Məhkəmə qərarları › İş №1(102)-1184/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1184/2025

03.06.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1184/2025 03.06.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, xx xxxx 1989-cu ildə Cəlilabad şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, X-də qeydiyyatda olan və yaşayan, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan A pellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2024-cü il tarixli, 1(106)-259/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Almazov Ramin Pənah oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli 1(099)-64/2024 nömrəli hökmü ilə (hakimlər: C.Ş.Səfərli (sədrlik edən), M.V.Məmmədov və N.H.Məmmədov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli 27 fevral 2023-cü il tarixdən hes ablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı Musayev Emin Özbək oğlu tərəfindən apellyasiya protesti, Məhkum və onun müdafiəçisi Babayev Çingiz Hamlet oğlu tərəfindən isə ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2024-cü il tarixli, 1(106)-259/2024 il tarixli qərarı ilə, (hakimlər: P.V.Hacıyev (sədrlik edən), E.İ.Xasməmmədov və H.X.Bəhmənov) Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Birinci ins tansiya məhkəməsinin hökmünə əsasən Məhkum satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınması barədə şəxsiyyəti istintaqa "X” adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı olması ehtimal edilən şəxslə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi "Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə danışıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək sonuncu tərəfindən istintaqla müəyyən edilməyən vaxtda və mənbədən qanunsuz olaraq əldə edilib İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və ya ondan kənar keçiriləcək külli miqdarda narkotik vasitələri Cəlilabad rayonu ərazisində əldə edib müqədd əratına sərəncam verməyi "X” adlı şəxsə qabaqcadan vəd verib razılaşmış, sonuncunun İran İslam Respublikasından Azərbaycan Respublikasına naməlum şəraitdə və vaxtda göndərərək Cəlilabad rayonu, Uzuntəpə kəndi ərazisində yerləşən qəbiristanlıq ərazisində yerləşən su çəninin altında gizlətdiyi bir ədəd qara rəngli torbaya yerləşdirilmiş külli miqdarda 2820,0 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, külli miqdarda 4930,0 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qətranını, külli miqdarda 4265,0 qram çəkidə çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı 27 fevral 2023-ci il tarixdə, saat 22 radələrində həmin yerə gəlib satış məqsədilə qanunsuz olaraq əld ə edib üzərində saxlamaqla piyada hərəkət edib bir qədər uzaqlaşarkən Cəlilabad rayon Polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 27 fevral 2023-cü il tarixdə saat 22 radələrində həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonu, Uzuntəpə kəndi ərazisində saxlanılaraq Cəlilabad RPŞ-nə gətirilib, üzərində aparılan şəxsi axtarış zamanı əlində olan həmin torbadan 1 (bir) ədəd qara rəngli sellofana yerləşdirilməklə üzəri yapışqan lentlə sarılmış bağlamanın içərisində iki ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri -2030,0 qram və 790,0 qram olmaqla ümumi təmiz çəkisi 2820,0 qram xarici görünüş və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən həmin narkotik vasitə olan heroin, 01 (bir) ədəd qara rəngli sellofana yerləş dirilməklə üzəri yapışqan lentlə sarılmış bağlamada təmiz çəkisi 4930 qram narkotik tərkibli çətənə bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə olan həşiş qətranı, 4 (dörd) ədəd qara rəngli sellofana yerləşdirilməklə üzəri yapışqan lentlə sarılmış bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri -1085,0 qram, 1105,0 qram, 955,0 qram və 1120,0 qram olmaqla ümumi təmiz çəkisi 4265,0 qram xarici görünüş və bioloji komponent tərkiblərinə görə eynilik təşkil edən həmin narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr əsassız olaraq bir sıra halları Məhkum cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş, Məhkum məsuliyyətini yüngülləşdirən və ağırla şdıran halları düzgün nəzərə almayıb, Məhkum şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəza təyin etmişlər, bununla da Cinayət Məcəlləsinin 8, 58.3, 41.2-ci maddələrinin, Cinayət-Prosessual Məcəllənin 139.0.5-ci maddəsinin tələblərini pozmuşlar. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya mür aciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayə t-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində Məhkum məsuliyyəti yüngülləşdirən hallar düzgün nəzərə alınmadan, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də onun şəxsiyyətinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPMin 416.1.21-ci maddəsində nəzərd ə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cə za növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs ba rəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalanmış cinayət - hüquqi normalarını baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda kassasiya protestində istinad edilmiş cəzanın həcmi ilə bağlı dəlillərin əsassız olduğu müəyyən olunur. Belə ki, Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilindiyi cinayət əməlləri – (hazırki işin kontekstində) şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qa nunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanılması və daşınması Cinayət Məcəlləsinin 15.4-cü maddəsində ağır cinayət kimi təsbit edilmişdir. Həmin maddələrin sanksiyasında aşağı həddi 05 il olmaqla yuxarı həddi isə 12 ilədək müddətə olan azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkum isə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, yəni sanksiya daxilində olmaqla sanksiyada müəyyən edilmiş azadlıqdan məhrum etmənin yuxarı həddindən 03 il 06 ay az, aşağı həddən isə 03 il 06 ay çox cəza təyin edilmişdir. Baxılan işdə Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunması və ilk məhkumluğu məhkəmələr tərəfindən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təq sirkar şəxsin ilk dəfə məhkum olunması onu kriminal meyilli, əvvəllər məhkum olunmuş və yaxud cinayətə görə özünü məzəmmət etməyən şəxslərdən fərqləndirmək üçün ağlabatan əsaslardır. Cinayət Məcəlləsinin 59.2-ci maddəsi isə məhkəmələrə belə halı, onun CM-in 59.1.1-59.1.14-cü maddələrində birbaşa qeyd olunmamasına baxmayaraq, cəzanı yüngülləşdirən hallar qismində nəzərə almaq hüququnu verir. Bu səbəbdən, eləcə də müəyyən edilmiş həmin hal müvafiq sübutlara əsaslandığından, məhkəmələrin onu cəzanı yüngülləşdirən hallar qismində nəzərə almaları qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz. Məhkəmələrin baxılan işdə cəzanı ağırlaşdıran halların olmamasına dair qənaətləri də işin həqiqi hallarına və qanuna əsaslanan nəticədir. Çünki, baxılan işdə Cinayət Məcəlləsinin 61-ci maddəsinin müddəaları ilə uyğunluq təşkil edən (bu maddədə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların dairəsinə düşən) heç bir hal müəyyən edilməmişdir. Kassasiya protestində məhkuma daha ağır cəzanın təyin edilməsini tələb edən əsaslar kimi gətirilən hallar da CM-in 61-ci maddəsinin müddəaları baxımından cəzanı ağırlaşdıran hallar kimi çıxış etmirlər. Kassasiya protestində göstərilən – Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində təsbit edilən cinayətin obyektini, ictimai təhlükəlilik dərəcəsini, kateqoriyasını xarakterizə edən əlamətlərə gəldikdə, bunlar CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası müəyyən olunarkən qanunvericinin nəzərə aldığı xüsusiyyətlərdir və həmin xüsusiyyətlərlə törədilmiş əməllərə görə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəinki 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının, hətta ondan da az müddətə (05 ildən başlayamaqla) azadlıqdan məhrum etmənin təyin edilməsi mümkün görülmüşdür. Qeyd olunan halların fonunda Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş (apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılan) cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı ağırlaşdıran və yüngülləşdirən halların, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələblər i ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz. Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halın müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2024cü il tarixli, 1(106)-259/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbayca n Respublikası CPM-in 419.10.1-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı Almazov Ramin Pənah oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2024-cü il tarixli, 1(106)-259/2024 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar