Məhkəmə qərarları › İş №1(102)-1182/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1182/2022

10.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1182/2022 10.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət veri lmiş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 fevral 2022-ci il tarixli qərarından dövlət ittihamçısı X5 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin (sədrlik edən hakim X12) 10 sentyabr 2021-ci il tarixli hökmü ilə xx.xx.1983-cü il tarixdə Masallı rayonunda anadan olmuş, subay, orta təhsilli, fərdi işlə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri 47ci məhəllə ev 10 mənzil 8-də qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilmiş, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişd ir.İş üzrə maddi sübut - Sumqayıt şəhər Polis İdarəsinin saxlanc yerində saxlanılan təqsirləndirilən şəxs Məhkum üzərinə baxış keçirilərkən üzərində olan bir ədəd sellofan paketin aşkar edilərək götürülməsi iddia olunan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 1,109 qram çəkidə narkotik vasitə olan heroin, 01 ədəd ampul təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə bəraət verildiyindən, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi qiymətləndirilmiş həmin narkotik vasitə olan heroini əldə etmiş, daşıyaraq saxlamış şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsini n Cinayət Kollegiyasının (hakimlər: Rəhimov Elman Gülbaba oğlunun sədrliyi və məruzəsi ilə, X13 və X2 ibarət tərkibdə) 01 fevral 2022-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli 1(060)-73/2021 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya protesti təmin olunmamışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə, Məhkum istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1.109 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərin də saxlamış, 03 sentyabr 2020-cu il tarixdə saat 19:48 radələrində Sumqayıt şəhər polis idarəsinin CAŞ-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri Kotec qəsəbəsi ərazisində saxlanılıb üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibində olan 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1.109 qram narkotikvasitə olan heroini və 1 ədəd yuxarı hissəsi sınmış vəziyyətdə, üzərində "novokain” yazısı olan içərisində narkotik vasitə hesab edilən heroin izləri olan şüşə ampul aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, məhkəmə kollegiyası tərəfindən qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkum CM-nin 234.1-cü maddəsi ilə əsassız verilmiş bəraət hökm qüvvədə saxladığından həmin qərar ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, məhkəmə kollegiyası Məhkum ibtidai araşdırmanın bütün mərhələlərində özünü tam təqsirli bilməsinə dair ifadələrini, həmin ifadələrinin polis əməkdaşları və işdə olan Məhkum hadisə zamanı üzərində olduğunu bildirdiyi telefon nömrəsinin anten dairələrinə dair məlumatlarla və digər sənədlərlə təsdiq edilməsini nəzərə almamış, həmçinin yekun qərarda Məhkum ibtidai istintaqdakı etirafedici ifadələrinə tam olaraq münasibət bildirməmişdir. Belə ki, iş materiallarından görünür ki, Məhkum xx.xx.2020-ci il tarixdə, saat 19:48də şübhəli şəxs kimi tutulmuş, daha sonra üzərində hər hansı bir qanunla qadağan olmuş əşya olub-olmaması barədə soruşulmuş, müsb ət halda həmin əşyanın təqdim edilməsi xahiş edilmiş, sonuncu da üzərində:olan narkotik maddə olan heroini təqdim etmiş, həmin proses videogörüntülərə alınmış, üzərinə baxış keçirildikdən sonra öz xətti ilə izahatını yazaraq əməlini etiraf edərək üzərində narkotik maddə olan heroin, limon duzu və ampula çıxdığını etiraf etmişdir. Bundan sonra, iş materiallarına daxil edilmiş xx.xx.2020-ci il tarixli bildirişin yuxarı, qeyd olan hissəsində, Məhkum növbəti dəfə üzərində narkotik vasitə olan heroin aşkar olunmasını etiraf etmiş və həmin bildiriş özü tərəfindən İmza edilmişdir. Daha sonra Məhkum 04,09.2020-ci ildə müdafiəçisini iştirakı ilə şübhəli şəxs qismində, həmçinin, təqsirləndirilən şəxs qismində cəlb edilib dindirilən zaman da əməlini etiraf edərək üzərində heroin aşkar edildiyini etir af etmişdir. Məhkum əməlini yalnız təhqiqatçıya və istintaqı aparan müstəntiqə etiraf etməmiş, həm barəsində "həbs" qətimkan tədbiri seçilən zaman məhkəməyə, həm də narkoloji müayinədən keçən zaman ekspertə də etiraf etmişdir. İş materiallarında olan. Məhkum üzərindən narkotik vasitənin aşkar edilməsini əks etdirən videogörüntü də həmin halı bir daha təsdiq etmişdir. Məhkəmə baxışında Məhkum xx.xx.2020-ci il tarixdə, saat 11-12 radələrində Sumqayıt şəhəri, "Sputnik” deyilən ərazidən tutulduğunu, tutularkən ona zor tətbiq edildiyini, tutularkən üzərində dostu Güloğlana məxsus nömrəsi ilə birlikdə telefon olduğunu, maşında Şahin və Elnur adlı polis əməkdaşları tərəfindən ayağına və baş nahiyəsinə yumruqla vurulduğunu, onların ön oturacaqda oturduğunu, tutulduqdan sonra dərhal 4-cü PB-nə gə tirildi) ini. ona zor tətbiq edildiyi və 48 saat ərzində buraxılacağı vədi verildiyinə görə əməlini etiraf etdiyini, Güloğlan adlı şəxsin dəqiq olaraq atasının adını və soyadını xatırlamadığını, növbəti dəfə dəqiqləşdirib bildirəcəyini göstərmişdir. Lakin, məhkəmə hökmündə Məhkum ifadəsinə diqqət etdikdə belə nəticəyə gəlinir ki. sonuncu dostu Güloğlanın soyadını və atasının adını dəqiqliklə bilmiş, hətta nömrənin Güloğlanın qardaşı X9 məxsus olmasını qeyd etmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ***-***-**-** telefon nömrəsinə daxil olan çıxan zənglər, anten dairələri və sms məntləri barədə məlumatlar götürülsə də hər iki məhkəmə instansiyası tərəfindən həmin məlumatlar tam tədqiq edilməmiş, tədqiq etmə prossesində yalnız təqsirləndirilən şəxsin bildirdiyi və sonuncu nun özü üçün sərfəli olan arqumentlərinə inanmaqla kifayətlənmişlər. Həmin nömrələrin tədqiqi zamanı müəyyən edilmişdir ki, Məhkum istifadəsində olduğunu iddia etdiyi ***-***-**-** telefon nömrəsinə götürülmüş tarixlər üzrə, həmçinin Məhkum tutulduğunu iddia etdiyi xx.xx.2020ci il saat 11-12 radələrindən sonra, yəni xx.xx.2020-ci ildən saat 11:49:41-dan 03,09.2020ci il saat 17:08:35-ə kimi zənglər, sms mətnləri daxil olmuşdur. Məhkum məhkəmə baxışında xx.xx.2020-ci ildə saat 11-12 radələrində Sumqayıt şəhəri, Sputnik deyilən ərazidə tutulduğunu göstərsə də Məhkum istifadəsində olduğunu iddia etdiyi telefon nömrəsinin anten dairəsi həmin saatlarda "Sevgilim Restoran" Sumqayıt şəhəri, Koroğlu prospekti. 39-cu məhəlləsində olmuş, həmin ünvan isə Məhkum qeyd etdiyi Sputnik deyilən yerdən kifay ət qədər uzaq məsafədə olmuşdur. Həmçinin, Məhkum xx.xx.2020-ci İl tarixdə saat 11-12 radələrində tutulduqdan dərhal sonra Sumqayıt ŞPİ-nin 4-cü PB-nə aparıldığını, orada işgəncələrə məruz qaldığını, hədə-qorxu gəlindiyini, döyüldüyünü və axşam saatlarına yaxın çölə çıxarılaraq çəkiliş aparıldığını bildirmişdir. Belə olan halda həmin nömrənin olduğu telefonun saat 17:08:35-kimi siqnal qəbul etdiyini və açıq olduğunu nəzərə alsaq nömrənin anten dairəsi sabit bir yer göstərməli idi. Lakin, anten dairələrinə əsasən nömrənin xx.xx.2020-ci ildə aktiv olduğu hər bir zaman daxilində fərqli ünvanlarda olmasını açıq aydın görünür. "Google map" programına əsasən ünvan 2 ünvanında yerləşir. Qeyd edilən telefon nömrəsi xx.xx.2020-ci ildə aktiv olduğu müddətlərdə anten dairələrində isə həmin ünvana ras t gəlinməmişdir. Belə ki, hökmdə və yekun qərarda göstərilmişdir ki, Azərsell, Baksell və Azər fon MMC-yə göndərilmiş və həmin qurumlardan Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuş müvafiq çıxarış məlumatlarından və anten əhatə dairəsinə dair məlumatlardan görünür ki, həmin əməliyyatda iştirak etmiş və şübhəli şəxsin tutulmasına və şəxsi axtarışın keçirilməsinə dair protokolda iştirakçı kimi qeyd olunmuş Şahid4 istifadəsində olan 070 *****-** saylı mobil telefonun anten əhatə dairəsi 03 sentyabr 2020-ci il tarixində saat 19:56 və 20:05-də ünvan 3 ünvanını, Şahid3 istifadəsində olan 050 ***-**-** saylı mobil telefonun qeyd olunan vaxta anten əhatə dairəsi Sumqayıt şəhəri Rustavi küçəsini, bundan başqa X3 istifadəsində olan 050 ***-**-** saylı. 051 ***-**-** saylı mobil telefon nömrəsinin anten n əhatə dairəsi Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsini göstərir. Məhkəmənin gəldiyi qənaət heç bir məntiqlə və operatordan daxil olan məlumatlarla uyğunluq təşkil etməmişdir. Məhkum xx.xx.2020-ci ildə saat 19:48-də polis əməkdaşları tərəfindən dərhal saxlandıqdan sonra ona nədə şübhələndiyi səsləndirilməklə şübhəli şəxs kimi tutulduğu bildirilib ona CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrə dair bildiriş təqdim edilmiş və o da həmin hüquq və və vəzifələrlə tanış olmuş, bununla da sonuncu artıq şübhəli şəxs statusunu almış və daha sonra isə müvafiq sənədləşmələr aparılması üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmişdir. Göründüyü kimi, Məhkum xx.xx.2020-ci il tarixdə, saat 19:48-də artıq şübhəli şəxs statusunda saxlanmış və bundan sonra, üzərində hər hansı bir qadağan olu nmuş əşya olduğu halda təqdim etməsi xahiş edilmiş və sonuncu da həmin əşyanı (narkotik vasitəni) axtarış aparılmadan könüllü təqdim etmişdir. Bundan başqa, məhkəmə kollegiyası qərarında göstərmişdir ki, Məhkum müdafıə hüququ pozulmuşdur. Lakin iş materiallarından görünür ki, Məhkum tutulduğu gündən qanunvericiliyin tələblərinə əsasən müdafiəçi ilə təmin edilmiş və istintaqın son gününədək müdafiəçi onu müşayiət etmişdir. Nə şübhəli, nə də təqsirləndirilən şəxs kimi müdafiəçinin ona keyfiyyətsiz hüquqi yardım göstərdiyinə dair şikayət etməmişdir. Halbuki Məhkum əvvəllər də məhkumluq həyatı yaşamış və istintaqın, müdafiənin, ittihamın nə və necə olmasından anlayışı olmuşdur. Həmçinin. Məhkum həmin istintaq hərəkətinə etiraz etməmişdir. Bundan əlavə, Məhkum müdafiəçisi Tahir Abbasov həm şübh əli şəxs kimi tutulan zaman, həm də təqsilrəndİrİlən şəxs kimi: cəlb edilən zaman təqdim edilmiş, təqsilrəndirilən şəxs kimi də ikinci dəfə də Tahir Abbasovun müdafiəsindən imtina etməmişdir. Elmədin Ağayevin şəxsiyyətini xarakterizə hallara diqqət etdikdə əvvəllər məhkum olunduğu və hazırkı cinayəti törədərkən cəzasını ağırlaşdıran hal kimi residivin olduğu müəyyən edilmişdir. İş materiallarında olan müvafiq ekspert rəyindən görünür ki. Məhkum narkomaniya xəstəliyindən əziyyət çəkmişdir. Göründüyü kimi, məhkəmə kollegiyası əvvəllər məhkum olunmuş, narkomaniya xəstəliyi olan və əməlində cinayətlərin residiv müəyyən edilmiş Məhkum məhkəmə baxışındakı ifadəsinə tənqidi yanaşmalı və sübut kimi qiymətləndirməməli idi. Lakin hazırkı cinayət işi üzrə Məhkum CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tu tdlmuş cinayət əməlini törətməsi iş üzrə toplanılmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, şahid ifadələri, ekspert rəyləri, maddi sübutları və sair sənədlərlə kifayət qədər sübuta yetirilməsinə baxmayaraq, məhkəmələr qeyd edilən halları düzgün nəzərə almamış, iş üzrə mövcud olan bütün sübutları tam və hərtərəfli qiymətləndirməyərək obyektiv nəticəyə gəlməmiş, sübutlara qiymət verərkən yalnız təqsirləndirilən şəxsin özünümüdafiə xarakteri daşıyan ziddiyyətli və hadisənin obyektiv səhnəsinə uyğun olmayan mövqeyinə əsaslanmışlar. Kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 fevral 2022-ci il tarixli qərarının ləğv edilərək cinayət işinin yenidən apellyasiya baxışına təyin edilməsi barədə qər ar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçının kassasiya protestinin təmin edilməsinə dair çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticəl əri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərq li olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə əsassız olaraq bəraət verilməsi mübahisələndirilir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Re spublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və m əhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkə mə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, təqsirləndirilən şəxs Məhkum tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə sübuta yetirilməmişdir. Belə ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxs Məhkum istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 1,109 qram çəkidə narkotik vasitə əldə edərək üzərində saxlaması və daşıması və onun 03 sentyabr 2020-ci il tarixdə, sa at 19:48 radələrində Sumqayıt ŞPİ-nin və 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində Sumqayıt şəhərinin Kotec qəsəbəsində saxlanılması və ondan qeyd olunan növdə və miqdarda narkotik vasitənin götürülməsinə əsaslı şübhələr müəyyən edilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən Azərbaycan Respublikası CPM-nin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmuş, təqsirləndirilən şəxs Məhkum cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə onun hüquqları, o cümlədən müdafiə hüquqları ciddi şəkildə pozulmuşdur. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin həmin mövqeyinə dair aşağıdakıları qeyd edir: Cinayət işinin materialla rından görünür ki, təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, xx.xx.2020-ci il tarixində Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində axşam radələrində deyil, həmin gün günorta radələrində Sputnik deyilən ərazidən polis əməkdaşları tərəfindən tutulduğunu, həmin vaxtı üzərində narkotik vasitə olmadığını, narkotik vasitəni daha sonra Hacıyev Bəxtiyar adlı polis əməkdaşının gətirərək ona verdiyini və həmin narkotik vasitənin üzərində olmasını etiraf etməsini, polis bölməsinə aparılarkən yolda Elnur və Şahin adlı polis əməkdaşlarının onu yumruq və təpik zərbələri ilə ayağından və sifət nahiyyələrində vurduqlarını, xəsarət aldığını, müvəqqəti saxlama yerinə və istintaq təcridxanasına gedərkən üzərində olan xəsarətlər barədə məlumat verdiyini, polis bölməsində olarkən fiziki təzyiqlərə və hədə qorxuya məruz qaldığından narkotik vasitənin və üzərində aşkar olunmuş ampula və limon duzunun ona məxsus olması barədə ifadə verdiyini, bundan sonra axşam radələrində çəkiliş üçün Kotec ərazisinə aparılaraq guya orada tutulmasına dair çəkilişin aparıldığını bildirmişdir. Təqsirləndirilən şəxsin ifadəsində göstərdikləri birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş şahid Güloğlan Abbasovun ifadəsi, Penitiensiar Xidmətin 3 saylı istintaq Təcridxanasından, Azərfon, Azərcell və Bakcell MMC-dən daxil olmuş sorğuların cavabları, cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhər Prokurorluğunun 07 may 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar və iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, birinci instansiya məhkəməsində elan edilməklə tədqiq olunan, Sumqayıt şəhər Polis İdarəsinin CAŞ-ın rəis müavini, polis mayoru Bəxtiyar Hacıyev tərəfindən yazılmış 03 sentyabr 2020-ci il tarixli raportdan və həmin raport əsasında qəbul edilmiş "Əməliyyat tədbirlərinin keçirilməsi haqqında” 03 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, baxılan iş üzrə təqsirləndirilən şəxs Məhkum saxlanılmasına səbəb və əsas onun narkotik vasitələri qəbul etməsi, üzərində saxlaması, satması və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı olmuşdur. Tədqiq olunan həmin raportdan və onun əsasında verilmiş əməliyyat qrupunun yar adılmasına dair əmrdən görünür ki, əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün CAŞ-ın rəis müavini Bəxtiyar Hacıyevdən, CAŞ-ın kiçik inspektorları Şahid2, Şahid3, 4-cü polis bölməsinin təhqiqatçısı Hacəhmədov Səyyad, Sumqayıt RPİİ-nin KTB-nin kriminalisti Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Birinci instansiya məhkəməsində elan edilməklə tədqiq olunan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində bir nəfər orta boylu, arıq bədən quruluşlu, videokameraya çatmasına az qalmış üç nəfər mülki, iki nəfər polis geyimdə olan polis əməkdaşı ona yaxınlaşır və özlərini təqdim edirlər. Həmin vaxt polis forması geyimində olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis baş leytenant ı Səyyad Hacəhmədov həmin şəxsə yaxınlaşıb özünü təqdim edir, sonra da ona özünü təqdim etməsini xahiş edir. Həmin şəxs özünü təqdim edərək Məhkum olduğunu bildirir. Bundan sonra digər 3 nəfər polis əməkdaşı da özlərini təqdim edirlər. Sumqayıt ŞPİ-nin 4cü PB-nin təhqiqatçısı X8 Ağayevə narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində və əldə olunmasında vasitəçilik etməsində, eləcə də satmasında şübhəli olduğunu deyərək, ona hüquq və vəzifələrini izah edir. Daha sonra videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirir, o da etiraz etmir. Həmin vaxt təhqiqatçı X11 Ağayevə üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmamasını soruşur, onu təqdim etməyi təklif edir. O da əynində olan qara rəngli cins şalvarın sağ yan cibind ən şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümü onlara təqdim edir. Ondan həmin bükümdə nə olduğunu, haradan və kimdən əldə etdiyi soruşulduqda, Elməddin onlara deyir ki, bükümdə olan heroindir, onu bir neçə saat əvvəl, yəni səhər saat 11-12:00 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsində olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 30 manata alıbdır. Daha sonra Elməddin şalvarının sağ cibindən 2 ədəd yandıran, sol cibindən isə həmin heroini bişirib qəbul etməsi üçün içərisində narkotik vasitə izi olan yuxarı hissəsi sınmış vəziyyətdə olan şüşə flakonu (ampulanı), 1 ədəd şüşə flakonda olan ətiri, həmçinin şalvarının arxa yan cibində narkotik vasitəni qatışdırmaq üçün limon turşu sunu çıxardıb onlara təqdim edir. 2 ədəd yandıran və ətir ona qaytarılır, 1 ədəd şəffaf rəngli sellofan bükümdə olan heroin, şüşə flakonu (ampula) və limon turşusunu araşdıma üçün əhəmiyyət kəsb edildiyindən götürülür. Daha sonra həmin yerdə Elməddinin üzərindən götürülmüş narkotik vasitə olan heroinin çəkisini müəyyən etmək və sənədləşdirmənin aparılması mümkün olmadığından, videoçəkiliş dayandırılır. Şəxsi axtarış protokolunda göstərilənlər cinayət işinə əlavə edilmiş və maddi sübut kimi tanınmış DVD formatlı diskdə öz əksini tapmışdır. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı Səyyad Hacəhmədov tərəfindən tərtib olunan "Şəxsi axtarış keçirilməsi haqqında” 03 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, həmin protokol iş üzrə Məhkum qanunsuz olaraq narkotik vasitə qəbulu, əldə edə rək üzərində gəzdirməsi, əldə olunmasında vasitəçilik etməsi, satması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar Məhkum üzərinə şəxsi axtarış keçirilməsi və götürmə aparılması məqsədilə CAŞ-ın rəis müavini Bəxtiyar Hacıyevdən, CAŞ-ın kiçik inspektorları Şahid2, Şahid3, 4-cü polis bölməsinin təhqiqatçısı Hacəhmədov Səyyad, Sumqayıt RPİİ-nin KTB-nin kriminalisti Şahid4 CAŞ-ın rəis müavini Bəxtiyar Hacıyevdən, CAŞ-ın kiçik inspektorları Şahid2, Şahid3, 4-cü polis bölməsinin təhqiqatçısı Hacəhmədov Səyyad, Sumqayıt RPİİ-nin KTB-nin kriminalisti Şahid4 həmçinin təqsirləndirilən şəxs Məhkum iştirakları ilə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati binasında saat 20-35-dan saat 20-55-ədək olan müddətdə tərtib olunmuşdur.Tədqiq olunan həmin protokolun məzmunundan görünür ki, təhqiqatçı özü də daxil olmaqla, protokolda adı keçən əməliyyat müvəkkilləri və inspektor-kriminalist Şahid4 03 sentyabr 2020-ci il tarixdə, saat 19:48-də Sumqayıt şəhərinin Kotec qəsəbəsində olan zaman sonuncu tərəfindən videoçəkiliş başlanılmış və həmin vaxt bir nəfərin tək olaraq yola çıxıb yolun ortası ilə gəldiyi müşahidə olunmuş, yolun ortası ilə gələn həmin şəxsə yaxınlaşıb polis əməkdaşları kimi özlərini təqdim etmiş, şəxsin hazırda barəsində cinayət işinə baxılan Məhkum olduğu müəyyənləşdirilmiş, sonuncu hüquq və vəzifələrinə dair bildirişlə tanış edilmiş, ona narkotik vasitələri qanunsuz olaraq əldə etməkdə, qəbulundan,əldə olunmasına vasitəçilik edilməsində və satılmasında şübhəli olduğu, buna görə üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmiş və Məhkum üzərində videoçəkilişlə şəx si axtarış aparılmasına etiraz etməmişdir. Tədqiq olunan həmin protokolun məzmunundan daha sonra görünür ki, Məhkum üzərinə şəxsi axtarışa başlanılmış, təklif əsasənda sonuncu əynində olan qara rəngli şalvarın sağ yan cibindən sellofana bükülmüş bükümdə heroin olduğunu bildirdiyi nqarkotik vasitəni və başı qırılmış vəziyyətdə olan ampula,limon duzu, iki ədəd alışqanın təqdim olunduğunu və həmin an videoçəkiliş dayandırılmış və sonuncu ilə birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gedilmişdir.Tədqiq olunan həmin protokolun məzmunundan görünür ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-də Məhkum aşkar edilib götürülmüş narkotik vasitəyə bənzər kütlənin 1,33 qram olduğu müəyyənləşdirilmiş, sonuncu prosesin fotoşəkilləri çəkilmiş, ekspertiza tədqiqatına göndərilməsi üçün aşkar edilib götürülmüş zərfə qablaşdırı lmışdır. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən maddi sübut kimi qiymətləndirilməklə cinayət işinə əlavə edilmiş təqsirləndirilən şəxs Məhkum üzərində şəxsi axtarış aparılması prosesinin videogörüntüləri yüklənmiş 01 ədəd DVD-R formatlı disk birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq edilmiş və bu zaman müəyyən edilmişdir ki, nümayiş olunan DVD-R formatlı diskə 05 dəqiqə 27 saniyədən ibarət videogörüntü daxildir. Həmin videogörüntülərə baxış keçirilərkən müəyyən edildi ki, Məhkum mülki geyimdə olan polis əməkdaşları tərəfindən saxlanılır. Həmin polis əməkdaşları özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları Hacıyev Bəxtiyar, Şahid2 və Şahid3 olmalarını bildirirlir. Daha so nra 4-cü Polis Bölməsinin təhqiqatçısı polis kapitanı Səyyad Hacəhmədov özünü təqdim edərək Məhkum onun narkotik vasitələrin istifadəsində və satışında şübhəli bilindiyi üçün saxlanıldığını qeyd edib, onun hüquqlarını 1 saylı vəkil Bürosundan Tahir Abbasovun müdafiə edəcəyini bildirir. Ona hüquq və vəzifələrinə dair bildirişi təqdim etsə də ona hüquq və vəzifələrini elan etmir, sonuncudan üzərində qeyriqanuni əşya olub- olmadığını soruşur. Bu zaman Məhkum əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən sellofan bükümü, başı qırılmış ampulanı və limon duzunu çıxardaraq, sellofan bükümdəkinin narkotik vasitə olan heroin olduğunu və üzərində olan limon duzunun isə həmin narkotik vasitəni istifadə etmək üçün gərəkli olduğunu bildirmişdir. Çəkilişdən görünür ki, təhqiqatçının əlindəki vərə q parçasını Məhkum təqdim edərək onun hüquq və vəzifələri olduğunu bildirir və ona hüquqlarının isə Vəkil Abbasov Tahir tərəfindən müdafiə olunacağını bildirir. Şübhəli şəxs kimi saxlanılmış Məhkum şəxsi axtarışın keçirilməsinə dair qərar elan edilmədən və ona bu barədə məlumat verilmədən üzərində axtarış keçirilir. Məhkum ayaqqabılarını da çıxardaraq orada heç nəyin olmadığını bildirir, daha sonra corablarını çıxartmaq istərkən isə buna ehtiyacın olmadığı bildirilir. Nümayiş olunan həmin videogörüntülərdən daha sonra görünür ki, videogörüntülərdə təhqiqatçı Səyyad Hacəhmədov onun saxlanıldığı yerdə sənədləşdirmə aparılması üçün müvafiq şərait olmadığını bildirir və araşdırılmanın davam etdirilməsi, ondan götürülən narkotik vasitəyə bənzər kütlənin çəkisinin müəyyənləşdirilməsi və eksperti zaya göndərilməsindən ötrü hazırlanması üçün 4-cü PB-nə gedəcəklərini bildirir. 5 dəqiqə 27 saniyənin tamamında videoçəkiliş dayandırılır. Cinayət işinin materiallarından həmçinin görünür ki, Sumqayıt ŞPİ-nin CAŞ-ın rəis müavini, Bəxtiyar Hacıyevin 03 sentyabr 2020-ci il tarixli qərarı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. 03 sentyabr 2020-ci il tarixdə saat 20:35-dən 20:55-dək Sumqayıt RPİ-nin 4-cü PB-nin təhqiqatçısı Səyyad Hacəhmədov tərəfindən tərtib edilmiş protokolda göstərilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 51-ci, 86-cı və 246-cı maddələrini rəhbər tutaraq Məhkum üzərində şəxsi axtarış aparılmışdır. Lakin, şəxsi axtarış keçirilməsi barədə hər hansı qərar cinayət işinin materiallarında yoxdur, həm də yuxarıda göstərilən əməliyyat-axtarış tədbiri keçirilməsi barədə 03 sentyabr 2021-ci il tarixli qərarda da şəxsi axtarış keçirilməsi göstərilməmişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı Səyyad Hacəhmədov Məhkum üzərində şəxsi axtarış keçirilməsi göstərilmiş və həmin baxış zamanı Məhkum üzərində narkotik vasitə heroinin, narkotik vasitənin izləri olan 01 ədəd ampulanın və limon duzunun aşkar edilib götürülməsi göstərilmişdir. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə qərardan və protokoldan müəyyən edilir ki, tutma protokolu 03 sentyabr 2020-ci il tarixdə Məhkum üzərində şəxsi axtarış və götürmə keçirildikdən sonra tətbiq edilmişdir. Azərbaycan Respublikası CPM-nin 90.11.2-ci maddəsinə əsasən şübhəli şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutularkən baxışa və şəxs i axtarışa məruz qalmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 207.5-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ərizəçilərdən əlavə sənədləri, onlardan və digər şəxslərdən izahatları tələb edə, bu maddə ilə nəzərdə tutulmuş istintaq və digər prosessual hərəkətlərini apara və ekspertiza təyin edə bilər. Hadisə yerinə baxış və ekspertizanın təyin edilməsi, bu Məcəllənin 177.3.6-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkətinin aparılması, habelə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərə kətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. Göstərilən maddələrin mənasına görə istintaq hərəkəti olan şəxsi axtarışın və götürmənin cinayət işi başlananadək keçirilməsinə, yalnız tutulmuş şəxs barəsində yol verilir. Hazırkı işin materiallarından müəyyən edilir ki, cinayət işi başlanmamışdan və Məhkum barəsində tutma rəsmiləşdirilməmişdən əvvəl üzərində şəxsi axtarış və götürmə aparmaqla Azərbaycan Respublikası CPM-nin 90.11.2-ci və 207.4-cü maddələrinin tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsi Məhkum müdafiə hüququ pozulduğunu müəyyən etmişdir. Belə ki, cinayət işi başlamadan və şəxsin barəsində tutma tətbiq etmədən, onun üzəri nə şəxsi axtarış və götürmə istintaq hərəkətlərini müdafiəçinin iştirakı olmadan aparılmışdır. Bundan başqa cinayət işinin materiallarında vəkillərin siyahısının tutulmuş şəxsə təqdim olunmasına dair protokol, həmçinin Məhkum onun hüquqlarının Abbasov Tahir tərəfindən müdafiə edilməsinə etiraz etməməsinə dair ərizəsinin olmasına baxmayaraq şəxsin tutulmasına əks etdirən videogörüntülərdən də göründüyü kimi, Məhkum artıq tutularkən ona hüquqlarının Abbasov Tahir tərəfindən müdafiə olunacağı bildirilir. Məhkum saxlanılması və ondan heroin narkotik vasitəsinə bənzər kütlənin götürülməsi prosesinin videogörüntülərinin nümayişi zamanı müəyyən edilmişdir ki, həmin prosesdə şübhəli şəxs olaraq saxlanılan Məhkum müstəqil olaraq müdafiəçi seçmək hüququ pozulmuşdur. Belə ki, nümayiş olunan videogörü ntülərdən görünür ki, təqsirləndirilən şəxs Məhkum saxlanıldıqdan sonra hələ şəxsi axtarış aparılmazdan, sonuncudan hər hansı əşya götürülməzdən əvvəl təhqiqatçı Səyyad Hacəhmədov saxlanılan Məhkum onun hüquqlarını Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Abbasov Tahir tərəfindən müdafiə edəcəyini bildirib, saxlanılan Məhkum müstəqil olaraq müdafiəçi seçmək hüququndan məhrum etmişdir. Qeyd olunan xüsusatla bağlı tədqiq olunan materiallardan görünür ki, saxlanılan Məhkum Sumqayıt ŞPİ-nin 4-cü PB-nə aparıldıqdan sonra təhqiqatçı tərəfindən Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı saxlanılan Tahir Abbasova təqdim olunmaqla protokol tərtib edilmiş və guya sonuncu ona təqdim olunan siyahıda Tahir Abbasovun adını göstərərək hüquqlarının müdafiəsi üçün onun təyin edilməsi ni xahiş etmiş və hətta sonuncunun onun müdafiəçisi qismində iştirakını təmin etmək məqsədilə ərizə təqdim etmişdir. Məhz bundan sonra müdafiəçi təyin etmək barədə qərar qəbul edilib vəkilin mənsub olduğu Vəkil Bürosuna göndərilmiş və bundan sonra vəkil X10 müdafiəçi qismində 03 sentyabr 2020-ci il tarixli, order təqdim etməklə işə buraxılmış və cinayət işinin ibtidai istintaqının sonunadək müdafiəçi qismində işdə iştirak etmişdir. Lakin Məhkum saxlanılmasını əks etdirən diskə baxış zamanı Məhkum tutularkən təhqiqatçı Səyyad Hacəhmədov tərəfindən ona hüquqlarının müdafiə olunması üçün 1 saylı Vəkil Bürosundan Tahir Abbasovun müdafiə edəcəyini bildirmişdir. Bundan başqa, şəxsin şübhəli şəxs kimi tutulduqdan sonra, şəxsi axtarışın keçirilməsinin nəticələri Polis Bölməsində sənədləşdirilərkən şübhəli şəxsin müdafiəçisinin iştirak etməməsi də məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli protokol və şəxsi axtarışın keçirilməsinə dair protokola tam sübuta yetirilir. Belə ki, şəxsi axtarışın aparılmasına dair xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, müdafiəçi həmin protokola imza etsə də, protokolda tanış oldum qeydini əlavə etmişdir və protokolda iştirak edən şəxslərin siyahısında müdafiəçinin adı qeyd edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası CPM-nin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 28 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi yardım almaq hüququ ilə bağlı formala şdırdığı hüquqi mövqeyə görə, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır. Bu hüququn funksiyalarından biri olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarını qanuna uyğun həyata keçirməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəlmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Hər bir şəxsin müdafiəçinin köməyindən istifadə etmək hüququ yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun növü olaraq Konstitusiyada təsbit olunmuş digər hüquqlarla qarşılıqlı əlaqədədir (qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını müdafiə etmək hüququ, azadlıq hüququ, məhkəmə müdafiəsi hüququ) və onların həyata keçirilməsini təmin edir. Bunun davamı olaraq ədalət mühakiməsinin əsas ünsürlərindən biri kimi, müdafiəçinin köməyindən istifadə etmək hüququnun başlıca məqsədi şübhəli və ya təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin etməklə cinayət prosesində tərəflərin real (həqiqi) bərabərliyinə zəmanət verməkdir ("Azərbaycan Respublikası CPM- nin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərar). Qeyd olunmalıdır ki, Məcəllənin 244.2-ci maddəsi ilə müəyyən edilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə onun cinayət-prosessual funksiyalarını h əyata keçirməsinin təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir. Bu baxımdan qanunverici müstəntiqin üzərinə belə istintaq hərəkətinin aparılması barədə müdafiəçini əvvəlcədən xəbərdar etmək, müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə isə onun bu hüququnu təmin etmək vəzifəsini qoymuşdur. Qərarın nəticə hissəsinin 3-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi baxımından və Azərbaycan Respublikası CPM-nin 92.10.1 -ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual h ərəkətlərdə iştirakdan imtina edə bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinin tələblərinə görə CPM-nin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. "Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin İ hissəsinin tələbinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Məhkəmə kollegiyası məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxs Məhkum istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 1,109 qram çəkidə narkotik vasitə əldə edərək üzərində saxlaması, daşıması və onun 03 sentyabr 2020-ci il tarixdə, saat 19:48 radələrində Sumqayıt ŞPİ-nin və 4-cü PB-nin əməkdaşları tərəf indən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhərinin Kotec qəsəbəsində saxlanılması və ondan qeyd olunan növdə və miqdarda narkotik vasitənin götürülməsinə əsaslı şübhələrin müəyyən edlməsi barədə aşağı məhkəmələrin gəldiyi nəticə ilə razılaşır. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı müdafiə tərəfinin vəsatəti əsasında 03 sentyabr 2020-ci il tarixində keçirilmiş əməliyyat axtarış tədbirində iştirak etmiş Sumqayıt ŞPİ-nin əməkdaşlarını, həmçinin 4-cü Polis Bölməsinin əməkdaşlarının istifadəsində olan mobil telefonun hansı antenin əhatə dairəsində olmasının müəyyən edilməsi ilə bağlı Sumqayıt şəhər Məhkəməsi tərəfindən qeyd olunan məllumatların götürülməsinə dair qərar çıxarılaraq Azərcell, Bakcell və Azərfon MMC-yə göndərilmiş və həmin qurumlardan Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuş müvafiq çıxarış məlumatlarından və anten əhatə dairəsinə dair məlumatlardan görünür ki, həmin əməliyyatda iştirak etmiş və şübhəli şəxsin tutulmasına dair və şəxsi axtarışın keçirilməsinə dair protokolda iştirakçı kimi qeyd olunmuş Şahid4 istifadəsində olan ********** saylı mobil telefonun antenn əhatə dairəsi 03 sentyabr 2020-ci il tarixində saat 19:56 və 20:05-də ünvan 4 ünvanını, Şahid3 istifadəsində olan 050 *** ** ** saylı mobil telefonun qeyd olunan vaxta antenn əhatə dairəsi Sumqayıt şəhəri Rustavi küçəsini, bundan başqa X3 istifadəsində olan 050200 22 81 saylı, 051 *** ** ** saylı mobil telefon nömrəsinin antenn əhatə dairəsi Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsini göstərir. Məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanı tərəfind ən Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində irəli sürülmüş ittiham polis nəfərlərinin verilmiş olduğu ifadələrinə, şəxsi axtarışın keçirilməsinə dair protokola əsaslandığından, qeyd olunan şahid ifadələri müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində ifadə vermiş Abbasov Güloğlanın ifadəsi, Azərfon, Bakcell və Azərcell MMC-dən alınmış çıxarışlar, cinayət işinin başlanmasının rədd edilməsinə dair 07 may 2021-ci il tarixli qərar və cinayət işinin digər materialları ilə tam təkzib olunduğundan verilmiş ittiham isə toplanmış digər sübutların məcmusu ilə sübuta yetirilmədiyindən aşağı məhkəmələr haqlı olaraq həmin ittihamın əsaslı hesab edilə bilməməsi barədə nəticəyə gəlmişlər. Apellyasiya məhkəməsi şahidlər X6, Şahid2, Şahid3, Şahid4 Glövsət oğlunun ist intaq zamanı şahid kimi Məhkum üzərində narkotik vasitə ilə tutulmasına dair verdiyi ifadələri və şübhəli şəxsin üzərində axtarışın keçirilərək narkotik vasitənin aşkar edilməsinə dair tərtib edilmiş protokol və şübhəli şəxsin tutulmasını əks etdirək CD diskdəki görüntülər mötəbər sübut kimi qiymətləndirməmiş və qeyd olunan şahid ifadələri arasındakı ziddiyyətlərin və iş üzrə bütün şübhəli halların təqsirləndirilən şəxsin xeyrinə həll olunması kimi əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş ma teriallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər”. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrin şərh edilməsinə dair” xx.xx.2008-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bir daha məhkəmələrin nəzərinə çatdırmışdır ki, cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, maddi sübutu, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib istintaq orqanının narkotik vasitələrin Məhkum məxsus olması ilə bağlı arqumentlərinin əsassız olması və biri digərini tamamlayan mötəbər sübutların məcmusu ilə təsdiq olunmaması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə ə sasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosess ual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd edilən qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, aşağı məhkəmələrin Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri, həmçinin Məhkum cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə onun hüquqlarının ciddi şəkildə pozulması barədə qənaəti əsaslıdır. Belə ki, Apellyasiya məhkəməsi cinayət işi üzrə tədqiq olunaraq qiymətləndirilmiş sübutların məcmusu ilə müəyyən etmişdir ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, Məhkum Azərbaycan Respublikası CM-nin 234. 1-ci maddəsi ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). Hazırki cinayət iş üzrə CPM-in qeyd edilən prinsipinin şərtlərinə əməl olunmamış, onun tələbləri pozulmuşdur. Bu isə öz növbəsində cinayət prosesi gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaə tinə gəlməyə səbəb ola bilər (CPM-in 9.2-ci maddəsi). Belə olan təqdirdə, məhkəmə kollegiyası ciddi prosessual pozuntularla həyata keçirilən əməliyyat axtarış tədbirinin nəticələrini qanunsuz yolla əldə edilmiş sübut kimi qiymətləndirən aşağı məhkəmələrin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, həmin sübut CPM-in tələblərinə əməl edilməklə əldə olunmadığından cinayət hadisəsinin, şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilə bilməz. Göstərilən sübut hüquqi qüvvəsi olmadığından ondan ittihamın düzgün həlli üçün hər hansı halın, o cümlədən Məhkum üzərində narkotik vasitənin aşkar olunması halının sübut olunmasında istifadə edilə bilməz. Buna görə də sözügedən sübutun həqiqiliyinə və əldə olunma mənbəyinə yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir olunm ası barədə apellyasiyasi instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslıdır. Azərbaycan Respublikası CPM-in 125.2.7-ci maddəsinə əsasən, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, o cümlədən təqsirliliyi sübuta yetirilm ədikdə çıxarılır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə, həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Həmin Məcəllənini 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədi lməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X4 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətmə kdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və ob yektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 fevral 2022-ci il tarixli qərarında cinayət işi üzrə məhkəmə istintaqınd a müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək şəxsin təqsirliliyinin sübuta yetirilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etməkdə haqlı olmuşdur. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq aşağı məhkəmələr tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar