Məhkəmə qərarları › İş №1(102)-1180/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1180/2025

20.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1180/2025 20.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, xx xxx 1994-cü ildə Tovuz rayonu, Abulbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, ünvan 1 ünv anda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-162/2024 nömrəli 26 fevral 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim A.R.Tağıyev) 1(009)-205/2023 nömrəli 12 oktyabr 2023-cü il tarixli hökmü ilə Məhkum - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, onun 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəs inə əsasən, Məhkum 10 fevral 2023-cü il tarixdən 12 fevral 2023-cü il tarixədək 2 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 1 (bir) günü 2 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-162/2024 nömrəli 26 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər F.İ.Əyyubov (sədrlik edən), E.Ə.Mehdiyev və E.E.Rəhimov) apellyasiya şikayəti təmin edilməmiş. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci-maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Səb ail Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmə qərarlarına əsasən, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,052 qram və 4,441 qram olmaqla, ümumilikdə təmiz çəkisi 8,493 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla ünvan 2 ünvana daşımış, 10 fevral 2023-cü il tarixdə, saat 21:00 radələrində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda yerləşən DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinin inzibati binasına dəvət ol unmuş, orada həmin tarixdə saat 23:00-dən etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı, 2 ədəd kağız bükümdə xeyli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 4,052 qram və 4,441 qram olmaqla, ümumilikdə təmiz çəkisi 8,493 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi, hüquqlarını müdafiə etdiyi şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittihama bəraət verilməsi xahiş olunur. Kassasiy a şikayətində göstərilmişdir ki, Məhkum guya piyada vəziyyətdə hərəkətdə olarkən DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Halbuki qeyd edilən tarixdə və saatda müdafiə etdiyi şəxs etibarnamə əsasında idarə etdiyi BMW markalı avtomobildə hərəkətdə olmuş və bu zaman tanımadığı şəxslər qəfil onun avtomobilinin qarşısını kəsərək hərəkətini məhdudlaşdırmışlar, daha sonra iki nəfər həmin şəxslərin kobudcasına tələbi ilə Məhkum mülkiyyəti sayılan avtomobilinə soxulmuş və ondan “artıq-əksik” hərəkət etməməsini və onlarla birlikdə “idarəyə” gedəcəklərini demişlər. Gecə saatlarında müdafiə etdiyi şəxsi avtomobili ilə birlikdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirmiş və onu inzibati binanın “zirzəmi” deyilən yerinə salmışlar. M əhkum nə baş verdiyini, nə üçün burada olduğunu soruşduqda, "tezliklə hər şeyi biləcəksən” kimi kobud və etinasız cavablar verilmişdir. Məhkum qeyd edilən yerdə təxminən 20 nəfərə yaxın başqa şəxslərlə qapalı bir yerdə saxlamışlar. Müdafiə etdiyi şəxsin dediklərinə görə, digər saxlanılan şəxslərin əksəriyyəti fiziki zorakılığa məruz qalmış, bir çoxunun üz və burunları aldıqları zərbələrdən zədələnərək qanamış vəziyyətdə olmuşlar. Ətrafda baş verən bütün bu hallar müdafiə etdiyi şəxsə ağır psixi gərginlik vermiş, onu stressə salmış və qorxutmuşdur. Məhkum bu vəziyyətdə təxminən 4 saatdan çox saxlanılmış və sonradan onu həmin yerdən çıxararaq inzibati binanın koridoruna aparmışlar. Orada əvvəllər tanımadığı bir orta yaşlı kişini təqdim edərək, onun müdafiəçi olduğunu bildirmişlər. Bundan son ra, həmin şəxslər elə koridorda Məhkum yaxınlaşaraq əllərini onun şalvarının cibinə salaraq iki ədəd iri ölçülü sellofan torbaya bükülmüş bükümü qoymağa çalışmışlar və bu zaman ona, “bunlar sənindir, götürəcəksən, bu sənin üstündən çıxıb” deyə kobud şəkildə hədə-qorxu ilə bildirmişlər. Məhkum israrla bu bükümlərin ona aid olmadığını, onun üzərində heç bir qanunsuz əşyanın olmadığını bildirdikdə, ona qarşı zor tətbiq edərək, sol çiyin nahiyəsinə güclü yumruq vurmuş və onun istintaq otağına aparmışlar. Onlar istintaq otağına keçdikdə artıq saat səhərə yaxın 05:00 radələri olmuşdur. Bundan sonra istintaq otağında ona təqdim edilmiş vəkillə birlikdə, 4 nəfər polis əməkdaşı olmuşdur. Polis əməkdaşları Məhkum cibinə qoyduqları iri bükümlü iri çəkili maddələri qəbul etməyini bildirmiş, əks təqd irdə, onun “vəziyyətinin pis olacağını” demişlər. Bundan sonra istintaq materialına əlavə edilməsi üçün baxış keçirmək məqsədilə çəkilişə başlansa da, müdafiə etdiyim şəxs cibinə qoyulan qeyd etdiyi maddələrin ona aid olmadığını, bu hala etiraz etdiyini bildirdiyi üçün, çəkiliş polis əməkdaşları tərəfindən yarımçıq kəsilmişdir. Məhkum yenidən təziyiqlər başlanmış və ona ağır psixi-mənəvi təsirlər edilmişdir. Bir nəticənin olmadığını gördükdə polis əməkdaşları ona bu dəfə bayaqkına nisbətdə daha kiçik ölçülü iki ədəd bükümü öz üzərinə götürməsini, çəkilş edilməsini və bundan sonra atasının idarəyə dəvət ediləcəyini və onun elə bu gün azadlığa buraxacaqlarını israrla və kobud şəkildə tələb etmişlər. Baş verənlərdən sarsılan müdafiə etdiyi şəxs vəziyyətinin bundan da daha pis olacağını ehtima l edərək bu dəfə bu “təklifi” qəbul etmişdir. Bundan sonra Məhkum Bakı şəhəri Səbail Rayon Polis dərəsinin inzibati binasına gətirilmiş və orada müvəqqəti olaraq saxlanılmış, barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxıldı və Məhkum barəsində ittihamedici hökm çıxarıldı. Həmin hökmdən onun tərəfindən apellyasiya şikayəti verildi. Məhkəmə kollegiya tərəfindən şikayətə baxıldığı dövrdə maddi sübutun məhkəmə gətirilərək məhkəmə ekspertizası keçirilməsi və məhkəmə zalında elektron tərəzidə çəkilməsi vəsatətlə tələb edildi. Qeyd edilən narkotik vasitə kağız bükümdə elektron tərəzidə məhkəmə tərkibi tərəfindən çəkildi. Lakin bükümlər tələblərinə və xahişlərinə baxmayaraq təmiz çəkidə çəkilmədən kağız büküml ərlə bir yerdə çəkildi. Tərəfindən narkotik vasitələrin çəkilməsi üçün məhkəməyə ekspertlərin dəvət edilməsinə dair vəsatət verilsə də, vəsatət təmin edilmədi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qa nununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmiş lər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə bəraət verilməsi xahiş olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” əməlinə görə məsuliyyət nəzərdə tutur və bu əməl bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan d avranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə q ərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009- cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X2rşı” 9 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəf lərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn əliliyinə və insan hüquqlarına hö rmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamllğa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhk əmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsipləri uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətlən dirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Belə ki, məhkəmə qərarlarından görünür ki, aşağı instansiya məhkəməsində şəxsi axtarış və götürmə aparılan zamanı qeydə alınmış video ğörüntülərə baxış keçiril miş və müəyyən edilmişdir ki, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən 2 ədəd kağız bükümü çıxarıb təqdim edir. Bundan sonra şəxsin üzərinə fiziki axtarış keçirilir və bu vaxt şəxsin əynindəki həmin şalvarın sağ yan cibindən 1 ədəd üzərində ***-***-**-** nömrəli mobil nömrə olan “İphone” markalı mobil telefon, şəxsin özünə məxsus olan şəxsiyyət vəsiqəsi və 66 manat nağd pul aşkar olunaraq götürülür. Şəxsin təqdim etdiyi bükümlər açıldıqda onların içərisində açıq yasil rəngli, spesifik qoxuya malik olan narkotik vasitə marixuanaya bənzər kütlələrin olması müəvvən edilir. Şəxsin üzərindən aşkar edilmiş iki ədəd büküm zərfə qovularaq qablaşdırılır və zərf möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Həmin şə xs narkotik vasitə qurudulmuş marixuananın istifadəçisi olduğunu, aşkar edilmiş bükümləri 10 fevral 2023-cü il tarixdə Abşeron rayonu, Goradil kəndində “Vüqar” adlı şəxsdən aldığını və üzərində daşıdığını, həmin bükümlərdən başqa heç bir verdə narkotik vasitə saxlamadığını, “Vüqar” adlı şəxsin anket məlumatları barədə heç bir məlumatı olmadığını, həmin bükümlərin özünə məxsus olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, saxlanılan zaman polis əməkdaşları tərəfindən ona fiziki və psixi təsir göstərilmədiyini və saxlanılmamışdan əvvəl üzərinə baxış və axtarış keçirilmədiyini bildirir, bununla da istintaq hərəkətinin yekunlaşdırıldığı elan edilir və görüntü sona çatır. Məhkəmə qərarlarında istinad olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində n alınmış 11 fevral 2023-cü il tarixli 7/209 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Məhkum üzərindən...” yazıları və imzalar olan kağız paketdəki 2 (iki) ədəd açıq qəhvəyi rəngli kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 4,052 qram və 4,441 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 8,493 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələri götürülməsi və qalan kütlələrin geri qaytarılmasına dair 11 fevral 2023-cü il tarixli aktdan görünür ki, 4,052 q ram və 4,441 qram, ümumi çəkisi 8,493 qram qurudulmuş marixuana qəbul olunmuş, 0,1 qram nümunə götürülmüş və 8,393 qram geri qaytarılmışdır. Həmçinin, Səbail Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qərarına əsasən müdafiə tərəfinin vəsatəti əsasında təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə daxil olmuş 3-16-16/2-7/919 nömrəli 23 iyun 2023-cü il tarixli komisyon məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş MEM-ə məxsus 1 (bir) ədəd qəhvəyi rəngli kağız paketdə üzərində “Məhkum üzərindən aşkar edilmiş kütlələr...” yazıları və imzalar olan kağız paketdəki üzəri yapışqan lentlə bağlanmış 2 (iki) ədəd açıq qəhvəyi rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,002 qram və 4,391 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Ümumi çəkisi 8,393 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlələrin geri qaytarılmasına dair 23 iyun 2023-cü il tarixli aktdan görünür ki, marixuanaya oxşar 2 ədəd qəhvəyi rəngli kağız bükümlərdə 4,002 qram və 4,391 qram, ümumi çəkisi 8,393 qram qram qurudulmuş marixuanadan 0,1 qram nümunə üçün götürülmüş və 8,293 qram 11 iyul 2023-cü il tarixdə saat 17:20-də geri qaytarılmışdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsinin xx.xx.2023-cü il tarixli 1135 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Məhkum kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Məhkum müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Məhkum narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmçinin məhkumun törətdiyi əməl iş üzrə ifadə vermiş şahidlər Şahid1, Şahid2, Şahid1 ifadələrində də öz təsdiqini tapmışdır. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh verilmiş və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, məhkumun törətdiyi əməlin xeyli qdarda narkotik vasitəni satış məqsədi olmadan əldə etməsi kimi qiymətləndirilməsinin əsassız olmasına dair kassasiya şikayətində əks edilmiş mövqe həqiqəti əks etdirmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının 14-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmada n qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda və ya külli miqdarda və ya xüsusilə külli miqdarda bir neçə dəfə əldə etmə, saxlama, daşıma, emal etmə, hazırlama əməli hər bir əməldə narkotik vasitənin (psixotrop maddənin) miqdarı xeyli miqdar olduqda - CM-in 234.1-ci maddəsi, külli miqdar olduqda CM-in 234.4-1-ci maddəsi ilə tövsif olunmalır. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində CM-in 234.1-ci maddəsinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 234.1-ci maddəsi ilə tövsif edib onu həmin maddə ilə məhkum etmişlər. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasıya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassız dır. Cinayət işinin materiallarından da görünür ki, məhkum ibtidai istintaq zamanı təqsirini etiraf etmiş və baş vermiş cinayət hadisəsini məntiqi ardıcıllıqla müfəssəl şəkildə təsvir etmişdir. Müdafiə tərəfi məhkumun zor tətbiqi nəticəsində etiraf ifadəsi verməsini iddia etsə də, lakin bu məsələ də məhkəmələr tərəfindən qanunvericiliyin tələblərinə əsasən ətraflı yoxlanılmış və işgəncə faktı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən halları nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edi lmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı- ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azə rbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Kassasiya kollegiyası həmçinin məhkuma təyin edilmiş cəzaya münasibə tdə qeyd edir ki, cəza məhkumun törətdiyi əməlin sanksiyasına münasibətdə ədalətli təyin edilmişdir. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 fevral 2024-cü il tarixli qərarı qanuni v ə əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)162/2024 nömrəli 26 fevral 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar