Məhkəmə qərarları › İş №1(102)-1182/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1182/2024

04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1182/2024 04.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkumun iştirakları ilə xx xxxxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 1 azyaşlı övladı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ya şamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 1(103)-1542/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 1(101)-652/2023 nömrəli hökmü ilə ( hakimlər T.Q.Hüseynov (sədrlik edən), Ə.Q.Quliyev və F.A.Namazov ) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 234.1-1-ci maddəsilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.4-cü maddəsi ilə 6 (altı ) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.3-cü maddəsinə əsasən Məhkum təyin olunmuş cəzaları tamamilə toplanılmaqla qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 20 iyun 2022-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2023-cü il tarixli qərarı ilə, (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), C.V.Hüseyn və E.H.Allahverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 iyun 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. B akı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2023-cü il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən müəyyən edilmişdir ki, Məhkum satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, daşımış və saxlamış, qanunsuz olaraq soyuq silah əldə etmiş və gəzdirmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silah gəzdirmə halları istisna olmaqla bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, istifadəyə yararlı, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə edib üzərində gəzdirmiş, habelə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - ümumi təmiz çəkisi 2,598 qram kustar üsulla hazırlanmış "Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 20 iyun 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum həmin tarixdə saat 17:00-da Nərimanov rayonu, Məmməd Araz küçəsi 109 ünvanının yaxınlığın da saxlanılmaqla qeyd olunan Baş İdarəyə gətirilmiş və orada saat 18:34-dən etibarən üzərinə şəxsi axtarış keçirilərkən, sağ çiynindən asdığı qara rəngli dəridən hazırlanmış əl çantasının içərisindən bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, istifadəyə yararlı, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı, bir ədəd sellofan bükümdə və bir ədəd gümüşü rəngli kağız bükümdə kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ayrı- ayrılıqda 2,245 qram və 0,353 qram olmaqla ümumilikdə külli miqdarda 2,598 qram təmiz çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum ibtidai istintaq zamanı özünü 228.4 və 234.1-1-ci maddə ləri ilə təqsirli bilməmiş, məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydalar pozulmuş, sübutlar müqayisəli formada təhlil edilməmiş, yalnız formal mülahizələrə əsaslanan ittiham irəli sürülmüş, nəticədə o əsassız və qanunsuz olaraq törətmədiyi cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələri ilə təqsirli bilinərək, məhkum edilmişdir. Məhkum öz kassasiya şikayətində iddia edir ki, polis əməkdaşları tərəfindən ona qarşı edilmiş işgəncələr nəticəsində o məcbur olub ibtidai istintaq zamanı etirafedici ifadələr vermişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsini, onun barəsində olan cinayət işi üzrə icraata bə raətverici əsaslarla xitam verilməsinə dair qərarın çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlar ının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə onun təqsirliliyi sübuta yetirilmədiyi halda, əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələri ilə təqsirli bilindiyini iddia edib, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi, barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə dair qərarın çıxarıl ması haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsinin hökmündən və onunla razılaşmış apellyasiya instansiyası məhkəməsinin yekun qərarından görünür ki, Məhkum apellyasiya məhkəməsində (birinci instansiya məhkəməsində ifadə verməkdən imtina etmişdir) dindirilərkən onda ittiham aktında göstərilən psixotrop maddələrinin və soyuq silahın aşkar olunmasını inkar etmiş, ittihamın qanunsuz yolla ondan alınmış ifadə və digər həqiqəti əks etdirməyən sübutlar üzərində qurulduğunu iddia etmişdir. Məhkum iddiaları ilə razılaşmayan məhkəmələr Cinayət Məcəlləsinin 228.4 və 234.11-ci maddələri ilə irəli sürülmüş ittihamın Məhkum ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadələr, eləcə də ibtidai istintaq zamanı toplanaraq məhkəmədə tədqiq edilmiş digər sübutlar, o cümlədən şahidlər - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçıları Şahid1, Şahid3, Şahid2 ifadələri, həmçinin xx.xx.2022-ci il tarixli, 6/3467 saylı məhkəmə narkoloji və xx.xx.2022-ci il tarixli, 3/853 saylı məhkəmə-kriminalistik ekspertiza rəyləri ilə təsdiq olunması haqqında nəticəyə gəlmişlər. Həqiqətən də, Məhkum ibtidai istintaqın ilkin mərhələsində vermiş olduğu ifadəsində göstərmişdir ki, tutulmazdan 3-4 gün öncə Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi ərazisində piyada gəzən zaman yerdə yan-yana 01 ədəd sellofan büküm və 01 ədəd gümüşü rəngli kağız olduğunu görmüş, nəzərini cəlb etdiyindən həmin bükümün və kağızın içərisində nə olduğunu bilmək üçün onları yerdən götürmüş, bükümün və gümüşü kağızın içərisinə baxdıqda içərisindəki maddələrin psixotrop maddə metamfetamin olduğunu bilib üzərində gəzdirdiyi çantanın içərisinə qoymuş, belə ki, həmin bükümləri özündə saxlamaqda məqsədi nə vaxtsa onlardan istif adə etmək olmuşdur. Bundan əlavə həmin çantanın içərisində 2 il bundan öncə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində hazırda yerini xatırlamadığı köşkdən aldığı bıçağı da gəzdirmişdir. Lakin daha sonra həm ibtidai istintaqın gedişatında, həmdə apellyasiya məhkəməsində Məhkum məhkəməyədək icraatda vermiş olduğu ilkin ifadələrini polis əməkdaşlarının təzyiqi ilə verdiyini qeyd edərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayında Teymur Əliyev küçəsində yerləşən adını dəqiq bilmədiyi kafedə dostları X və X oturub yeyib içdikləri vaxt 7-8 nəfər polis əməkdaşları otağa daxil olaraq, ona şübhəli şəxs olduğunu bildirmişlər. Polis idarəsində ona Türkiyədəki işi ilə bağlı suallar vermiş, sonra pul verməli olduğunu demişlər. Sabahı gün ondan 30.000 manat istəmişlər. O, bununla razı olmamış, polis əməkdaşlarından biri ona ağır söyüş söymüş, o da cavab qaytarmışdır. Ondan sonra onu vurub, rəisin tapşırığına əsasən içəri salmışlar. Zirzəmidə olarkən onu 1520 dəqiqə döydükdən sonra çarpayının üstünə atmışlar. Vəkil və tərcüməçini otaqdan çıxarıb onu vurmuşlar. Təhqiqatçı X ona bildirdi ki, kamera çəkilən zaman 2 bükümü və bıçağı göstərən zaman bunların ona məxsus olmasını etiraf etməli, narkotiki tapdığını və bıçağı isə Bakıxanovdakı köşkdən aldığını deməlidir. 2 gün deyilənlər ilə razılaşmamış və həmin 2 gün ərzində razılaşmadığı üçün döyülmüşdür. O, hər çəkilişdə bunların ona məxsus olmadığını bildirmişdir. Ondan sonra vəkillə tərcüməçini otaqdan çıxarıb onu vurmuşlar. Sonda artıq dözə bilməmiş, boynuna götürmüşdür. Həbs qətimkan tədbiri ilə bağlı məhkəmədə olarkən bun ların hamısını danışmış, hakimə bunların ona məxsus olmadığını, döyüb boynuna qoyduqlarını demişdir. Lakin buna baxmayaraq, barəsində həbs qətimkan tədbiri seçilmişdir. İstintaq zamanı müstəntiq dəyişilmiş, yeni müstəntiq X olmuşdur. X ona onlarla mübarizə aparmamağını, onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.1-1- maddəsinə çevirəcəklərini bildirmiş, o isə bununla da razılaşmamışdır. X demişdir ki, prokurorluq bu məsələni araşdırmalıdır. Ondan sonra ittihamın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.1-1-maddəsinə çevirilməsi üçün 15.000 manat pulun gətirilməsini vəkilinə bildirmişlər. O, 8 nəfər polis əməkdaşı tərəfindən tutulsa da, istintaq təcridxanasında 3 nəfər əməliyyatçı ilə üzləşdirmə keçirilmiş, vəkil onlardan təqsirləndirilən şəxsi saxlayan zaman onun üzərində xəsarətlər var idimi soruşmuş, onlar cavab olaraq "yox”demişlər. Onların hər biri onun saxlanılmağı ilə bağlı ziddiyyətli ifadələr vermişlər. Başqa sözlə, Məhkum ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadələrindən imtina etməklə (qeyd olunan ifadələrin ona verilmiş işgəncənin nəticəsi olduğunu göstərməklə) yanaşı, psixotrop maddələrin götürülməsi haqqında 20 iyun 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə” protokolun, əməliyyat-axtarış tədbirini keçirmiş polis əməkdaşlarının ifadələrinin, ümumiyyətlə işdə olan sübutların həqiqəti əks etdirmədiyini, ittihamın saxtalaşdırılmış sübutlar üzərində qurulduğunu iddia etmişdir. Belə vəziyyətdə (nə qədər ki, Məhkum ona isnad edilən cinayətin necə baş verməsi barədə məlumat yükü daşıyan əsas materialdan (etirafedici ifadəsindən) imtina etmiş və digər sübutların saxtalaşdırıldığını iddia etmişdir), ittihamın düzgün həlli üçün həmin sübutların mümkünlüyünün, mötəbərliyinin araşdırılması mühüm əhəmiyyət kəsb edirdi. Hazırki işdə isə Məhkum saxlanılıb polis idarəsinə gətirilməsinin, narkotik vasitənin və soyuq silahın ondan götürülməsinin qanuniliyinə ciddi şübhə salan əsaslar var. Hazırki işin materiallarından görünür ki, bu iş üzrə Məhkum qarşı CM-nin 234.4.3-cü maddəsi ittihamın irəli sürülməsinə, 21 sentyabr 2022-ci il tarixdə isə CM-nin 228.4 və 234.4.3-cü maddələri ilə, bundan sonra isə onun CM-nin 228.4 və 234.1-1-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmasına əsas olmuş bir sıra sübutlar prosessual hüquq normalarının tələ bləri pozulmaqla əldə edilmiş, həmin sübutların toplanması və araşdırılması zamanı şəxsin müdafiə, azadlıq, ədalətli məhkəmə araşdırmasına nail olmaq və digər hüquqlarının pozulmasına yol verilmiş, iş üzrə müəyyən edilmiş zəruri hallar məhkəmələr tərəfindən araşdırılmamış (araşdırma görüntüsü yaradılmış) və qeyd edilən pozuntulara heç bir münasibət bildirilməmişdir. Belə ki, kassasiya şikayətində irəli sürülmüş dəlillərlə bağlı cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, 20 iyun 2022-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis kapitanı X raportla həmin idarəsinin rəisinə müraciət edərək daxil olmuş əməliyyat məlumatında Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış mə qsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirir, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması üçün Məhkum yaxalanmasını, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini eyni raportla xahiş edir. Bundan sonra, 20 iyun 2022-ci il tarixdə qəbul edilmiş təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair qərara əsasən həmin tarixli digər qərarla yaradılmış əməliyyat qrupunun üzvləri tərəfindən Məhkum, bütün prosessual sənədlərdə göstərildiyi kimi, həmin tarixdə saat 17:00-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və onun üzərində müdafiəçisi R. Əhmədovun iştirakı ilə axtarış keçirilərkən sağ çiynindən asdığı qara rəngli dəridən hazırlanmış əl çantasının içərisindən bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, istifadəyə yararlı, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı, bir ədəd sellofan bükümdə və bir ədəd gümüşü rəngli kağız bükümdə kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ayrı- ayrılıqda 2,245 qram və 0,353 qram olmaqla ümumilikdə külli miqdarda 2,598 qram təmiz çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Tərtib edilmiş 20 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərara və protokola, habelə eyni tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola görə Məhkum faktiki olaraq həmin gün saat 17:00-da tutul muş, onun üzərində axtarış 19.00-dan başlanılıb, protokolda göstərildiyi kimi, 19.22-də qurtarmışdır. CPM-nin 90.11.2-ci maddəsinə əsasən, Məhkum şübhəli şəxs qismində tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsini daşımışdır və hazırki iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları hər birisi ayrı-ayrılıqda Məhkum saxlanıldığı yerdə üzərində dərhal şəxsi axtarışın aparılması üçün şəraitin olmamasını bildirsələr də bunun üçün maneələrin nədən ibarət olması nə ibtidai araşdırma zamanı, nə də ki məhkəmələr tərəfindən aydınlaşdırılmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Q ərarının 28-ci bəndində göstərilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Hazırki işin materiallarından Məhkum saxlanıldığı yerdə tutulmasının rəsmiləşdirilməsi və onun üzərində məhz saxlanıldığı yerdə şəxsi axtarışının aparılması üçün hər hansı maneənin olması müəyyən edilmir. Belə vəziyyətdə Məhkum 20 iyun 2022-ci il tarix saat 17.00 tutulduğu halda, şəxsi axtarış və götürmə protokolunun Məhkum psixotrop maddə ilə tutulduğu yerdə və vaxtda deyil, bundan 2 saat sonra, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində tərtib edilməsi kimi suallar çıxır ki, onların da məhkəmə tərəfindən cavabsız qoyulması (həmin məsələlərin araşdırılmaması) psixotrop maddənin və soyuq silahın götürülməsi haqqında protokolun mümkünlüyünə və mötəbərliyinə, e ləcə də həlledici şəkildə maddi sübutun üzərində qurulmuş ittihamın əsaslılığına ciddi şübhələr yaradır. Bundan başqa Məhkum apellyasiya məhkəməsində məhkəmə iclasında səsləndimiş olduğu dəlillərinə aydınlıq gətirilməsi məqsədi ilə apellyasiya instansiya məhkəməsi müdafiə tərəfinin əlavə şahidlərin dindirilməsi və anten məlumatların götürülməsi ilə bağlı vəsatətlərini təmin etmiş, vəsatətdə göstərilmiş 2 şəxsdən biri yəni X7 məhkəmə iclasında şahid qismində dindirilmişdir. X7 şahid qismində vermiş olduğu ifadəsində göstərmişdir ki, Məhkum tutulduğu gün Gənclik tərəfdə "Avesta” ailəvi restoranı yaxınlığında X və X kafedə oturub yemək yediyini, oturduqları vaxt mülki formada adamların içəri daxil olduqlarını, X soruşduqlarını, özlərini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkd aşları kimi təqdim etdikdən sonra Məhkum götürüb özləri ilə apardıqlarını bildirmişdir. Verilmiş suallara cavab olaraq X üzərində qara çanta və bıçağın, həmçinin üzərində hər hansı xəsarətlərin olmadığını, zəngləşib görüşdüklərini, görüşdükləri vaxt saat 16-17 radələri olduğunu bildirmişdir. Göründüyü kimi şahid X vermiş olduğu məlumatlar Məhkum ibtidai istintaqın yekun mərhələsində, həmçinin apellyasiya məhkəməsində vermiş olduğu ifadələri ilə üst üstə düşməklə Məhkum 20 iyun 2022-ci il tarixdə saat 17:00-da ünvan 3 ünvanının saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməsi faktını təkzib etdiyi halda apellyasiya məhkəməsi qeyd olunan şahid ifadəsinə heç bir qiymət verməmişdir. Bundan başqa Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2023cü il ta rixli qərarı ilə iş üzrə təqsirləndirilən şəxs Məhkum istifadəsində olan (050) ***-**-** GSM nömrəsi üzrə, həmçinin X3 istifadəsində olan ***-***-**-** GSM nömrəsi üzrə 20 iyun 2022-ci il tarixdə olan telefon danışıqlarının və nömrələrin istifadə edildiyi anten dairəsi barədə məlumatların müvafiq olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürülmüş, ***-***-**-** nömrəsi üzrə xx.xx.2022-ci il tarixdə, saat 17:32 radələrində anten dairəsi Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, Atatürk parkı ünvanı göstərilmiş, 050 ***-**-** nömrəsi üzrə xx.xx.2022-ci il tarixdə, saat 16:14-dən saat 16:59-a qədər anten dairəsi ünvan 5 ünvanı göstərilmiş, saat 18:36-da Bakı şəhəri, Tofiq Bəhrəmov stadionu ünvanı göstərilmişdir. Həmçinin göstərilən nömrə lər arasında 20 iyun 2022-ci il tarixdə ilk dəfə saat 14:55 olmaqla sonuncu dəfə isə saat 15:32 olmaqla 4 dəfə danışıq qeydə alınmış. Lakin işə baxan apellyasiya məhkəməsi Məhkum və X3 istifadəsində olan mobil nömrələrin 20 iyun 2022-ci il tarixdə müxtəlif anten dairələrində olmasını qeyd etməklə kifayətlənmiş, adları çəkilən şəxslər arasında həqiqətən həmin tarixdə telefon danışıqlarının baş tutmasına əhəmiyyət verməmiş (məhkum və şahidin ifadələrini həqiqəti əks etdirməsinə dəlalət edən hal), göstərilən mobil telefon nömrələri üzrə anten dairələrində əks olunan ünvanların faktiki olaraq eyni ərazini əhatə etməsini (Atatürk parkı ilə Teymur Əliyev küçəsinin çox yaxın olması hamı tərəfindən məlum olan haldır), qeyd olunan anten dairələri arasında olan cüzi fərqin mobil rabitə operatorlar ının müxtəlif radio-baza stansiyaları və radiotezliklərdə olmasınını nəzərə almamışdir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, həmin işə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində baxılarkən müdafiə tərəfi Məhkum təhqiqat və ibtidai araşdırmanın ilkin mərhələsində etirafedici izahatının və ifadələrinin ona qarşı fiziki zor tətbiq edilməklə alındığını iddia edərək bu barədə müvafiq sübutları məhkəmələrin diqqətinə çatdırmış, həmin izahat və ifadələrin sübutlar siyahısından çıxarılmasını xahiş etmiş, lakin məhkəmələr bu xüsusatın da aydınlaşdırılması məqsədi ilə faktiki heç bir tədbir görməmiş və həmin məsələ ilə bağlı Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisinin XXXX nömrəli material üzrə cinayət işinin başlanmasının rədd e dilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın qəbul edilməsini nəzərə alaraq bununla kifayətlənmişlər. Belə ki, Bakı şəhəri Nərimanov rayon prokurorunun böyük köməkçisi H.Hüseynov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 16 noyabr 2022ci il tarixli qərara əsasən, Məhkum Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən təzyiq, təhqir, işgəncə və qeyri-insani davranışa məruz qalması faktı üzrə həmin idarənin əməkdaşlarının əməlində cinayət tərkibi müəyyən edilmədiyindən CPM-nin 39.1.2-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Konstitusiyanın 46-cı maddəsinin İİİ hissəsində təsbit edilmişdir ki, heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 13.1-ci maddəsinə əsasən, cinayət təqibi gedişində insanın şərəf və ləyaqətini alçaldan, təhqir edən, habelə cinayət prosesində iştirak edən şəxslərin həyatı və səhhəti üçün təhlükə törədə biləcək qərarların qəbul edilməsi və ya hərəkətlərə yol verilməsi qadağandır. CPM-nin 13.21-13.2.3-cü maddələrinin tələblərindən görünür ki, cinayət təqibi gedişində heç kəs: - insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz; - insan ləyaqətini alçaldan şəraitdə saxlanıla bilməz; - ləyaqəti alçaldan prosessual hərəkətlərin keçirilməsində iştiraka məcbur edilə bilməz. CPM-nin 15.21 və 15.2.3-cü maddələrində təsbit edilm işdir ki, cinayət təqibi gedişində işgəncələr vermək, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi preparatlardan istifadə etmək, aclığa, hipnoza məruz qoymaq, tibbi yardımdan məhrum etmək, digər qəddar, qeyriinsani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etmək, zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq qadağandır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi sözügedən məsələ, yəni İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi üzrə formalaşdırdığı presedent təcrübəsində bir sıra konkret və aydın tələblər müəyyən etmişdir ki, həmin tələblərə əməl etmək Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İİ hissəsinə əsasən yalnız məhkəmələrin deyil, həm də işgəncənin (pis rəftarın) tətbiqinə dair iddiaları araşdıran prokurorluq orqanlarının vəzifəsidir. Şərh olunan məsələ üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini açıqlayan presedentlərə misal olaraq isə “Assenov və digərləri Bolqarıstana qarşı iş” üzrə 28 oktyabr 1998-ci il tarixli qərarı, “Aksoy Türkiyəyə qarşı iş” üzrə 26 noyabr 1996-cı il tarixli qərarı, “Tomasi Fransaya qarşı iş” üzrə 27 avqust 1992-ci il tarixli qərarı, “Layıcov Azərbaycana qarşı iş” üzrə 10 aprel 2014-cü il tarixli qərarı göstərmək olar. Həmin qərarlara görə Avropa Məhkəməsinin irəli sürdüyü başlıca tələb odur ki, tutulmuş şəxsdə onun polisin nəzarəti altında olduğu müddətdə yaranması ehtimal olunan xəsarətlərin müəyyən edilməs i işgəncə, pis rəftar barədə iddiaların səlahiyyətli dövlət orqanları tərəfindən araşdırılmasını labüd edir və eyni zamanda onu tələb edir ki, bu araşdırma adekvatlıq və səmərəlilik meyarlarına cavab versin. Araşdırmanın qeyd olunan meyarlara uyğun olması isə araşdırmanı aparan orqanın müstəqil olmasını və lazımi prosessual imkanlara - səmərəli araşdırma mexanizmlərinə malik olmasını ehtiva edir. Avropa Məhkəməsi “Aksoy Türkiyəyə qarşı iş” üzrə qərarında qeyri-insani rəftarla bağlı hadisənin rəsmən araşdırılmamasını 3-cü maddənin pozulması kimi səciyyələndirməklə yanaşı, həm də Konvensiyanın 13-cü maddəsinin pozulması kimi dəyərləndirmişdir (Konvensiyanın 13-cü maddəsində deyilir: “Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərə n şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında təsirli hüquqi müdafiə vasitələrinə malikdir”). Məhkəmə həmin iş üzrə qərarında qeyd etmişdir ki, “3-cü maddə ilə qorunan hüquqların təbiəti 13-cü maddəyə də öz təsirini göstərir. İşgəncənin qadağan olunmasının böyük əhəmiyyətini və işgəncəyə məruz qalmış şəxslərin aciz vəziyyətini nəzərə alaraq, 13cü maddə dövlətlərin üzərinə daxili qanunvericilikdə mövcud olan vasitələrə xələl gətirmədən bütün işgəncə halları üzrə hərtərəfli və səmərəli istintaqın aparılması öhdəliyini qoyur”. “Tomasi Fransaya qarşı iş”də Avropa Məhkəməsi qərara almışdır ki, “əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, Dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat t əqdim etməlidir, yox əgər Dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır”. Araşdırmanın adekvatlığı və səmərəliliyini təmin etməli olan şərtlər barədə fikirlərini isə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı iş”də belə ifadə etmişdir: “Konvensiyanın 2-ci və 3-cü maddələri ilə tələb olunan araşdırmanın səmərəli olması üçün araşdırmanın aparılmasına görə məsul olan və onu həyata keçirən şəxslər hüquqi baxımdan və reallıqda müstəqil və qərəzsiz olmalıdırlar. Bu, yalnız hadisələrə cəlb olunmuş şəxslər arasında hər hansı iyerarxik və ya institusional əlaqənin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstəqilliyi tələb edir” (qərarın 52-ci bəndi). Qərarın 53-cü bəndində isə Avropa Məhkəməsi qeyd etmişdir ki, “pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar. Onlar hadisə ilə bağlı sübutların toplanması, o cümlədən, inter alia hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar”. Apellyasiya məhkəməsinin rəhbər tutduğu Nərimanov Rayon Prokurorluğunun müstəntiqinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 noyabr 2022-ci il tarixli qərarına yuxarıda gətirilən Avropa Məhkəməsinin hüquqi mövqeləri əsasında baxdıqda, qərarın araşdırmanın səmərəliliyi və adekvatlığı meyarlarına cavab vermədiyi müəyyən edilir. Belə ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 noyabr 2022-ci il tarixli qərarın təsviri-əsaslandırıcı hissəsində onun çıxarılmasını şərtləndirən əsaslar kimi müstəsna olaraq aşağıdakı üç materiala istinad olunmuşdur: _ Məhkum Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən döyülərək müxtəlif xəsarətlərin alması, etmədiyi cinayətin zorla boynuna qoyulmasına daır Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciətinə; _ Məhkum 20 iyun 2022-ci il tarixdə saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona müxtəlif bədən xəsarətlərinin yetirilməsi, etmədiyi cinayətin üzərinə qoyulması barədə izahatına (qeyd olunan izahatda ümumiyyətlə işə aid olmayan hallara istinad edilmiş o cümlədən Məhkum əvvəllər narkotik vasitələrin qanunsuz d övriyyəsinə görə məhkum olmasına); _ Məhkum sağ bazunun, sağ dirsək çuxuru sağ saidin bənövşəyi rəngi, qarının ön divarının sol səthinin bənövşəyi rəngli qançırları, sol diz qapağının nahiyyəsinin qartmaqlı yarası şəklində dərəcəsi təyin edilməyən xəsarətin aşkarlanması, bu xəsarətin küt əşyanın təsirindən törənməsi və istintaq təcridxanasının tibb-sanitar hissəsində müayinədən 3-4 gün (müayinənin 24 iyun 2022-ci tarixə Məhkum isə 20 iyun 2020-ci il tarixdə saxlanılması nəzərə alınmalı) əvvəl yetirilməyə xarakterik olması barədə məhkəmə-tibbi ekspertizasının 16 yanvar 2022-ci il tarixli 4530 saylı rəyinə (qeyd olunan rəyin tarixinin şəxsin saxlanılmasından əvvəl təsadüf etməsinə baxmayaraq). Göründüyü kimi qərarın təsviri-əsaslandırıcı hissəsində gətirilən materialların hamısı Məhkum bədən i üzərində polisin nəzarəti altında olduğu zaman xəsarət aldığını göstərən məzmunda olsa da, müstəntiq bunu təkzib edən hər hansı bir başqa material əldə etmədən cinayət hadisəsinin olmaması haqqında nəticəyə gəlmiş və CPM-in 39.1.1-ci maddəsində göstərilən əsasa formal şəkildə, yəni heç bir fakt və sübut gətirmədən istinad etməklə cinayət işinin başlanmasını rədd etmişdir. Eyni zamanda ƏN PX-nin Bakı İstintaq Təcridxanasının 24 iyun 2022-ci il tarixli 17/384417 nömrəli məktubundan görünür ki, BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin hesabında olan həbs olunmuş şəxs Məhkum 24 iyun 2022-ci il tarixdə, saat 10:35 radələrində üzərinə baxış keçirən zaman sağ budunun içəri tərəfində tünd-bənövşəyi rəngli, sol saidin arxa tərəfində bənövşəyi rəngli, qarnının civarında və belin sol tərəfində yaş ılımtıl rəngli qançır izləri, sol dizaltı nahiyyədə isə sıyrılmış qərtməkli yara xəsarətləri aşkar olunmuşdur. Həbs olunmuş Məhkum fakt ilə əlaqədar olaraq bildirmişdir ki, həmin xəsarətləri polis əməkdaşları tərəfindən saxlanılan zaman almışdır. Həmçinin cinayət işinə apellyasiya instansiya məhkəməsində baxılarkən ƏN PX-nin Bakı İstintaq Təcridxanası məhkəmə sorğusuna cavab olaraq sədrlik edən hakimə 09 avqust 2022-ci il tarixli məktub və məhkumun tibbi kitabçası ünvanlamış, həmin məlumatlardan da görünür ki, Məhkum 22 iyun 2022-ci tarixdə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına daxil olmuş, ilkin tibbi müayinə zamanı bədəninin dəri səthinə baxış keçirilərkən sağ bazunun aşağı 1/3, sağ saidin orta 1/3 hissəsində, sağ dirsək çuxuru nahiyəsində bənövşəyi rəngli qançır, sol saidin aşağı 1/3 hissəsində, sol bazunun yuxarı və toxumalarda əzik, sol arxa qoltuq xətti boyu İİ-ci qabırğa səviyyəsində və sol qarın nahiyəsində bənövşəyi rəngli qançır, sol diz qapağında üzəri qartmaqlı yara müşahidə olunmuşdur. Göstərilənlərlə yanaşı nəzərə alınmaldır ki, polis əməkdaşları özləri də birinci instansiya məhkəməsinin məhkəmə iclasında ayrı-ayrılıqda dindirilərkən göstərmişlər ki, X 20 iyun 2022-ci il tarixdə tutularkən onun bədəni üzərində heç bir xəsarət olmamış və ümumiyyətlə Məhkum onlara müqavimət göstərməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, belə bir ziddiyyətlərin fövqündə Məhkum əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və iş üzrə təhqiqatın aparılması zamanı fiziki zorakılığa, işgəncələrə və şərəf və ləyaqətini alçaldan rəftara məruz qalıb qalmamasını yoxla nılması labüd olduğu halda, birinci instansiya məhkəməsi heç bir araşdırma aparmamış, apellyasiya məhkəməsi isə səthi araşdırma həyata keçirərək müvafiq sübutlara, o cümlədən Bakı İstintaq Təcridxanasının 09 avqust 2022-ci il tarixli 3-16-17/38/2 saylı məktubuna və ona əlavə olunmuş Məhkum tibbi kartasına, məhkəmə-tibbi ekspertizasının 16 yanvar 2022-ci il tarixli 4530 saylı rəyinə, bu materiallarla uzlaşan Məhkum verdiyi məlumatlara, Məhkum polis əməkdaşları tərəfindən saxlanıldığı dövrə təsadüf edən xəsarətlərə heç bir qiymət verməmiş, yalnız 16 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan çıxış etməklə Məhkum saxlanılarkən və bundan sonra işgəncəyə, qəddar, qeyri-insani rəftara yol verilməməmsi barədə nəticəyə gəlmişdir. Birinci instansiya məhkə məsi kimi, apellyasiya instansiyası məhkəməsi də iş üzrə qəbul etdiyi yekun məhkəmə aktında Məhkum təqsirliliyi məsələsini həll edərkən müstəsna olaraq onun ilkin araşdırma zamanı verdiyi etirafedici ifadələrini şərh edərək yalnız bu ifadələrə əsaslanmış, lakin təhlil edilən məsələ üzrə şübhələr ortada olduğu vəziyyətdə, həmin etirafedici ifadələri mümkün sübutlar kimi qiymətləndirib, onlardan ittihamın əsaslandırılmasında istifadə etmiş, yəni sübutun yolverilənliyi məsələsi üzrə şübhəni məhkum olunmuş şəxsin xeyrinə deyil, ziyanına şərh etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, belə bir araşdırmanın aparılması zərurəti ondan irəli gəlmişdir ki, Məhkum işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalıb-qalmamasının müəyyən edilməsi bu zaman əldə edilmiş sübutların da qi ymətləndirilməsində xüsusi əhəmiyyət kəsb edir, digər tərəfdən isə hər hansı şəxsin bu kimi rəftara məruz qalmamaq hüququ, bu hüququn pozulması hallarının səmərəli şəkildə araşdırılması məcburiliyi qanunvericiliyin yuxarıda sadalanmış tələblərindən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən irəli gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Bu normalarla müqayisə etməklə birinci instansiya məhkəməsinin hökmünü və hökmü dəyişdirilmədən saxlamış, o cümlədən Məhkum Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələri ilə təqsirli bilinməsi ilə razılaşmış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qər arını yoxladıqda, həmin yekun məhkəmə aktlarının prosessual normaların tələblərinə, xüsusilə də Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi, ittihamın sübut olunmasında yaranan, digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi barədə tələblərə cavab vermədiyi müəyyən olunur. Şərh olunanlar məhkəmə kollegiyasına belə qənaətə gəlmək üçün əsas verir ki, apellyasiya instansiyası məh kəməsi Məhkum hətta CM-nin 228.4 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması barədə nəticəyə gəlməzdən əvvəl, buna əsas olmuş sübutların qanuni yolla əldə edilib-edilməməsini ətraflı araşdırmadığından, bununla bağlı müdafiə tərəfinin qaldırdığı vəsatətlər üzrə müvafiq qərarlar qəbul edərkən həmin qərarları lazımi şəkildə əsaslandırmadığından, iş üçün mühüm əhəmiyyətə malik olan məsələlərə dair sübutların tədqiqindən heç bir əsas olmadan imtina etdiyindən, ibtidai araşdırma zamanı məhkum olunmuş hüquqlarının, bütün bunlara görə isə əlavə araşdırmaların aparılması zəruri olduğundan, həmin məhkəmənin qəbul etdiyi 14 dekabr 2023-cü il tarixli qərar qüvvədə saxlanıla bilməz və həmin qərar ləğv edilməklə iş yeni apellyasiya baxışına təyin olunmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, belə vəziyyətdə, yəni təkrar araşdırmanın aparılması zəruriliyində hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2023-cü il tarixli qərarının ləğv edilərək Məhkum barəsindəki cinayət işi üzr icraata hər hansı əsasla xitam verilməsi barədə qərarın qəbul edilməsi mümkün deyil və buna görə bu barədə kassasiya şikayətinin tələbi qəbul edilməz sayılmalıdır. Odur ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən əsaslı hesab edilməli, onun dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsaslarla mübahisləndirilən qərar ləğv edilməli, apellyasiya şikayəti üzrə məhkəmə baxışı təkrarən keçirilməlidir. Beləlik lə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı X2 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 14 dekabr 2023-cü il tarixli, 1(103)-1542/2023 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya qaydasında baxılması üçün yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 14 deka br 2023-cü il tarixli, 1(103)-1542/2023 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar