Məhkəmə qərarları › İş №1(102)-1181/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1181/2019

25.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1181/2019 25.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: Əziz Cəfər oğlu Seyidov (sədrlik edən) İnqilab Maşallah oğlu Nəsirov (məruzəçi), Fərhad Kazım oğlu Əliyevdən ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib məhku m olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 avqust 2018-ci il tarixli qərarından Məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X11), Məhkum, xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 313-cü maddəsi liə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdi yindən cəza təyin edilməmiş, CM-in 308.1-ci maddəsi ilə ona 08 (səkkiz) ay 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həbsdə və ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla dərhal məhkəmə iclas zalında həbsdən azad edilmiş, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilmiş, Məhkum barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, məhkumdan 267 (iki yüz altmış yeddi) manat ekspertiza xərcinin alınaraq dövlət büdcəsinə keçirilməsi və mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki cavabdeh Zərərçəkmiş şəxs1-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi, mənzilin ipotekadan azad edilməsi və öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iddiasının baxılmamış saxlanılması hökm edilmişdir. İşin halları: Birinci instansiya məh kəməsinin hökmünə əsasən,Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 01 oktyabr 2012-ci ildən 16 dekabr 2014-cü ilədək ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 Acıq Səhmdar Cəmiyyətinin Kredit Departamentinin “Hüquqi şəxslərin kreditləşdirilməsi” Şöbəsinin müdiri vəzifəsində işləyərkən vəzifəli şəxs olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə vətəndaş tərəfindən kredit müqaviləsi üzrə olan borc tam ödənildikdən sonra daşınmaz əmlakın yüklülükdən azad olunması, borcun ödənilməsi barədə Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə təqdim edilməsi məqsədilə məktub layihəsi hazırlanmalı olduğu halda, Zərərçəkmiş şəxs1 Acıq Səhmdar Cəmiyyəti ilə müştəri Zərərçək miş şəxs2 arasında bağlanmış 26 sentyabr 2011-ci il tarixli 846 saylı kredit müqaviləsinə əsasən Bakı şəhəri, *************************** saylı mənzilinin ipoteka ilə yüklü edilməsinə, həmçinin 28 sentyabr 2011-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində ipoteka qeydiyyatına alınmasına və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 222.755 manat məbləğində qiymətləndirilməsinə, 11 aprel 2012-ci il tarixli 985 saylı kredit müqaviləsinə əsasən 22 oktyabr 2013-cü il tarixinə cəmi əsas borc 271.164,19 ABŞ dolları-həmin dövrün məzənnəsi ilə 212.701 manat, faiz borcu isə 37.800,52 ABŞ dolları-həmin dövrün məzənnəsi ilə 29.650 manat təşkil etməsinə, kredit məbləğinin tam ödənməməsinə baxmayaraq, Zərərçəkmiş şəxs1 İdarə heyətinin Sədrinin adından 22 oktyabr 2013-cü il tarixli 01/45-1 saylı rəsmi sənəd olan məktubu həmin tarixdə Zərərçəkmiş şəxs4ndə tərtib etdirməklə guya həmin əmlakın ipoteka yüklülüyündən azad edilməsinə dair sair şəxsi niyyətlə bilə-bilə yalan məlumatları məktuba daxil edib, törətdiyi saxtakarlığın aşkar olunmasını bank rəhbərliyindən gizlətmək məqsədilə və bu barədə razılığı tələb edilən daha iki şəxs, yəni mühasib və hüquqşünas tərəfindən rəhbərliyə məlumat veriləcəyindən ehtiyat edərək məktub layihəsini prosedura müvafiq olaraq imza etməklə razılaşdırılması üçün mühasib və hüquqşünasa təqdim edilməsinin qəsdən qarşısını alaraq yəni, məktubun arxasında sıra ardıcıllığı üzrə əvvəl bankın mühasibi imza etməli olduğu halda bu qaydanı pozub mühasib imzalamadığı qeyd olunan sənədə mühasibdən əvvəl “Departament Direktoru” sözlə rinin qarşısına imza etmiş, ondan sonra ardıcıllıq üzrə hüquqşünas imza etməli olduğu halda sənədin müvafiq qaydada imzalamasına məqsədli şəkildə şərait yaratmamış, bundan sonra qanunsuz əməllərini davam etdirərək Zərərçəkmiş şəxs1 Acıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədrinin imzasını istintaqla müəyyən edilməyən şəraitdə icra etdirməklə saxtalaşdırıb, həmin saxta məktubu "Bank Avrasiya” Acıq Səhmdar Cəmiyyətinin səlahiyyətli şəxslərinə göstərib onları sənəddə Zərərçəkmiş şəxs1 Acıq Səhmdar Cəmiyyəti sədrinin həqiqi imzasına oxşadılmaqla icra edilmiş imza ilə aldadıb inandırmaqla həmin sənədə möhür vurulmasına nail olmuş, nəticədə həmin məktub reyestr xidmətinə müvafiq kargüzarlıq xidməti vasitəsilə təqdim etdirdikdən sonra mənzil ipoteka yüklülüyündən azad edilərək alğı-satqı müqaviləs inə əsasən satılmaqla kredit müqaviləsinin təminatı kimi daşınmaz əmlak olan mənzilin Zərərçəkmiş şəxs1 Acıq Səhmdar Cəmiyyətinin sərəncamından çıxmasına səbəb olan, Zərərçəkmiş şəxs1 Acıq Səhmdar Cəmiyyətinin nüfuzuna xələl gətirən əməlləri ilə həmin Cəmiyyətin, həmçinin gələcəkdə krediti ödəyəcəyi təqdirdə ipoteka müqaviləsinə əsasən yüklü edilmiş girov əmlakını geri almaq imkanından məhrum etməklə fiziki şəxs Zərərçəkmiş şəxs2 hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuş, habelə rəsmi sənədlərə sair şəxsi niyyətlə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 və zərərçəkmiş hüquqi şəxs – mülki cavabdeh Zərərçəkmiş şəxs1-in nümayəndəsi X27 tərəfindən verilən apellyasiya şikayətlərinə əsasən iş ə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 noyabr 2017-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Həsən Əhmədov, hakimlər Mirpaşa Hüseynov və Vaqif Mursaqulovdan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 07 mart 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Hafiz Nəsibov, hakimlər Tahir Kazımov və Əli Seyfəliyevdən ibarət tərkibdə) zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 nümayəndəsi və vəkili Zərərçəkmiş şəxs3 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 noyabr 2017-ci il tarixli qərarı Zərərçəkmiş şəxs2 cinayət prosesində zərərçəkmiş şəxs qismində iştirakına və onun tərəfindən verilmiş apellyasiya şikayətinə xitam verilməsi barədə qərarı, habelə həmin tarixli yekun qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 avqust 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Namiq Eyyubov, hakimlər Əflatun Qasımov və Əmir Bayramovdan ibarət tərkibdə) Məhkum müdafiəçisi Müdafiəçi1, Zərərçəkmiş şəxs2 və zərərçəkmiş hüquqi şəxs – mülki cavabdeh Zərərçəkmiş şəxs1-in nümayəndəsi X27 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum barəsindəki Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2017-ci il tarixli hökmü Məhkum müdafiəçisi Müdafiəçi1, Zərərçəkmiş şəxs2 və zərərçəkmiş hüquqi şəxs – mülki cavabdeh Zərərçəkmiş şəxs 1-in nümayəndəsi X27 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 avqust 2018-ci il tarixli qərarından Məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassatorlar kassasiya şikayətini əsaslandıraraq qeyd etmişlər ki, məhkum 2007-ci ildən 2014-cü ilin dekabr ayınadək "Bank Avrasiya” ASC-də müxtəlif vəzifələrdə çalışmış, 2012-ci ilin oktyabr ayından adıçəkilən təşkilatın hüquqi şəxslərin kreditləşdirilməsi şöbəsinin müdiri olmuşdur. Hadisənin baş verdiyi dövrdə ASC-nin fiziki şəxslərin kreditləşdirilməsi şöbəsinin müdiri və kredit departamentinin direktoru vəzifələri vakant idi. Zərərçəkmiş şəxs1-nin İdarə Heyət inin sədr müavini A.İsmayılovun şifahi göstərişinə əsasən Kredit departamentindən xaric olunan məktubları tələb olunduqda o imza etmişdir. Kredit Departamentinə aid sənədlərə görə hər hansı bir məsuliyyət daşımamış, sənədlərə yalnız rəhbərliyin birbaşa göstərişi əsasında imza etmiş və bunun üçün ASC rəhbərliyi tərəfindən hər hansı bir əlavə ödəniş almamışdır. Belə ki, 2011-ci ildə öncədən tanımadığı Zərərçəkmiş şəxs2, B8 ASC-yə gələrək kredit götürmək arzusunda olduqlarını bildirmişlər. Kredit götürmək üçün adıçəkilən şəxslər Rasim Süleymanov adlı şəxsin vasitəçiliyi ilə birbaşa İdarə Heyətinin sədri F6 müraciət etmişlər. Təminat qismində Zərərçəkmiş şəxs2 məxsus ************************** ünvanında yerləşən daşınmaz əmlakı girov kimi təqdim etmişlər. Həmçinin istədikləri kreditin miqdarı böyük olduğu üçün Məmmədov daha bir əmlak, ******************** ünvanında yerləşən evi də girov kimi təqdim etmişlər. Həmin mənzil X14 adlı şəxsin mülkiyyətində olduğuna görə Zərərçəkmiş şəxs2 adına tam səlahiyyətli etibarnamə verilmişdi. Lakin Zərərçəkmiş şəxs1-nin rəhbərliyinin göstərişi ilə təşkilatlarında yalnız mülkiyyətçinin özü ilə müqavilə imzalanırdı və etibarnamə üzrə nümayəndəliyə icazə verilmirdi. Ancaq adıçəkilən şəxslərin dəfələrlə İdarə Heyətinin sədri F6 müraciətindən sonra rəhbərlik etibarnamə əsasında ipoteka müqaviləsinin imzalanmasına icazə verdi. Beləliklə, bu hal həm onun vəzifəsində olan şəxsin bunu etməyə səlahiyyətinin olmadığına və kredit götürənlərin birbaşa rəhbərliyə yaxın adam olmalarına bariz sübutdur. Habelə, hər iki əmlakın ipoteka ilə yüklülük müqaviləsi i mzalandıqdan sonra Zərərçəkmiş şəxs2 2011-ci il tarixdə 450.000 ABŞ dolları, 2012-ci il tarixdə isə 75.000 ABŞ dolları, toplam 525.000 ABŞ dolları kredit verilmişdir. Kassator hesab etmişdir ki, Zərərçəkmiş şəxs2, B8 və R6 bank rəhbərliyi yaxın münasibətdə olduğu yuxarıdakılara əsasən tam sübuta yetirilir. Kassator həmçinin, bildirmişdir ki, onun təqsirləndirildiyi əməli törətməyinin heç bir məntiqi əsası yoxdur. Belə ki, Zərərçəkmiş şəxs2, B8 və R6 həm hazırki iş üzrə aparılan məhkəmələrdə, habelə B8 cinayət işi üzrə verdikləri ifadələrdə ona hər hansı bir mənfəət verdikləri haqda deyilmir. Beləliklə, kassator hesab etmişdir ki, əgər onun mənfəəti olmamışdırsa, yalnız müştəri münasibəti olan insanlar üçün niyə saxta sənəd hazırlamalıydı? Habelə bildirmişdir ki, şahid qismində ifadə verən şəxslər zərərçəkmiş Zərərçəkmiş şəxs1nin əməkdaşlarıdır, yəni zərərçəkmişdən asılılığı olan şəxslərdir. Bu səbəbdən də düşünmüşdür ki, onların verdikləri ifadələr şübhə altındadırlar. Lakin bütün bunlara baxmayaraq şahid ifadələri arasında kəskin ziddiyətlər mövcuddur. Belə ki, Zərərçəkmiş şəxs1-nin həmin dövrdə İdarə Heyətinin sədri olmuş X15 şahid qismində verdiyi ifadədə bildirmişdir ki, saxta hesab edilən bankın 01/45-1 saylı 22 oktyabr 2013-cü il tarixli məktubuna ƏMDK-nin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən hər hansı bir cavab verilmədiyi üçün onlarda ipotekadan çıxma haqda hər hansı bir məlumat olmamışdır. Bu səbəbdən də ödənişilərin gecikdirilməsinə baxmayaraq, onlar yalnız 2015-ci ildə məhkəməyə müraciət etmişlər. Lakin, elə həmin qərarın sübutların sadalanması hissəsind ə ƏMDK-nin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktub mövcuddur. Adıçəkilən sənəddə bildirilir ki, zərərçəkmiş təşkilatın 01/45-1 saylı 22 oktyabr 2013-cü il tarixli məktubuna ƏMDK-nin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 08.11.2013-cü il tarixdə verdiyi cavabı bankın etibarnamə üzrə nümayəndəsi A6 08.11.2013-cü il tarixdə qəbul etmişdir. Beləliklə, Zərərçəkmiş şəxs1-nin həmin dövrdə idarə heyətinin sədri olmuş X15 məhkəməyə şahid kimi yalan ifadə vermişdir. Bank rəhbərinin bu cür ifadəsindən sonra ondan asılı vəziyyətdə olan digər şahidlərin ifadəsi də inandırıcı görünmür. Məhkəmə iş materialında olan ekspert rəyinə əsasən mübahisəli sənəddə olan möhür banka məxsusdur. Şahid qismində ifadə verən bankın maliyyə departamentinin direktoru X4 bildirm işdir ki, bankın möhürü həmişə onda olur. Beləliklə, bankın maliyyə vəziyyətinə birbaşa cavabdeh şəxs olan habelə vəzifəcə ondan yüksəkdə duran departament direktoru möhürü vurduğunu etiraf edir. Kassatorlar qeyd etmişlər ki, işə baxan məhkəmələr sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verməmiş və onu törətmədiyi cinayətdə təqsirli bilmişlər. Kassatorlar kassasiya şikayətində göstərilənlərə əsasən məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 avqust 2018-ci il tarixli qərarının ləğv edilməsini və Məhkum barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək kassasiya şikayətinin təmin edilməməsi barədə iş üzrə dövlət ittihamçısı K6 çıxışını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instan siyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassatorlar kassasiya şikayətində işə baxan məhkəmələr tərəfindən sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmədiyini və məhkumun barəsində əsassız olaraq ittiham hökmü çıxartdıqlarını vurğulayaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 avqust 2018-ci il tarixli qərarının ləğv edilməsini və Məhkum barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası kassatorların d əlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin də dəlillərində göstərilmiş və apellyasiya instansiyası məhkəməsinin araşdırma predmeti olmuşdur. Cinayət işinin materiallarından görünür ki, məhkəmə araşdırmaları zamanı Məhkum ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2007 dekabr-2014 dekabr tarixində Zərərçəkmiş şəxs1-də işləmişdir. 2007 dekabr-2009 sentyabr tarixində fiziki şəxslərin kreditləşdirilməsi şöbəsinin mütəxəssisi vəzifəsində, 2009 sentyabr-2012 oktyabr tarixində isə fiziki şəxslərin kreditləşdirilməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləmiş, 2012 oktyabr-2014 dekabr tarixində hüquqi şəxslərin kredi tləşdirilməsi şöbəsinin müdiri olmuşdur. O, “Hüquqi Şəxslərin kreditləşdirilməsi şöbəsinin müdiri” vəzifəsində çalışdığı zaman rəsmi vəzifə borcu hüquqi şəxslərin kreditləşdirilməsinin icrasını həyata keçirməkdən ibarət olmuşdur. Həmin dövrdə Bankda fiziki şəxslərin kreditləşdirilməsi şöbəsinin müdiri və kredit departamentinin direktoru vəzifələri boş olduğundan kredit departamentinə daxil olan və departamentdən xaric olan sənədlərdə departament direktorunun əvəzinə heç bir rəsmi əmr və göstəriş olmadan idarə heyətinin sədr müavini A6 şifahi göstərişlərinə uyğun olaraq o, ştrix qoyub imza atırdı. O, bunu departament direktoru olmadığından mütəxəssis ilə rəhbərlik arasında ötürücü mərhələnin labüdlüyü ilə izah edirdi və düşünürdü ki, bu formal xarakter daşıyır. Ona görə də, rəhbərliyin tə ləbinə əməl edirdi. 2014-cü ilin dekabr ayında öz xahişi ilə işdən azad olunmuşdur. Vəzifəsinin adından da göründüyü kimi fiziki şəxslərin təqdim etdiyi sənədlərin dürüstlüyünün və götürdüyü kreditlərin qaytarılmasının yoxlanılması onun vəzifə borcuna daxil deyildir. Zərərçəkmiş şəxs2 B8 ilə birlikdə banka gələrək, sahibkar fiziki şəxs qismində dövriyyə vəsaitlərinin alınması və ya artırılması məqsədilə öz adına Zərərçəkmiş şəxs1-dən kredit götürmək üçün 2011-ci ilin sentyabr ayında R6 adlı bir şəxsin vasitəsi ilə bankın idarə heyətinin sədri F6 dəfələrlə müraciət etmişlər. Götürmək istədiyi kreditin təminatı qismində Zərərçəkmiş şəxs2 mülkiyyət hüququ ilə özünə məxsus ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakı və mülkiyyət hüququ ilə B8nın bacısının həyat yoldaşı X6 məxsus ünvan 5 ünvanın da yerləşən daşınmaz əmlakı-mənzili təqdim etmişdir. X1 daimi işdə çalışdığına görə həmin dövrdə Azərbaycanda olmamışdır. Zərərçəkmiş şəxs2 T6 adından verilən 24.08.2011-ci il tarixli 275160 saylı baş etibarnaməni Banka təqdim edərək həm özünə, həm də T.Qarayevə məxsus mənzilləri ipotekaya qoyaraq, kreditin şəxsən onun adına rəsmiləşdirilməsini istəmişdir. Zərərçəkmiş şəxs1-nin təcrübəsində hər hansı əmlak ipotekaya qoyularkən, əmlakın rəsmi sahibinin iştirakı tələb olunurdu və onun adından hər hansı bir şəxsin baş etibarnamə ilə çıxış etməsinə icazə verilmirdi. Zərərçəkmiş şəxs2 və R6 dəfələrlə Bankın rəhbərləri F6 və A6 müraciətləri və təkidlə xahişləri nəzərə alınaraq, F6 və A6 yuxarıda göstərilən baş etibarnamənin əsasında Zərərçəkmiş şəxs2 girovqoyan şəxs kimi çıxış etməsinə icazə ver miş, beləliklə bank hər iki əmlakı girov götürməklə və R6 rəsmi zaminliyi ilə kredit götürən şəxs Zərərçəkmiş şəxs2 olmaqla fiziki şəxs qismində 450.000 (dörd yüz əlli min) ABŞ dolları məbləğində kreditin ayrılmasına razılıq vermişdir. Bu haqda müqavilə tərtib olunmuşdur. 2012-ci ilin aprel ayında Zərərçəkmiş şəxs2 əlavə 75.000 (yetmiş beş min) ABŞ dolları məbləğində kredit almaq üçün yenidən Banka müraciət etmişdir. Bankın rəhbərliyi həmin əmlaklar girovda qalmaq şərti ilə və özünü Zərərçəkmiş şəxs2 həyat yoldaşı kimi təqdim edən B8nın rəsmi zaminliyi əsasında bu krediti ayırmışdır. Sonradan bank rəhbərliyinə məlum olmuşdur ki, T6 adından verilən 24.08.2011-ci il tarixli 275160 saylı baş etibarnamə saxtadır və həmin əmlak qanunsuz girov qoyulub və Zərərçəkmiş şəxs2 verilən kreditin təmina tı ola bilməz. Bunu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 2 noyabr 2015-ci il tarixli 20480 saylı ekspertiza rəyində də görmək olar. Müəyyən olunmuşdur ki, etibarnamə verilən zamanı bu prosessdə X14 ümumiyyətlə, iştirak etməmişdir. Beləliklə, təsdiq olunmuşdur ki, Zərərçəkmiş şəxs2 A6 ilə əlbir olub əvvəlcədən razılaşaraq saxta sənəd (T.Qarayevin adından verilən baş etibarnamə) istifadə etməklə Zərərçəkmiş şəxs1-dən 2011-ci ilin sentyabr ayında 450.000 (dörd yüz əlli min) ABŞ dolları, 2012ci ilin aprel ayında isə 75.000 (yetmiş beş min) ABŞ dolları, ümumilikdə, 525.000 (beş yüz iyirmi beş min) ABŞ dolları məbləğində krediti alıb mənimsəyərək, bununla adıçəkilən banka qarşı təkrarən külli miqdarda dələduzluq yolu ilə zərər yetirmişlər. Bu cür əməllərə görə cinay ət məsuliyyəti AR CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulur. Başqa zərərçəkmişlərin, həmçinin Zərərçəkmiş şəxs2 barələrində cinayət əməllərinə görə 16 avqust 2016-cı il tarixdə Ağır cinayətlər üzrə məhkəmənin hökmü ilə A.Babaşova 11 (on bir) il müddətinə azadlıqdan məhrum edilmişdir. Lakin onun və Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1-yə qarşı dələduzluq əməllərinə heç bir hüquqi qiymət verilməmişdir. Zərərçəkmiş şəxs2 nəinki məsuliyyətə cəlb olunmuş, əksinə, zərərçəkmiş kimi tanınaraq, cəzasız qalmışdır. Halbuki həmin kredit borcu indiyə qədər ödənməyib və bu cinayət əməli bu günki günə qədər davam edir. Burdan görünür ki, Zərərçəkmiş şəxs2 krediti götürdüyü zaman ümümiyyətlə krediti tam qaytarmaq fikrində olmayıb. Hesab edir ki, bu qanunsuz və əsassızdır, Zərərçəkmiş şəxs2 bu hərəkətlər inə görə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bundan başqa özünün ifadəsindən bilindi ki, Zərərçəkmiş şəxs2 götürdüyü krediti təyinata uyğun olmayan şəkildə istifadə etmiş və kredit müqaviləsinin şərtini pozmuşdur. Bu Zərərçəkmiş şəxs2 tərəfindən Bank ilə bağlanmış müqavilənin şərtlərinə əməl edilməməsinin daha bir sübutudur. Zərərçəkmiş şəxs2la onun şəxsi əlaqəsinə gəlincə isə bank işçisi və müştəri kimi bir neçə dəfə telefon vasitəsi ilə əlaqə saxlamışlar. Lakin Zərərçəkmiş şəxs2 ilə üzləşmə zamanı onun dediyi kimi bu kreditin bağlanması barədə ona məlumat verməmişdir. Çünki bu cür məlumatları onlar müştəriyə telefon vasitəsi ilə yox, əyani şəkildə bildirmişdir. O dediyi tarixdən əvvəllər də, sonralar da onlar dəfələrlə telefon vasitəsilə əlaqə saxlamışlar. Bu bank praktikasında adi h aldır. Nəzərə almaq lazımdır ki, M6 bankdan krediti fiziki şəxs qismində götürmüşdür. Zərərçəkmiş şəxs1-nin İdarə Heyətinin sədr müavini və eyni zamanda kredit departamentinin kuratoru A6 fiziki şəxlərin kreditləşdirilməsi şöbəsinin aparıcı mütəxəssisi R6 həvalə edib ki, təcili olaraq məktub hazırlasın. R6 məktubun mətnini hazırlayıb və Bankın blankında çapa verib. Sonradan həmin Bankda katibreferent vəzifəsində çalışan M8 təqdim edib ki, sənədin arxasına ştamp vursun. R6 həmin ştampda icraçı yerinə imza atıb, departament direktoru yerində imza atmaq üçün ona verib və o ştrix qoyub imza etmişdir. Sonra aparıb F8 təqdim etmişdir ki, siyahıda adları qeyd olunan şəxslərə və sonda idarə heyətinin sədri F6imza etdirsin. Bir müddət sonra həmin gün A6 həmin məktub barədə ondan soruşdu və bildir di ki, bu iş təcilidir. O, isə öz növbəmdə bu barədə maraqlanmaq üçün F8 yaxınlaşdı və F8 yanında həmin məktubu imzalı, möhürlü gördüm. F8 eyni vaxtda bir neçə işlə məşğul olduğunu, başının başqa işə qarışıq olduğunu görüb və işin təcililiyini nəzərə alıb, ondan qeydiyyat nömrəsi istədi. Məktubun yuxarı hissəsində F8 dediyi qeydiyyat nömrəsini və tarixi qeyd edib yenidən ona təqdim etdi. Məktuba gəlincə qeyd etmiş ki, həmin məktub saxta deyil, əsas imza F8 məxsusdur və vurulan möhür də Bankın əsas möhürüdür. Hətta məktub saxta olsa belə, həmin məktubda kredit borcunun ödənilib-ödənilməməsi barədə heç bir məlumat yoxdur. Bu məktubla cinayət törədilməmiş əksinə, əmlakın əsl sahibi yəni X5 2011-ci ildə Zərərçəkmiş şəxs2 tərəfindən saxtakarlıqla pozulmuş mülkiyyət hüququ bərpa olunmuşdur. 01/4 5-1 nömrəli sənəd saxta hesab edildikdən sonra imzaların və möhürlərin saxta olub-olmaması barədə rəy almaq məqsədi ilə iş üzrə 2 dəfə ekspertiza keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertizası Mərkəzi 04 noyabr 2015-ci il tarixli 20554 nömrəli ekspertiza işi üzrə rəylə müəyyən edilmişdir ki, 22.10.2013-cü il tarixli 01/45-1 saylı məktubda tarix və nömrə hissəsindəki 22 oktyabr 2013 01/45-1 yazıları və məktubun arxasındakı ştampda departament direktoru qrafasındakı imza Məhkum, həmin ştampda icraçı qrafasındakı imza X7 məxsusdur. Bundan başqa həmin məktubda idarə heyətinin sədri F8 yazılarının qarşısındakı imza X15 tərəfindən deyil, onun həqiqi imzasına oxşadılmaqla başqa şəxs tərəfindən icra olunmuşdur. 21 noyabr 2016-cı il tarixində keçirilən 23448 nömrəli təkrar ekspertizada da eyni rəy yazılıb. O, Bankda işlədiyi 7 il ərzində F8 imzasını yaxşı tanımışdır, bir daha vurğulamış ki, həmin məktubdakı imza F8 məxsusdur. Lakin F8 ona məlum olmayan səbəblərdən imzanın ona məxsus olduğunu təkzib etmişdir. O, isə öz növbəmdə həmin imzanın onun tərəfindən icra olunduğuna əmin olaraq, bu rəylərlə razı deyil və buna görə iş üzrə həqiqətin üzə çıxmasına nail olmaq üçün, dəfələrlə Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin və AR DİN-nin Ekspertiza Mərkəzinin birlikdə təkrar komision xəttşünaslıq və texniki ekspertiza keçirilməsi barədə məsələ qaldırmışdır. Amma nəyə görəsə onun bu haqda xahişi istintaq tərəfindən nəzərə alınmayıb. Bundan başqa qeyd etmiş ki, onun bankda işlədiyi dövrdə DƏDRX-nə və Azərbaycan Respublikası DYP İdarəsinə bankdan əmlakın ip oteka ilə yüklü edilməsi və ya ipoteka yüklülüyündən azad olunması xahişi ilə yüzlərlə sənəd göndərilmişdir. Adını çəkdiyi idarələrə sorğu verib onun hüquqi şəxslərin kreditləşdirilməsi şöbəsinin müdiri işlədiyi dövr yəni 2012-2014-cü illər aralığında Bankdan daxil olan məktublar götürülüb araşdırılsa görünər ki, başqa məktublarda da qeydiyyat nömrəsi və tarix yerində onun xətti olan, arxasında da natamam imzalı ştamp və ya ümumiyyətlə ştamp vurulmayan sənədlər ortaya çıxacaq. Bununla əmin olunar ki, bu cinayət işinin mərkəzində duran məktub və ümumiyyətlə bu tipli məktublar bankın praktikasında daima olub, saxta deyil və reallığı əks etdirir. Onun ittiham olunduğu CM-nin 308.1 və 313-cü maddələrinə gəldikdə isə, 308.1-ci maddədə qeyd olunan Vəzifə saləhiyyətlərindən sui-istifadə, yəni vəz ifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi, fiziki və hüquqi şəxslərin hüquqlarına və qanun mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda-bununla bağlı qeyd edir ki, onun əməlinə heç bir cinayət tərkibi yoxdur, çünkü həmin əməllər heç kəsə, o cümlədən Banka və yaxud Zərərçəkmiş şəxs2 heç bir zərər ələxüsus mühüm zərər vurmamışdır. Kredit götürən şəxs məlumdur və götürdüyü kreditin qaytarılması barədə hər iki tərəfin yəni Bankın və Zərərçəkmiş şəxs2 adları, məsuliyyətləri qeyd olunan və tərəflər tərəfindən imzalanan kredit müq avilələri mövcuddur. Həmin kreditin təminatı qismində həm daşınmaz əmlak-mənzil ipoteka ilə yüklü edilmiş, həm də zaminlik müqavilələri tərtib olunub imzalanmışdır. Daşınmaz əmlak-mənzil Zərərçəkmiş şəxs2 məxsus ünvan 4 ünvanında yerləşir və hələ də Bank tərəfindən ipoteka ilə yüklü edilmişdir (AR Mülki Məcəlləsinin 24-cü fəslində, 460.2. maddəsində qeyd olunur ki, öhdəliyin icrasının təmin edilməsi barədə razılaşmanın etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Yəni başqa sözlərlə desək, kredit müqaviləsi əsas götürülür, təminat isə sadəcə sığortadır). Zaminlər isə B8 və bankın rəhbərliyi ilə Zərərçəkmiş şəxs2 arasında vasitəçi olan S6. (AR Mülki Məcəlləsinin 472.2. maddəsində qeyd olunur ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulma sı üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır). Beləliklə, həm A6, həm də R6 Bank qarşısında Zərərçəkmiş şəxs2 ilə eyni həcmdə maddi məsuliyyət daşıyır. Şəxsən A8 Zərərçəkmiş şəxs2 qarşı vurduğu maddi ziyana gəldikdə, məlum olduğu kimi Zərərçəkmiş şəxs2 həmin şəxsə qarşı 178.000 manat məbləğində mülki iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Bu məsələlərdə R6 fəal iştirak etməsinə baxmayaraq, onun hərəkətləri istintaq tərəfindən nəinki araşdırılmamış, hətta şahid qismində də dindirilib, istintaqa cəlb olunmamışdır. Dediklərindən belə nəticəyə gəlmək olar ki, onun tərəfindən nə banka, nə də Z ərərçəkmiş şəxs2 heç bir maddi və başqa zərər vurulmamışdır. Bankla Zərərçəkmiş şəxs2 mübahisəli məsələlərinə mülki qaydada baxılmalı, ancaq məhkəmənin qərarı ilə kreditin ödənilməmiş hissəsinə görə bankın və ya Zərərçəkmiş şəxs2 (ipoteka ilə yüklü edilən əmlak hesabına), yaxud zaminlərin məsuliyyət daşıması müəyyən edilməlidir. CM-nin 313-cü maddəsinə gəldikdə isə, həmin maddədə nəzərdə tutulan vəzifə saxtakarlığı ittihamı CM-nin 75-ci maddəsinə əsasən cəlbetmə müddəti artıq bitmişdir. Çünki bu cinayət əməlinə görə həmin müddət 2 (iki) ilədək nəzərdə tutulub. Onun törətməyində ittiham edilən cinayət əməli isə, o, əsassız təqsirli bilinsə belə, 2013-cü ilin oktyabr ayında baş verib və beləliklə, cəlbetmə müddəti 2015-ci ilin həmin ayında bitmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumu n ifadələrində göstərdiyi xüsusatlar və ona istinad edilən cinayət əməllərində təqsiri olmaması barədə kassatorların göstərdikləri dəlillər aşağıdakı sübutlarla təkzib edilir: Belə ki, məhkəmə araşdırmaları zamanı şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o, bank yaranan gündən, yəni 2007-ci ildən Zərərçəkmiş şəxs1-də idarə heyətinin sədri vəzifəsində işləmişdir. 2014-cü ilin may ayından hal-hazıradək isə müşahidə şurasının sədri vəzifəsində çalışır. İdarə heyətinin sədri olduğu müddətdə bankda olan bütün işlərə özü, eləcə də aidiyyatı müavinləri nəzarət etmişdir. Bankın işi öz qaydasında getmiş və sənədlər vaxtı-vaxtında hazırlanmışdır. Hansısa bir sənədin hazırlanması lazım gəldikdə o, həmin sahəyə nəzarət edən müavinə tapşırıq vermişdir. Müavin isə öz növbəsində departa ment direktoruna və ya şöbə müdirinə həmin işi həvalə etmişdir. Bundan sonra isə müəyyən sənədin hazırlaması barədə departament direktoru aparıcı-mütəxəssisə tapşırıq verir. Həmin sənədləri mütəxəssis hazırladıqdan sonra departament direktoruna təqdim etmişdir. Departament direktoru isə öz növbəsində həmin sənədi katibə F8 təqdim edir. F8 isə sənədin arxasına ştamp vurub aidiyyəti bank əməkdaşlarına imza etdirdikdən sonra həmin sənədi imza etdirmək üçün ona təqdim edir. Özü isə həmin sənədlə məlumatlı olduqda imza edir, məlumatlı olmadıqda isə müavinlərindən maraqlanıb soruşur. O, imza edərkən hər bir sənədi diqqətlə oxuyub sonra imza etmişdir. Yalnız onun və ya müavininin imzasından sonra sənədə möhür vurulur. Sonra həmin sənəd reyestr kitabında katibə-referent tərəfindən qeydiyyata alını r və aidiyyəti üzrə göndərilir. Boş blanka əvvəlcədən ştamp vurulması və ya tarix, nömrə yazılması qeyri-mümkün haldır. Maliyyə departamentinin direktoru məzuniyyətdə olmadığı zaman möhürün bu şəxsdən başqa bankın hər hansı bir digər əməkdaşında olması qeyri-mümkündür. Zərərçəkmiş şəxs1 ilə X14 arasında bağlanmış 26.09.2011-ci il tarixli, 846 saylı ipoteka müqaviləsinə dair sənədləri departament direktorunun vəzifəsini icra edən Məhkum hazırlamışdır və sənədlər ümumi olaraq bankın icraatında olmuşdur. O, Zərərçəkmiş şəxs1 tərəfindən 22 oktyabr 2013-cü il tarixli, 01/45-1 saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə verilmiş məktubu görməmişəm, həmin məktubdakı nömrə və yazının kim tərəfindən ic ra edilməsini isə bilmir. Əslində isə həmin nömrə və tarix katibliyin işidir. Həmin məktuba dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən yüklülükdən azad edilmə ilə bağlı cavab məktubu banka daxil olmamışdır. Lakin bir qayda olaraq bu kimi məktublara ən geci 20 gün müddətində aidiyyəti orqandan banka cavab məktubu daxil olmalıdır. Həmin məktubda İdarə Heyətinin sədri F6 sözünün qarşısında olan imzanı onun imzasına oxşatmaq istəsələr də, bu onun imzası deyildir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, o, 2007-ci ildən hazıradək idarə heyətinin sədr müavini vəzifəsində işləyir. İdarə heyətinin sədr müavini kimi bankın kredit və informasiya texnologiyal arı işlərinə nəzarəti həyata keçirmişdir. 2011ci ilin sentyabr ayında Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 banka kredit almaq üçün müraciət etmiş və 26 sentyabr 2011-ci il tarixdə ona, Zərərçəkmiş şəxs1-dən iki il müddətinə yəni 26 sentyabr 2013-cü ilədək 450.000 ABŞ dolları kedit verilmişdir. Sonra isə 07 aprel 2012-ci il tarixdə Zərərçəkmiş şəxs2 əlavə olaraq 75.000 ABŞ dolları iki il müdətinə, yəni 07 aprel 2014-cü ilədək kredit verilmişdir. Hər iki krediti Zərərçəkmiş şəxs2 təkbaşına almış və Bakı şəhərində dəqiq xatırlamadığım iki və ya üç yaşayış evini girov qoymuşdur. Həmin girovlardan biri Bakı şəhəri, ********************** küçəsində yerləşən mənzil olmuşdur. Bundan bir müddət keçdikdən sonra Zərərçəkmiş şəxs2 kreditin ödənilməsini mütəmadi olaraq gecikdirməyə başlamış və onun kred iti “problemli” kreditlər siyahısına düşmüşdür. Buna görə Zərərçəkmiş şəxs1-nin əməkdaşları tez-tez Zərərçəkmiş şəxs2 zəng vuraraq, krediti ödəməsini tələb etmişlər. Həmin vaxtlar Zərərçəkmiş şəxs2 tanışı A8 adlı xanımla gəlmiş və banka qalan kredit borcunun sonuncu tərəfindən ödəyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs2 həmin xanımı yaxın münasisibətdə oldğuğu şəxs kimi təqdim etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1-i A8 ilə zaminlik müqaviləsi bağlanmışdır. Sonradan bu məsələ ilə əlaqədar banka ödənişlərin olub-olmasını xatırlamır. Məhkəmə araşdırmaları zamanı şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, 01 avqust 2013-cü ildən hal-hazıradək isə Zərərçəkmiş şəxs1nın baş ofisində katib-referent vəzifəsində çalışır. Onun vəzifəsi zənglərə cavab vermək, daxil olan və çıxan m əktubların qeydiyyatını aparmaqdan ibarət olmuşdur. Bankdan çıxan istənilən sənədlər katibliyin reysterində, qeydiyyat jurnalında qeydə alınır, bundan sonra aidiyyatı struktur bölmələri tərəfindən viza qoyulduqdan sonra o, həmin sənədləri idarə heyətinin sədrinə və ya müavinə təqdim edir. Vizada hüquqşünas, mühasibat, icraçı, departamentin direktoru sözlərinin qarşısındakı qrafalara imza etmək üçün həmin vəzifəli şəxslərə müvafiq sənədlər onun tərəfindən aparılır və onlar da icra edirlər. Yalnız bundan sonra o, sənədləri idarə heyətinin sədrinə və ya müavinə imzalatdırır. Dörd qrafadan birində əgər imza yoxdursa o, bu kimi yəni, əmlakın yüklülüyə qoyulması və yüklülükdən azad edilməsi dair sənədi aparıb idarə heyətinin sədrinə imzalatdırmır. İdarə heyətinin sədri bilmədiyi sənədə heç vaxt imza etməmiş və hər bir sənədə diqqətlə baxmışdır. Zərərçəkmiş şəxs1 tərəfindən 22 oktyabr 2013-cü il tarixli, 01-1 saylı Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə verilmiş məktubda olan tarix və nömrə onun tərəfindən icra edilməmişdir. Əslində isə bu kimi sənədlər icra olunduqdan sonra tarix və nömrə bir qayda olaraq onun tərəfindən yazılır. Həmin nömrə və yazının kim tərəfindən icra edilməsini isə bilmir. Məktub və sənədlərə tarix və nömrə yalnız onun tərəfindən yazılmaqla, jurnalda onun tərəfindən müvafiq qeydiyyat aparılır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, aparıcı-mütəxəssis işlədiyi dövrdə vəzifəsi müqavilələr yazmaqdan, məktublar hazırlamaqda n, kredit kataloquna krediti yığmaqdan və sahibkarlığa kömək milli fondu hesabına verilən kreditlərə nəzarət etməkdən ibarət olmuşdur. Məhkum əvvəlcə orada mütəxəssis, 2012-ci ilin oktyabr ayından isə hüquqi şəxslərin kreditləşdirilməsi şöbəsinin müdiri vəzifəsində çalışmışdır. F8 isə Zərərçəkmiş şəxs1-də katibə işləmişdir. Bankda aparıcı-mütəxəssis işlədiyi dövr ərzində hər hansı bir məktubun hazırlanması tapşırığını o, departament direktoru və ya şöbə müdirindən almışdır. Bundan sonra göstərişlə əlaqədar mətni yığmış və yoxlanması üçün departament direktoru və ya şöbə müdirinə təqdim edirdi. Mətn əgər düzgün tərtib edilərək, əlavə və ya qeyd aparmağa ehtiyac olmamışsa o, həmin mətni “Bank Avrasiyanın” blankında çapa vermişdir. Sonra isə həmin sənədi katibə F8 xanıma vermişdir ki, F8 arxa sına möhür vursun və həmin sənəd barədə məlumatlı olanlar sənədə imza atsınlar. Bundan sonra isə vizada hüquqşünas, mühasibat, icraçı, departamentin direktoru sözlərinin qarşısındakı qrafalara imza etmək üçün həmin vəzifəli şəxslərə təqdim olunub. Yalnız bu qaydalardan sonra həmin sənədi F8 idarə heyətinin sədrinə təqdim edir və imzalatdırır. Daha sonra isə sənəd katibliyin reyestrində, qeydiyyat jurnalında qeydə alınır. Qeyd edilən blanklar departamentdə şkafda olur, Zərərçəkmiş şəxs1-nin möhürü isə maliyyə departamentinin direktoru Ç6, viza qoymaq üçün möhür isə katibə F8 olur. Zərərçəkmiş şəxs1 ilə X14 arasında bağlanmış 26.09.2011-ci il tarixli, 846 saylı ipoteka müqaviləsi barədə və eləcə də sonuncuya məxsus Bakı şəhəri, *************************** ünvanında yerləşən yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsinə dair hər hansı məlumatı yoxdur. Zərərçəkmiş şəxs1 tərəfindən 22 oktyabr 2013-cü il tarixli, 01/45-1 saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə verilmiş məktubun arxasında icraçı onun tərəfindən icra edilmişdir. Məktubdakı mətni o, Məhkum göstərişinə əsasən hazırlamışdır. Həmin nömrə və yazının kim tərəfindən icra edilməsini isə bilmir. Həmin sənədin düzgün olub-olmamasını və əmlakın ipoteka yüklülüyündən azad edilib-edilməməsini yoxlamaq onun vəzifə borcu deyildir. Bu kimi işlərə maliyyə departamenti nəzarət edir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1-nin adından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Kom itəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 22 oktyabr 2013-cü il tarixli 01/45-1 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs1 (VÖEN **********, kod:**********, m/h: **********944, X20 №-si 251) X14 arasında bağlanmış 26.09.2011-ci il tarixli 846 saylı İpoteka müqaviləsinə əsasən X6 məxsus ünvan 8 ünvanında yerləşən yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. 28.09.2011-ci il tarixində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində ipoteka qeydiyyatına alınmışdır (Çıxarış MA № 0278237, Qeydiyyat nömrəsi **********, Reyestr nömrəsi **********************). Həmin əmlakın ipoteka yüklülüyündən azad edilməsi xahiş olunmuşdur (cild 1, iş vər. 75). Bundan başqa, cinayət işinin materiallarında olan sənədlərin texnik i ekspertizasının 03 noyabr 2015-ci il tarixli, ********** saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 22 oktyabr 2013-cü il tarixli, 01/45-1 nömrəli məktubdakı möhür əksi relyef klişedən sənəd üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş 22 oktyabr 2013-cü il tarixli, 01/45-1 nömrəli məktubdakı imza və əlyazmalar hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa icra edilmişdirlər. Tədqiqata təqdim edilmiş 22 oktyabr 2013-cü il tarixli, 01/45-1 nömrəli məktubun blankı mətbəə ofset çap üsulu ilə hazırlanmışdır. Tədqiqata təqdim edilmiş 22 oktyabr 2013-cü il tarixli, 01/45-1 nömrəli məktubun mətni lazer printer vasitəsilə çap edilmişdir. Tədqiqata təqdim edilmiş 22 oktyabr 2013-cü il tarixli, 01/45-1 nömrəli məktubdakı möhür əksi müqayisəli tədqiqat aparmaq üçün e kspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1-nə məxsus möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir (cild 2, iş vər.40-44). Bundan başqa, cinayət işinin materiallarında olan məhkəmə-xəttşünaslıq ekspertizasının 04 noyabr 2015-ci il tarixli, 20554 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Zərərçəkmiş şəxs1 İdarə heyətinin sədrinin adından olan 22.10.2013-cü il tarixli 01/45-1 saylı məktubda tarix və nömrə göstəriciləri hissəsindəki “22 oktyabr 13 01/45-1” yazıları və məktubun arxasında ştampın daxilində “Departament Direktoru” qrafasındakı imza – Məhkum tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Zərərçəkmiş şəxs1nın İdarə heyətinin sədrinin adından olan 22.10.2013-cü il tarixli 01/45-1 saylı məktubun sonunda “İdarə heyətinin sədri F6” yazılarının qarşısındakı imza – X15 tərəfindən yox, onun həqiqi imzasına oxşadılmaqla başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Zərərçəkmiş şəxs1nın İdarə heyətinin sədrinin adından olan 22.10.2013-cü il tarixli 01/45-1 saylı məktubun sonunda “İdarə heyətinin sədri F6” yazılarının qarşısındakı imzanın- Məhkum tərəfindən, X16 tərəfindən, B8 tərəfindən, Zərərçəkmiş şəxs2 tərəfindən, X21 tərəfindən, X8 tərəfindən, X2 tərəfindən, X14 tərəfindən, X12 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır (cild 2, iş vər.45-49). Cinayət işinin materiallarında olan təkrar məhkəmə-xəttşünaslıq ekspertizasının 21 noyabr 2016-cıil tarixli, 23448 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Zərərçəkmiş şəxs1-nin İdarə Heyətinin sədrinin adından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 22 oktyabr 2013-cü il tarixli 01/45-1 №-li məktubun yuxarı hissəsindəki “22 oktybar 13 01/45-1” yazıları - Məhkum tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Zərərçəkmiş şəxs1-nin İdarə Heyətinin sədrinin adından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 22 oktyabr 2013-cü il tarixli 01/45-1 №-li məktubda “İdarə heyətinin sədri F6” yazılarının qarşısındakı imza - X15 tərəfindən yox, onun həqiqi imzasına oxşadılmaqla başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Zərərçəkmiş şəxs1-nin İdarə Heyətinin sədrinin adından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 22 oktyabr 2013-cü il tarixli 01/45-1 №-li məktubda “İdarə heyətinin sədri F6” yazılarının qarşısındakı imzanın - Məhkum tərəfindən, X16 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesisnin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəbələrə görə müəyyən etmək mümkün olmadı (cild 3, iş vər. 93-97). İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 17 iyun 2017-ci il tarixli məhkəmənin sorğusuna cavab məktu bundan görünür ki, Bakı şəhəri, *********************** saylı mənzili Zərərçəkmiş şəxs1-nin 03/195 saylı 26.09.2011-ci il tarixli müraciəti ilə, 26.09.2011-ci il tarixdə bağlanmış 846 saylı ipoteka müqaviləsi əsasında bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Zərərçəkmiş şəxs1-nin 01/45-1 saylı 22.10.2013-cü il tarixli məktubu əsasında Bakı şəhəri, Nəsimi rayonu *********************saylı mənzili 23.10.2013-cü il tarixində yüklülükdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 23 iyun 2017-ci il tarixli məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, 17 iyun 2017-ci il tarixli məktuba əlavə olaraq bildirilmiş ki, Zərərçəkmiş şəxs1-nin əməkdaşı, eti barnamə üzrə nümayəndəsi Abdulla-zadə B6 (şəxsiyyət vəsiqəsi AZE********) tərəfindən idarəyə təqdim olunmuş, 01/45-1 saylı 22.10.2013-cü il tarixli məktub əsasında Bakı şəhəri,****************** saylı mənzili 23.10.2013-cü il tarixində yüklülükdən azad edilmişdir. İpotekanın ləgv olunması barədə Zərərçəkmiş şəxs1-yə ünvanlanmış ********** çıxış nömrəli 30.10.13-cü il tarixli cavab məktubu bankın etibarnamə üzrə nümayəndəsi A6 tərəfindən 08.11.2013-cü il tarixdə götürülmüşdür. Bundan başqa, cinayət işi üzrə məhkəmə baxışı zamanı ittiham tərəfinin vəsatəti əsasında Zərərçəkmiş şəxs1-yə 2008-2014-cü il tarixlərində daxil olan məktublar kitabı tələb edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, 22 oktyabr 2013-cü il tarixli 01/45-1 nömrəli məktubun qeydiyyatı aparılmamışdır. Məhkəmə koll egiyası qeyd edir ki, göründüyü kimi Məhkum təqsiri ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə araşdırmaları zamanı Azərbaycan Respublikası CPM-in 143146-cı maddələrində göstərilən qaydada tam, hərtərəfli və obyektiv surətdə tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam təsdiq edilmişdir. Məhkəmə kollegiyasının qənaəti belədir ki, cinayət işinin materiallarında Məhkum oğlunun barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi üçün heç bir mötəbər sübut növü yoxdur. Cinayət işinin materiallarındakı sübutlar Məhkum istinad edilən cinayət əməllərinin sübuta yetirlməsinə heç bir şübhə yeri qoymur. Odur ki, məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üç ün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməlləri məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə tövsif edilmişdir. Kassasiya kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə Məhkum təqsiri sübuta yetirilmişdir. Kollegiya belə qənaətə gəlir ki, Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiya sının 20 avqust 2018-ci il tarixli qərarı qanuni və əsaslıdır. Beləliklə, kassasiya kollegiyası kassatorların dəlillərini cinayət işinin materiallarındakı və işə baxan məhkəmələrin qərarlarının təsviri-əsaslandırıcı hissəsindəki istinad etdikləri sübutlarla müqayisəli surətdə tədqiq edərək həmin dəlilləri tutarlı bir fakta və təkzibedilməz bir sübuta söykənmədiyndən qəbul etmir, onları əsassız hesab edir və belə nəticəyə gəlir ki, Məhkum barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri mövcud deyildir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum və müda fiəçisi Müdafiəçi2 tərəfindən Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 20 avqust 2018-ci il tarixli Məhkum barəsindəki qərarından birgə verdikləri kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən qərarın isə dəyişdirilmədən saxlanılması qanuni və əsaslıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 20 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar