çanaq sümüyünün qapalı yerdəyişən sınıqları, baş-beyinə qansızma, bədənin sıyrıq və qançırları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid bədən xəsarətləri alaraq xx.xx.2022-ci il tarixdə, saat 03:00-da aldığı xəsarətlərlə əlaqədar ağır travma nəticəsində daxili qanaxmadan İsmayıllı RMX-da ölməsinə, avtomobilin qabaq oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs2 müştərək travma, açıq kəllə-beyin travması, başbeynin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan alın sümüyünün, burun sümüyünün və sağ körpücük sümüyünün yerdəyişən sınığı, sağ üz sinirinin travmatik neyropatiyası, s ol gözün travmatik amovrozu, göz qapaqlarının dərialtı hematoması və göz alması konyuktivasının xemozu kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti almasına, avtomobilin arxa oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs1 L5 fəqərə cisminin sağ yan çıxıntısının, oma sümüyünün və S5 fəqərə qövsünün sınıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti almasına, avtomobilin arxa oturacağında əyləşmiş sərnişin Şahid sağ tərəfli Vİİİ qabırğanın yerdəyişməyən sınığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti almasına, eləcə də idarə etdiyi “Mercedes Benz C320” markalı **-SZ*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə avtomobilin sa hibi X5 on bir min manat maddi ziyan vurulmasına səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2023-cü il tarixli qərarının dəyişdirilməsi və Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsi və CM-in 62-ci maddəsi tətbiq olunmaqla ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və CM-in 70-ci maddəsi tətbiq olunmaqla həmin cəzanın şərti hesab olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı məhkuma cəza təyin edilməsinə dair hissədə ədalətsiz və sərtdir. Belə ki, aşağı instansiya məhkəmələri Məhkum baş vermiş hadisədən səmimi peşmançılıq hissi keçirməsini, əməlin ehtiyyatsızlıqdan törənməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə vurulmuş ziyanın tam şəkildə ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə və digər zərərçəkmiş şəxslərlə barışıq əldə olunmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halın olmamasını sadalasa da, cəza təyini zamanı kifayət qədər nəzərə almamışlar. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi E.Nəbizadənin, kassasiya şikayətinin təmin edil məməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya insta nsiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum məhkəmələr tərəfindən təyin edilmiş cəzanın sərt olması bildirilir. Ona görə də məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum təqsirliliyi ilə əlaqədar sübutların şərh olunmasını zəruri hesab etmir. Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən “Avtomobil, tram vay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda” cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsində “Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda” cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 263-1. 3-cü maddəsinə isə “Eyni əməllər CM-in 2631.1-ci maddəsində sadalanan əməllərin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması – beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsi n şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmi şdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarınd a məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəllə sinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkum barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, ölmüş zərərçəkmiş şəxsin anası olan hüquqi varisi ilə, eləcə də digər zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, həmçinin avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsini, yaşayış yeri üzrə müsbət səciyyələnd irilməsini, əməlindən peşman olduğunu bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi, habelə cəzanı ağırlaşdıran halların olmamasını düzgün nəzərə alaraq təqsirli bilindiyi CM-in 263-1.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş və Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar tapmamışdır. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 8-ci bəndində göstərilmişdir ki, CM-in 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində m üəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Odur ki, məhkəmə kollegiyası Məhkum barəsində CM -in 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az cəza təyin edilməsini məqsədə müvafiq hesab etmir. Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cəza təyini məsələsəni həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını düzgün nəzərə almış və Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əs aslar tapmamışdır. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması araşdırılmalıdır. 1. məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü 2. törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi 3. məhkumun şəxsiyyəti 4. cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə ya lnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Məhkəmə kollegiyası Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını qeyri-mümkün hesab edir. Qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Məhkəmə kollegiyası törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təqsirləndirilən şəxs Məhkum Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 126.1ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə onun 28 fevral 2020-ci il tarixdən 01 mart 2020-ci il tarixə və 23 sentyabr 2020-ci il tarixdən 13 noyabr 2020-ci il tarixədək həbsdə qaldığı, ümumilikdə 01 ay 23 gün çıxılmaqla, üzərində qalan 03 il 04 ay 07 gün müddətə azadlıqdan məhrum etmə cəzasının iki il sınaq müddəti ilə şərti olaraq tətbiq edilməsi və məhkumluğunun ödənilməməsi və barəsində olan cəza şərti olaraq tətbiq edildiyi müddətdə yenidən ehtiyatsızlıqdan ağır cinayət törətməsini nəzərə alaraq Məhkum cəza çəkmədən islah olunmasını mümkün hesab etmir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin a li məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şəki Apellyasiya Məhkəməs inin Cinayət Kollegiyasının 11 yanvar 2022-ci il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar