Məhkəmə qərarları › İş №1(102)-1186/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1186/2024

12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1186/2024 12.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri İmanov Nazim Nəriman oğlunun və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cina yət kollegiyasının 02 mart 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Əhməd Quliyev (sədrlik edən və məruzəçi) Azər Paşayev və İradə Həsənzadə) xx.xx.2022-ci il tarixli 1(101)-1620/2022 nömrəli hökmü ilə, xx xxxxx 1997-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, evli, Biləsuvar rayonunun Bağbanlar kəndində qeydiyyatda olmaqla Rusiya Federasiyasının Saratov vilayətində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4 və 120.2.7-ci maddələri ilə təqsirli bilinərək 20 (iyirmi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 56.2 və 56.1.3-cü maddələrinə əsasən, Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ilk 7 (yeddi) ilini həbsxanada, cəzanın qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 15 oktyabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəmənin hökmünə əsasən, Məhkum anası Zərərçəkmiş şəxs1 və bacısı Zərərçəkmiş şəxs2 əxlaqsızlıqla məşğul olmalarını, bu halın onun adına ləkə gətirdiyindən onların bu işlərdən əl çəkmələri barədə söhbət etmək və bacısı Zərərçəkmiş şəxs2 özü ilə birlikdə yaşamaq üçün Rusiya Federasiyasına aparmaq məqsədilə 13 dekabr 2019cu il tarixdə saat 00:50 radələrində onların yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, “Uğur” yaşayış kompleks i, 25/95 saylı məhəllə, bina 8, mənzil 71 ünvanına gəlib anası və bacısı ilə görüşüb məqsədini bildirdikdə həmin vaxt aralarında yaranmış ailə münaqişəsi zəminində əvvəlcə anası Zərərçəkmiş şəxs1 bacısı Zərərçəkmiş şəxs2 gözü qarşısında sonuncuya xüsusi əzab verməsini dərk edərək xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə evdən götürdüyü mətbəx bıçağı ilə bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurmuş, onun bu hərəkətlərinin qarşısını alıb anasını xilas etməyə çalışmaqla ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs2 da anası Zərərçəkmiş şəxs1 gözü qarşısında qızını öldürməməsinə dair yalvarışlarına məhəl qoymayaraq xüsusi əzab verməsini dərk edərək müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirərək xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə həmin bıçaqla bə dəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurmuş, həmin zərbələr ilə Zərərçəkmiş şəxs1 hər biri ümumilikdə və ayrıayrılıqda canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmaya aid, sifətin sağ yarısının 2 (iki) ədəd, döş qəfəsinin sağ yarısının ön səthinin döş boşluğuna keçməyən 2(iki) ədəd, döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna keçməyən 3 (üç) ədəd, döş qəfəsinin sağ yarısının arxa səthinin döş boşluğuna keçməyən 2 (iki) ədəd, qarının sol yarısının ön-yan divarının qarın boşluğuna keçməyən 1 (bir) ədəd, sol bel nahiyəsinin qarın boşluğuna keçməyən 2 (iki) ədəd, sol bazu oynağı nahiyəsinin1 (bir) ədəd, sol bazunun 2 (iki) ədəd, sol saidin 1 (bir) ədəd, sol əlin arxa səthinin 1 (bir) ədəd, sağ bazu oynağı nahiyəsinin 1 (bir) ədəd, sağ saidin 1 (bir) ədəd, sağ mil-bilək oy nağı nahiyəsinin 1 (bir) ədəd olmaqla cəmi 21 ədəd kəsilmiş deşilmiş yaraları, ümumilikdə və hər biri ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəli olan, sol ümumi yuxu arteriyasının, sol vidaci venanın, traxeyanın və qida borusunun yaralanmasına səbəb olan boyunun ön və sol yan səthinin 2(iki) ədəd; ağciyərlərin yaralanmasına və ikitərəfli pnevmohemotoraksa (sol və sağ döş boşluğuna hava və qanın yığılmasına) səbəb olan döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna keçən 6(altı) ədəd, sağ yarısının ön səthinin döş boşluğuna keçən 3(üç) ədəd, döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna keçən 3 (üç) ədəd, döş qəfəsinin sağ yarısının arxa səthinin döş boşluğuna keçən 1 (bir) ədəd; peritonun, nazik v ə yoğun bağırsaqların yaralanmasına səbəb olan qarının sol yarısının ön divarının qarın boşluğuna keçən 1 (bir) ədəd; sol bel nahiyəsinin qarın boşluğuna keçən 2 (iki) ədəd olmaqla cəmi 18 ədəd deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən xəsarətlər yetirərək Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürmüş, həmçinin həmin bıçaqla yetirdiyi zərbələr ilə Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə ümumilikdə və hər biri ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmaya aid, sağ qulaq seyvanının sağ gicgah nahiyəsinə doğru uzanan 1 ədəd, boyunun sağ yan səthinin 2 ədəd, arxa səthinin 3 ədəd, sağ bazunun 2 ədəd, cəmi 8 ədəd deşilmiş-kəsilmiş yaraları, ümumilikdə və hər biri ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəli olan sağ və sol ümumi, daxili və xarici yuxu arteriyalarının, vidaci venaların, udlağın, qida borusunun, yaralanmasına səbəb olan, boyunun, sağ yan səthinin 4 ədəd, arxa səthinin 2 ədəd, ürəyin və ağciyərlərin yaralanmasına, ikitərəfli pnevmohemotoraksa (sol və sağ döş boşluğuna hava və qan yığılmasına) səbəb olan döş qəfəsinin sağ yarısının ön səthinin 2 ədəd, sol yarısının ön səthinin 1 ədəd, bayır səthinin 1 ədəd; döş qəfəsinin sağ yarısının arxa səthinin 4 ədəd, sol yarısının arxa səthinin 1 ədəd döş boşluğuna keçən cəmi 15 ədəd deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs2 ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar xüsusi amansızlıqla öldürməklə iki şəxsi qəsdən öldürmüş, yəni digər şəxsləri qəsdən həyatdan məhrum etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Anar İbrahimov (sədrlik edən və məruzəçi, hakimlər Mirzəli Abbasov və Ramin Qaraqurbanlıdan ibarət tərkibdə) 02 mart 2023-cu il tarixli 1(103)-616/2023 nömrəli qərarı ilə məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1620/2022 saylı, 22 dekabr 2022-ci il tarixli hökmü cəza və həbsxana müddəti hissəsində dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4 və 120.2.7-ci maddələri ilə təyin edilmiş 20 (iyirmi) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 18 (on səkkiz) il azadlıqdan məhrumetmə cəzasına endirilmiş, CM-in 56.2 və 56.1.3-cü maddələrinə əsasən, Məhkum ona təyin edi lmiş azadlıqdan məhrum etmə cəzasının ilk 05 (beş) ilini həbsxanada, cəzanın qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 02 mart 2023-cü il tarixli 1(103)-616/2023 nömrəli qərarının dəyişdirilməsi, Məhkum cinayət əməlinin Azərbaycan Respublikası CM-in 122.2ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə ədalətli cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Apellyasiya şikayətində qeyd edilmiş dəlillər birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Belə ki, Məhkum nə Zərərçəkmiş şəxs1, nə də Zərərçəkmiş şəxs2 öldürmək barədə əvvəlcədən heç bir planı, düşünülmüş niyyəti olmamışdır, cinayətin baş verdiyi ünvana gəlməkdə məqsədi zərərçəkmişlərin özlərinin əvvəlcədən məlumatları olmaqla, bacısı Zərərçəkmiş şəxs2 anası Zərərçəkmiş şəxs1 əxlaqsız təsiri altından çıxarmaq, əxlaqsız həyat tərzindən xilas etmək olmuş, törətdiyi cinayət ondan asılı olmayan səbəbdən, zərərçəkmişlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkumun əsəblərinə və şəxsiyyətinə ağır toxunan təhqiredici ifadələri zəminində baş vermişdir. Kassator hesab edir ki, istər birinci və istərsə də apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticələr işin hallarına uyğun olmamışdır. Cinayət işinin hall arı Məhkum cinayət əməlini qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində törətməsini göstərir. Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 23 may 2022-ci il tarixli rəyində də qeyd edilmişdir ki, Məhkum cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində emosional gərginlik, qıcığa qarşı həssaslıq, hirslik, impulsivlik yaranmış, həmin halın yaranması situasiya (anası Fatmanın bacısı Elgünün onun bacısı olmadığını, onu başqa kişi ilə olan münasibətindən doğduğunu söyləməsi aralarında yaranmış mübahisə) ilə əlaqədar olmuşdur. Lakin Məhkum əməlinin tövsifi məsələsində cinayət qanunun norması düzgün tətbiq edilməmişdir, onun cinayət əməli CM-in 120-ci maddəsi ilə deyil, CM-in 122-ci maddəsi ilə tövsif edilməklə həmin maddə ilə cəza təyin ediliməlidir. M əhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi kassasiya şikayətində iş üzrə tam, obyektiv və hərtərəfli araşdırılma aparılmadığını, sübutlara düzgün və obyektiv qiymət vermədiyini, məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 120.2.3, 120.2.4 və 120.2.7-ci maddələri ilə düzgün tövsif edilmədiyini vurğulayaraq, qərarın ləğv edilməsini və onun əməlinin CM-in 122.2-ci maddəsinə tövsif ediməsini xahiş etmişdir. Birinci və apellyasiya instansiyası məhkəmələri cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edib onlara qiymət verərək nəticəyə gəlmişlər ki, məhkumun zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xüsusi amansızlıqla və sonuncunun ictimai borcunu y erinə yetirilməsi ilə əlaqədar qəsdən öldürməsi tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, kassasiya şikayətində müdafiəçi Məhkum tərəfindən ona elan edilmiş ittihamda təsvir edilən hərəkətlərin törədilməsini mübahisələndirmir. Müdafiəçinin kassasiya şikayəti həmin hərəkətlərin hüquqi tövsifi ilə əlaqədardır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 120.2.7-ci maddəsi və həmin Məcəllənin CM-in 122.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin obyektiv tərəfi müəyyən dərəcədə üst-üstünə düşsə də, əməlləri fərqləndirən əsas amil təqsirkarın iki şəxsi həyatdan məhrum etməyə yönəldilmiş hərəkətləri zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində baş vermiş güclü ruhi həyəcan vəziyyətində törətməsindən ibarətdir. Qeyd edilməlidir ki, qəsdən adam öldürmə əməlinin güclü ruhi həyəcan vəziyyətində törətdiyi halda əməlində CM-in 120.2-ci maddəsində nəzərdə tutulmuş tövsifedici ağırlaşdırıcı əlamətlərin olması (xüsusi amansızlıq və sair) əməlin CM-in 122.2ci maddəsi ilə tövsif edilməsini istisna etmir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cin ayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Qanunun yuxarıda qeyd edilən normalarından görünür ki, Məhkum zərərçəkmiş şəxslərin qəsdən həyatdan məhrum etmə əməlinin CM-in 122.2-ci maddəsi ilə tövsif edilməsi üçün məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla onun bu əməli zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi ş ərait nəticəsində baş vermiş güclü ruhi həyəcan vəziyyətində törətməsi müəyyən edilməlidir. Hazırki cinayət işi üzrə cinayət törədərkən məhkumun güclü ruhi həyəcan vəziyyətində olub-olmamasını müəyyən etmək üçün kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası təyin edilmişdir. İşdə olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 23 may 2022-ci il tarixli 1330 nömrəli rəyinə əsasən Məhkum cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində emosional gərginlik, qıcığa qarşı həssaslıq, hirslik, impulsivlik yaranmış, həmin halın yaranması situasiya (anası Fatmanın bacısı Elgünün onun bacısı olmadığını, onu başqa kişi ilə olan münasibətindən doğduğunu söyləməsi aralarında yaranmış mübahisə) ilə əlaqədar olsa da, o, cinayət əməlini törədərkən aff ekt vəziyyətində olmamışdır. Beləliklə, hazırki cinayət işi üzrə toplanmış sübutlarla Məhkum cinayət əməlini güclü ruhi həyəcan (affekt) vəziyyətində törətməsi müəyyən edilməmiş, onun əməlinin Azərbaycan Respublikası CM-in 120.2.3, 120.2.4 və 120.2.7-ci maddələrindən həmin Məcəllənin 122.2-ci maddəsinə tövsif edilməsi üçün əsaslar yoxdur. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlilləri əsassızdır. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sü butlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 120.2.3, 120.2.4 və 120.2.7-ci maddələri ilə cəza təyin edərkən onun törətdiyi cinayətin ağırlığını, işin hallarını, məhkumun şəxsiyyətini nəzərə alıb CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə uyğun ona ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəs inə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlinin tövsifində səhvə yol verdikdə; 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellya siya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində 02 mart 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2023-cü il tarixli Məhkum barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın. Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar