Məhkəmə qərarları › İş №1(102)-1184/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1184/2022

15.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1184/2022 15.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Aytac Səfa qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2022-ci iltarixli, 1(103)-75/202 2 nömrəli qərarından dövlət ittihamçısı Hacıyev Ziya tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Bəraət almış şəxs – X4 15 fevral 1975-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xok kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsində yerləşən nömrəsiz evdə yaşamışdır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, X4 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir ondan ötrü ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən şəxsi istifa dəsi üçün bir ədəd şəffaf sellofan bükümündə xalis çəkisi - 4,160 qram olan qəhvəyi rəngli toz şəkilli maddə tərkibinə görə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 1,473 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddə tərkibinə görə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və 08 yanvar 2021-ci il tarixdə saat 18:40 radəsində Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində yerləşən «Araz» supermarketin qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış aparılan zaman əynində olan tünd rəngli gödəkcənin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümündə xalis çəkisi - 4,160 qram olan qəhvəyi rəngli toz şəkilli maddə tərkibinə görə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 1,473 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddə tərkibinə görə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür

3. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 1(010)157/2021 nömrəli hökmünə əsasən X2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verilmişdir.

4. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2022-ci il tarixli, 1(103)-75/2022 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, X2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə bəraət verilməsinə dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 1(010)-157/2021 saylı hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

6. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri,protestə qarşı etirazlar

7. Dövlət ittihamçısı Hacıyev Ziya Əli oğlu Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2022-ci il tarixli qərarının ləğv edilərək, işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması barədə qərar qəbul edilməyini xahiş etmişdir. 13.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər 8..Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir. 9.Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. 10..Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CinayətProsessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

11. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

12. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyas ı məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

13. Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya məhkəməsinin Cinayət Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərini pozmaqla X1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verdiyini, apellyasiya məhkəməsinin isə əsassız və qanunsuz olaraq bəraət hökmünü dəyişdirilmədən saxladığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

14. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

15. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərə kət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

16. Azərbaycan Respublikası CPM-nin 42.1.2-ci maddəsində əməldə cinayət tərkibinin olmaması bəraətin əsaslarından biri kimi göstərilmişdir.

17. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

18. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CinayətProsessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosess ual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).

19. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

20. Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünl üyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3).

21. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).

22. Azərbaycan Respublikası CPM-nin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətir ilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin.

23. Kassasiya protestində məhkəmələr tərəfindən yuxarıda təsvir edilən cinayətprosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPMnin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolv erilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.

24. Belə ki, iş üzrə tərtib edilmiş ittiham aktına əsasən X4 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində ittiham edilmişdir.

25. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əldə olunmuş sübutlar cinayət-prosessual qanunvericiliyinə riayət olunmadan əldə edilməsi məsələsini müzakirə edərək hesab etmişdir ki, təqsirləndirilən şəxs X4 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, X1 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir.

26. Birinci instansiya məhkəməsi iş üzrə mövcud olan bütün sübutlara həm ayrılıqda, həm də sübutların bir-biri ilə müqayisəli şəkildə, onların məcmusuna cəm halında qiymət verərək, qeyd etmişdir ki, X2 qarşı irəli sürülmüş ittihamda onun təqsirini təsdiq edən kifayət qədər mötəbər sübutlar mövcud deyildir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən mövqeyi ilə razılaşmışdır.

27. Apellyasiya instansiya məhkəməsinin qərarından göründüyü kimi, birinci instansiya məhkəməsi hökmdə iş üzrə toplanmış sübutları obyektiv müqayisə edib, onların məcmusu əsasında müəyyən etdiyi hallar ı nəzərə alınmış, belə vəziyyətdə sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə, o cümlədən ittihamın sübuta yetirilməsində aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olmasına dair Azərbaycan Respublikası CPMnin 145.3-cü maddəsinə, cinayət mühakimə icraatının prinsiplərinə, o cümlədən təqsirsizlik prezumpsiyasına tam uyğun olaraq – əməldə cinayətin əlamətlərinin olmasının sübuta yetirilməməsi və X2 Cinayət-Prosessual Məcəllənin 42.1.2-ci maddəsində göstərilən əsasla bəraət verilməsi haqqında nəticəyə gəlmişdir.

28. Belə olan halda həmin hökmün dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarı da əsassız və qanunsuz məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

29. Odur ki, məhkəmə kollegiyası ba xılan işdə Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində göstərilən pozuntulara yol verilməməsi haqqında nəticəyə gəlib, kassasiya protestində irəli sürülmüş dəlillərə görə mübahisələndirilən məhkəmə qərarının ləğv edilməsini və həmin müraciətin təmin edilməsini mümkün hesab etmir.

30. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının, habelə kassasiya protestinin təmin edilməməsinə dair bəraət almış şəxsin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1ci maddəsini rəhbər tu taraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bəraət almış şəxs X4 barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2021-ci il tarixli, 1(103)-75/2022 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. IV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar