Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1181/2022 05.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Məhkum1 Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum2 müdafiəçisi, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Məhərrəmli Əhməd Nizami oğlunun iştirakları ilə, xx xxxxx 1981-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hal hazırda hə bsdə olan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Məhərrəmli Əhməd Nizami oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 iyul 2021-ci il tarixli hökmü ilə (hakimlər: M.V.Məmmədov (sədrlik edən), C.C.Nəbiyev və İ.Q.Abdullayev) Məhkum2 - Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, CM-in 32.5, 206.2-ci maddəsi ilə 06 (altı) il müddətə az adlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaqla Məhkum2 cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 02 iyun 2020-ci ildən hesablanması hökm edilmişdir. Həmin iş üzrə həmçinin Məhkum1 da Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək məhkum olunmuşdur. Məhkəmənin həmin hökmündən Məhkum1 özü və Məhkum2 müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cina yət Kollegiyasının 25 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən), M.Ə.Bağırov və İ.H.Əhmədov) apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 iyul 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 şəxsiyyəti X1 adlı ilə məlum olmayan İran İslam Respublikasının (bundan sonra - İİR) vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçiriləcək n arkotik vasitəni əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd verməklə köməklik etmələri barədə razılığa gəlmişlər. Aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti məlum olmayan İİR vətəndaşı naməlum şəraitdə və vaxtda Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda külli miqdarda narkotik vasitə olan təmiz halda çəkisi 1033,7 qram marixuananı, 1986,1 qram tiryəki, 4188,7 qram heroini, ümumi təsir maddəsinin miqdarı 3,8 qram olan metadonu və külli miqdarda psixotrop maddə olan təmiz halda çəkisi 1980,6 qram metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb, daşımaqla məlum olmayan vaxtda və şəraitdə qaçaqmalçılıq yolu ilə İİR-dən Azərbaycan Respublikasına keçirərək Məhkum1 və Məhkum2 təhvil vermək üçün qabaqcadan razılaşdıqları istiqamətdə, yəni N nömrəli hərbi hissənin Biləsuvar rayonunda yerləşən 2-ci sərhəd zastavasının arxa hüdudlarında Biləsuvar-Gömrük magistral avtomobil yolunun kənarında olan “Azərcell” qülləsinin yaxınlığında gizlədib İİR-ə qayıtmışdır. Cinayətkar qrupun üzvləri arasında əvvəlcədən əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Məhkum1 qaçaqmalçılıq yolu ilə İİR-dən Azərbaycan Respublikasına keçirilmiş iki bağlamada olan həmin külli miqdarda narkotik vasitə olan təmiz çəkisi 1033,7 qram marixuananı, 1986,1 qram tiryəki, 4188,7 qram heroini, ümumi təsir maddəsinin miqdarı 3,8 qram olan metadonu və külli miqdarda psixotrop maddə olan təmiz halda çəkisi 1980,6 qram metamfetamini 02 iyun 2020-ci il tarixdə saat 01 radələrində Biləsuvargömrük magi stral avtomobil yolunun kənarında yerləşən “Azercell” qülləsinin yaxınlığında gizlədildiyi yerdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb daşımaqdan ötrü qabaqcadan əlbir olduğu Məhkum2 idarə etdiyi “Qazel” markalı “**-JG-***” dövlət qeydiyyat nişanlı avtomaşınla həmin əraziyə getmiş, qeyd olunan iki bağlamada külli miqdarda narkotik vasitəni və psixotrop maddəni gizlədilmiş yerdən qanunsuz olaraq əldə edib, saxlayıb daşıyarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışlar. Kassasiya şikayətinin dəlilləri: Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apelyasiya baxışına təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olun ur. Müdafiəçi qeyd edir ki, Məhkum2 ittiham edildiyi cinayətləri törətməsi iş materialları ilə təsdiq olunmadığı halda, o, əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilmiş və məhkum olunmuşdur. Belə ki, Məhkum2 qonşusu Məhkum1 xahişi ilə sonuncuya uşaqlarının müalicəsi üçün İrandan göndərilmiş dərmanları gətirmək məqsədilə onunla birlikdə Biləsuvar rayonuna getmişdir. Məhkum1 tutulduqdan sonra Məhkum2 məlum olmuşdur ki, İrandan göndərilən mallar narkotik vasitələr olmuşdur. İstintaq dövründə fiziki təzyiqlərə məruz qaldıqlarından Məhkum1 Məhkum2 barəsində yalan ifadələr vermiş, Məhkum2 da törətmədiyi cinayəti etiraf etməyə məcbur olmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin ed ilməsi barədə müdafiəçi Ə.Məhərrəmlinin, təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud süb utlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Müdafiəçi tərəfindən verilmiş şikayətdə Məhkum2 əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum olunması mübahisə edilir. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi”nə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.2-ci madd əsi “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyətini nəzərdə tutur. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə” cinayət məsuliyyətini nəzərdə tutulur. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilən məhkumun heç bir cinayət törətməməsi və əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi bağlı dəlillərlə razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna itti hamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham olunduğu cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin dəlillərin təkrar müzakirəsini və sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, Məhkum2 özünü ona elan edilmiş ittihamda təqsirli bilməsə də, iş materiallarına əlavə edilmiş digər təqsirləndirilən şəxs Məhkum1 verdiyi ifadələr ilə yanaşı, şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri, baxış və götürmə haqqında 02 iyun 2020-ci il tarixli protokol, məhkəmə-kimyəvi ekspertizasının 02 iyun 2020-ci il tarixli, 6/970 və 7/283 saylı rəyləri, habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işində toplanmış sübutlardan görünür ki, Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri elan edilmiş ittihamla bağlı bütün sübutlar işə baxan aşağı instansiya məhkəmələri tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi məhkəmələrdə heç bir şübhə doğurmayan bu sübutlar əsasında Məhkum2 əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və həmin maddələrlə təqsirli bilinmiş və işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlinmişdir. Cinayət işinin materiallarını təhlil edən məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, Məhkum2 Məhkum1la qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma cinayətini törətməsi toplanmış mötəbər sübutların məcmusu ilə tam təsdiq olunur və məhkumun qeyd edilən maddələr ilə cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr Məhkum2 həmin narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsində köməkçi qismində iştirak etməsi nəticəsinə gələrək onun əməlini CM-in 32.5, 206.2-ci maddələri ilə tövsif etməklə səhvə yol vermişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühü m məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məs uliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini həmin predmetlərin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. Baxılan işdə narkotik vasitənin qaçaqmalçılığı cinayətin obye ktiv cəhətini təşkil edən hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin Azərbaycan Respublikasına gömrük sərhədindən (İİR-lə Azərbaycan Respublikası arasında olan dövlət sərhədindən) gömrük nəzarətindən gizli keçirilməsindən ibarətdir. CM-in 31-ci maddəsi iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılığı nəzərdə tutur. CM-in 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. CM-in 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. İş materiallarından görünür ki, Məhkum2 işin hallarında təsvir olunan qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni Azərbayca n Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçiriləcək narkotik vasitəni əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd verməklə köməklik etməsi barədə razılığa gəlməsi cinayətinin icrasında rolu olmamış, yalnız külli miqdarda narkotik vasitələri və psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən əldə etmə, daşıma və satması cinayətində iştirak etmişdir. Belə ki, təqsirləndirilən şəxs Məhkum1 məhkəməyədək icraat zamanı vermiş olduğu ilkin və məhkəmə baxışında verdiyi ifadələrdə göstərmişdir ki, oğlu İsmayıl qan xəstəliyindən əziyyət çəkdiyindən onun müalicəsi ilə bağlı İrana tez-tez gedib-gəlmiş, orada X1la tanış olmuşdur. X1 zəng edərək oğlunun dərmanlarının qurtardığını bildirmiş, Bəhnam ona həmin dərmanları tır sürücüsülərinin biri ilə göndərə biləcəyini demişdir. Eyni zamanda, X1 xahiş etmişdir ki, istifadə etməsi üçün ona marixuana da göndərsin. 01 iyun 2020-ci il tarixdə axşam radələrində X1 “vatsapla” zəng edərək dərmanları və marixuananı Azərbaycana keçirdiyini, dərhal Biləsuvara gedib onları deyəcəyi yerdən götürməsini demişdir. Lakin, maşını olmadığından tanışı Məhkum2 müraciət etmiş və demişdir ki, İrandan xəstə oğluna dərman və özünün istifadə etməsi üçün marixuana göndəriləcək, onun «Qazel»i ilə Biləsuvara gedib dərman və marixuananı götürmək lazımdır, əgər onu Biləsuvara apararsa Məhkum2a da marixuanadan bir qədər verəcəyini söz vermişdir. Məhkum2 da onunla razılaşmışdır. 01 iyun 2020-ci il tarixdə saat 23 radələrində Məhkum2ın maşını ilə Biləsuvar istiqamətində hərəkət edərkən yolda tez-tez “vatsapla” ilə əl aqə saxlamış və bağlamanın qoyulduğu yeri müəyyən etməyə çalışmışdır. 02 iyun 2020ci il tarixdə gecə saat 00 radələrində onlar Biləsuvara çatdıqdan sonra “vatsap” vasitəsi ilə Bəhnam ona bağlamanın şəklini atmış və gömrük istiqamətində hərəkət etmələrini demişdir. Saat 01 radələrində X1 dediyi əraziyə çatmışlar, Məhkum2 maşında gözləmiş, o, isə maşından düşərək bağlamanı axtarmağa başlamışdır. Bir neçə dəqiqə sonra X1 dediyi yerdə iki ədəd bağlama olduğunu görmüş və bağlamaların ikisini də götürüb geriyə maşına qayıtmaq istədikdə dayan komandası verilmiş, sərhədçilər onu və Məhkum2ı saxlamışlar. Məhkum2 məhkəməyədək icraat zamanı vermiş olduğu izahat və ifadəsində göstərmişdir ki, 01 iyun 2020-ci il tarixdə Qobustanda Məhkum1 ona İrandan uşağına dərman və özünə bir qədər marixuana göndər iləcəyini demiş və maşını ilə Biləsuvara gedib həmin bağlamanı götürməsini ondan xahiş etmişdir. Eyni zamanda Məhkum1 söz vermişdir ki, marixuanandan ona da verəcəkdir. Məhkum1lə razılaşmış və 01 iyun 2020-ci il tarixdə saat 23 radələrində idarə etdiyi xidməti “Qazel” markalı, **-JG-*** dövlət nömrə nişanlı maşınla Qobustandan Biləsuvara yollanmışlar. Yolda olarkən Məhkum1 X1 adlı şəxslə mütəmadi olaraq mobil telefonla danışmışdır. 02 iyun 2020-ci il tarixdə saat 00 radələrində Biləsuvara çatmış və Məhkum1 maşını gömrük istiqamətində sürməsini xahiş etmişdir. Bu zaman Məhkum1in telefonuna X1 adlı tanışı bağlamanın şəklini atmışdır və bağlamanın «Azercell» qülləsinin yanında olmasını bildirmişdir. Həmin yerə çatdıqda Məhkum1 maşından düşərək bağlamanı axtarmağa başlamış, Məhkum1i maşında gö zləmişdir. Bir neçə dəqiqə sonra onlar sərhədçilər tərəfindən saxlanılmışlar. Saxlanılarkən ona qarşı zor tətbiq etmə halları baş verməmişdir. İş materiallarında olan 02 iyun 2020-ci il tarixli «baxış və götürmə haqqında» protokolundan görünür ki, N nömrəli hərbi hissənin 2-ci sərhəd zastavasının 11-ci sahəsinin arxa hüdudlarında Biləsuvar-gömrük magistral avtomobil yolunun kənarında olan «Azercell» qülləsinin yaxınlığından iki ədəd qara rəngli bağlama götürülmüşdür. Təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 əraziyə narkotik və dərman vasitəsi götürmələri üçün gəlmələrini etiraf etmişlər. Hesablama Məlumat Mərkəzi, “Baksell”, “Azersell” və “Azerfon” mobil operatorlarından daxil olmuş disklərə, həmçinin təqsirləndirilən şəxslərin mobil telefonlara baxış keçirilmiş və məlum olmuşdur ki, Mə hkum1 bəzi İİR operatorlarına məxsus mobil nömrələr ilə hadisənin baş verdiyi ərəfələrdə mütəmadi olaraq telefon danışıqları olmuşdur. Belə ki, Məhkum1 mobil telefonuna baxış keçirilərkən «whatsapp» proqramında cinayət təqibi üçün əhəmiyyət kəsb edən bir neçə hallar aşkar edilmişdir. Mobil telefona hadisə günü +**********70 saylı nömrədən hadisə yerindən aşkar olunaraq götürülmüş iki ədəd bağlamaların olduğu yerin şəkilləri göndərilmişdir. İş materiallarında olan Dövlət Sərhəd Xidmətinin Baş Əməliyyat-Axtarış İdarəsindən alınmış sorğunun cavabından görünür ki, aşkar edilərək götürülmüş narkotik vasitəni Azərbaycan Respublikasına İİR-in Biləsuvar rayonu, Qaraqasımlı kənd sakini X3 tərəfindən göndərilmiş və qeyd olunan vasitələr Məhkum1 tərəfindən sifariş verilmişdir. Məhkəmə kollegiyası bel ə qənaətə gəlir ki, Məhkum2 narkotik vasitələrin və psixotrop maddənin Məhkum1 İİR-nın vətəndaşı X1 adlı şəxslə əvvəlcədən razılaşaraq Azərbaycan Respublikasına göndərilməsindən və Biləsuvar rayonunda yerləşən 2-ci sərhəd zastavasının arxa hüdudlarında Biləsuvar-Gömrük magistral avtomobil yolunun kənarında olan “Azərcell” qülləsinin yaxınlığında gizlədilməsindən məlumatı və iştirakı olmamış, o, yalnız narkotik gətirildikdən sonra Məhkum1 xahişi əsasında onunla gedib həmin narkotik vasitələrini götürən zaman xəbəri olmuş, həmin hal Məhkum1 istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçiriləcək narkotik vasitəni əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd verməklə köməklik etməsi barədə razılığa gəlməsi iş materialları ilə sübuta yetirilmir. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinin tələblərinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-in 353.2-ci maddəsinin tələblərinə görə məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində: “353.2.1. cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri; 353.2.2. məhkəmənin nəticə yə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri”nin göstərilməsi zəruridir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda şərh olunanlara əsasən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2021-ci il tarixli qərarı və onunla bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 iyul 2021-ci il tarixli hökmü Məhkum2 Azərbaycan Respublikası CM-in 32.5, 206.2-ci maddəsi ilə məhkum edilməsinə aid hissədə ləğv edilməli və Məhkum2 təqsirliliyi sübuta yetirilmədiyinə görə onun barəsində CM-in 32.5, 206.2-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum2 CM-in 32.5, 206.2-ci maddəsi ilə və CMin 66.3-cü maddəsinə əsasən, cəza təyin edilməsinə dair müddəalar məhkəmə qərarlarında n xaric edilməli, Məhkum2 üzərində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2021-ci il tarixli qərarı ilə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-i n 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törə tməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Təqdim edilmiş sübutlar işin düzgün həll edilməsi, işin nəticələri üçün əhəmiyyətlidirsə, məhkəmə onlarla bağlı mövqeyini qərarda əks etdirməlidir. Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci madd ələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, hə m də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlid irlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikası CPM-in 416.1.11-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiya məhkəməsi həmin hökmü ləğv edə və ya dəyişdirə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.3 və 419.10.4-ci maddələrinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum2 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2021-ci il tarixli qərarı və onunla bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 iyul 2021-ci il tarixli hökmü Məhkum2 Azərbaycan Respublikası CM-in 32.5, 206.2-ci maddəsi ilə məhkum edilməsinə aid hissədə ləğv edilsin və Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetiril mədiyinə görə Məhkum2 barəsində Azərbaycan Respublikası CM-in 32.5, 206.2-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və Məhkum2 həmin maddə ilə, habelə CM-in 66.3-cü maddəsi ilə cəzalandırılmasına dair müddəalar məhkəmə qərarlarından xaric edilsin. Məhkum2 üzərində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1181/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1181/2022
05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver