Məhkəmə qərarları › İş №1(102)-1188/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1188/2022

06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1188/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum2 müdafiəçisi Məmmədov Zaur Məmmədağa oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsi nin 27 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum1 və Məhkum2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə, Məhkum2 müdafiəçisi Müdafiəçi2 və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Quliyev Nizami Fərzi oğlu (sədrlik edən və məruzəçi), X16 oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə) Məhkum1, 08 avqust 1978-ci il tar ixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, və Məhkum2, xx xxxx 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hər birisi CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Məhkum1 CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə, CMnin 66.3-cü maddəsinə əsasən isə cəzaları qismən toplamaq yolu i lə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 (on iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Məhkum2 isə CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 09 (doqquz) il 06 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum1 Məhkum2 və şəxsiyyəti istintaqa X adı ilə məlum olan şəxs və qeyriləri ilə külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin İran İslam Respublikasında əldə edilməsi, saxlanılması və qaçaqmalçılıq yolu ilə, yəni İran İs lam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasına daşıyıb keçirilməsi və Azərbaycan Respublikasında satışının həyata keçirilməsi barədə razılığa gəlmiş, ümumi cinayətkar niyyətə əsasən həmin qabaqcadan əlbir olan bir qrup şəxsin istintaqa məlum olmayan üzvü tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə ümumi təmiz çəkisi 4999,5 qram olan külli miqdarda narkotik vasitə tiryək və ümumi təmiz çəkisi 3266 qram olan külli miqdarda psixotrop maddə metamfetamin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasına daşınaraq keçirildikdən və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Biləsuvar rayonunda yerləşən 2-ci sərhəd zastavasının xidməti ərazisində gizlədildikdən sonra, o, 29 yanvar 2021-ci il tarixdə qeyd olunan külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin harada gizlədildiyini bildiyi yerdən satış məqsədi ilə qanunsuz götürüb, daşıyıb saxlaması üçün Məhkum2la birlikdə idarə etdiyi “Mercedes Benz C” klass markalı, **-SU-*** dövlət nömrə nişanlı avtomobil ilə həmin əraziyə getmiş, həmin gün saat 01:30 dəqiqədə Məhkum2 qeyd olunan külli miqdarda narkotik vasitə və psixotrop maddəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Biləsuvar rayonunda yerləşən 2-ci sərhəd zastavasının xidməti ərazisində mühəndis-texniki çəpərdən 150 metr aralıqda, üzərində “16” yazısı olan lövhənin yaxınl ığında gizlədildiyi yerdən götürüb avtomobilə doğru daşıyarkən əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılmış və qeyd olunan ümumi təmiz çəkisi 4999,5 qram külli miqdarda psixotrop maddə olan narkotik vasitə tiryək və ümumi təmiz çəkisi 3266 qram olan külli miqdarda metamfetamin götürülmüş, Məhkum2 saxlanılarkən o, idarə etdiyi avtomobil ilə hadisə yerindən qaçıb uzaqlaşmış, lakin əməliyyat qrupu tərəfindən Biləsuvar rayonu ərazisində saxlanılmışdır. X3 və şəxsiyyəti istintaqa X adı ilə məlum olan şəxs və qeyriləri ilə külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin İran İslam Respublikasında əldə edilməsi, saxlanılması və qaçaqmalçılıq yolu ilə, yəni İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Resp ublikasına daşıyıb keçirilməsi və Azərbaycan Respublikasında satışının həyata keçirilməsi barədə razılığa gəlmiş, ümumi cinayətkar niyyətə əsasən həmin qabaqcadan əlbir olan bir qrup şəxsin istintaqa məlum olmayan üzvü tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə ümumi təmiz çəkisi 4999,5 qram olan külli miqdarda narkotik vasitə tiryək və ümumi təmiz çəkisi 3266 qram olan külli miqdarda psixotrop maddə metamfetamin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasına daşınaraq keçirildikdən və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Biləsuvar rayonunda yerləşən 2-ci sərhəd zastavasının xidməti ərazisində gizlədildikdənsonra, o, 29 yanvar 2021-ci il tarixdə qeyd olunan külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin harada gizlədəildiyini bildiyi yerdən satış məqsədi ilə qanunsuz götürüb, daşıyıb saxlaması üçün Məhkum1la birlikdə sonuncun idarə etdiyi “Mercedes Benz C” klass markalı, **-SU-*** dövlət nömrə nişanlı avtomobil ilə həmin əraziyə getmiş, həmin gün saat 01:30 dəqiqədə o qeyd olunan külli miqdarda narkotik vasitə və psixotrop maddəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Biləsuvar rayonunda yerləşən 2-ci sərhəd zastavasının xidməti ərazisində mühəndis-texniki çəpərdən 150 metr aralıqda, üzərində“16” yazısı olan lövhənin yaxınlığında gizlədildiyi yerdən götürüb avtomobilə doğru daşıyarkən əməliyyat qrupunun üzvləri tərəfindən saxla nılmış və qeyd olunan ümumi təmiz çəkisi 4999,5 qram külli miqdarda psixotropmaddəolan narkotik vasitə tiryək və ümumi təmiz çəkisi 3266 qram olan külli miqdarda metamfetamin götürülmüşdür. Hökmdən Məhkum1 və Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Bəşirov Kamil Sücəddin oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə) 25 yanvar 2022-ci il tarixli qərarı ilə Məhkum1 apellyasiya şikayəti təmin edilməmiş, müdafiəçi Z.Müdafiəçi2 apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli hökmü Məhkum2 CM-nin 32.5, 206.3.2-ci maddələri ilə təqsirli bilinməsi və həm in maddə ilə cəzalandırılması hissəsində ləğv edilərək ona göstərilən maddələrlə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilmiş, adı çəkilən məhkuma CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməsinə dair müddəalar hökmdən xaric edilmiş və onun üzərində CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissələrdə isə dəyişdirilməmişdir.. Apellyasiya instansiyası məhkəməsinin qərarından dövlət ittihamçısı E.Ə.Hüseynov kassasiya protesti, Məhkum2 müdafiəçisi Müdafiəçi2 və Məhkum1 isə kassasiya şikayətləri verərək aşağıdakıları xahiş etmişlər: - dövlət ittihamçısı E.Ə.Hüseynov – qərarın Məhkum2 aid hissədə ləğv edilməsini və işin həmin hissədə yeni apelly asiya baxışına təyin olunmasını; - müdafiəçi Müdafiəçi2 - qərarın Məhkum2 aid hissədə ləğv edilməsini və işin həmin hissədə yeni apellyasiya baxışına təyin olunmasını; - Məhkum1 – qərarın ona aid hissədə ləğv edilərək iş üzrə təkrar məhkəmə istintaqının aparılması üçün həmin işin yeni apellyasiya baxışına təyin edilməsini. Kassasiya protestinin və kassasiya şikayətlərinin şikayətinin dəlilləri: Əsasən iş üzrə toplanmış və araşdırılmış sübutlara, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) sübutların toplanmasına, qiymətləndirilməsinə və digər məsələlərə həsr olunmuş bir sıra normalarına, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa, Azər baycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli və “CM-nin 182.2.4-cü maddəsinin şəhr edilməsinə dair” 21 oktyabr 2011ci il tarixli Qərarlarına, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq olaraq 04 mart 2011-ci il tarixli və 02 iyun 2016-cı il tarixli Qərarlarına istinad edən dövlət ittihamçısı E.Ə.Hüseynov kassasiya protestini belə əsaslandırmışdır ki, birinci və apelyasiya instansiyası məhkəmələrində tədqiq edilmiş şahidlərin ifadələri, baxış və götür mə protokolları, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri, əməliyyat məlumatları və digər sübutlarla Məhkum2 ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi öz təsdiqini tapmış, lakin apellyasiya instansiyası məhkəməsi bu sübutları nəzərə almamış, yalnız təqsirləndirilən şəxs Məhkum2 verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə əsaslanmaqla və məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları sübut kimi qəbul etməməklə onun qaçaqmalıçılıq cinayətinin iştirakçıları ilə qabaqcadan əlbir olmasının, habelə bu cinayətin hər hansı bir icraçısına kömək göstərməsinin və digər sübutun rədd edilməsinin əsaslarını qərarda göstərməmişdir. Halbuki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqında tədqiq olunan sübutlar müqayisəli təhlil edilib onlara məcmu halında obyektiv qiymət verilməklə ittiham hökmü çıxarılmışdır. Məhkum2 elan olunmuş ittiham üzrə toplanmış mötəbər sübutlarla Məhkum2 tanışı Məhkum1la, eləcə də şəxsiyyəti istintaqa X adı ilə məlum olan şəxslə və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, külli miqdarda olan narkotik vasitə olan tiryəki və külli miqdarda psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə etməsi, saxlaması, daşıması və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirilməsində köməkçi kimi iştirak etməsinə dair ona istinad edilən cinayət əməllərini törətməsi tamamilə təsdiq olunmuşdur. Apellyasiya in stansiyası məhkəməsi isə işdə olan mötəbər sübutlara düzgün qiymət verməmiş və Məhkum2 əməlinin tövsifi ilə bağlı əsassız nəticəyə gələrək qanunsuz qərar qəbul etmiş və bu zaman yalnız təqsirləndirilən şəxsin mənafeyindən çıxış etmişdir. Beləliklə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası ibtidai istintaq zamanı heç bir qanun pozuntusuna yol verilmədən əldə olunmuş və məhkəmə istintaqı zamanı tətqiq edilmiş sübutlara deyil, yalnız məhkumun vermiş olduğu ziddiyyətli və işin hallarına uyğun olmayan ifadələrinə əsassız olaraq üstünlük vermişdir. Kassasiya protestinin müəllifi həmçinin qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin bir tərəfdən Məhkum2 CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə bəraət verməsi, yəni onun qaçaqmalçılıq cinayətində Məhkum1la birlikdə qrupun tərkibin də iştirak etməməsi qənaətinə gəlməsi, digər tərəfdən isə sonuncuya Məhkum2la birlikdə qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etməsinə dair elan olunmuş ittihamdan Məhkum2 adını çıxmaması, yəni Məhkum1 qaçaqmalçılıq cinayətini Məhkum2la birlikdə qrup halında törətməsi qənaətində olması həm məhkəmənin öz mövqeyinə və gəldiyi nəticəyə, həm də qanunvericiliyin tələblərinə zidd olmuşdur. Qeyd olunanlara əsaslanaraq dövlət ittihamçısı E.Ə.Hüseynov onun kassasiya protestinin təmin edilməsini xahiş edir. İşin müəyyən olunmuş faktiki hallarına, iş üzrə məhkəmə iclaslarında araşdırılmış sübutllara, o cümlədən hüquqlarını müdafiə etdiyi Məhkum2 məhkəmə iclasında verdiyi ifadələrinə və CPM-nin 33, 145, 349 və 351-ci maddələrinə istinad edən müdafiəçi Müdafiəçi2 kassasiya şi kayətini belə əsaslandırmışdır ki, Məhkum2 məhkəmədə özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməmiş, ona qarşı ittiham irəli sürülərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, araşdırılmış sübutlarla onun elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi təsdiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi Məhkum2 düzgün olaraq CM-nin 32.5, 206.3.2-ci maddələri ilə bəraət versə də, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməlini törətməsi haqda düzgün nəticəyə gəlməmişdir. Halbuki, Məhkum2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməsi də araşdırılmış sübutlarla təsdiq edilməmişdir. Kassasiya şikayətində göstərdyi dəlillərə əsaslanaraq müdafiəçi Müdafiəçi2 onun həmin şikayə tinin təmin edilməsini xahiş edir. Məhkum1 kassasiya şikayətini belə əsaslandırmışdır ki, onun barəsindəki cinayət işi üzrə həm ibtidai araşdırma, həm də məhkəmə istintaqı qərəzli olaraq aparılmış, cinayət təqibi mərhələsində bir çox prosessual pozuntulara yol verilmiş, lakin buna baxmayaraq məhkəmələr ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi barədə əsassız və qanunsuz yekun məhkəmə aktları qəbul etmişlər. Kassasiya şikayəti müəllifinin qənaətinə görə, belə olan halda iş üzrə təkrar araşdırmanın aparılmasına ehtiyac var. Şərh olunanlara əsaslanaraq Məhkum1 onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə və kassasya şikayətlərinə baxılmasının yeri və vaxtı barədə cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddə tdə məlumatlandırılmalarına baxmayaraq, məhkumlar Məhkum2 və Məhkum1 məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda Ali Məhkəməyə ərizə ilə müraciət etməmişlər. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısının və müdafiəçinin rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə və kassasiya şikayətlərinə məhkumlar Məhkum2 və Məhkum1 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazım i qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya müraciətlərindən göründüyü kimi, onların müəllifləri apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə araşdırılmış sübutları CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş qaydada tədqiq edilməməsini, dövlət ittihamçısı həmçinin məhkəmənin qərarının əsasını yolverilməz sübutlar təşkil etməsini və Məhkum2 törətdiyi cinayət əməllərinin düzgün tövsif edilmədiyini, müdafiəçi Z.A.Məmmədov isə eyni zamanda Məhkum2 təqsiri sübuta yetirilmədiyi halda əsassız olaraq məhkum edilməsini iddia edərək kassasiya qaydasında mübahisələndirən qərarın ləğv edilməli olması haqqında tələblərini CPM-nin 416.1.2, 416.1.3, 416.1.11 və 416.1.15-ci maddələrind ə nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2, 416.1.3, 416.1.11 və 416.1.15-ci maddələrinə əsasən isə kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı E.Ə.Hüseynovun kassasiya prot estini, müdafiəçi Müdafiəçi2 və Məhkum1 isə kassasiya şikayətlərini kassasiya qaydasında baxılmalı olan müraciətlər kimi görür və buna görə Məhkum2 və Məhkum1 barələrindəki cinayət işinin materiallarını və həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarını yoxlayayraq aşağıdakıları qeyd edir. Əvvəla, kassasiya protestinə və kassasiya şikayətlərinə məhkəmə baxışı iclasında müəyyən edilmişdir ki, işə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 02 saylı Cəzaçəkmə Müəssisəndən Məhkum1 23 noyabr 2022-ci il tarixli ərizəsi daxil olmuşdur. Ərizədə o, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2022-ci il tarixli qərarından özü tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirərək h əmin şikayətin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkumun ərizəsi 02 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi tərəfindən imzalanmış 25 noyabr 2022-ci il tarixli xx/xx-3300 saylı məktubla müşaiyət edilmiş və həmin sənədlər 02 dekabr 2022-ci il tarixdə Ali Məhkəməyə daxil olmuşdur. Məhkum1 ərizəsi ilə bağlı məhkəmə kollegiyası vurğulayır ki, CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-nin 414.8-ci maddəsində isə təsbit edilmişdr ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı h alda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə kollegiyası Məhkum1 ərizəsini nəzərdə keçirib kassasiya şikayətinin geri qaytarılması haqda dövlət ittihamçısı H.B.İmranovun və Məhkum2 müdafiəçisi Z.Müdafiəçi2 çıxışrlarını dinləyərək və qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə əsaslanaraq hesab edir ki, CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2022-ci il tarixli qərarından adı çəkilən məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı, həmin kassasiya şikayəti üzrə icraata xitam verilməli, dövlət ittihamçısı E.Ə.Hüseynovun kassasiya protestinə və müdafiəçi Müdafiə çi2 kassasiya şikayətinə isə mahiyyəti üzrə baxılmalıdır. Bu müraciətlərə baxılması ilə bağlı məhkəmə kollegiyası, əvvəlki qərarlarında olduğu kimi, yenə də xatırladır ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instans iyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kas sasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassas iya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçini n cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək ü çün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Dah a sonra məhkəmə kollegiyası qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinin tələblərinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səla hiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsind ə tələb olunur ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etsinlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cin ayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərl ilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə edilmiş olsun. Belə ki, Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir ed ir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər gü clü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edlmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən tələblərdən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə a id biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə əsaslanaraq məhkəmə kollegiyası dövlət ittihamçısı E.Ə.Hüseynovun kassasiya protestində və Məhkum2 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində irəli sürdükləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələblərinin əsaslılığını yoxlayarkən işin faktiki hallarının kassasiya müraciətlərndə əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. Əvvəla, Məhkum2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı və CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində CPM-nin 143-146-cı maddələrinə uyğun şəkildə bilavasitə tədqiq edilmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin sübutların hamısı birinci instansiya məhkəməsinin hökmü ilə yanaşı apellyasiya instansiyası məhkəməsinin qərarında da ətraflı təsvir edilmiş və məhkəmə kollegiyası hazırki qərarda onların təkrarən təsivrinə ehtiyac görməyərək eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi bu sübutlara həm ayrı-ayrılıqda, həm də məcmu şəklində qiymət vermiş və təşlil edilən məsələ ilə bğlı qanuni və əsaslı nəticəyə gəlmişdir. Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçsı da Məhkum2 CMnin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməsinin sübuta yetirilməsini və onun əməlinin həmin maddələrlə tövsif edilməsini mübahisələndirmir, lakin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum2 əsassız olaraq CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə bəraət vermişdir. Müdafiəçi Müdafiəçi2 isə kassasiya şikayətində ümumiyyətlə Məhkum2 təqsirsiz olmasını bildirərək onun qanunsuz və əsassız olaraq məhkum edilməsini iddia edir. İlk növbədə məhkəmə kollegiyası müdafiəçinn kassasiya şikayətinə cavab olaraq vurğulayır ki, Məhkum2 ona qarşı CM-nin 234.4.1 və 234.4.3-cü maddələ rində nəzərdə tutulmuş cinayət əməlini törətməsi adı çəkilən məhkumun ibtidai araşdırma zamanı heç bir təsir və təziq göstərilmədən, müdafiəçisinin iştirakı ilə verdiyi etirafedci ifadələri ilə yanaşı hazırki iş üzrə məhkum olunmuş Məhkum1, çoxsaylı şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, maddi sübutlarla və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə tam təsdiq edilir. Məhz bu sübutların prizmasından yanaşaraq, həm ibtida araşdırma orqanı, həm də məhkəmələr haqlı olaraq belə nəticəyə gəlmişlər ki, Məhkum2 Məhkum1la qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək naməlum şəxslər tərəfindən müəyyən edilməmiş vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilmiş təmiz çəkisi 4999,5 qram olan külli miqdarda narkotik vasitə tiryəki və ümumi təmiz çəkisi 3266 qram olan külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədilə əldə edərək saxlamış və daşımış, 29 yanvar 2021-ci il tarixdə isə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılarkən həmin narkotik vasitə və psixotrop maddə ondan aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası cinayət işi üzrə qanuni üsullarla, CPM-nin 125.2-ci maddəsində göstərilən pozuntulara yol verilmədən toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlardan çıxış edərək birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı bu əməllərin məzmununu, h əmin əməllərin CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi və adı çəkilən məhkumun bu maddələrlə təqsirli bilinərək cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına alınması üçün əsas görmür və buna görə də müdafiəçinin kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayaraq həmin şikayətin təmin edilməsini mümkün bilmir. Narkotik vasitələrin qaçaqmalçılığında köməklik göstərməsi ilə bağlı Məhkum2 törətdiyi əməlin sübuta yetirilməsi və ona əsassız olaraq CM-nin 32.5, 206.3.2-ci maddələri ilə bəraət verilməsi və bu haqda qəbul edilmiş qərarın əsasını yolverilməz sübutlar təşkil etməsi haqqında kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası cinayət qanunu normalarının tələblərinə və mənasına, onlara aşağıdakı qaydada verilən təfsirə və işin müəyyn olunmuş faktiki hallarına müraciət eməyi zəruri bilir. Əvvəla, hazırki işin materiallarından görünür ki, istər işə birinci instansiya məhkəməsində, istərsə də apellyasiya icraatı zamanı məhkəmələr yalnız ittiham orqanının təqdim etdiyi (ittiham aktında göstərilən) sübutları tədqiq və təhlil edərək araşdırmaların nəticəsində qəbul etdikləri yekun məhkəmə aktlarında əksini tapmış müxtəlif qənaətlərə gəlmiş və məhkəmə baxışları zamanı cinayət prosesinin iştirakçılarına, o cümlədən ittiham tərəfinə başqa sübutları da məhkəməyə təqdim etmələri üçün bərabər şərait yaradılmasına baxmayaraq, həm müdafiə, həm də ittiham tərəfini təmsil edən şəxslər təqdim olunmuş sübutlardan başqa əlavə sübutların araşdırılması barədə vəsatətlərlə məhkəmələrə müraciət etməmiş və buna görə də məhkəmələr yalnız ittiham aktında göstərilən sübutları araşdırıb onlara qanuna müvafiq qaydada qiymət verməklə kifayətlənmişlər. Belə olan halda məhkəmə kollegiyası Məhkum2 CM-nin 32.5,206.3.2-ci maddələri ilə bəraət vermiş apellyasiya instansiyası məhkəməsinin iş üçün əhəmiyyət kəsb edən hər hansı sübutun tədqiqindən imtina etməsini, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin tələblərinə əməl etməməsini, nəticə etibarı ilə isə CPM-nin 416.1.1-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsini müəyyən etmir və eyni zamanda onu da qeyd edir ki, dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum2 hissəvi bəraət verilməsi haqqında qərar qəbul edilərkən yolverilməz sübutlardan istifadə edilməsini iddia etsə də, kassasiya protestinin bu dəlili əsassızdı r ona görə ki, həmin qərarın əsasına qoyulmuş, bundan əvvəl isə məhkəmə iclaslarında tədqiq olunmuş sübutların qanunsuz yolla əldə edilməsini ittiham tərəfi cinayət təqibinin hər hansı mərhələsində mübahisələndirməmiş, həmin sübutların, o cümlədən Məhkum2 məhkəmə iclaslarında verdiyi ifadələrin CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntularla əldə edilməsi müəyyən olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.3-cü maddəsində göstərilən pozuntuya da yol veriməmiş və buna görə bu məsələ ilə bağlı kassasiya protestinin dəlilləri qəbuledilməz sayılmalıdır. Kassasiya protestinin digər dəlillərinə cavab verən məhkəmə kollegiyası daha sonra qeyd edir ki, CM-nin 31-ci maddəsində iştirakçılığın anlayışı iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı kimi müəyyən edilmişdir. Həmin maddədə “qəsdən” ifadəsinin iki dəfə istifadə olunması ikili təqsir forması ilə törədilən cinayətlərdə ehtiyatsızlıqdan baş vermiş nəticə istisna olmaqla, iştirakçılıqla törədilmiş əməllərin birbaşa qəsdlə icra edilməsi ilə izah olunur. İştirakçılıqda birbaşa qəsdi fərqləndirən başlıca xüsusiyyət ondan ibarətdir ki, şəxs həm öz hərəkətlərinin (hərəkətsizliyinin), həm vahid cinayətin törədilməsində iştirak edən digər şəxslərin (heç olmazsa bu şəxslərdən birinin) hərəkətlərinin (hərəkətsizliyinin) ictimai təhlükəliliyini və öz hərəkətlərinin planlaşdırılan və ya artıq həyata keçirilən cinayətlə əlaqəsini dərk edir, digər iştirakçılarla birgə bunda iştirak etməyi arzulayır. İştirakçılığın subyektiv cəhəti həmçinin cinayətin müştərək törədilməsi barədə qarşılıqlı məlumatlandırılma ilə səciyyələndirilir. Cinayətdə iştirakçılığın formalarına gəlincə, onlar CM-nin 34.1-34.4-cü maddələrinə müvafiq olaraq, cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsi kimi müəyyən edilmişdir. İştirakçılığın formaları CM-nin 61.1.3-cü maddəsində həm cəzanı ağırlaşdıran hal kimi, həm də Məcəllənin Xüsusi hissəsinin bir sıra maddələrində cinayət əməllərinin tövsifedici əlaməti kimi nəzərdə tutulmuşdur. CM-nin 34.1 və 34.2-ci maddələrinin müqayisəsindən görünür ki, CM-nin 34.2-ci maddəsində təsbit olunmuş “qabaqcadan əlbir olan bir qrup şəxs” cinayət-hüquq kateqoriyasını “bir qrup şəxs” anlayışından fərqləndir ən yeganə cəhət birinci halda qrupun iştirakçıları arasında cinayətin birgə törədilməsi barədə qabaqcadan razılığın əldə olunmasıdır. Qalan səciyyəvi əlamətlər üzrə bu iki anlayış tamamilə üst-üstə düşür. Ona görə də, nə qədər ki, CM-nin 34.1-ci maddəsi cinayətin “bir qrup şəxs” tərəfindən törədilməsini onun iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilməsi kimi təsbit etmişdir, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi də cinayətin qrupa daxil olan şəxslər (ən azı 2 nəfər) tərəfindən birlikdə icra edilməsini, yəni birgə icraçılığı ehtiva edən anlayış kimi təfsir olunmalıdır (“qabaqcadan əlbir olan bir qrup şəxs”in məhz birgə icraçılığı ehtiva edən iştirakçılığın növü olması – bu “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrü bəsi haqqında” Azərbaycabn Respublikası Ali Məhkəməsinin 3 mart 2005-ci il tarixli Plenumunun 10 və 11-ci bəndlərindən də irəli gələn qənaətdir). Cinayətin icra edilməsi (bilavasitə törədilməsi) dedikdə isə, onun obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsi (cinayət hərəkətsizliklə törədildikdə bunu təşkil edən davranış) başa düşülür. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, CM-nin 33.3-cü maddəsində cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisinin törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, CM-nin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilməsi təsbit edilmişdir. Odur ki, CM-nin 33.3-cü maddəsinə görə təşkilatçının, təhrikçinin, köməkçinin əməllərinin CM-nin 32-ci maddəsinə istinad edilməklə tövsif edilməsinə dair tələb adı çəkilən cinayət iştirakçılarının birləşməsinin qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini təşkil etməməsindən və onların əməllərinin hüquqi tövsifinin icraçının törətdiyi cinayət ilə şərtləndirilməsindən irəli gəlir. Yəni təşkilatçının, təhrikçinin, köməkçinin əməlləri cinayətin obyektiv cəhətinə daxil olmayan hərəkət və yaxud hərəkətsizlik olduğundan, faktiki olaraq cinayəti onların hərəkətləri (hərəkətsizliyi) deyil, məhz icraçının hərəkətləri formalaşdırır, törədilmiş əməlin Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmuş cinayət olması məsələsi icraçının hərəkətlərinin məzmunundan asılı olaraq müəyyən edilir. Təş kilatçı da məhz həmin cinayəti təşkil etmiş, təhrikçi həmin cinayətə icraçını təhrik etmiş, köməkçi isə həmin cinayətdə icraçıya kömək etmiş şəxs hesab olunurlar. Buna görə CM-nin 33.1-ci maddəsində iştirakçıların məsuliyyətinin onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilməsi öz əksini tapmışdır. Həmçinin CM-nin 33.3-cü maddəsinin mənasından görünür ki, cinayətin iştirakçıları əməlin törədilməsində birgə icraçı kimi iştirak etdikləri halda, iştirakçılığın növlərini müəyyən edən CM-nin 32-ci maddəsinə istinad edilmir. Bu baxımdan, iştirakçıların əməllərinin həm CM-nin 32-ci maddəsinə, həm də CMnin Xüsusi hissəsinin müvafiq maddəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna e dilir o halda ki, təqsirkarın təşkilatçı, təhrikçi və ya köməkçi qismində iştirak etdiyi cinayətin obyektiv cəhətinə aid olan hərəkətlər qabaqcadan əlbir olmuş iki və ya daha çox şəxs tərəfindən icra edilməsin. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, CM-nin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilmiş hesab olunması üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdikləri halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilmək lə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir.Buna görə iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədikləri və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş əməl kimi qiymətləndirilə bilməz. Eyni zamanda o, da vurğulanmalıdır ki, şəxs digər şəxslər tərəfindən maddi tərkibli cinayətin tördilməsi barədə məlumatsız olduqda, cinayət yolu ilə əldə edilmiş əmlakı, yaxud dövriyyəsi qadağan olunmuş və ya müvafiq qanunvericilik aktları ilə məhdudlaşdırılmış əşyaları qabaqcadan vəd etmədən ədə etdikdə yuxarıda şərh edilən tə ləblərə uyğun olaraq onun əməlinin əsas cinayətin törədilməsində iştirakçı qismində qiymətləndirilməsi, yəni CM-nin 32.5-ci maddəsinə istinad edilməklə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə tövsf edilməsi də istisna olunur və belə hallarda həmin şəxs qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakı əldə etməsinə və ya dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış əşyaların qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb edilir. Bu təfsirin qaçaqmalçılıq cinayətinin törədilməsinə görə təqsirləndirilən şəxsə münasibətdə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 206.1 və 206.2-ci maddələrinin dispozisiyalarına görə malların və yaxud CM-nin 206.2-ci maddəsində göstərilən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qaçaqmalçılığı cinayətinin obyektiv cəhətini həmin predmetlərin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. Belə əməllər qabaqcadan əlbir olmuş şəxslər tərəfindən törədildikdə, yəni cinayətin obyektiv cəhətinə aid olan hərəkətlər qabaqcadan əlbir olmuş iki və ya daha çox şəxs tərəfindən icra edildikdə həmin əməllər CM-nin 206.3.2-ci maddəsi ilə, bu əməllərin törədilməsində təşkilatçı, təhrikçi və ya köməkçi qismində iştirak edən şəxslərin əməlləri isə icraçıların törətdiyi cinayətə müvafiq olaraq CM-nin 32-ci maddəsinə istinad edilməklə tövsif edilməldi r. Lakin, şəxsin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qaçaqmalçılıq yolu ilə keçirilməsindən məlumatı olmadıqda, o, bu cinayətin icraçılarına həmin əşyaların sərhəddən və ya ondan kənar keçirilməsində heç bir köməklik göstərmədikdə, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış mallar qaçaqmalçılıq yolu ilə Azərbaycan gətirildikdən sonra onları qəbul etməyi əvvəlcədən vəd etmədikdə onun qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçilik etməsindən söhbət gedə bilməz və bu kimi hallarda onun əməlinin 32.5, 206.2 və ya 32.5, 206.3.2-ci maddəsi ilə tövsif edilməsi də istisna edilir. Məhkəmə kollegiyasının bu nəticəsi qanunvericiliyin tələbləri ilə yanaşı həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 may 2022-ci il tarixli Qərarında əksini tapmış hüquqi mövqedən və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarındakı izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan 06 may 2022-ci il tarixli Qərarında CM-nin 32,33 və 34-cü maddələrinə geniş şərh verərək belə nəticəyə gəlmişdir ki, CM-nin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamət lərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. CM-nin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri CM-nin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində məhkəmələrə tövsiyə edilmşdir ki, məhkəmələr təqsirkarın əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalç ılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək m üşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqm alçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Şərh edilənlərə əsaslanıb cinayət iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutları təhlil edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tamamilə qanuni və əsaslı olaraq Məhkum2 əməllərində narkotik vasitənin və psixotrop maddənin qaçaqmalçılığında köməklik göstərməsi, yəni CM-nin 32.5, 206.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin müəyyən edilməməs barədə nəticəyə gəlmiş və haqlı olaraq ona həmin maddələrlə bəraət vermşdir. Belə ki, hazırki işin faktiki hallarından və bu halların arxasında duran mötəbər sübutlardan görünür ki, narkotik vasitənin və psixotrop maddənin İran İslam Respublikasından Azər bacan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilməsi, həmin vasitə və maddənin qəbul edilməsi barədə İran İslam Respublikasının vətəndaşı Rauf adlı şəxslə (qaçaqmalçılığın icraçısı) bütün danışıqları (sövdələşməni) Məhkum1 aparmış və sonuncu həmin malların Azərbaycan Respublikasının ərazisinə keçirilməsinə əmin olduqdan sonra onun gizlədildiyi yerdən gedib götürülməsi üçün maşın axtarmışdır. Bu məqsədlə də Məhkum1 taksi fəaliyyəti ilə məşğul olan qonşusu Məhkum2 müraciət edərək onu narkotk vasitənin və psixotrop maddənn gizlədildiyi yerə deyil, Ələt qəsəbəsinə aparmağı xahiş etmiş, lakin sonuncu həmin vaxt spirtli içki qəbul etdiyinə görə bu xahişi rədd etmişdr. Məhkum1 isə Məhkum2 məxsus olan avtomaşını özü idarə edəcəyini bildirdikdə, bunun müqabilində isə ona 100 manat məbləğində pul verəcəyini vəd etdikdə sonuncu Məhkum1 təklifi ilə razılaşmış və bundan sonra onlar guya sonuncunun kminləsə görüşəcəyi Ələt qəsəbəsi istiqamətində yola düşmüşlər. Lakin onlar Ələt qəsəbəsindəki yanacaqdoldurma məntəqəsinə çatdıqdan sonra Məhkum1 onun görüşməli olduğu şəxsin uzaqlaşmasını və buna görə Biləsuvar rayonuna getməli olduqlarını bildirmiş, Məhkum2 isə bundan narazı olsa da, Məhkum1la rayzılaşmış və onlar yollarını davam etdirərək Biləsuvar rayonuna getmiş, həmin vaxt da avtomaşını Məhkum1 idarə etmişdir. Biləsuvar rayonunda narkotik vasitənin və psixotrop maddənin gizlədildiyi, yalnız Məhkum1 məlumatı olduğu yerə çatdıqda isə Məhkum2 onun təklifi ilə həmin malların yerlədirildiyi bağlamanı götürüb avtomaşına tərəf getdikdə əməliyyat qrupunun üzvləri tərəfindən yaxalanmış, Məhku m1 isə avtomaşında ordan uzaqlaşmağa cəhd göstərsə də o, da sərhədçilər tərəfindən saxlanılmışdır. Göründüyü kimi, Məhkum2 narkotik vasitənin İrandan Azərbaycana keçirilməsində heç bir təhrikedici, köməkçi, vasitəçi rolu olmamış və bu halların əksini təsdiq edən mötəbər sübutlar istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında əldə edilməmiş, dövlət ittihamçısı kassasiya protestində də belə sübutlara istinad etməmişdir. Odur ki, məhkəmə kollegiyası bir daha Məhkum2 CM-nin 32.5, 206.3.2-ci maddələri ilə bəraət verilməsini əsaslı hesab edərək bu məsələyə dair də kassasiya protestinin dəlillərini qəbul edilməz sayır və buna görə həmin protestin bu hissədə təmin edilməsini mümkün bilmir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 törətdiyi cinayətin tövsifi barədə düzgün nəticəy ə gələn, yəni CPM-nin 416.1.15-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməyən apellyasiya instansiyası məhkəməsi ona qarşı itirəli sürülmüş ittiham üzrə sonuncuya qismən bəraət verərkən qanunvericiliyin aşağıdakı tələblərinə də tam əməl etmişdir. Belə ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan Hüquqlarının və Əsas Azadl ıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş pro sessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual q anunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 144-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsində nəzərdə tutulmuş norma hər bir sübutun mənsubi yyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.3-cü maddəsinin tələbi isə ondan ibarətdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin məhkəmə kollegiyası vurğulayır ki, CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası CPM-nin 349.3-349.4-ci maddələ rinin tələblərini də nəzərə alaraq onu da qeyd etməyi zəruri bilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və həmin hökm Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. CPM-nin 349.5.1-349.5.3-cü maddələrinin tələblərinə görə isə, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı z amanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3.1-351.3.4-cü maddələrinə əsasən, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: - təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; - bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; - məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq. Qeyd edilməlidir ki, məhkəmənin hökmünə dair qanunvericilikdə nəzərdə tutulmuş bu tələblər eyni zamanda apellyasiya instansiyası məhkəməsinin iş üzrə yekun qərarına da şamil olunur. “Azərbaycan Respublikası CPM -nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Bununla yanaşı, məhkəmə kollegiyası dövlət ittihamçısı E.Ə.Hüse ynovun kassasiya protestində irəli sürdüyü sonuncu dəlili ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum2 CM-nin 32.5,206.3.2-ci maddələri ilə bəraət verərkən nəzərindən qaçırmışdır ki, Məhkum1a qarşı həmin maddələrlə ittiham irəli sürülərkən onun bu maddələrdə nəzərdə tutulmuş cinayəti Məhkum2la qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girməklə törədilməsi müəyyən edilmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsinn qərarından göründüyü kimi, məhkəmə Məhkum2 əməllərində qaçaqmalçılığın törədilməsində köməkçi qismində iştirak etməsi cinayətinin tərkibinin olmaması barədə nəticəyə gəlsə də Məhkum1 həmin cinayəti Məhkum2la qrup şəklində törətməsinə dair müddəaları Məhkum1 elan olunmuş ittihamdan xaric etməməkdə haqlı olmamış, bununla da cinayət qanununun yuxarı da təsvir edilən normalarının tətbiqində səhvə yol vermişdir. Belə olan halda, məhkəmə kollegiyası təhlil edilən məsələyə dair kassasiya protestinin dəlilini əsaslı sayır və həmin protestin bu hissədə təmin edilməsini mümkün bilir və belə qənaətə gəlir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2022-ci il tarixli qərarında dəyişiklik edilməklə Məhkum1 Məhkum2la qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə CM-nin 32.5,206.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməsinə, yəni qaçaqmalçılığın törədilməsində Məhkum2la qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində köməkçilik etməsinə dair müddəalar həmin qərardan və onunla bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli hökmündən xaric edilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi, müdafiəçi Z.Müdafiəçi2 kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.B.İmranovun, onun kassasiya şikayətinin təmin edilməsi, kassasiya protestinin isə təmin edilməməsi haqda müdafiəçi Z.Müdafiəçi2 çıxışlarını dinləyərək hesab edir ki, müdafiəçinin kassasiya şikayəti təmin edilməməli, kassasiya protesti isə qismən təmin edilməklə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2022-ci il tarixli qərarında dəyişiklik edilməli və Məhkum1 Məhkum2la qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə CM-nin 32.5,206.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməsinə, yəni qaçaqmalçılığın törədilməsində Məhkum2la qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində köməkçilik etməsinə dair müddəalar həmin qərardan və onunla bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli hökmündən xaric edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1 ərizəsi təmin edilsin. Məhkum1 tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2022-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılsın və həmin kassasiya şikayəti üzrə icraata xitam verilsin. Müdafiəçi Məmmədov Zaur Məmmədağa oğlunun kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlunun kassasiya protesti qismən təmin edilsin. Məhkum1 və Məhkum2 barələrindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilsin. Mə hkum1 Məhkum2la qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə CM-nin 32.5,206.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməsinə, yəni qaçaqmalçılığın törədilməsində Məhkum2la qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində köməkçilik etməsinə dair müddəalar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2022-ci il tarixli qərarından və onunla bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli hökmündən xaric edilsin. Qərar müdafiəçi Z.Müdafiəçi2 kassasiya şikayətinə və dövlət ittihamçısı E.Ə.Hüseynovun kassasiya protestinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar