Məhkəmə qərarları › İş №1(102)-1182/2018

Ali Məhkəmə Qərar — İş №1(102)-1182/2018

11.10.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1182/2018 11.10.2018 ALİ MƏHKƏMƏ İş № 1(102)-1182/2018 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 11 oktyabr 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə; Roya Əli qizi Həsənovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Məhkum müdafiəçisi Müdafiəçi iştirakı ilə, Ağcabədi Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Ağcabədi Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Sulduz Ləzimov), Məhkum, xx xx 1953-cü il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, əvəllər məhkum olunmamış, təqaüdçü, Ağcəbədi şəhəri ünvan1 yaşamış, xx xx 2017-ci il tarixdən həbsdə olan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin306.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx xx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, ödəniş gününə manat məzənnəsi ilə 75.000 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tələbkar X7 ödənilməsinə dair Ağcabədi Rayon Məhkəməsinin xx xx2016-cı il tarixli, 2(017)-xx /2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə xx xx 2016-cı il tarixdə həmin rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 500 manat miqdarında cərimə olunmasına və icra sənədindəki tələbi icra etməsi üçün ona xx xx 2016-cı il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şəxsi maraqları naminə məhkəmənin məlum qətnaməsini qərəzli olaraq icra etməmişdir. Hökmdən zərərçəkmiş şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Etibar Camalov, hakimlər Ələsgər Novruzov və Rafiq Cəfərovdan ibarət tərkibdə) zərərçəkmiş şəxsin apellyasiya şikayəti təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, həmin hökmlə məhkum edilmiş şəxs Məhkum CM-in 306.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 2 (iki) ilədək artırılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə kollegiyası hazırki iş üzrə bu nəticəyə gələrkən, ədalətlilik prinsipinin bütün elementlərini, o cümlədən Məhkum barəsində cəza təyin edərkən, cəzanı yüngülləşdirən hal kimi, nəzərə alına biləcək digər amilləri nəzərə almamış və onlara tam məcmu halında qiymət verməmişdir. Belə ki, iş materiallarında olan, İcra Baş İdarəsi tərəfindən Ədliyyə Nazirliyinin İstintaq idarəsinə ünvanlanmış Təqdimatdan (iş vər. 5-6) gö rünür ki, Məhkum barəsində müvafiq sorğular edilmiş, yaşadığı evdə əmlakına və digər saxlanc yerlərinə baxış keçirmiş, ancaq tələbin yönələ biləcəyi hər hansı əmlak və vəsait aşkar olunmamışdır. Məhkum DSMF-nun Ağcabədi rayon Şöbəsindən 838.79 AZN pensiya aldığı və 24.08.2016-ci il tarixdə "KapitalBank"-ın Laçın rayon filialında 10.000 (on min) manat məbləğində kredit götürdüyü, kredit öhdəliyi üzrə banka hər ay 402.98 manat ödəniş apardığı müəyyən edilmişdir. Eyni zamanda DSMF-nun Ağcabədi rayon Şöbəsinin 20.04.2018-ci il tarixli 25/04763 saylı məktubu(iş vər. 246) ilə müəyyən olunur ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017) -xx /2016 saylı 27.04.2016-cı il tarixli icra sənədinə əsasən, borclu Məhkum pensiyasından 50%, yəni 419.39 manat tutularaq tələbkar X1 ödənilir. Göründüyü kimi, Məhku m hazırki cinayət işi üzrə vurduğu zərəri ödəmək imkanı, hər hansı əmlaka və vəsaitə malik olmadığından, obyektiv və faktiki səbəbdən mümkün olmamış, yeganə gəlir mənbəyi olan 838.79 manat təqaüdünün isə, 419.39 manatdan ibarət hissəsi vurulmuş zərərin əvəzi olaraq hazırki iş üzrə zərərçəkmiş X1, qalan 402.98 manatdan ibarət digər hissəsi isə kredit öhdəliyi üzrə banka ödənilir. Bundan başqa kassator göstərmişdir ki, Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 25.11.2016-cı il tarixli xasiyyətnamə ilə (iş vər. 63) Məhkum ailədə və cəmiyyətdə müsbət xarakteriziə olunur və onun şəxsiyyətini və davranışını mənfi səciyyələndirən hər hansı məlumatlar iş materiallarında yoxdur. O hazırda təqaüddə olmaqla, uzun illər ədliyyə qulluqçusu kimi notariat orqanla rında qüsursuz fəaliyyət göstərmiş və ictimai-siyasi həyatda fəal iştirakına görə onun fəaliyyəti "fəxri fərman" və digər təltiflərlə qiymətləndirilmişdir. İşdə olan tibbi arayışdan (iş vərəqə 245) və X12 Xəstəxanasının 133/16 saylı epikrizindən görünür ki, məhkumun həyat yoldaşı X1 "Hemotoma hemorraqik insult'' diaqnozu ilə müalicə olunur və o, beyin qan dövranının kəskin pozulduğundan əziyyət çəkir. Kassator hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Məhkum barəsində təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının ağırlaşdırılması (müddətin artırılması) barədə qərarı ədalətli və məhkumun şəxsiyyətinə uyğun olmadığından, həmçinin, məhkumun hazırki ağır maddi durumu, təqaüdçü olmaqla həyat yoldaşının ağır xəstəliyə düçar olunması, iş üzrə vurulmuş ziyanın əvəzi olaraq, məhkumun pensiyası ndan hər ay 50%, yəni 419.39 manat məbləğin zərərçəkmiş X1 ödənilməsi yüngülləşdirici hallar kimi nəzərə alınmadığından, qeyd olunanlar nəzərə alınmaqla, məhkuma təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul olunmalıdır. Məhkum təyin olunmuş cəza yüngülləşərsə və o, vaxtında azadlığa çıxarsa, hər hansı sahibkarlıq fəaliyəti ilə məşğul olmaq imkanı əldə etməklə, iş üzrə vurmuş zərərin ödənilməsini də əhəmiyyətli dərəcədə təmin edə bilər. Kassator yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyasından Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19.04.2018-ci il tarixli qərarının dəyişdirilərək həmin qərarla ona CM-nin 306.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş dir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməsinə dair məhkumum müdafiəçisi Müdafiəçi və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı Ceyhun Əliyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarı dəyişdirilməli və məhkuma təyin edilən azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən şərti tətbiq edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kas sasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hərhansıbirfaktınbaşveribverməməsinimüəyyən etmir və yalnızhəmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə özmünasibətinibildirir. Kassator kassasiya şikayətində əməlin tövsifi məsələsini mübahisələndirməmiş, Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19.04.2018-ci il tarixli qərarının dəyişdirilərək həmin qərarla ona CM-in 306.1-ci madd əsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bununla bağlı bir neçə dəlilə istinad etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.21-ci maddəsi apellyasiya instansiyası məhkəməsi tərəfindən məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmadan cəza təyin edildikdə kassasiya instansiyası məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malik olduğunu təsbit edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə aktlarından görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışl ar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası vurğulayır ki, işə baxan məhkəmələr sübutları CPM-in 143146-cı maddələrinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv surətdə tədqiq etmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi nəzərə alınmaqla düzgün qiymət vermiş, Məhkum istinad edilən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində təsbit edilən cinayət əməlinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir. Birinci və apellyasiya instansiya məhkəmələrinin Məhkum cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğ un olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası kassatorun dəlillərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum cəza təyin edərkən onun ilk dəfə olaraq az ağır cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi, həmçinin məhkəmə qətnaməsi ilə müəyyən olunmuş borcundan zərərçəkmiş şəxsə heç bir ödəniş etməməsini və zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını nəzərə alaraq, sosial ədalətin bərpası üçün onun cəmiy yətdən təcrid olunmaqla islah olunmasını mümkün hesab edərək ona təqsirli bilindiyi CM-in 306.1-ci maddəsinin sanksiyası həddində 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi öz qərarında “birinci instansiya məhkəməsi Abdı Şirivova CM-in 306.1 maddəsi ilə cəza təyin edərkən, CM-in 8-ci maddəsinin tələblərinə əməl etməklə, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni cinayətin qəsdən törədilməsini, cinayət nəticəsində vurulmuş zərərin həcmini, o cümlədən məhkum olunmuş şəxs tərəfindən vurulmuş zərərdən hər hansı bir ödənişin edilməməsini və bununla da zərərçəkmiş şəxsin 75.000 ABŞ dolları məbləğində pula olan mülkiyyət hüquqlarının pozulmasını kifayət qədər nəzərə almamışdır ki, bu hal da, təyin olunmuş cəzan ın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması baxımından ədalətli olmasını istisna edir” – qənaətinə gələrək birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmiş, həmin hökmlə məhkum edilmiş şəxs Məhkum CM-in 306.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətini 2 (iki) ilədək artırmışdır. Kassasiya kollegiyası aşağıdakılara əsasən işə baxan məhkəmələrin qərarını məhkuma cəza təyin edilməsi hissəsində əsaslı və ədalətli hesab etmir və bu nəticəyə gəlir ki, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi qanuni, əsaslı və ədalətlidir. Belə ki, Azərbayc an Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Maddənin tələbindən də göründüyü kimi məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah ol unmasını mümkün sayırsa, cəzanın şərti tətbiq edilməsi haqqında qərar çıxara bilər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Məcəlləsinin 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. Qanunun tələbindən də göründüyü kimi qanun törədilmiş cinayət əməllərinin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölür. Məhkəmə kollegiyası qeyd edir ki, məhkuma istinad edilən CM-in 306.1-ci maddəsi az ağır cinayət olduğundan, xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə digər kateqoriyay a daxil olan (qəsdən törədilən ağır və xüsusilə ağır) cinayətlərdən daha az ictimai təhlükəlidir. Odur ki, məhkumun törətdiyi cinayət əməli xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə barəsində CMin 70-ci maddəsinin tətbiq olunmasına imkan verir. Məhkumun şəxsiyyətinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Məhkum ali təhsilli olmaqla əvvəllər məhkum olunmamışdır, ilk dəfə olaraq az ağır cinayət əməli törətmişdir. Bundan başqa cinayət işinin materiallarındakı Ağcabədi rayonu İHB-nın Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Məhkum müsbət xarakterizə olunur (iş vərəqə 63). Göründüyü kimi Məhkum şəxsiyyəti də onun barəsində cəzasının şərti tətbiq edilməsinə əsas verir. Bundan başqa, cinayət işinin materiallarından gör ünür ki, Məhkum ailəli olmaqla himayəsində bir yetkinlik yaşına çatmayan uşağı vardır və bu hallar əsaslı olaraq məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Ağcabədi Rayon Şöbəsi tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanan xx xx 2018-ci il tarixli arayışda göstərilmişdir ki, Ağcabədi Rayon Məhkəməsinin 27.04.2016-cı il tarixli icra sənədinə əsasən borclu Məhkum pensiyasından hər ay 50%, yəni 419.39 manat (dörd yüz on doqquz manat otuz doqquz qəpik) tutularaq tələbkar X7 ödənilir. (iş vərəqə 246). Kollegiya vurğulayır ki, bu hal apellyasiya instansiyası məhkəməsi tər əfindən cəza təyini zamanı əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmamışdır. Halbuki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardandır. Odur ki, məhkəmə kollegiyası məhkum Abdi Şirinov tərəfindən zərərçəkmiş X1 dəymiş zərərin qismən ödənilməsini CM-in 59.1.14-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından görünür ki, Məhkum şəxsi mülkiyyətində hər hansı bir əmlakı, nəqliyyat vasitəsi və banklarda pul vəsaiti aşkar edilməmişdir. Həmçinin iş materiallarından müəyyən olunur ki, məhkum işl əmir, onun 66 yaşı var və təqaüdçüdür. İş üzrə cəzanı ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının fikrincə iş üzrə cəzanı yüngülləşdirən halların məcmusu və cəzanı ağırlaşdıran halların olmaması Məhkum real azadlıqdan məhrum etmə cəzası çəkmədən islah olunacağı qənaətinə gəlməyə möhkəm əsas verir. Kollegiya haqlı olaraq belə nəticəyə gəlir ki, belə olan halda işə baxan məhkəmələrin məhkum A təyin edilən azadlıqdan məhrum etmə cəzasının real çəkməsi qənaətinə gəlmələri nə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 9, 41.2 və 58.3-cü maddələrinin tələbləri, nə də ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının tövsiyyələri ilə uyğunluq təşkil etmir və ədalətin bərqərar olmasına xidmət etmir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun barəsində şərti məhkum etmə tətbiq edilərkən CM-in 70.2-ci maddəsində göstərilən hallar - cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalı (CM 8.1 mad.), cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşımamalı (CM 9.2 mad.), cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli (CM 41.2 mad), habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM 58.3). Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9-cu maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayə t-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Kassasiya kollegiyası şərh edilən maddi hüquq normalarının tələblərinə əsaslanaraq Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəl ilik dərəcəsini, məhkumun ilk dəfə az ağır cinayət əməli törətməsini, yaşayış yeri üzrə müsbət cəhətdən xasiyyətləndirilməsini, ailəli olmasını və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmişə vurulan zərərin qismən ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi, həmçinin məhkumun yaşını, təqaüdçü olmasını və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır və ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının qalan müddətini çəkmədən islah oluna bilməsinin mümkün olması qənaətinə gəlir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə mütənasib olmalıdır. Başqa sözlə cəza törədilən cinayətə adekvat olmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 404-cü mad dəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Ədalətlilik prinsipi konkret cinayətlərin və cinayətkarın şəxsiyyətinin dəyişən təhlükəliliyinə uyğun olaraq cəza təyin etmənin prinsiplərinin hər birinin təsirinin “xüsusi çəkisini” nəzərə almağa imkan verir. Təyin edilən cəzanın ədalətli olması həm də sosial ədalətin bərpasını təmin etdiyindən cinayət qanunu cəzanın ədalətli olmasına xüsusi əhəmiyyət verir. Təqsirə görə təyin edilən cəza növünə və müddətinə görə ədalət və humanizm prinsiplərinə söykənməlidir. Cəza insanlarda vahimə yaratmaq xarakteri deyil, təqsirkarın islah olunaraq tam yar arlı şəxs kimi cəmiyyətin sıralarına qayıtmasına xidmət etməlidir. Kollegiya qeyd edir ki,cinayət nəticəsində təyin olunan cəza - sosial ədalətin bərpasına, məhkumun islah edilməsi həm məhkumlara, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq üçün zəruri şəraitin yaradılmasına yönəlməlidir. Cinayətkarlıqla mübarizədə cinayətə görə cəza əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan tədbir kimi nəzərə alınmalı, əsas diqqət isə sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməlidir. Həmin tədbirlər gözlənilən nəlicəni vermədikdə, yalnız bundan sonra son tədbir kimi cinayət hüquqi təsir tədbirləri tətbiq olunmalıdır. Məhkəmə kollegiyası Məhkum tətbiq edilən cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpas ını və məhkumun islah olunmasının mümkünlüyünü qiymətləndirərək, cəza təyin edilərkən humanizm, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğunu nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, Məhkum xx xx 2017-ci il tarixdən (10 aydan çox) azadlıqdan məhrum etmə növündə cəza çəkir. Beləliklə, məhkəmə koll egiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materiallarındakı sübutlarla və işə baxan məhkəmələrin qərarlarında şərh edilənlərlə müqayisəli surətdə tədqiq edərək törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə az ağır cinayət əməli törətməsini, ailəli olmaqla himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını olmasını, zərərçəkmişə vurulan zərərin qismən ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi, həmçinin məhkumun yaşını, təqaüdçü olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, o cümlədən məhkumun 10 (on) aydan yuxarı müddətdə azadlıqdan məhrum etmə növü ndə cəza çəkməsini nəzərə alaraq və bütün bu halların məhkum X5 təyin olunan azadlıqdan məhrum etmə cəzasının qalan müddətini daha çəkmədən islah olunmasını mümkün sayaraq, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən təyin edilən cəzanın şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və onları əsaslı hesab edir. Belə olan halda, məhkəmə kollegiyası cinayətişininmateriallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisinin verdiyi kassasiya şikayətinin dəlill əri ilə qismən razılaşır, onları əsaslı hesab edir və belə nəticəyə gəlir ki, həmin şikayətin qismən təmin edilməsi, göstərilən qərarın dəyişdirilməsi və qərarla Məhkum təyin edilən 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən şərti tətbiq edilməsi qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA AL D İ: Müdafiəçinin kassasiya şikayəti qismən təmin edilsin.

1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarı dəyişdirilsin.

2. Şirvan Apellyasiya Məhkəməsin in Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarı ilə Məhkum təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən şərti tətbiq edilsin və onun üzərində 01 (bir) il sınaq müddəti müəyyən edilsin.

3. Məhkum üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun.

4. Məhkum X8 dərhal azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsindən azad edilsin.

5. Məhkum sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirmək Ağcabədi Rayon İcra Qrupuna həvalə edilsin. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Səd rlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi İnqilab Nəsirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar