Məhkəmə qərarları › İş №1(102)-1185/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1185/2023

30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1185/2023 30.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və Məhkum iştirakı ilə 24 avqust 1993-cu il tarixdə Zaqatala rayonu, Qımır kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il ta rixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəzası 02 il sınaq müddəti ilə şərti hesab olunmuş, daha sonra Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.5, 67.1 və 71.4-cü maddəsinə əsasən üzərində 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəzası 02 il 06 ay sınaq müddəti ilə şərti hesab edilmiş, hazırda məhkumluğu ödənilməmiş, Zaqatala rayonu, Qımır kəndində qeydiyyatda olmaqla yaşa mış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 1(107)-405/2022 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Abdullayev Abdulla Münasib oğlu tərəfindən verilmiş kassasiya protestinə və məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 1(091)-125/2022 nömrəli hökmü ilə (hakimlər: R.Ə.Əliyev (sədrlik edən) N.N.Mirzəyev, B.M.Məmmədov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bili nərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsində əsasən Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli hökmü ilə Məhkum barəsində təyin olunan şərti məhkum etmə ləğv olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsində əsasən Məhkum barəsində hökmlə təyin olunan 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli hökmü ilə təyin olunan və çəkilməmiş qalan 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilmiş və Məhkum qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, tutulduğu və həbsdə ol duğu müddət cəzasına hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: G.Q.Abbasov (sədrlik edən), A.M.Eyvazov və İ.H.Şükürov) apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2022ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti və məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum s atış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və vaxtda qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 6,865 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib 3,560 qram və 3,305 qram çəkidə olan hissələrlə bölüb ayrı-ayrılıqda iki ədəd bükümdə qablaşdırıb üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 03 noyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum həmin gün saat 18:05-də ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq Zaqatala Rayon Polis Şöbəsinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış həyata keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq əldə ed ib üzərində saxlamaqla daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda, ayrı-ayrılıqda çəkiləri 3,560 qram və 3,305 qram olmaqla ümumi təmiz çəkisi 6,865 qram narkotik vasitə heroin əynindəki qara rəngli gödəkçənin sol iç yan cibindən iki ədəd şəffaf sellofan bükümdə aşkar olunaraq götürülmüşdür Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış və birinci instansiya məhkəməsində baxılmış sübutlarla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş satış məqsədi ilə külli miqdarda (6,865 qram) narkotik vasitə heroini qanunsuz olaraq əldə etmə, daşıma və saxlama cinayətini törətməsi təsdiq olunduğu halda, birinci instansiya məhkəməsi sübu tların tədqiqinə dair cinayət-prosessual normaların tələblərini pozmaqla işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlib, əsassız olaraq Məhkum cinayət əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişmişdir. Dövlət ittihamçısı birinci instansiya məhkəməsinin Məhkum əməlinin hüquqi tövsifində səhv nəticəyə gəlməsini göstərən hal kimi xüsusilə ona istinad etmişdir ki, Məhkum aşkar olunmuş narkotik vasitə (heroin) bu növ narkotik vasitə üçün qanunla müəyyən edilmiş şəxsi istehlak miqdarından 45 dəfə, külli miqdarın başlanğıc həddindən isə 3 dəfədən çox olmuşdur. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutu lmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən ona həm təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi ilə, həmdə hökmlərin məcmusu üzrə qəti cəza təyin edilərkən məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmamış, nəticədə o şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq ağır cəzaya məruz qalmışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2022- ci il tarixli qərarının dəyişdirilməsini, ona aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nə ticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə əsaslar olmadığı halda Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilm əsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkum kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən ona cəza təyin edilərkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, cəzasının yüngülləşdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əsaslandırmışdır. Odur k i, kollegiya dövlət ittihamçısının kassasiya protestini və məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya protestindən görünür ki, dövlət ittihamçısının Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında qənaətə gəlməsinə həlledici şəkildə Məhkum aşkar edilmiş narkotik vasitənin – heroinin kütləsinin külli miqdar – 6,865 qram təşkil etməklə şəxsi istehlak miqdarından (0,15 qramdan) təxminən 45 dəfə, “külli miqdar”ın minimal həddindən (2 qramda n) təxminən 3 dəfə çox olması və 2 bükümə qablaşdırılması səbəb olmuşdur. O, həm də mövqeyini “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli 2 nömrəli qərarına istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, Plenumun həmin qərarına görə də narkotik vasitəni satmaq niyyətinin olub-olmamasının müəyyən edilməsi zamanı narkotikin miqdarı, çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması da nəzərə alınmalıdır. Ali Məhkəmənin Plenum qərarının kassasiya protestində istinad olunan müddəasında (9-cu bəndinin 2-ci abzasında) məhkəmələrə izah olunur ki, “təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Məhkəmə kollegiyasının qənaətinə görə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından gətirilmiş həmin iqtibas belə dövlət ittihamçısının irəli sürdüyü dəlillərin onun mövqeyi ilə razılaşmaq üçün kifayət etmədiyini göstərir. Çünki, Plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının və bükümlərə ayrılmasının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyə olunur. “Başqa sübutlar” dedikdə, iş üçün əhəmiyyətli olan halların, o cümlədən cinayət törətmiş şəxsin özünün narkotiklərdən və psixotrop maddələrdən istifadə edib-etməməsinin araşdırılması üzrə sübutlar başa düşülür. Plenum qərarının tövsiyələri ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 4314 nömrəli rəyinə görə Məhkum opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkum qanunsuz olaraq əldə edib saxladığı və daşıdığı heroin narkotik vasitələrin məhz opioidlər qrupuna aiddir. Eyni zamanda götürülmüş 6,865 qram heroinin külli miqdar olduğu müəyyən edilsə də, Məhkum digər istehlakçılarla razılıq əldə etməsi, satış üçün narkotik vasitəni xır da bükümlərə qablaşdırması, onda narkotik vasitənin hazırlanması, çəkilməsi üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir. Belə vəziyyətdə birinci instansiya məhkəməsi haqlı olaraq Məhkum narkotik vasitəni məhz satmaq məqsədilə əldə edib saxladığını, daşıdığını söyləmək üçün kifayət qədər faktik əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin həmin halların mövcud olmaması və təqsirkarın hərəkətlərində məhz CM-in 234.1-ci maddəsinin tərkibinin olması haqqında yekun qənaəti hökmdə ətraflı təsvir olunmuş sübutlarla uzlaşır. Belə ki, Məhkum məhkəməyədək icraatda verdiyi ilk ifadəsindən başlayaraq narkotik vasitə satmaq kimi məqsədinin olmadığını göstərmişdir. “Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2021-ci il tarixli protokola əsasən Məhkum üzərind ən 02 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilərək qanuna müvafiq qaydada götürülmüşdür. Şəxsi axtarışın gedişində Məhkum narkotik vasitəni şəxsi istehlakı üçün əldə edib saxladığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid1, Şahid2 və Şahid3 da Məhkum narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı məlumat verməmiş ( ifadələrində hazırkı işlə bağlı əməliyyat-qeydiyyat işinin açılmadığını bildirmişlər), onlar, müstəsna olaraq Məhkum yuxarıda qeyd olunan narkotik vasitənin aşkar edilib götürülməsi faktını təsdiq etmişdir. Təsvir olunanlardan, ümumiyyətlə cinayə t işinin materiallarından belə görünür ki, birinci instansiya məhkəməsi Məhkum cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edərkən, apellyasiya instansiyası məhkəməsi isə həmin nəticə ilə razılaşarkən kassasiya protestində irəli sürülmüş iddianın əksinə olaraq, tam, hərtərəfli və obyektiv olaraq araşdırılmış, CPM-in 144-146-ci maddələrinə uyğun olaraq yoxlanılıb qiymətləndirilmiş sübutların məcmusuna əsaslanmışlar. Odur ki, kollegiya məhkəmələr tərəfindən sübutların düzgün qiymətləndirilməməsinə dair dövlət ittihamçısının iddiası ilə razılaşmır, bu səbəbdən də müəyyən edilmiş işin hallarını (Məhkum satış məqsədi olmadan narkotik vasitəni əldə edib saxlaması, daşıması haqqında nəticəni) şübhə altına almaq üçü n əsas görmür. Belə olan halda, dövlət ittihamçısının Məhkum əməlinin Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmaması haqqında mülahizəsi də əsaslı sayıla bilməz. Çünki, məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan yuxarıda qeyd olunan əməlləri (satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddənin qanunsuz olaraq əldə edilməsini, saxlanmasını və daşınmasını) cinayət olaraq məhz CM-in 234.1-ci maddəsi nəzərdə tutmuşdur. Qeyd olunanlar məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni kassasiya protesti ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Məhkum tərə findən kassasiya şikayətində irəli sürülmüş onun cəzasının həddindən artıq ağır olması barədə iddiaya və cəzanın yüngülləşdirilməsinə dair tələbə gəldikdə, məhkəmə kollegiyası bu iddia və tələblə də razılaşmaq üçün əsas görmür. Apellyasiya məhkəməsi cəzanın dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən (3 ildən) 1 il az, lakin cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi müəyyən edildiyindən CM-in 65.2-ci maddəsinin yol verdiyi həddə cəza təyin etməklə, hökmlərin məcmusu üzrə cəzanın müddətini də Cinayət Məcəlləsinin 67.1-ci maddəsində nəzərdə tutulmuş cəzaların birləşdirilməsi üsullarından daha güzəştlisini – qismən birləşdirməni tətbiq edib 5 il olaraq müəyyən etməklə Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən (onun himayəsində iki azyaşlı uşağının olması) və ağırlaşdıran hallar (cinayətlərin residivinin olması), cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri kimi məsələlər üzrə müəyyən edilmiş bütün halları tarazlaşdırılmış şəkildə nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Təsvir olunanlar məhkumun apellyasiya şikayətinə baxılması nəticəsində CPM-in 416.1.21-ci maddəsində göstərilən halın müəyyən edilmədiyi, yəni kassasiya şikayətinin d ə təmin edilməsi (apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi) üçün əsasların müəyyən olunmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısı Hüseynli Ayxan Məhəmmədəli oğlunun kassasiya protestinin təmin edilməsinə, kassasiya şikayətinin isə təmin edilməməsinə, Məhkum kassasiya şikayətinin təmin edilməsinə, kassasiya protestinin təmin edilməməsinə dair çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində 24 noyabr 2022-ci il tarixli, 1(107)-405/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10. 1-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 1(107)-405/2022 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar