Məhkəmə qərarları › İş №1(102)-1186/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1186/2019

06.08.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1186/2019 06.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Sadiq Şamil oğlu Əkbərovun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2019-cu il tarix li qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Məhkum Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər E.X.Süleymanov (sədrlik edən), R.İ.Hüseynov və X.H.Səmədovdan ibarət tərkibdə) 16 avqust 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 26 yanvar 2017-ci il tarixdən hesablanmışdır. Məhkum 27 fevral 2019-cu il tarixdə vəsatətlə Şəki Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək məhkəmənin 16 avqust 2017-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Şəki A ğır Cinayətlər Məhkəməsinin (sədrlik R.İ.Hüseynov) 06 mart 2019-cu il tarixli qərarı ilə vəsatət təmin olunmamış, apellyasiya şikayətinin verilmə müddəti bərpa edilməmişdir. Həmin qərardan Məhkum apellyasiya şikayəti verərək qərarın ləğv edilib, hökmdən apellyasiya şikayəti verilməsi müddətinin buraxılması üzrlü hesab edilərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər R.Ə.Əliyev (sədrlik edən və məruzəçi), A.M.Eyvazov və İ.H.Şükürovdan ibarət tərkibdə) 26 aprel 2019-cu il tarixli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi k assasiya şikayətində xahiş edir ki, qərar ləğv edilsin və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə qərar çıxarılsın. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, hüquqi savadsızlığı nəticəsində və anasının vəfat etməsi, ailəsində baş verən faciə nəticəsində apellyasiya şikayəti vermə müddətini üzrlü səbəbdən ötürmüşdür. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, dövlət ittihamçısı Sadiq Əkbərovun çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şik ayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 gün müddətinə verilir. Eyni zamanda həmin Məcəllənin 384.3-cü maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. İşin materiallarından görünür ki, Məhkum birinci instansiya məhkəməsində işə baxılarkən işin məhkəmə baxışı və hökmün elan olunması zamanı məhkəmə prosesində iştirak etmişdir. Hökm 16 avqust 2017-ci il tarixdə elan edilmiş və onun surəti 18 avqust 2017-ci il tarixdə tərəflərə göndərilmişdir. 23 avqust 2017-ci il tarixdə Məhkum həmin hökmün surətini qəbzə imza etməklə almışdır. (Cild 2, iş vər. 143a). Həmçinin Məhkum kassasiya şikayətində birinci instansiya məhkəməsinin hökmünün vaxtında alınmamasını mübahisələndirmir. Məhkum Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən hökmü aldığı 20 gün müddətində, yəni 13 sentyabr 2017-ci il tarixədək apellyasiya şikayəti verməli idi. Lakin iş materiallarından görünür ki, o, 27 fevral 2019-cu il tarixdə, yəni hökmü aldığı gündən uzun müddət sonra göndərmiş və bununla da müddəti ötürmüşdür. Məhkum hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa e dilməsinə dair vəsatətində hüquqi cəhətdən savadsız olması, anasının vəfatından özünü çox pis etməsi ilə əlaqələndirir və bunları buraxılmış müddətin üzrlü səbəb kimi nəzərə alınmasını xahiş edir. Azərbaycan Respublikası CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. İş materiallarından görünür ki, məhkumun apellyasiya şikayətinin üzrlü səbəbə görə buraxdığını təsdiq edən hər hansı bir tibbi və digər sənədlər işə əlavə edilməmiş, həmçinin ona dövlət hesabına müdafiəçi təyin edilməsi barədə vəsatət verməsi faktı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsinə dair vəsatəti təmin etməməklə cinayət prosessual qanunun tələblərini pozmamışdır. Eyni zamanda apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə gəldiyi nəticə əsaslıdır, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən cinayət prosessual qanunun normalarına riayət etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası Məhkum kassasiya şikayətinin dəlillərini əsassız, apellyasiya instansiyası məhkəməsinin qərarını isə əsaslı və qanuni sayır. Həmin səbəblərdən də kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2019-cu il tarixli Məhkum barəsindəki qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2019-cu il tarixli Məhkum barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar