Məhkəmə qərarları › İş №1(102)-1181/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1181/2023

22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1181/2023 22.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şahvələdov Ümüd Nadir oğlunun, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının və Zərərçəkmiş şəxs Oktay oğlunun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2023-cü il tarixli qərarından Zərərçəkmiş şəxs Oktay oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum1 xx xxxxxxxx 1978-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş şəhəri, H.Cavid küçəsi 33-də qeydiyyatda olub, faktiki olaraq Ağdaş şəhəri, Padar küçəsi 10-da yaşamışdır.

2. Məhkum3 xx xxxx 2003-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Dövlət Sənaye Universitetinin 3-cü kurs tələbəsi, subay, işləməyən, məhkum olunmamış, Ağdaş şəhəri, Padar küçəsi 10-da qeydiyyatda olmuş və yaşamışdır.

3. Məhkum2 12 avqust 1998-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasını n vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Ağdaş şəhəri, Padar küçəsi 10-da qeydiyyatda olmuş və yaşamışdır.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum1 20 mart 2022-ci il tarixdə, saat 21:20 radələrində sərxoş vəziyyətdə Ağdaş şəhəri, Padar küçəsində yerləşən ictimai yer olan Zərərçəkmiş şəxs Oktay oğluna məxsus ərzaq mağazasına daxil olaraq Zərərçəkmiş şəxs onun oğlu Məhkum3 zəng edib borcunu istəməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan sonuncunun ünvanına nalayiq ifadələr işlətdikdən sonra cinayətkar niyyətinin davamı olaraq oradan uzaqlaşaraq gedib bir neçə dəqiqə sonra yəni, həmin gün saat 21:30 radələrində oğlanları Məhkum2 və Məhkum3 ilə bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs məxsus mağazaya daxil olub mağazada olan digər şəxslərə məhəl qoymayıb heç bir əsaslı səbəb olmadan sonuncunun üzərinə hücum edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək özlərinin müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini nümayiş etdirərək cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları və əxlaq normalarına etinasızlıq etməklə, Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədib ona qarşı zor tətbiq edərək baş və bədənin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri ilə vurub ona başın sol ənsə nahiyəsinin şişkinliyi (hematoması), sağ üst göz qapağının, burunun sağ nahiyəsinin qançırları, sol əlin üst səthinin sıyrıqları, sol diz oynağının əzilməsi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş və 100 manat məbləğində əmlak ziyanı vuraraq xuliqanlıq etmişdir. Məhkum3 20 mart 2022-ci il tarixdə, saat 21:30 radələrində qardaşı Məhkum2 və atası Məhkum1 ilə bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs məxsus mağazaya daxil olub mağazada olan digər şəxslərə məhəl qoymayıb heç bir əsaslı səbəb olmadan sonuncunun üzərinə hücum edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək özlərinin müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini nümayiş etdirərək cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları və əxlaq normalarına etinasızlıq etməklə Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədib ona qarşı zor tətbiq edərək baş və bədənin müxtəlif nahi yələrinə yumruq və təpik zərbələri ilə vurub ona başın sol ənsə nahiyəsinin şişkinliyi (hematoması), sağ üst göz qapağının, burunun sağ nahiyəsinin qançırları, sol əlin üst səthinin sıyrıqları, sol diz oynağının əzilməsi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş və 100 manat məbləğində əmlak ziyanı vuraraq xuliqanlıq etmişdir. Məhkum2 20 mart 2022-ci il tarixdə, saat 21:30 radələrində qardaşı Məhkum3 və atası Məhkum1 ilə bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs məxsus mağazaya daxil olub mağazada olan digər şəxslərə məhəl qoymayıb heç bir əsaslı səbəb olmadan sonuncunun üzərinə hücum edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək özlərinin müstəsna şəxsiyyət olduğun u və başqalarından əsaslı surətdə fərqləndiyini nümayiş etdirərək cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları və əxlaq normalarına etinasızlıq etməklə, Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədib ona qarşı zor tətbiq edərək baş və bədənin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri ilə vurub ona başın sol ənsə nahiyəsinin şişkinliyi (hematoması), sağ üst göz qapağının, burunun sağ nahiyəsinin qançırları, sol əlin üst səthinin sıyrıqları, sol diz oynağının əzilməsi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş və 100 manat məbləğində əmlak ziyanı vuraraq xuliqanlıq etmişdir.

5. Ağdaş Rayon Məhkəməsinin (sədrlik edən hakim F.H.Nəsibov) 02 noyabr 2022-ci il tarixli, 1(014)-105/2022 saylı hökmü ilə Məhkum1 Azər baycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona qəti olaraq 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məhkum3 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona aylıq qazancından iyirmi faiz məbləğində dövlət nəfinə pul tutulmaqla iki il müddətə islah işləri cəzası təyin edilmişdir. Məhkum2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona qəti olaraq 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir.

6. Hökmdən Zərərçəkmiş şəxs Oktay oğlu apellyasiya şikayəti verərək, təqsirləndirilən şəxslər Məhkum1, Məhkum2 və Məhkum3 azadlıqdan məhrumetmə cəzasının verilməsini və mülki iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Şəki Apell yasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən İ.H.Şükürov, hakimlər A.M.Eyvazov və R.R.Rəfiyevdən ibarət tərkibdə) 10 yanvar 2023-cü il tarixli, 1(107)-40/2023 saylı qərarı ilə zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 1(014)-105/2022 saylı, 02 noyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2023-cü il tarixli qərarından Zərərçəkmiş şəxs Oktay oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və dəlillərə qarşı etirazlar

9. Zərərçəkmiş şəxs Oktay oğlu tərəfindən verilmiş kassasiya şikayətində iddia irəli sürülmüşdür ki, iş üzrə hökm və apellyasiya instansiyasını n qərarı ədalətsiz olmuşdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 8.1, 32, 41.2, 58.1, 58.3 və 59.2-ci maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, cinayət qanununda nəzərdə tutulmayan halları əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi qəbul etmiş və nəticədə cinayət qanunu normasını düzgün tətbiq etməyərək, əsassız olaraq yüngül cəza növü təyin edilmişdir.

10. Kassasiya şikayətinin müəllifi Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-40/2023 nömrəli, 10 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işinin apellyasiya instansiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.

11. Məhkum3, Məhkum2 və Məhkum1 zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə ayrı-ayrılıqda etirazlar verərək, birinci və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə, onlara təyin edilmiş cəza ilə razılaşdıqlarını bildirmiş və zərərçəkmiş şəxsin şikayətinin əsassız olduğu üçün rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. III. Hüquqi məsələlər

12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

10. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelly asiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

11. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

12. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

13. Zərərçəkmiş şəxs kassasiya şikayətində məhkumların əməllərini və onlara təyin edilən cəzanın ağırlığını mübahisələndirmiş, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

14. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2022-ci il tarixli, 1(107)-40/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

15. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır..

16. Məhkəmə kollegiyası həmçinin məhkum edilmiş şəxslərə cəzа təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmələrin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmələrin bu hissədə qəbul etdiyi qərar da maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə Məhkum1, Məhkum3 və Məhkum2 ilk dəfə az ağır cinayət törətmələrini,yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etmələrini, Məhkum3 və Məhkum2 cavanlıqlarını cəzalarını yüngülləşdirən hal kimi nəzərə almış, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

17. Məhkəmə kollegiyası Zərərçəkmiş şəxs Oktay oğlunun kassasiya şikayətində irəli sürdüyü tələbin əsaslılığını yoxlayarkən, apellyasiya instansiya məhkəməsi işin faktiki halları üzrə gəldiyi qənaəti nəzərə alır və zərərçəkmişin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləlik lə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini (dəyişdirilməsini) şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz.

18. Məhkəmə kollegiyası bu halı da kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsinin qərarında kassasiya şikayətində mübahisələndirilən məsələlərə dair müvafiq geniş əsaslandırma verilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr şikayət müəllifinin dəlillərinin obyektiv araşdırılmasına, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür.

20. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilən mahiyyətcə eyni dəlillər üzrə ətraflı araşdırma aparılmadan, apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

21. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

22. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının 10 yanvar 2023-cü il tarixli, 1(107)40/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

23. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs Oktay oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar