Məhkəmə qərarları › İş №1(102)-1188/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1188/2023

30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1188/2023 30.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxxxxx 1984-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, əvvəllər məhkum olunmamış, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, halhazırda həbsdə olan Məhkum Azərbayc an Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2022-ci il tarixli, 1(103)-1358/2022 nömrəli qərarından məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 may 2022-ci il tarixli, 1(101)-272/2022 nömrəli hökmü ilə ( hakimlər S.H.Hacıyev (sədrlik edən), R.V.Salmanov və M.M.Ağalarov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 24 iyul 2 021-ci il tarixdən 26 iyul 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 10 may 2022-ci il tarixdən hesablanmışdır. Zərərçəkmiş şəxslər tərəfindən verilmiş mülki iddialar təmin edilmiş, 58.352,50 manat və 39.100 manat məbləğində pul vəsaitləri Məhkum tutularaq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ödənilməsi hökm edilmiş, vurulmuş ziyanın ödənilməsi məqsədi ilə Məhkum adına olan Şəki şəhəri, Mahmud Əliyev küçəsində yerləşən 0,04 hektar torpaq sahəsinin və 0,0107 hektar həyətyanı sahənin üzərilərinə həbs qoyulmu şdur. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2022-ci il tarixli qərarı ilə, (hakimlər: K.H.Əkbərov (sədrlik edən), E.E.Rəhimov və F.A.Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 may 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2022-ci il tarixli qərarından məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrılıqda kassasiya şikayətləri verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkm iş şəxs1 Rusiya Federasiyasının Perm vilayətindən taxta gətirib satmaqla yaxşı qazanc əldə etdiyinə inandırıb aldadaraq, onunla birlikdə həmin fəaliyyətlə məşğul olmaq istədiyini və onunla ortaq olub hər ay Rusiya Federasiyasından 4 vaqon şərikli taxta gətirəcəyinə dair yalandan vəd verib onun etibarından sui-istifadə edib aldadaraq 2017-ci ilin yanvar - fevral aylarında hissə-hissə olmaqla Bakı şəhəri Nərimanov rayonu Keşlə yük stansiyasının qarşısında həmin dövrün məzənnəsi ilə Azərbaycan milli valyutası ilə 58.352 manat 50 qəpik təşkil edən 34.325 ABŞ dolları məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə alaraq ələ keçirib, Zərərçəkmiş şəxs1 külli miqdarda - cəmi 58.352,50 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir; Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istif adə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 Rusiya Federasiyasının Perm vilayətindən taxta gətirib satmaqla yaxşı qazanc əldə etdiyinə inandırıb aldadaraq onunla birlikdə həmin fəaliyyətlə məşğul olmaq istədiyini və onunla ortaq olub hər ay Rusiya Federasiyasından 4 vaqon şərikli taxta gətirəcəyinə dair yalandan vəd verib onun etibarından sui-istifadə edib aldadaraq 30 mart 2017-ci ildə Bakı şəhəri Nərimanov rayonu, Keşlə yük stansiyasının qarşısında həmin dövrün məzənnəsi ilə Azərbaycan milli valyutası ilə 34.000 manat təşkil edən 20.000 ABŞ dolları məbləğində pulu, 2018-ci ilin dekabr ayında yenə Bakı şəhəri Nərimanov rayonu Keşlə yük stansiyasının qarşısında Azərbaycan milli valyutası ilə 5.100 manat təşkil edən 3.000 ABŞ dolları məbləğində p ulu alaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs2 xeyli miqdarda - cəmi 39.100 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən onun məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən himayəsində azyaşlı uşaqlarının olması, tutduğu əməlindən peşman olması, zərərçəkmiş şəxslərə dəymiş maddi zərərin ödənilməsi və sonuncularla barışığın əldə olunması nəzərə alınmamış və ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum kassasiya şikayətində zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam ödədiyini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etmək niy yətinin olduğunu bildirərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2022-ci il tarixli qərarın ləğv edilməsini və onun cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən sonuncun vəziyyətini yüngülləşdirən hallar tam nəzərə alınmamış nəticədə o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Müdafiəçi həmçinin kassasiya şikayətində qeyd edir ki, hal-hazırda zərərçəkmiş şəxslərə vurulmuş ziyan tam olaraq ödənilmiş, onlarla barışıq əldə olunmuş, eyni zamanda Məhkum tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etmək niyyəti olduğundan onun məsuliyyətdən azad olunması üçü n əsaslar yaranır. Müdafiəçi2 kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyul 2022-ci il tarixli qərarının dəyişdirilməsini, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ədalətli cəzanın təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya pro testinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum və onun müdafiəçisi Müdafiəçi2 məzmunca eyni olan kassasiya şikayətlərində (ayrı-ayrı verilmiş) məhkəmələr tərəfindən cəza təyin olunarkən Məhkum məsuliyyətini yüngülləşdirən halların nəzərə alınma dığını, nəticədə həddindən artıq ağır cəzaya məruz qaldığını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və Məhkum məsuliyyətdən azad edilməsi və ya məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPMin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişlər. Odur ki, kollegiya kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyul 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunma sına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Ci nayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təsv ir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cina yət – hüquqi normaların işığında kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Məhkum törətməkdə təqsirli bilindiyi cinayət əməllərindən görünür ki, mülkiyyət əleyhinə yönələn bu əməllər nəticəsində Zərərçəkmiş şəxs2 39.100 manat məbləğində, Zərərçəkmiş şəxs1 58.352,50 manat məbləğində ziyan vurulmuşdur. Məhkum törətdiyi həmin əməllərə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin müəyyən etdiyi məhrumiyyətlər beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir və həmin əməl Cinayət Məcəlləsinin 15.4-cü maddəsində ağır cinayət kimi təsnif edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, onun himayəsində iki azy aşlı uşağının olması isə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin cəzanı yüngülləşdirən hallara və cəzanı ağırlaşdıran halların olmamasına dair nəticələri ilə razılaşmışdır. Kassasiya instansiyası məhkəməsində aparılan icraat dövründə zərərçəkmiş şəxslərə – Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın ödənilməsi, onların məhkuma qarşı şikayətlərinin olmaması haqqında notarial qaydada təsdiq olunmuş 11 noyabr 2022-ci il tarixli ərizələr daxil olmuşdur. Təsvir olunanlardan görünür ki, Məhkum cinayət əməlləri nəticəsində vurulmuş ziyan ödənilmişdir. Bu hal məhkumun gercəkdən də törətdiyi cinayətə tənqidi münasibət bəslədiyini, onun ictimai təhlükəli xarakterini düzgün dəyərləndirdiyini əks etdiri r və hökmdə, apellyasiya instansiyası məhkəməsinin yekun qərarında qeyd olunmuş məhkumun şəxsiyyətini səciyyələndirən, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması ilə birlikdə götürülməklə Məhkum barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsinə imkan verən, yəni onun azadlıqdan məhrum etmə növündə, lakin təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci. maddəsinin sanksiyası ilə müəyyən edilən azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən az müddətə cəza vasitəsi ilə islah oluna biləcəyinə inam yaradan əsas (müstəsna hal) kimi çıxış edir. Belə ki, cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərini tənzimləyən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində təsbit olunur ki, “cinayətin məqsədi v ə motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər”. Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə görə “cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər”. Məhkəmə kollegiyası hesab edir ki, cinayət nəticə sində vurulmuş ziyanın ödənilməsi təqsirkarın cinayətin törədilməsindən sonrakı davranışını əks etdirməklə Cinayət Məcəlləsinin 62.1-ci maddəsi ilə ehtiva olunanlara aid olan haldır və cəzanı yüngülləşdirən digər hallarla birlikdə götürülməklə cinayətin, eləcə də təqsirkarın özünün ictimaitəhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsas kimi nəzərdən keçirilməlidir. Qeyd olunanlar baxılan işdə məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit edilmiş halın, yəni müdafiəçinin kassasiya şikayətinin qismən təmin edilməsi üçün əsasın mövcud olduğunu göstərir. Məhkum cinayət məsuliyyətindən azad edilməsi barədə kassasiya şikayətlərində istinad edilmiş dəlilərə gəldikdə məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, müdafiə tərəfi cinayət nəticəsində vurulmuş ziyanın faiz miqdarı nəzərə alınmaqla dövlət büdcəsinə ödəniş edilməsi ilə bağlı məhkəməyə hər hansı rəsmi sənəd təqdim etməmişdir. Digər tərəfdən nəzərə alınmalıdr ki, kassasiya instansiyası məhkəməsi müstəsna olaraq cinayət-prosessual qanunun 416.1.1-416.1.22-ci maddələrində göstərilən hallardan ən azından biri olduqda, məhkəmə hökmünü (qərarını) ləğv edə və yaxud dəyişdirə bilər. Lakin cinayət-prosessual qanunun 416.1.1-416.1.22-ci maddələrinin məzmununa diqqət etdikdə məhkumun kassasiya icraatı qaydasında baxılan işlə bağlı məsuliyyətdən azad edilməsi kimi bir hal göstərilməmişdir. Yuxarıda sadalanan halları nəzərə alaraq məhkəmə kollegiyası şikayətlərinin qeyd olunan hissədə təmin edilməsi üçün əsas görmür. kassasiya Beləliklə, məhkəmə kol legiyası verilmiş kassasiya şikayətlərinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 21 iyul 2022-ci il tarixli, 1(103)-1358/2022 nömrəli qərarı dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 21 iyul 2022-ci il tarixli, 1(103)-1358/2022 nömrəli qərarı dəyişdirilsin. Məhkum apellyasiya instansiyası məhkə məsinin 21 iyul 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin olunmuş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə azaldılsın, ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 24 iyul 2021-ci il tarixdən 26 iyul 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar Məhkum aid qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar