Məhkəmə qərarları › İş №1(102)-1185/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1185/2022

28.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1185/2022 28.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi – X2 iştirakları ilə, Bakı şəhər Səbail Raron Məhkəməsinin 16 iyul 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azər baycan Respublikası Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 fevral 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Səbail Raron Məhkəməsinin (sədrlik edən: X5) 16 iyul 2021-ci il tarixli, 1(009)-5/2021 saylı hökmü ilə xx xxxx 1950-ci il tarixdə Qusar rayonunun Yuxarı Tahircal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ün vanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən barəsində cəza təyin edilməmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il müddətinə kommersiya və qeyri-kommersiya təşkilatlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il 0 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmışdır. Sınaq müddəti ərzində Məhkum üzərinə cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən iş yerini və daimi yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmuş, cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilmiş, Məhkum barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, iş üzrə maddi sübut kimi tanınmış QSC "xxxx" KB-dən, həmçinin qeyd edilən bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan, habelə Vergi orqanlarından daxil olmuş sənədlər, kredit dosyeləri, kredit müqavilələri üzrə hesablardan çıxarışlar, bəyannamələr və digər vergi sənədləri c inayət işinin materiallarında saxlanılmış, cinayət işi üzrə ibtidai istintaq dövründə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 5(001)-409/2019 nömrəli qərarı ilə üzərinə həbs qoyulmuş əmlakın hazırki cinayət işi üzrə Məhkum mülkiyyətində olmaması səbəbindən, habelə əmlakın mülkiyyətçisi olan Şahid2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbinin predmeti məhz qeyd olunan əmlak kompleksi olduğundan, hazırki cinayət işi üzrə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kimya məhsulları anbar bazasının yanında 6.4673 ha torpaq sahəsində yerləşən 6492,9 kv.m ümumi, 5627,4 kv.m əsas, 865,5 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə münasibətdə xüsusi müsadirə tətbiq olunmamışdır. Bakı Apellyasiya Məhkəmə sinin Cinayət Kollegiyasının 10 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər: Mursaqulov Vaqif Ənvər oğlunun sədrliyi və məruzəsi ilə, Abbasov Mirzəli Əbdüəli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 1(009)-5/2021 saylı hökmü dəyişdirilmiş, xüsusi müsadirə tətbiq edilərək cinayət işi üzrə ibtidai istintaq dövründə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 5(001)-409/2019 nömrəli qərarı ilə üzərinə həbs qoyulmuş Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kimya məhsulları anbar bazasının yanında 6.4673 ha torpaq sahəsində yerləşən 6492,9 kv.m. ümumi, 5627,4 kv.m. əsas, 865,5 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksi hesabına dəymiş ziyanın ödənilməsinin təmin edilməsinə dair qərar qəbul edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum rəhbəri olduğu hüquqi şəxsin (təşkilatın) maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verərək külli miqdarda ziyan vurmaqla vahid niyyətlə qanunsuz kredit almış, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə vahid niyyətlə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, Məhkum 17 fevral 2005-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər idarəsi tərəfindən ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış "xxxx" MMC-nin 2006-cı ilin noyabr ayından direktoru vəzifəsində işləməklə 8 fevral 2006-cı il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Sumqayıt Bölgə Şöbəsində təsdiq olunmuş həmin cəmiyyətin Nizamnaməsinə əsasən, cəmiyyətin adından etibarnaməsiz fəaliyyət göstərmək, cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, üçüncü şəxslərlə münasibətdə, o cümlədən, məhkəmədə cəmiyyəti təmsil etmək, cəmiyyətin adından əqdlər bağlamaq və sair təşkilati-sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və rəhbəri olduğu həmin hüquqi şəxs (təşkilat) üçün qanunsuz üs tünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə Azərbaycan Respublikası Vergilər Nazirliyinə təqdim etdiyi xx.xx.2007-xx.xx.2007-ci il tarixlərini əhatə edən dövrə aid cəmiyyətə məxsus vergi bəyannamələrində malların (iş və xidmətlərin) dəyəri 51.173,6 manat, həmçinin şərti rentabellik norması əsasında mənfəəti 8.523,93 manat (51.173,6/(100+20)x20=8.528,93) olduğu halda, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kimya məhsulları anbar bazasının yanında cinayətdən xəbərsiz Şahid2 xüsusi mülkiyyətində olan 6.4673 ha torpaq sahəsində yerləşən 6492,9 kv.m ümumi, 5627,4 kv.m əsas, 865,5 kv.m köməkçi sahədən ibarət əmlak kompleksində müəssisənin istehsal gücünün artırılması və digər profillərin genişləndirilməsi ilə rekonstruksiya, eləcə də y enidənqurma işlərinin aparılması təyinatı üzrə kredit verilməsinə dair müraciəti ilə əlaqədar Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 4 ünvanında yerləşən QSC "xxxx" KB-nin baş ofisi tərəfindən aparılan maliyyə vəziyyətinin analizi zamanı “Banklarda kreditlərin sənədləşdirilməsi, verilməsi, nəzarəti və uçotu haqqında Qaydalar”ın 2 nömrəli əlavəsinə əsasən, kredit sifarişi sənədində sifarişçi haqqında məlumatlarda rəhbəri olduğu hüquqi şəxsin (təşkilatın) həmin dövr üçün xalis mənfəətinin rəsmi rəqəmlərdən kifayət qədər çox - 294.155 manat olması barədə, yəni maliyyə vəziyyətinə dair bilə-bilə şişirdilmiş yalan məlumatlar verməklə bankla bağlanmış 14 sentyabr 2007-ci il tarixli, ********** №-li “kredit müqaviləsi” əsasında 36 ay müddətinə, illik 18 % dərəcəsi ilə 3.000.000 (üç mil yon) ABŞ dolları məbləğində kredit xətti müqaviləsinin bağlanmasına nail olub, həmin kredit xətti üzrə xx.xx.2007-ci il tarixli 604 saylı sərəncama əsasən 1.780.000 ABŞ dolları, xx.xx.2007-ci il tarixdə 798 saylı sərəncama əsasən 500.000 ABŞ dolları, xx.xx.2008-ci il tarixdə 27 saylı sərəncama əsasən 520.000 ABŞ dolları və xx.xx.2007-ci il tarixdə isə 200.000 ABŞ dolları vəsaitin ayrılması ilə ümumilikdə 3.000.000 ABŞ dolları vəsaiti nağd şəkildə əldə edərək qanunsuz kredit almış, həmin krediti götürdükdən sonra yalnız faiz borcu üzrə 2007-ci il üzrə 78.147,29 ABŞ dolları, 2008-ci il üzrə 388.959,25 ABŞ dolları, 2009-cu il üzrə 44.726,1 ABŞ dolları, 2010-cu il üzrə hər hansı bir ödəniş aparmamaqla, 2011-ci il üzrə 169.600 ABŞ dolları, 2012-ci il üzrə 189.042,72 ABŞ dolları, 2013-cü il üzrə 176.112,74 ABŞ dolları, 2014-cü il üzrə 80.076 ABŞ dolları və 2015-ci ilin əvvəllərindən xx.xx.2015-ci il tarixədək 16.333 ABŞ dolları, kredit faizi üzrə cəmi 1.142.997,1 ABŞ dolları, yəni nəzərdə tutulduğundan az ödəniş aparmaqla sadəcə müqavilə müddətini uzadıb əsas borcdan hər hansı bir ödəniş icra etməyərək, xx.xx.2015-ci il tarixdə 3.000.000 (üç milyon) ABŞ dolları əsas və 771.871,19 ABŞ dolları (yeddi yüz yetmiş bir min səkkiz yüz yetmiş bir dollar on doqquz sent) faiz borcunun ödənilməsi müddətini uzatmaq üçün müraciəti üzrə kredit üzrə öhdəliklərini icra etməkdən yayınmaq niyyəti ilə 7 illik hər hansı bir faiz hesablanmadan yeni qrafiklə qeyd edilən kreditin yenidən kapitallaşdırılmasını təmin edib xx.xx.2015xx.xx.2019-cu illər ərzində yalnız 2015-ci il üzrə 24.000 ABŞ dolları və 2016-cı il ərzində isə 30.648,71 ABŞ dolları, yəni sadəcə iki il üçün ümumilikdə 54.648,71 ABŞ dolları (əlli dörd min altı yüz qırx səkkiz dollar yetmiş bir sent) ödəniş həyata keçirib digər illər üzrə hər hansı bir ödəniş aparmayaraq, ümumilikdə, maliyyə vəziyyətinə dair qeyd edilən qaydada bilə-bilə şişirdilmiş yalan məlumatlar verməklə vahid niyyətlə cəmi 3.000.000 (üç milyon) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 2.554.500 (iki milyon beş yüz əlli dörd min beş yüz) manat məbləğində qanunsuz kredit alaraq QSC "xxxx" KB-yə külli miqdarda ziyan vurmuş, həmin kreditlər üzrə xx.xx.2019-cu il tarixə cəmi 3.717.222,48 ABŞ dolları (üç milyon yeddi yüz on yeddi min iki yüz iyirmi iki ABŞ dolları, qırx səkkiz sent), hazırki məzənnə ilə 6.319.278,22 manat (altı milyon üç yüz on doqquz min iki yüz yetmiş səkkiz manat 22 qəpik) məbləğində pul vəsaitini qəsdən ödəməməklə hüquqi şəxs olan QSC "xxxx" KB-nin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestdə qeyd edir ki, məhkəmənin Məhkum ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alması barədə gəldiyi nəticə əsassız olmuşdur. Belə ki, CM-nin 59.1,1-ci maddəsinə əsasən, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilm əsi cəzanı yüngülləşdirən hal hesab edilir. Təqsirləndirilən şəxs Məhkum CM-nin 195.2 və 308.2-ci maddələri ilə törədilmiş cinayət əməli CM-nin 15-ci maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir, qəsdən törədilmişdir, yəni təqsirli şəxs cinayət əməlin törədilməsinin ictimai təhlükəli olduğunu dərk edib belə əməli törətməyi arzu etmişdir. Odur ki, təqsirləndirilən şəxs cinayəti hadisələrin təsadüfi axarı zəminində deyil, planlaşdırılmış qaydada qəsdən törətdiyindən və törədilən cinayət əməli az ağır cinayət hesab edildiyindən, qeyd olunan hal CM-nin 59.1.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alına bilməz. Məhkəmələr Məhkum şərti məhkum edərkən törədilmiş cinayətin xarakteri, ictimaitəhlükəlilik dərəcəsi, təqsirləndirilənin şəxsiyyətini kifayət qədər nəzərə almamış, bununla da tətbiq edilmiş şərti məhkum etmə cinayətin nəticələrinin ağırlığına və təqsirləndirilənin şəxsiyyətinə uyğun olmayaraq yüngüllüyünə görə açıq-aydın ədalətsiz olmuşdur. Qeyd olunmalıdır ki, CM-nin 195-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyekti iqtisadi münasibətlərin iştirakçılarının qanuni mənafeləri və bütövlükdə maliyyə sisteminin əsaslarını müəyyən edən ictimai münasibətlərdir. CM-nin 308.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyekti dövlət orqanlarının normal fəaliyyəti olmaqla yanaşı cinayətin əlavə obyekti qismində vətəndaş və ya təşkilatlatların hüquqları və qanuni mənafeləri, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafeləri çıxış edir. CM-nin 308.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsi rkar qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək vətəndaşların və ya təşkilatların hüquqlarına və qanuni mənafelərinə, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ziyan vurur, vətəndaşların konstitusiya hüquq və azadlıqlarını pozur, hakimiyyət orqanlarını əhali arasında nüfuzdan salır. Təqsirləndirilən şəxs Məhkum yuxarıda qeyd edilən əməlləri törətməklə hüquqi şəxsin hüquqlarına və qanuni mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuş və həmin zərərin aradan qaldırılması istiqamətində hər hansı adekvat tədbirlər görməmişdir. Bu cür əməllər təkcə ölkənin iqtisadi sistemini deyil, ictimai inkişafın digər istiqamətlərini də təhlükə altına qoyur. Bundan əlavə, məhkəmə təqsirləndirilən şəxsi şərti məhkum edərkən cəzanın belə bir məqsə dini nəzərə almamışdır ki, cəza həm məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsi cinayətin nəticəsinin ağırlığına və ictimai-təhlükəlilik dərəcəsinə uyğun olmamış, əsassız olaraq Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edilməklə cəmiyyətdən təcrid olunmalı olan şəxs azadlıqda saxlanılmışdır. Bu isə məhkəmənin ədalət mühakiməsinin həyata keçirilməsində obyektivliyinə və qərəzsizliyinə, cəmiyyətdə ədalətin və hüququn əliliyinin təmin edilməsində prinsipiallığına təsir göstərməklə onun həyata keçirdiyi mühüm funksiyalara ziddir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respu blikası CPM-in 416.0.2 və 416.0.21-ci maddələrinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2022-ci il tarixli qərarının ləğv edilərək yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətində müdafiəçi qeyd etmişdir ki, hətta təqsirləndirilən şəxsin təqsiri sübuta yetirilməsi fərz edilsə belə (halbuki təqsirsizdir), yenə də Məhkum cinayət məsuliyyətinə cəlb edilə bilməzdi. Belə ki, cinayət işindən də göründüyü kimi, bankla kredit müqaviləsinin bağlanması, bununla əlaqədar sənədləşmələrin aparılması və pulun götürülməsi 2007-ci ildə baş vermişdir. Qanunsuz kredit alma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddi tərkibli cinayətlər olduğundan 14 sentyabr 2007-ci il tarixdə kreditin alınması ilə cinayət törədilmiş (başa çatmış) və CM-in 195.2 və 308.2-ci maddələrində nəzərdə tutulan əməllər az ağır cinayətlər olduğundan 2014-cü ilin sentyabr ayında cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Cinayət Məcəlləsinin 75.1 -ci maddəsinə əsasən, az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Məhkəmələr CM-in 195.2-ci maddəsi ilə verilən ittiham üzrə məsuliyyətə cəlb etmə müddətinin keçməsi qənaətinə gəlsə də, CM-in 308.2-ci maddəsi ilə Məhkum təqsirli bilərək ona cəza təyin etmişdir. Halbuki, bu mövqe heç başadüşülən deyil. Belə ki, irəli sürülən itti hamdan da görünür ki, bir epizoddan ibarət cinayət işidir və ittihama görə bir əməllə 14 sentyabr 2007-ci il tarixdə iki cinayət törədilmişdir. Yəni ki, əməl cinayət hesab edildiyi halda, ittihama görə 14 sentyabr 2007-ci il tarixdə qanunsuz kredit əldə edilmiş və bu zaman eyni hərəkətlə vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə vəzifə cinayəti də törədilmişdir. Bu halda isə CM-in 308.2-ci maddəsi üzrə də cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Məhkəmələrin mövqeyindən belə çıxır ki, onlar 24 iyun 2015-ci il tarixdə kredit müqaviləsi müddətinin uzadılması ilə bağlı yeni sazişin bağlanılması və individual qrafikin tərtib edilməsini cinayət hərəkətinin davam etdirilməsi kimi qəbul etmişdir (bu, dövlət ittihamçısının mövqeyi olmuşdur). Bu mövqe tam əsassızıdır. Belə ki, işdə n də göründüyü kimi, həm irəli sürülən ittihama, həm də qanunvericiliyin tələbinə əsasən, hazırkı işdə cinayət əməli kimi qəbul edilən hərəkət kredit müqaviləsinin bağlanılması deyil, bilə-bilə yalan məlumat verməklə kredit alınmasıdır. Həmçinin, irəli sürülən ittihama görə, Məhkum bu hərəkəti etməklə eyni zamanda vəzifə səlahiyyətindən sui-istifadə etmişdir. Bu halda, 2015-ci ildə kredit müqaviləsinə əlavə saziş bağlanılmaqla kredit öhdəliyinin müddətinin uzadılması vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin davamı kimi qəbul edilə bilməz. Belə ki, 'Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 25 yanvar 2021 - ci il tarixli qərarında göstərilmişdir ki, Davam edən cinayətlər isə zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni cinayət əməllərindən ibarətdir. Davam edən cinayətlərə aşağıdakı əlamətlər aiddir: 1) bu cinayətlər iki və daha artıq müstəqil, yəni bir-birindən zamana görə ayrılan oxşar cinayət əməllərindən ibarətdirlər; 2) cinayətlər bir-biri ilə vahid niyyət və ümumi, yekun nəticənin əldə olunması istəyi ilə birləşir; 3) həmin cinayətlər cinayətlərin çoxluğu kimi deyil, bir konkret cinayət kimi qiymətləndirilir və Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunur. Göründüyü kimi, hərəkətin hər hansı bir cinayət əməlinin davamı kimi qəbul edilməsi üçün həmin hərəkət də cinayət əməli olmalı, əvvəlki cinayətlə oxşar olmalı və bu əməllər (cinayətlər) bir-biri ilə vahid niyyət və ümumi nəticənin əldə olunması istəyi ilə birl əşməlidir. Ancaq bu şərtlərin birgə mövcudluğu halında əməllər davam edən cinayət kimi qəbul oluna bilər. Hazırkı işdə isə bu hallar mövcud deyildir. Belə ki, birnicisi, 2015-ci il tarixdə kredit müqaviləsinin müddətinin uzadılması barədə sazişin bağlanılması və yeni qrafikin açılması hərəkəti cinayət əməli deyildir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2022-ci il tarixli qərarının ləğv edilərək Məhkum əməlində cinayət tərkibi olmadığına görə bəraət verici əsaslarla xitəm verilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2022-ci il tarixli qərarınından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə qarşı zər ərçəkmiş hüquqi şəxsin nümayəndəsi X6 tərəfindən etiraz verilmişdir. Kassasiya protestinə qarşı etiraz verilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kim i məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısının kassasiya protestində cəzanın yüngüllüyünə dair qeyd olunan müddəaları və müdafiəçinin kassasiya şikayətində qetd edilənləri nəzərdən keçirərək, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tə ləblərini əsas götürərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti təmin edilməməli və kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən ha lların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri Məhkum münasibətdə cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməməklə ona təqsirli bilindiyi CM-in 195.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən əsaslı olaraq cəza təyin etməmiş lər. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə kollegiyası Məhkum istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin cinayətlərin təsnifatına görə az ağır cinayətlərə aid olduğundan hesab edir ki, həmin ittiham üzrə cəlb etmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Hazırkı işdən görünür ki, Məhkum 11 sentyabr 2007-ci il tarixdə, 36 ay müddətinə 3.000.000 ABŞ dolları kredit ayrılmasına icazə verilməsi ilə bağlı QSC "xxxx" KB yazılı müraciət etmiş, 14 sentyabr 2007-ci il tarixdə isə QSC "xxxx" KB bankla 36 ay müddətinə, illik 18 % dərəcəsi ilə 3.000.000 (üç milyon) ABŞ dolları məbləğində kredit xətti müqaviləsinin bağlanmasına nail olmuşdur. Bununla da rəhbəri olduğu hüquqi şəxsin (təşkilatın) maliyyə vəziyyəti barədə biləbilə yalan məlumatlar verməklə qanunsuz kredit almasını, həmçinin hüquqi şəxsin hüquqlarına və qanuni mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla nəzərdə tutan cinayət əməlini, törətdiyi vaxtdan on üç ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3 cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qə rar çıxarmağa haqlıdır. Birinci instansiya və apellyasiya məhkəmələri haqlı olaraq Məhkum özünü təqsirli bilmədiyindən Cinayət Məcəlləsinin 195.2-ci maddəsinə münasibətdə AR CinayətProsessual Məcəlləsinin 44.2-ci maddəsi tətbiq etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.-ci maddəsinə görə bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda - təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya və apellyasiya məhkəmələri haqlı olaraq Məhkum təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib, lakin cəlb etmə müddəti keçdiyindən ona cəza təyin etməmişlər. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən, o cümlədən Məhkum əməli nəticəsində vurulmuş ziyanı nəzərə alaraq belə yekun nəticəyə gəlir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə qismən razılaşaraq kassasiya şikayətinin Məhkum bəraət verilməsi barədə dəlillərini əsassız he sab edir və qeyd etməyi zəruri hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 195.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materialları ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirilməklə öz təsdiqini tapmışdır. Məhkum barəsində Cinayət Prosessual Məcəlləsinin 39 və 42-ci maddələrində göstərilən hallar müəyyən edilmir və kassasiya şikayətinin CM-im195.2=ci maddəsi ilə ona bəraət verilməsi barədə dəlilləri subyektiv mülahizələrdən ibarətdir. Kassasiya şikayətində mübahisələndirilən məsələlərdən biridə Məhkum əsassız olaraq CMnin 308.2-ci maddəsi ilə təqsirli bilinməsi barə dədir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tari xli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası kassasiya şikayətində Məhkum əsassız olaraq CM-in 308.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair qeyd edilən hallarla razılaşır və qeyd edir ki, Azərbaycan Resp ublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Apellyasiya Məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Cinayət Məcəlləsinin 308.2-ci maddəsində vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əla qədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqda nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə məsuliyyət nəzərdə tutulmuşdur. Lakin məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin 308.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair məhkəmələrin gəldiyi nəticəni əsaslı hesab etmir. Beləliklə, kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum Cinay ət Məcəlləsinin 195.2-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə gəldiyi nəticəni kifayət qədər tutarlı dəlillərlə əsaslandırmış, belə bir nəticəyə gələrkən iş üzrə araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından düzgün qiymətləndirmiş, lakin Məhkum CM-in 308.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın hər hansı sübut olmadan əsassız olaraq təsdiq olunmasını hesab edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqda haqlı olmamışdır. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispo zisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və dü zgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olun ur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyekt iv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafi əsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Şərh olunanlara əsasən məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, kassasiya şikayət i qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qərarı qismən ləğv edilərək Məhkum CM-in 308.2ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair müddəalar qərardan xaric edilməli, Məhkum Cinayət Məcəlləsinin 195.2-ci maddəsi ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Kon stitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tör ədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıql arın bərpasına nail olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həya t şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən səbəblərdən Məhkum Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə cəza təyin edilməsinə dair müddəalar ittihamdan xaric edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsinə əsasən məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kol legiyasının 10 fevral 2022-ci il tarixli qərarı Məhkum CM-in 308.2-ci maddəsi ilə məhkum edilməsinə aid hissədə qismən ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.3-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 1(103)-71/2022 saylı qərarı qismən ləğv edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirli bilininərək məhkum edilməsinə dair müddəalar ittihamdan xaric edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar