Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1185/2025 01.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum və onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Məhkum Azərbaycan Respublikası C inayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 yanvar 2025-ci il tarixli, 1(103)70/2025 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə, Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatsız yaşamış, Əd liyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində cəza çəkir.
2. İttiham aktına əsasən Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil olan 1,926 qram çəkidə narkotik vasitə heroin və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil olan 0,993 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsin də Məhkum 29 yanvar 2024-cü il tarixdə saat 18:45-də qeyd olunan ünvanda saxlanılaraq BMCMİ-yə gətirilmiş və orada həmin tarixdə saat 20:40-dan etibarən üzərində şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkcənin sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıdığı 01 ədəd bükümdə 1,925 qram çəkidə olan xeyli miqdarda narkotik vasitə heroin və 01 ədəd bükümdə 0,993 qram çəkidə olan xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (sədrlik edən hakim: X5) 25 iyun 2024-cü il tarixli, 1(005)-253/2024 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona 3 (üç) il 6 (altı) ay müdd ətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 29 yanvar 2024-cü il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
4. Həmin hökmdən məhkum olunmuş şəxs Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti vermişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X8 (sədrlik edən, məruzəçi hakim), X6 və X3 ibarət məhkəmə tərkibində) 14 yanvar 2025-ci il tar ixli, 1(103)70/2025 nömrəli qərarı ilə apelyasiya şikayətinin qismən təmin edilməsi, Məhkum CM-in 234.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 1(005)-253`/2024 nömrəli hökmünün dəyişdirilməsi, Məhkum əməlinin CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi, Məhkum CM-in 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 yanvar 2025-ci il tarixli, 1(103)-70/2025 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti və Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayətləri verilmişdir. II. Kassasiya şikayətlərinin və kassasiya protestinin dəlilləri və etirazlar:
7. Məhkum kassasiya şikayətinin dəlilləri qismində ailə vəziyyətini, himayəsində iki azyaşlı övladının olmasını qeyd edərək, məhkəmədən barəsində təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza növü ilə əvəz edilməsini xahiş etmişdir.
8. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək, şikayətinin dəlilləri qismində cinayət işinin faktiki hallarına və bir sıra qanunvericilik normalarına istinadlar edərək, məhkəmədən Məhkum barəsində təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı dəyişdirərək, ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini xahiş etmişdir.
9. Dövlət ittihamçısı kassasiya prote stini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş satış məqsədi ilə narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə etmə, daşıma və saxlama cinayətini törətməsi təsdiq olunduğu halda apellyasiya instansiyası məhkəməsi cinayət-prosessual qanunun 143-146-cı maddələrinin ziddinə olaraq sübutları tədqiq edib-qiymətləndirməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, əsassız olaraq Məhkum cinayət əməlinin hüquqi tövsifini CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə dəyişmişdir.
10. Dövlət ittihamçısı apellyasiya məhkəməsinin Məhkum əməlinin hüquqi tövsifind ə səhv nəticəyə gəlinməsini göstərən hallar kimi xüsusilə ona istinad etmişdir ki, Məhkum qanunsuz əməlləri istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri, telefon məlumatları, əməliyyat məlumatları və digər sübutlarla öz təsdiqini tapdığı halda, məhkəmə göstərilən həmin halları nəzərə almamış, müstəsna olaraq Məhkum məhkəmədə verdiyi həqiqəti əks etdirməyən ifadələrinə əsaslanmışdır
11. Kassasiya protestinin müəllifi protestində göstərilənləri Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, məhkəmə kollegiyasından cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 yanvar 2025-ci il tarixli, 1(103)-70/2025 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir.
12. Kassasiya protestinə qarşı Məhkum müdafiəçisi Müdafiəçi yazılı etiraz verərək, cinayət işi materiallarında məhkumun əməlinin narkotik vasitələrin və psixotrop maddələrin satışını təsdiq edən heç bir sübutun olmaması, əksinə onun ailə vəziyyəti və şəxsiyyətini xarakterizə edən digər halların onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsinin mümkünlüyünə dəlalət etməsini qeyd edib, məhkəmədən kassasiya protestinin təmin edilməməsini xahiş etmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum və onun müdafiəçisi hər biri ayrı-ayrılıqda tərəflərindən verilmiş kassasiya şikayətlərini müdafiə edərək, onların dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə k ollegiyasından təmin edilməsini, eyni zamanda, kassasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdilər.
14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi, eyni zamanda müdafiə tərəfindən məhkum və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
15. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
16. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasi ya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”
17. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
18. Məhkum və müdafiəçisi tərəfindən ay rı-ayrılıqda verilmiş kassasiya şikayəltərinin dəlilləri qismində məhkumun barəsində təyin edilmiş cəzanın ağırlığı, onun şəxsiyyətinə uyğun olmaması mübahisələndirilsə də, xahişlərini Azərbaycan Respublikası CPM-in 416cı maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən hər hansı əsaslarla əlaqələndirməmişlər.
19. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini və məhkumun törətdiyi əməlin hüquqi tövsifində səhvə yol verildiyini iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.
20. Odur ki, kollegiya məhkum və müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərini, həmçinin dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 yanvar 2025-ci il tarixli, 1(103)-70/2025 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, ilkin olaraq, ittiham tərəfinin müraciətinin dəlillərinə münasibətdə araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
21. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
22. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 23. “Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”.
24. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
25. Belə ki, Azərbaycan Respublik ası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.
26. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
27. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nə zərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
28. Kassasiya protestində Məhkum törətməsi iddia edilən cinayət CM-in 234.2-ci maddəsində (baxılan işin kontekstində) “şəxsin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşıma, qanunsuz olaraq satma” kimi təsbit olunmuşdur.
29. Həmin cinayət-hüquqi norma, eləcə də apellyasiya məhkəməsinin Məhkum əməlinə şamil etdiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müqayisə edilməli olan faktiki hallara gəldikdə isə aşağıdakılar qeyd olunmalıdır.
30. Hazırki iş üzrə çıxarılmış apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, cinayət təqibi orqanı tərəfindən Məhkum qarşı CM-in 234.2-ci maddəsi ilə ittiham irəli sürüldüyü və bu nəticə ilə birinci instansiya məhkəməsi razılaşdığı halda apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Məhkum narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədi ilə əldə edib saxlamamışdır. Məhkəmə qeyd olunan nəticəni hasil edən əsas kimi - ibtidai araşdırma dövründə və məhkəmə istintaq ı zamanı aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirmək məqsədilə məhkumun istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsini, həmçinin hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər halların müəyyən edilməsini təsdiqləyən sübutların təqdim edilməməsini göstərmişdir.
31. Məhkəmə belə nəticəyə gələrkən məhkəmədə narkotik vasitənin və psixotrop maddənin satış məqsədi olmadan öz istifadəsi üçün əldə edilməsi barədə Məhkum ifadələrinə əsaslanmışdır.
32. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı cinayət işi ilə bağlı apellyasiya məhkəməsinin (natamam araşdırma aparılması nəticəsində) məhkumdan aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin bilavasitə satışına yönəlmiş əməlini təsdiq edən hər hansı sübutun cinayət işi materiallarında olmaması barə də gəlmiş olduğu qənaət yanlışdır və məhkəmənin gəldiyi həmin nəticə həm işin faktiki (obyektiv) hallarına, həm də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işlərinə baxılması üzrə Ali Məhkəmə tərəfindən formalaşdırılmış vahid məhkəmə təcrübəsinə uyğun olmamışdır.
33. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və n arkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. (qərarın 9-cu bəndi).
34. Plenumun hüquqi mövqeyinə görə, təqsirkar şəxsin narkotik vasitəni və ya psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi, daşıması və saxlaması ilə bağlı nəticəyə gəlmək üçün işin bütün diqqətəlayiq hallarının məcmusundan çıxış etmək lazımdır. O cümlədən, narkotik vasitəni və ya psixotrop maddəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalara qablaşdırılması, müvafiq avadan lıqların olması kimi hallar başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədi ilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilər.
35. Belə ki, cinayət işinin mübahisələndirilməyən faktiki hallarına əsasən Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 1,926 qram çəkidə narkotik vasitə heroin və 0,993 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımışdır.
36. Həmçinin, BMCM-in xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib olunmuş 29.1.2024-cü il tarixli raportda Məhkum narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib, üzərində saxlaması və daşıması göstərilmişdir.
37. Cinayət işi materiallarında olan “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin müstəntiqi X2 Azərbaycan Respublikası CPM-in 85, 134.2.1 və 236.1-ci maddələrini rəhbər tutaraq həmin protokolu ondan ötrü tərtib etmişdir ki, ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş Məhkum istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə 01 iyul 2023-cü il tarixdən 29 yanvar 2024-cü il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilmişdir. Baxı ş zamanı müəyyən edilmişdir ki, ***-***-**-** mobil telefon nömrəsi Məhkum istifadəsində olmuş və həmin mobil telefon nömrəsinə ***-***-**-** mobil telefon nömrəsindən xx.xx.2023-cü il tarixdə saat 19:39:13 və 19:43:56-də aşağıdakı məzmunda SMS-lər göndərilmişdir: - ay bırat cavab verda. bərkə s****lər məni olmadı ki sən oturub kola cəkirsen; - yekə oğlansan adama sənöl vurursan ki taksiyə minirəm indidə norkaman kimi hərəkət edirsən gəlmirsən denən gəlmirəm. Bundan başqa ***-***-**-** mobil telefon nömrəsindən xx.xx.2023-cü il tarixdə saat 21:25:33-də aşağıdakı məzmunda SMS göndərilmişdir: - o gətirdiyivə 70 manat vermisən yaxşı. Bundan başqa ***-***-**-** mobil telefon nömrəsindən xx.xx.2023-cü il tarixdə saat 10:16:56-da aşağıdakı məzmunda SMS göndərilmişdir: - ramin qapının üstündə eld e packası var onun icındə pulu vur karta.
38. Məhkəmələr tərəfindən tədqiq və təhlil edilmiş yuxarıda sadalanmış sübutlardan müəyyən olunur ki, baxılan işdə polis əməkdaşlarında məlumat məhz Məhkum narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə qanunsuz narkotik vasitəni və psixotrop maddəni əldə edib, üzərində saxlaması ilə bağlı olmuş (qeyd olunan halı şahid qismində ifadə vermiş polis əməkdaşları təsdiq etmişlər), Məhkum aşkar edilərək götürülmüş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin çəkisi xeyli miqdarda olmaqla, onun minimal həddindən bir neçə dəfə çox olmuşdur.
39. Cinayət işi materiallarından müəyyən edilir ki, apellyasiyia icraatı qismən məhkəmə istintaqı aparılmaqla keçirilmiş, bu zaman Məhkum saxlanılmasında iştirak edə n polis nəfərləri Şahid2 və Şahid3 ifadələri alınmış, həmçinin ibtidai istintaq zamanı Məhkum istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə 01 iyul 2023-cü il tarixdən 29 yanvar 2024-cü il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlarda ona yuxarıda qeyd edilən məzmunda SMS-lər göndərən (077)-333-75-70 nömrəli mobil telefon nömrəsinin adına qeydiyyatdan keçən şəxsə dair məlumatların Azərfon MMC-dən götürülməsi qərar alınmış, daxil olmuş məlumat əsasında həmin nömrənin Şahid4 adına qeydiyyatdan keçirilməsi müəyyən edildiyindən, sonuncunun müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilməsi aparılmış, yuxarıda qeyd edilən məzmunlu SMS-lərin mahiyyəti barəsində müdafiə, ittiham və məhkəmə tərəfindən şahidə suallar ünvanlanmışdır.
40. Sözügedən araşdırma nəticəsində apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Şahid4 verdiyi ifadələr əsasında Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edəcək sübutlar müəyyən edilməmişdir.
41. Apellyasiya instansiya məhkəməsi qismən məhkəmə istintaqı keçirməklə aparılmış apellyasiya icraatı zamanı müstəntiqin “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokolu ilə kifayətlənərək, həmin protokolda əks edilmiş, eyni zamanda cinayət işi üzrə əhəmiyyət kəsb etməsinə baxmayaraq qiymət verməmiş, SMS məlumatların məzmununa münasibətdə natamam araşdırma aparmış, Məhkum istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə 01 iyul 2023-cü il tarixdən 29 yanvar 2024-cü il tarixədək dax il olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara faktiki baxış keçirməmiş, həmin yazışmalarda öz əksini tapan cinayət işi üçün əhəmiyyət kəsb edən digər yazışmaları araşdırmamış, heç bir hüquqi qiymət verməmişdir.
42. Belə ki, cinayət işi materiallarına əsasən ***-***-**-** nömrəsinin istifadəçisi Məhkum “ETİ + BƏBƏ DƏ 1PACKA”, “Qaqa qara beta çay l.packa 100 qr. Birdə pecenlik CİCİ BƏBƏ DƏ DEYİRlər, ETİ + BƏBƏ DƏ 1PACKA”, xx.xx.2023-cü il tarixdə, saat 01:17-də həmin nömrənin istifadəçisi Məhkum “mənim nömrəmi smsdərimi hamısını sil ramin sağol”, xx.xx.2023-cü il tarixdə saat 15:01-də ***-***-**-** nömrəsinin istifadəçisi ona “qaqa mənəm elşad sən mənə rezba açan lazımdı başqa heşnəyin”, 18.1.2024-cü il tarixdə ******-**-** nömrəsinin istifadəçisi Məhkum “Sən mənim işimi kolaya patıya görə yarımçıq qoyub kiminsə qapısında”, həmin tarixdə ***-***-**-** nömrəsinin istifadəçisi Məhkum “Sən mənim evimin işini yarımcıq qoyub atravaya görə kiminnsə işin görürsən sən heç oğlan deyilsən vallah onu bilki bu gün orda sabah burda olacaq o cox sevdiyin kola patı ramin” məzmunlu mesajlar yazmışdır. Məhkəmələr tərəfindən qeyd edilən sübutlar tədqiq edilməmiş, onlara heç bir hüquqi qiymət verilməmiş, apellyasiya icraatı zamanı şahid ifadələri alınaraq, ittiham, müdafiə və məhkəmə tərəfindən həmin şəxslərə müvafiq suallar ünvanlansa da, məhz qeyd edilən bu yazışmalarla bağlı heç bir araşdırma aparılmamışdır.
43. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin nəticəsinə tənqidi yanaşaraq qeyd edir ki, Məhkum iki müxtəlif növdə, hər birinin ayrı-ayrılıqda çəkisi xeyli miq darın minimal həddindən dəfələrlə çox olmaqla narkotik vasitə heroinin və psixotrop maddə metmafetaminin aşkar edilməsi, həmçinin faktiki qanunsuz fəaliyyətin prədələnməsi məqsədi ilə şərti ifadələrdən istifadə edilməklə aparılmış yazışmalar kimi obyektiv halların olmasına baxmayaraq, apellyasiya məhkəməsi həmin obyektiv halların ziddinə olan Məhkum narkotik vasitəni və psixotrop maddəni satış məqsədi olmadan əldə edib saxlaması haqqında, həmçinin SMS yazışmaların əsl mahiyyətini təkzib edən (obyektiv müşahidəçini inandıra biləcək faktların və məlumatların əksinə olaraq) Şahid4 məhkəmədə verdiyi ifadəsi ilə qane olmuş, iki müxtəlif növdə, xeyli miqdarda narkotik vasitə heroinin və psixotrop maddə metmafetaminin hansı məqsədlə üzərində saxlamasının səbəblərini araşdırmamışdır.
44. Yuxarıda sadalanan halların məcmusundan görünür ki, apellyasiya instansiyası məhkəməsi natamam, sübutların müqayisəli təhlilisiz, yalnız müdafiə yönümlü araşdırma aparmaqla Məhkum satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni xeyli miqdarda əldə etməsi, saxlaması və daşıması ilə bağlı düzgün olmayan nəticəyə gəlmiş, iş materiallarında olan sübutları bir-biri ilə müqayisə etməklə tədqiq və təhlil etməmiş, məhkuma elan olunmuş ittiham üzrə müəyyən edilmiş halların inkar edilməsi üçün toplanmış sübutların fərqli şəkildə qiymətləndirilməsinin şərtlərini kifayət qədər əsaslandırmamış, bununla da kifayət etməyən sübutlara əsasən Məhkum Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittihamı qəbul etməmiş, sonuncunun satış məqsədi ilə narkotik vasitəni v ə psixotrop maddəni əldə edib saxlmasının sübuta yetirilməməsi, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması haqqında nəticəyə gəlmişdir.
45. Bu cür, yəni ibtidai istintaq zamanı toplanmış sübutlarla məhkəmədə verilən ifadələrin obyektiv müqayisəsi aparılmadığı üçün yuxarıda təsvir edilən sübutetmə qaydalarının pozulması ilə əldə olunmuş nəticə isə etibarlı sayıla bilməz.
46. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərindən və işin müəyyən edilmiş faktiki hallarını təsdiq edən sübutlardan çıxış edərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələb etdiyi kimi, hazırkı iş üzrə həqiqətin müəyyən edilməsi üçün cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxl anılmalı, proses iştirakçılarının verdikləri ifadələr toplanmış sübutlarla CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq müqayisəli şəkildə qiymətləndirilməli və yalnız bundan sonra Məhkum bu və ya digər cinayət əməlini törətməsi, o cümlədən onun əməlinin hüquqi tövsifi barədə nəticə verilməlidir.
47. Kollegiya eyni zamanda, məhkum və müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş, məhkumun barəsində təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın azadlığın məhdudlaşdırılması növündə cəza ilə əvəz edilməsi barədə kassasiya müraciətlərinin dəlilllərinə münasibətdə qeyd edir ki, kollegiya məhkumun əməlinin hüquqi tövsifinə həsr edilmiş kassasiya protestinin dəlilləri ilə razılaşdığından, hazırkı mərhələdə məhkumun barəsində təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın azadlığın məhdudlaşdırılması növündə cəza ilə əvəz edilməsi üçün əlavə əsaslar müəyyən etmir.
48. Odur ki, məhkəmə kollegiyası müdafiə tərəfinin müraciətinin dəlillərini əsassız heab edir, eyni zamanda yuxarıda təsvir olunanları Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, dövlət ittihamçısının kassasiya protestini əsaslı sayır və sübutların tədqiqinə dair cinayət-prosessual normaların tələblərinə riayət edilməklə, Ali Məhkəmənin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının müddəalarını nəzərə almaqla təqsirkarın əməlində “narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi” əlamətinin olub-olmaması məsələsinin tam, hərtərəfli, obyek tiv araşdırılması üçün mübahisələndirilən qərarın ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir.
49. Beləliklə, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, kassasiya protesti təmin edilməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 yanvar 2025-ci il tarixli, 1(103)-70/2025 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir.
50. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.2ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 yanvar 2025-ci il tarixli, 1(103)-70/2025 nömrəli qərarı ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin. Kassasiya protesti təmin edilsin. Kassasiya şikayətləri təmin ediməsin.