Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1182/2023 08.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2022-ci il tarixli, 1(107)451/2022 nömrəli qərarından dövlət ittihamçısı Bəhruz Cabbarlı tərəfində n verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ. İşin halları
1. Məhkum xx.xx.1988-ci ildə Ağsu rayonu, Cəfərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Ağsu rayonu, Cəfərli kəndində qeydiyyatda olan və yaşayan,
2. Birinci instansiya məhkəməsinin hökmündə müəyyən edilmiş işin faktiki hallarına əsasən, Məhkum 11 fevral 2022-ci il tarixdə saat 23 radələrində Ağsu rayonu Kəndoba kəndi ərazisindən keçən avtomobil yolunda AB 784235 seriya və nömrəli, B kateqoriyalı sürücülük vəsiqəsi əsasında, ayıq halda, mülkiyyətində olmaqla idarə etdiyi «Mercedes Benz Sprinter Yük» markalı, 99-VR492 dövlət qeydiyyat nişanlı avtomobillə həmin yolun birləşdiyi Kəndoba kəndi ərazisi ndən keçən Ağsu-Hacıuşağı avtomobil yolu istiqamətində hərəkətdə olarkən «Yol-hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu və həmin Qanunun 56-cı maddəsinin 9-cu hissəsinin 2-ci bəndinə əsasən, nəqliyyat vasitəsinin texniki xarakteristikasında nəzərdə tutulduğundan artıq sayda sərnişinləri daşımaq qadağan edildiyi və Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərinə əsasən, icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri yaşayış məntəqələrindən kənarda avtomagistral olmayan yollarda saatda 90 kilometr dən çox olmayan sürətlə hərəkət etməli olduğu halda qeyd edilən tələblərə əməl etməyərək, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və X1 qismində avtomobilində əyləşmələrinə icazə verib, avtomobilinin kabinasında texniki xarakteristikasında nəzərdə tutulandan artıq sayda, yəni 3 nəfər daşımaqla, avtomobili yaşayış məntəqəsindən kənarda saatda 130 km sürətlə hərəkət etdirərək, qeyd edilən maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, idarəetməni itirərək yol ayrıcında düzünə hərəkət edib yoldan çıxaraq, avtomobili Ağsu-Hacıuşağı avtomobil yolunun kənarındakı kolluq sahəyə aşırması nəticəsində, ehtiyatsızlıqdan zərərçəkmiş Zərərçəkmiş şəxs2 ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən, büzdüm sümüyündə arxa yuxarıya yerdəyişmiş sınıq və oma sümüyünün sol hissəsində S4 və S5 səviyyədə sol sakral foramena keçən boylama xətti sınığı, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən sağ baldır sümüklərinin yuxarı və aşağı 1/3-nin ikili yerdəyişmiş qəlpəli sınıqları, L2 bel fəqərəsinin kompression qəlpəli sınığı, T 12 arxa çıxıntısının sınığı, sağ İY-Y və sol X-Xİ-Xİİ qabırğalarının sınığı və sol tış topuğunun yerdəyişmiş sınığı xəsarətlərinin yetirilməsinə, X5 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid alnın yumşaq toxumalarının iç səthinə qansızma,alının sıyrığı, sol alın qabarı-qaşüstü nahiyəsinin əzilmiş-didilmiş yaraları, sol qaş üstü nahiyənin əzilmiş yarası,sol göz yuvası ətrafının qançırı və üst göz qapağının sıyrığı, sağ qaş qövsünün əzilmiş yarası,sağ almacıq nahiyəsinin,alt çənənin dodaqlatı nahiyəsinin sıyrıqları, burun belinin sıyırığı, sol əlinin arxa səthinin çoxsaylı sıyrıqları, sol qalça qanadı nahiyəsinin,sağ baldırın yuxarı və aşağı 1/3-nin ön səthinin, sol baldırın orta 1/3-nin ön səthinin,sol ayaq pəncəsinin ön-iç səthinin qançırları, sağ said sümüklərinin distal hissəsinin, sağ bud-çanaq oynağı nahiyəsində oturaq-qasıq sümüyünün sınığı və kiçik çanağın yumşaq toxumalarının qanla imbibisiyası, dərin venaların zədələnməsi, sağ baldır sümüklərinin ikili sınıqları, sol incik sümüyünün sınığı və sol ayaq pəncəsinin daraqarxası sümüklərinin sınıqları xəsarətlərinin yetirilməsi nəticəsində, travmatik şokla müşayiət olunan çanaq, sağ baldır sümükləri nin çoxsaylı sınıqları və dərin venaların zədələnməsi, trombozi ilə əlaqədar baş vermiş ağciyər arteriyası şaxələrinin tromboemboliyası səbəbindən Səfər Ədilovun ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Bununla da Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir.
3. Ağsu Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 1(016)-43/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 2 (iki) müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
4. Hökmdən dövlət ittihamçısı Rauf Qasımov tərəfindən apellyasiya protesti vermişdir.
5. Şəki Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2022-ci tarixli, 1(107)451/2022 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Ağsu Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 1(016)-43/2022 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanmışdır.
6. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2022-ci il tarixli, 1(107)-451/2022 nömrəli qərarından dövlət ittihamçısı Bəhruz Cabbarlı tərəfindən kassasiya protesti verilmişdir. İİ. Kassasiya protestinin dəlilləri və protestə qarşı etirazlar
7. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlillərində qeyd etmişdir ki, təqdirləndirilən şəxs Məhkum tərəfindən törədilən 263.2-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəliliyi ilk növbədə cinayətin obyekti ilə bağl ıdır. Həmin maddadə nəzərdə tutulmuş tutulmuş cinayət maddi tərkibli olmaqla əsas obyekti qismində yol hərəkətinin təhlükəsizliyi ilə yanaşı insanların həyat və sağlamlığı çıxış edir və həmin əməl az ağır cinayətlər kateqoriyasına aid edilir.Bundan əlavə qeyd olunan cinayətin ictimai təhlükəli xarakteri isə hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə yönəlməkdə ifadə olunan hərəktlərlə ifadə olunan hərəkətlərlə yanaşı bir nəfər şəxsin ağır dərəcəli bədən xəsarəti alması nəticəsində həyatdan məhrum olmasıdır. Bundan başqa məhkəmə müəyyən edilmiş vəzifələri yerinə yetirməmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin normalarının tələblərini və Plenum qərarları ilə müəyyən edilmiş halları nəzərə almamışdır. Qanunun bu tələblərinə əməl edilməməsi isə Az ərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.Bunları nəzərə alaraq məhkəmə kollegiyasından Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2022-ci il tarixli, 1(107)-451/2022 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.
8. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. İİİ. Hüquqi məsələlər 9.Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir. 10.Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları t əşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
11. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzg ün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
12. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
13. Dövlət ittihamçısı kassasiya protestində məhkəmə tərəfindən məhkum edilmiş şəxs Məhkum təyin edilmiş cəzanın açıq-aydın yüngül cəza olduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edi lməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.
14. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
15. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini tör ədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fə rdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60- cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).
16. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzm unundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən y eni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
17. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.
18. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində təsbit olunmuşdur. Həmin Məcəllənin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
19. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şə xsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.
20. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.
21. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.
22. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-nin 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-nin 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyə dək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.
23. Hətta kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı (cəzanın növünü, həddini və yaxud həcmini müəyyənləşdirməli) olan hallar arasında uyğunsuzluq daha böyük, pozuntu isə daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatın ın təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.
24. Kassasiya protestində irəli sürülmüş dəlillər nəzərdən keçirildikdə müəyyən olunur ki, bu dəlillər Məhkum təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.
25. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən halları, cəzanı yüngülləşdirən hallar kimi yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 2 (iki) azyaşlı uşağının olmasını,əməlindən səmimi peşman olmasını, əvəllər məhkum olmamasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisi X13 oğlu ilə barışığa cəhd etməsini, depozit hesabına 10000 manat pul qoymasını, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq Məhkum həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. 26.Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmələrin sözügedən xüsusatları cəzanın müəyyən edilməsinə təsir göstərən (yüngülləşdirici) hallar qismində nəzərə almaları qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz.
27. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri məhkum edilmiş şəxs Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan m əhrumetmə cəzası üçün nəzərdə tutulan ən yuxarı həddə yaxın cəza təyin etməklə, Azərbaycan Respublikası CMdə nəzərdə tutulan cəzanın məqsədlərini təmin etmişdir.
28. Qeyd olunan hallar baxımından Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş (apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılan) cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlı şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, yüngül cəza kimi qiymətl əndirilə bilməz.
29. Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
30. Beləliklə, məhkəmə kollegiyası iclasda iştirak etmiş dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 14 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şəki Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının Məhkum barəsində olan 14 dekabr 2022-ci il tarixli, 1(107)-451/2022 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.