Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1187/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlundan və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli 1(046)-40/2022 nömrəli (Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi ilə) hökmü ilə xx.xx.1989-cu ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində bir azyaşlı övladı olan, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinib, CM-in 263.2-ci maddəsi ilə ona 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilm əsi, CM-in 264-cü maddəsi ilə ona 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, CM-in 66.2, 66.4 və 68.1.1-1-ci maddələrinə əsasən Məhkum təyin edilmiş əsas və əlavə cəzaları, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, tam toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisində çəkməsi və həmin cəzanın çəkilməsinin əvvəlinin onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, Məhkum təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının müstəqil icra olunması və həm onun azadlıqdan məhrum etmə cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün qəti olaraq müəyyən edilmiş müddətə şamil olunması hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hаkimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə) 06 dekabr 2022-ci il tarixli 1(107)442/2022 nömrəli hökmü ilə apellyasiya protesti qismən təmin edilmiş və Göyçay Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli hökmü Məhkum CM-in 264-cü maddəsi ilə ittiham edilərək cəzalandırılm ası, onun barəsində CM-in 66.2, 66.4 və 68.1.1-1-ci maddələrinin tətbiq edilməsinə dair hissədə ləğv edilmiş, Məhkum CM-in 264-cü mаddəsi ilə irəli sürülmüş ittihаm üzrə onun təqsirliyi sübutа yetirilmədiyindən CPM-in 42.1.4-cü mаddəsinə əsаsən ona həmin maddə üzrə bəraət verilməsi və həmin mаddə ilə оnа qаrşı irəli sürülmüş ittihаm üzrə Аzərbаycаn Respublikаsı аdındаn təqsirsiz elаn edilməsi, Məhkum təqsirli bilindiyi CM-in 263.2-ci maddəsi ilə 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməsi və həmin cəzanın çəkilməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, Məhkum təyin olun muş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının müstəqil icra olunması və həm onun azadlıqdan məhrum etmə cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün qəti olaraq müəyyən edilmiş müddətə şamil olunması hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Məhkum ittiham irəli sürülmüşdür ona görə ki, o, 08 yanvar 2022-ci il tarixdə saat 09 radələrində sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi “Ford Tranzit” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobili Ü.Hacıbəyov küçəsində yerləşən 93 nömrəli yaşadığə evin həyətindən çıxarıb əks istiqamətdə Ü.Hacıbəyov küçəsi 84 A nömrəli yaşayış binasının həyətində yerləşən saxlanc yerindən (qaraj) satacağı süd məhsulları götürmək üçün avtomobili həmin binanın həyətində geriyə doğru hərəkət etdirərkən binanın birinci giriş blokunun yaxınlığında səkinin üzərində qoyulmuş ağ rəngli plastik su çəninin yanından keçdikdə «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda Qanunun bu tələbini pozaraq binanın qarşısındakı ağ rəngli həmin su çəninin yanından əks istiqamətdə yerləşən qaraja doğru hərəkət edən piyada, xx.xx.1957-ci il təvəllüdlü X1 yolu əks istiqamətə tam keçməsini gözləmədən qeyd ol unan maddənin tələblərinə əməl etməməsi səbəbindən idarə etdiyi avtomobilin arxa sağ tərəfi ilə Xu vuraraq qabırğaların sol tərəfi, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX və sağ tərəfli İV, V, Vİ çoxqəlpəli, yerini dəyişmiş sınıqları, sol ağ ciyərin cırılmış yaraları fonunda toxumasına qansızmalar, dalaq qapısında qansızma, sol sirkə kasasının qəlpəli yerdəyişmiş sınığı,Th3,Thl2,Ll fəqərə cisminin stabil kompression sınıqları, sol bud başının arxaya tam çıxığı, gövdənin arxa səthində sol kürək üstü nahiyədə, belin aşağı hissəsində və büzdüm sümüyü proyeksiyasında və sol bazunun yuxarı 1/3-nin arxa səthində sıyrıqlar, sol bazunun yuxarı 1/3-nin və sol dirsək oynağının arxa səthlərində dərialtı qansızmalar, sol dizin ön səthində və sol alın nahiyəsində yumşaq toxumaların əzilmiş-cırılmış yaraları fon unda dərinin epidermis qatının sıyrılmış yarası xəsarətləri yetirərək, yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan Xun ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmiş, eyni zamanda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə görə sürücü yol nəqliyyat hadisəsi zamanı zərərçəkənlərə tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, hadisə və özü haqqında müvafiq icra hakimiyyəti orqanlarına xəbər verməli olduğu halda Qanunun bu tələbini də pozaraq yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmələr yuxarıda qeyd edilən nəticəyə gəlmişlər. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası cinayət işi üzr ə toplanmış və məhkəmədə tədqiq edilmiş, o cümlədən şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər bütün sübutları müqayisəli təhlil etməyərək əmələ düzgün hüquqi qiymət verməmiş, nəticədə Məhkum ittiham olunduğu CM-nin 264cü maddəsi ilə bəraət verməkdə səhvə yol vermişdir. Belə ki, məhkəmənin Məhkum əməlində CM-in 264-cü maddəsinin tərkib əlamətlərinin olmaması əsası ilə həmin hissədə ona bəraət verilməsinə əsas hesab etdiyi hallar təqsirləndirilən şəxsin hadisədən dərhal sonra avtomobildən düşdükdən sonra mərhum zərərçəkmiş şəxs Xun ona “özünün yıxılmış" olmasını deməsi, bundan sonra Məhkum yaxınlıqda yaşayan dostuna bu barədə məlumat verməsi, dostunun təcili yardım xidmətinə məlumat verməsi və özünün yalnız təcili yardım xidməti mərhum zərərçəkmiş şəxsi xəstəxanaya apardıqdan hadisə yerini tərk edib Bakı şəhərinə getməsi olmuşdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqında vermiş olduğu zərərçəkmiş şəxsin ona yıxıldığını deməsindən sonra özünün də onun yıxılmasını zənn etməsi barədə ifadəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarında göstərilən müddəalarla uzlaşma təşkil etməsi qənaətinə gələrək yekun nəticədə onun əməlində CM-in 264-cü maddəsinin tərkib əlamətləri olmaması barədə hökm çıxarmışdır. Lakin məhkəmə kollegiyası yekun nəticəyə gələrkən nəzərə almadığı və Konstitusiya Məhkəməsi Plenumunun eləcə də Ali Məhkəmə Plenumunun eyni məzmunlu məsələləri tənzimləyən qərarı ilə uyğunluq təşkil etməyən bəzi nüanslar ı nəzərdən qaçırmışdır. İş materiallarında olan ifadə də göstərilən xüsusatlardan da göründüyü kimi təqsirləndirilən şəxs tərəfindən istər təcili tibbi yardım xidmətinə, istərsə də hüquq mühafizə orqanlarına hər hansı məlumat verilmədiyindən ilkin olaraq hadisənin baş vermə mexanizmi düzgün olaraq müəyyən edilə bilinməmiş, yalnız hüquq mühafizə orqanı əməkdaşları tərəfindən hadisənin baş verdiyi ünvanda keçirilmiş sorğu-sual nəticəsində baş vermiş hadisənin əsli müəyyən edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, nəqliyyat vasitəsinin sürücüsünün üzərinə bir sıra vəzifələr, o cümlədən nəqliyyat vasitəsini yerindən tərpətməmək, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməmək, zərər çəkənlərə ilk tibbi yardım gö stərilməsi üçün mümkün olan tədbirləri görmək, “Təcili tibbi yardım” maşını çağırmaq, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda, onu yaxınlıqdakı tibbi müəssisəyə aparmaq, orada şəxsiyyətini təsdiq edən sənədi təqdim etmək, sonra hadisə yerinə qayıtmaq, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmaq, zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etmək və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görmək, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasın ın Daxili İşlər Nazirliyi) xəbər vermək, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmaq və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləmək, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlmək vəzifələri qoyulmuşdur. Təqsirləndirilən şəxs Məhkum isə hadisə barədə obyektiv həqiqəti gizlədərək mərhum zərərçəkmiş şəxsin oğlu X12 hadisəni özünün törətməsini deyil atasının təsadüf nəticəsində yıxılmasını demiş, bundan başqa zərərçəkmişin aparıldığı tibbi müəssisəsinə getməyərək özünü orada və ya zərərçəkmiş tibb müəssisəsinə aparıldıqdan sonra da başqa vasitələrlə özünü bəyan etməyərək heçnə olmamış kimi öz işlərinin arxasınca yaşadığı və hadisə baş vermiş rayonu tə rk edərək Masallı rayonuna yola düşmüşdür. Yuxarıda sadalananların məcmusundan görünür ki, məhkəmə Məhkum CM-in 264-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirinin sübuta yetirilmədiyi qənaətinə gələrək ona həmin maddə ilə bəraət verməklə işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2022-ci il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərə k, kassasiya protestinin dəlilləri protestdə ətraflı göstərildiyini bildirib, verilmiş kassasiya protestinin təmin edilməsini və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2022-ci il tarixli hökmünü ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsin xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, kassasiya protestinin təmin olunmamasını və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məc əllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində birinci instansiya məhkəməsi tər əfindən məhkumun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə əsassız olaraq bəraət verildiyi iddia edilmiş və mübahisələndirilən hökmün ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-nin 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 20 22-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Tədqiq olunmuş iş materiallarından, apellyasiya məhkəməsinin hökmündən görünür ki, istintaq orqanı tərəfindən Məhkum verilmiş avtomobil idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma və yol nəqliyyat hadisəsi yerindən qaçma ilə bağlı ittiham ibtidai istintaq zamanı toplanmış materiallarla, həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri ilə, tədqiq edilmiş sübutların məcmusu ilə yol nəqliyyat hadisəsi yerindən qaçma ilə bağlı ittiham üzrə qismən öz təsdiqini tapmamışdır. Belə ki, verilmiş ittihamdan görünür ki, Məhkum 08 yanvar 2022-ci il tarixdə idarə etdiyi avtomobili yaşadığı evin hə yətindən çıxarıb əks istiqamətdə geriyə doğru hərəkət etdirərkən binanın birinci giriş blokunun qarşısındakı ağ rəngli su çəninin yanından əks istiqamətdə yerləşən qaraja doğru hərəkət edən piyada X1 yolu əks istiqamətə tam keçməsini gözləmədən idarə etdiyi avtomobilin arxa sağ tərəfi ilə vuraraq və müxtəlif xəsarətlər yetirərək, yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan Xun ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmiş, eyni zamanda yol nəqliyyat hadisəsi zamanı zərərçəkənlərə tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, hadisə və özü haqqında müvafiq icra hakimiyyəti orqanlarına xəbər verməli olduğu halda yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Lakin işi materiallarında həmin mexanizmi təsdiq edən, yəni “Ford Tranzit” markalı **-DO-*** dövlət qeydiyya t nişanlı avtomobilin sürücüsü Məhkum yol nəqliyyat hadisəsindən sonra hadisə yerindən qaçması barədə təqsirliliyini təsdiq edən hər hansı bir sübut müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X8 məhkəmə iclasındakı ifadəsinə nəzər yetirdikdə, ona Xzəng vuraraq atasının yıxıldığını bildirdiyini, həmin yerə gəldikdə təcili tibbi yardım avtomobilinin dayandığını və atasının avtomobilə mindirildiyini gördüyünü, qonşulardan nə olduğunu soruşduqda onlar atası Zabitin yıxıldığını bildirdiklərini, həmçinin Məhkum da atasının yanında dayandığı məlum olur. Əvvəl Məhkum şikayətçi olsada, həm qardaşlarının sözü ilə, həm də onun himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq onu bağışlamışdır. Məhkum yol nəqliyyat hadisəsi baş verdikdən sonra zərərçək miş X2 yardım etməyə cəhd etdiyi, onu avtomobilin arxa təkərindən çıxardıb əczaçı işləyən dostu Tamerlan Kərimova zəng vurması, Tamerlan Kərimovun ona heç bir kömək edə bilməyəcəyini və Təcili Tibbi Yardım çağırmasını bildirdiyi iş materiallarında olan Məhkum, o cümlədən şahid qismində dindirilmiş X7 tərəfindən verilmiş ifadələrlə bir daha öz təsdiqini tapmışdır. Həmçinin cinayət işinin hallarından, iş materiallarında olan ifadələrdən, o cümlədən digər sübutlardan aydın olur ki, Məhkum həqiqətən yol nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən qaçmamış və özü Təcili Tibbi Yardıma zəng edərək hadisə yerinə Təcili Tibbi Yardım avtomobilinin göndərilməsini və X2 tibbi yardım göstərilməsini xahiş etmişdir. Təhlil olunan şahid ifadələrindən göründüyü kimi şahidlərin köməyə gəldikləri zaman təqsirləndirilən şəxs Məhkum hadisə yerini tərk etməmiş, əksinə zərərçəkmiş şəxsin başından axan qanı yumuş və ilk tibbi yardım göstərməyə çalışmışdır. İş materiallarında olan Məhkum barəsində “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətini təyin edən tibbi müayinəsinə dair” xx.xx.2022-ci il tarixli 25 saylı protokolundan görünür ki, Məhkum sipirtli içki qəbul etməmiş və sərxoş vəziyyətdə olmamışdır. İş materiallarında olan Göyçay RPŞ-nin DYPB-dən daxil olmuş məktubdan görünür ki, Məhkum adına xx.xx.2013-cii il tarixdən xx.xx.2023-cü il tarixədək verilmiş BC kateqoriyalı sürücülük vəsiqəsi olmaqla, sürücülük hüququ məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarının 16-cı bəndində göstərilmişdir ki, Məhkəməl ər CM-in 263 və ya 263-1-ci maddəsi ilə yanaşı həm də CM-in 264-cü maddəsi ilə təqsirləndirilən şəxslər barəsində işlərə baxarkən nəzərə almalıdırlar ki, CM-in 264-cü maddəsinin qeydi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 264cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarının müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır. Bu isə o deməkdir ki, şəxsin CM-in 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərər çəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müə ssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. Cinayət işinin materiallarını kassasiya protestinin dəlilləri ilə parallel təhlil edən kassasiya məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin hərəkətlərində zərərçəkmiş şəxsi təhlükədə qoyaraq hadisə yerindən qaçması müəyyən olunmur. Əksinə işin müəyyən edilmiş gerçək vəziyyətindən bəlli olur ki, təqsirləndirilən şəxs hadisədən sonra dərhal dostu Tamerlana zəng etmiş və sonuncu hadisə yerinə gəldikdən sonra Təcili Tibbi yardım xidmətinə zəng edib oraya çağırmış, həmçinin, X da X oğlu Xə zəng edərək bu barədə məlumat vermişdir. Az sonra oraya Təcili Tibbi Yardım əməkdaşları gəlmiş, bu zaman dostu Tamerlan və Təcili Tibbi Yardım avtomobilini sürən şoferlə birlikdə Zabit i yerdən qaldırıb Təcili Tibbi Yardım avtomobilində olan xərəyə uzatmışlar. Bu zaman Zabitin oğlu Zahir də oraya gəlmişdir. Həmçinin təqsirləndirilən şəxs Məhkum hadisə yerini tərk etməmiş, əksinə zərərçəkmiş şəxsin başından axan qanı yumuş və ilk tibbi yardım göstərməyə çalışmış, eləcədə təqsirləndirilən şəxsin şəxsiyyəti, kimliyi hadisə yerində olan şəxslər üçün gizli olmamışdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddəl ərində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Beləliklə, apellyasiya məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, ittiham tərəfi Məhkum yol nəqliyyat hadisəsi yerindən qaçma ilə bağlı təqsirini mötəbər yolla sübuta yetirə bilməmişdir. İttihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayətprosessual qanunvericiliyin müəyyən olunmuş mötəbərlik tələblərinə cavab vermir, sübutlar şübhəli və ziddiyyətlidir. İttiham tərəfinin əsaslandığı sübutların kifayət qədər şübhəli məzmuna malik olması məhkəmənin gəldiyi qənaəti daha da möhkəmləndirmişdir. Apellyasiya məhkəməsinin hökmü nü kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenum Qərarlarına istinad edərək, Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə əsaslanaraq ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd edilənlənlərə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə bəraət verilməsi cinayə t-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestində göstərilmiş yuxarıda sadalanan dəlillər Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264cü maddəsi ilə bəraət hökmü çıxarılmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin və ümumilikdə hökmün qanuniliyini şübhə altına almağa əsas vermir. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri mübahisələndirərkən sübutların məcmusundan çıxış etməmiş, məhkəm ənin deyil, məhz onların mövqeyi cinayət mühakimə icraatının əsas prinsip və şərtləri, sübutlar və sübutetməyə dair cinayətprosessual normaların tələbləri ilə uzlaşmamışdır. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müdd əalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində nəzərdə tutulmuş və göstərilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin yuxarıda göstərilən hər iki normasının həm məzmununa həm də mənasına görə, ittihamın sübut edilməsində şübhələrin yarandığı mövqeyində olan məhkəmə ilk növbədə həmin şübhələ rin aradan qaldırılması üçün müvafiq tədbirləri görməli və yalnız bu mümkün olmadıqda həmin şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsində təsbit olunur ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsində göstərilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-nin 125.2.1 və 125.2.7-ci maddələrində qeyd olunmuşd ur ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən e dilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya protestində məhkəmələr tərəfindən yuxarıda təsvir edilən cinayətprosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış hökmlərin yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apellyasiya məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; şəxsin Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə təqsirli b ilinməsinə dair birinci instansiya məhkəməsinin yekun qərarı çıxarılarkən araşdırılmış sübutlara CPMin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilməmiş və Məhkum Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə təqsirsizliyi barədə apellyasiya məhkəməsinin yekun nəticəsi CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, bu barədə kassasiya protestinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellya siya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2022-ci il tarixli hökmü kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1187/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1187/2023
06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver