Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1189/2019 21.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Hüseynov Azər Soltanəhməd oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Bəraət almış şəxs Məhkum, Müdafiəçi – Abşeron rayon Vəkil Bürosunun vəkili Hüseynov Əli Meybulla oğlunun iştirakları ilə Azər baycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə bəraət almış Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Hacıyev Asim Hacımirzə oğlu, hakimlər Əliyev Elşad İbiş oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə) xx xxxxxx 1977-ci ildə Lənkəran rayonu, Avrora qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Hirkan qəsəbəsində qeydiyyatda olmaqla, faktiki olaraq Lənkəran rayonu, Parakənd kəndi ndə yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkəmə baxışınadək 07 dekabr 2016-cı il tarixdən 10 yanvar 2017-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı cəmi 01 ay 03 gün təyin olunmuş cəzaya hesablanmaqla cəzaçəkmə müddətindən çıxılmaqla, qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 07 il 10 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X27 da təqsirli bilinib məhkum olunmuşdur. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, ehtiyatsızlıqdan iki nəfərdən çox şəxsin ölümünə səbəb olmuş yol hərəkəti qaydalarını pozmuşlar. Belə ki, Məhkum özünə məxsus “Mersedes-benz E-220 CDİ” markalı, AZ**-EA-*** dövlət nömrə nişanlı avtomobil ilə 10 sentyabr 2016-cı il tarixdə, saat 06 radələrində tikintisi davam etdirilən və istifadəyə buraxılmamış Astara-Ələt-İran avtomobil yolunun Lənkəran rayonu, Girdəni kəndi ərazisindən keçən hissəsində Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yol hərəkəti qaydalarını, yəni “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 1ci hissəsinin tələblərini pozaraq, 3 xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunlara əməl etmədən onun hərəkətdə olduğu yolun əks istiqamətində hərəkətdə olan, Lənkəran rayonu, Boladi kənd sakini X9 idarə etdiyi “VAZ-21063” markalı, AZ**-BU-*** dövlət nömrə nişanlı avtomobilini onun hərəkət zolağına çıxmaqla idarə etməsini 4-5 saniyə müddətdə görməsinə baxmayaraq, hadisənin qarşısını almaqdan ötrü heç bir hərəkət etməmiş, nəticədə hərəkətdə olduğu zolaqda idarə etdiyi “Mersedes-benz E-220 CDİ” markalı, AZ**-EA-*** dövlət nömrə nişanlı avtomobillə X9 idarə etdiyi “VAZ-21063” markalı, AZ**-BU-*** dövlət nömrə nişanlı avtomobil arasında toqquşma baş verərək ehtiyatsızlıqdan “VAZ-21063” markalı, AZ**-BU-*** dövlət nömrə nişan lı avtomobilin sürücüsü-X9 bədəninin müxtəlif nahiyyələrində çoxsaylı, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, eləcə də həmin avtomobildə olan sərnişinlər - X7 bədəninin müxtəlif nahiyələrində çoxsaylı, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, X10 bədəninin müxtəlif nahiyələrində çoxsaylı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, X20 bədəninin müxtəlif nahiyələrində çoxsaylı, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, X1 bədəninin müxtəlif nahiyələrində çoxsaylı, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid xəsarətlər almaqla qeyd olunan şəxslərin ölmələrinə, habelə “Mersedes-benz E-220 CDİ” markalı, AZ**-EA-*** dövlət nömrə nişanlı avtomobildə olan sərnişinlər - X8 bədəninin müxtəlif nahiyələrində çoxsaylı, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, X5 əngə sümüyünün sınığı, baş beyinin orta dərəcəli əzilməsi, sağ qaşaltı, çənə nahiyələrində yaralardan ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, X15 başın ənsə nahiyəsində 1 ədəd yaradan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, X6 pəncə nahiyəsində 1 ədəd yaradan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almalarına və X17 məxsus VAZ-21063 markalı, AZ**-BU-*** dövlət nömrə nişanlı avtomobilə 1.500 (bir min beş yüz) manat maddi zərər vurulmasına səbəb olmuşdur. Hökmdən Məhkum müdafiəçisi Hüseynov Əli Meybulla oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Novruzov Ələsgər Əli İskəndər oğlu, hakimlər Camalov Etibar Əli oğlu və Cəfərov Musa Rafiq oğlundan ibarət tərkibdə) 07 mart 2018-ci il tarixli hökmü ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə bəraət verilmiş, apellyasiya şikayəti təmin edilmiş, apellyasiya protesti təmin edilməmişdir. Qeyd olunan hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respub likası Ali Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Kərimov Fərhad Abdulkərim oğlu, Kazımov Tahir Lələkişi oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə) 04 sentyabr 2018-ci il tarixli qərarı ilə ŞirvanApellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 mart 2018-ciil tarixli hökmü ləğv edilərək, cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilmiş, kassasiya protesti təmin edilmişdir. İşə yenidən baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim X29, hakimlər X30 və Soltanov Fuad Kamil oğlundan ibarət tərkibdə) 11 aprel 2019-cu il tarixli hökmü ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3cü maddəsi ilə bəraət verilmiş, apellyasiya şikayəti təmin edilmiş, apellyasiya protesti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı kassasiya protesti verərək həmin hökmü ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin edilməsini xahiş etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı kassasiya protestində cinayət işinin kassasiya protesti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsində artıq ikinci dəfə baxıldığını, birinci dəfə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 mart 2018-ci il tarixli qərarının ləğv olunduğunu və işin ye ni apellyasiya baxışına təyin edildiyini, Şirvan Apellyasiya Məhkəməsində yeni baxış zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında qeyd olunmuş göstərişlərin yerinə yetirilmədiyini və Məhkum Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə bəraət verildiyini, qərarın yalnız təqsirləndirilən şəxsin ifadələri əsasında qurulduğunu, sonuncunun həm ibtidai istintaq zamanı, həm ilkin məhkəmə baxışı zamanı, həm də sonradan verdiyi ifadələri arasında ciddi ziddiyyətlərin olduğunu, həmin ziddiyyətlərin araşdırılmadığını, şahid ifadələrinə əhəmiyyət verilmədiyini, iş üzrə çoxsaylı ekspertizaların keçirildiyini, həmin ekspertiza rəyləri arasında mühüm ziddiyyətlərin mövcud olduğunu, həmin ziddiyyətlərin də araşdırılmadığını qeyd edərək apellyasiya məhkəməsinin hökmünü ləğv etməklə cina yət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsinə, bəraət almış şəxs və onun müdafiəçisinin apellyasiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasına dair çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2019-cu il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbay can Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normaya uyğun olaraq kassasiya protestinə mahiyyəti üzrə baxaraq belə qənaətə gəlir ki, protestin dəlilləri apellyasiya məhkəməsinin hökmünün qanuniliyini şübhə altına almağa əsas vermir. Kassasiya protestində Məhkum düzgün olmayaraq Azərbaycan Respublikası CM-nin 263.3cü maddəsi ilə bəraət verildiyi iddia edilir və bununla əlaqədar bir neçə dəlillərə istinad olunur. Həmin dəlillərlə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə bəraət verilməli olduğuna dair nəticəni hökmündə ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin hökmdə bununla əlaqədar aşağıdakılar göstərilmişdir: “... Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə hesab edir ki, məhkum olunmuş şəxs Məhkum əməlində ittiham tərəfinin irəli sürdüyü və birinci instansiya məhkəməsinin isə razılaşdığı halların mövcudluğu, yəni «Yol hərəkəti haqqında» Qanunun tələblərini pozması və həmin pozuntu ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə onun yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olması iş materialları ilə təsdiqini tapmır, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunanların sübuta yetirilməsinə dair səhv nəticəyə gəlmişdir və həmin halların mövcud olmamasına dair müdafiə tərəfinin ir əli sürduyü dəlillər hərtərəfli araşdırılmamışdır... Bütün qeyd edilənləri müzakirə edən Məhkəmə kollegiyası işin obyektiv araşdırılmasını təmin etmək üçün ibtidai istintaq orqanının Məhkum qarşı CM-nin 263.3-cü maddəsi ilə irəli sürdüyü və birinci instansiya məhkəməsinin razılaşdığı ittiham üzrə iki istiqamətdə, yəni hadisə baş verən yolda qadağan edici nişanların, o cümlədən“Giriş qadağandır” yol nişanının, həmçinin hərəkət sürəti ilə bağlı digər məhdudlşdırıcı nişanların olmaması və baş vermiş ictimai təhlükəli nəticə ilə Məhkum əməli arasında səbəbli əlaqənin mövcud olub-olmaması istiqamətində araşdırma aparılmasını və bu məqsədlə ilk növbədə məhkum olunmuş şəxsin ibtidai, birinci və apellyasiya məhkəmə baxışında verdiyi ifadələrinə, habelə birinci instansiya məhkəməsinin təqsirləndiri lən şəxs Məhkum CM-nin 263.3-cü maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olmasını əsaslandırdığı yuxarıda qeyd olunan hallar üzrə mötəbər sübutlar kimi qəbul etdiyi digər sübutlar üzrə hüquqi dəyərləndirmə aparılmasını məqsədəuyğun sayır... məlum hadisənin baş verməsindən 15 dəqiqə sonra ibtidai araşdırmaçı tərəfindən tərtib edilmiş “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 10 sentyabr 2016-ci il tarixli protokolun, hadisə yerinin sxemindəki cizgilərdən, həmçinin hadisə yerinin həmin vaxt çəkilmiş foto şəkillərinin tədqiqindən görünür ki, yol nəqliyyat hadisəsi tam istifadəyə verilməmiş Astara-Ələt yolunun Girdəni kəndi hissəsində keçən ərazidə baş vermişdir, yol asfalt beton örtüklü olmaqla eni 9,5 metr olmuşdur, protokolda yolu n hərəkət hissəsində heç bir yol nişanının olmaması həmin protokolda bir neçə dəfə ardıcıl təkrar olunur, hadisə yerinin yaşayış məntəqələrindən kənarda baş verdiyi göstərilir, kənd sakinlərinə məxsus pay torpaq sahələri ilə əhatə olunmuşdur, hadisə yerində olmuş izlərdən məlum olmuşdur ki, toqquşma yolun Astara-Bakı istiqamətində olan yolun sol zolağının sağ tərəfində, yəni Məhkum özünün hərəkət zolağında baş vermiş, qeyd edilən yol bir-birindən ayrılmış iki zolaqdan ibarət olsa da, hadisənin baş verdiyi zolaqda hər iki istiqamətdə avtomobillərin sərbəst hərəkət etdiyi göstərilmişdir... Məhkum 10 sentyabr 2016-cı ildə müstəntiqə şahid qismində verdiyə ifadəsi istisna olunmaqla təqsirləndirilən şəxs qismində ibtidai araşdırma dövründə, birinci instansiya məhkəməsinin və apelyasia məhkəmələ rinin iclaslarında ardıcıl olara verdiyi bütün ifadələrindən görünür ki,o, 10 sentyabr 2016-cı ildə, saat 05:15 radələrində o, Lənkəran şəhərinin “Ləvəngi” adlanan dairəsindən sərnişinlər-həmkəndliləri X22, X12, X23 və X24 idarə etdityi avtomobilə götürüb Bakı şəhərinə yola düşmüşdür. X15 idarə etdiyi avtomobildə qabaq sağ oturacaqda, digərləri isə arxa oturacaqda əyləşmişlər. O, yolu rahat olsun deyə istifadədə olan və bir qayda olaraq Bakı şəhərinə gedibgəldiyi Astara-Ələt avtomobil yolu ilə deyil, yeni inşa edilən və istifadəyə verilməmiş Ələt-Astaraİran avtomobil yolu ilə hərəkət etmək qərarına gəlmişdir. Ona görə də o, qeyd edilən yeni yolun Lənkəran rayonun Girdəni kəndindən olan hissəinə gəlmişdir. Lakin həmin 2 ayrı zolaqlı bu yolun Bakı istiqamətinə doğru zolağının başlanğıcına qu m tayası yığılmaqla girişinin bağlandığını görmüşdür. Elə həmin zaman o, Astara istiqamətindən gələn bir “Ford” markalı, nömrə nişanını görmədiyi sərnişin avtomobilinin Astara səmtindən gəlib Bakı istiqamətində yolun əks, yəni ƏlətAstara istiqamətindəki zolağı ilə hərəkət etdiyini gördüyü üçün o da həmin əks yola çıxıb hərəkət etməyə başlamışdır. Bu zaman onun daxil olduğu zolaqda yol hərəkəti ilə bağlı qadağan işarələr olmaməşdır. Əyər həmin işarələr olsa idi və bu işarələri görsə idi, ora daxil olmazdı. O, bu qaydada Girdəni dairəsindən Bakı şəhəri istiqamətində təxminən 4-5 km getdikdən sonra, təxminən 80-90 saat km sürətlə hərəkətdə olarkən, 80-100 metrə qarşıdan eyni zolaqla ona tərəf, əks istiqamətdən gələn avtomobilin, yəni mərhum X9in idarə etdiyi VAZ-2163 markalı avtomobilin qabaq işıqlarını görmüşdür. Həmin VAZ-2163 markalı avtomobil ona çatmağa 10-15 və ya 30-35 (bu məsafəyə dair ziddiyətli məlumat vermişdir) qalmış qəflətən sola dönüb, onun idarə etdiyi avtomobilin kərəkət zolağına çıxmış və bundan heç bir saniyə belə keçməmiş onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Bu səbəbdən o, imkan tapıb tormozlama əməliyyatı da apara bilməmişdir. Toqquşmadan sonra o, avtomobildən düşüb VAZ-21063 markalı avtomobildə olan şəxslərə köməklik etmək istəmiş, lakin orada olan 5 nəfərin artıq öldüyünü görmüşdür. Bundan başqa hadisənin yeganə şahidi olmuş, hadisə baş verərkən Məhkum maşınının qabaq oturacağında oturmuş, digər sağ qalmış zərərçəkmişlərdən fərqli olaraq yatmış vəziyyətdə olmamış zərərçəkmiş şəxs X18 ifadəsindən də məlum olur ki, o, hadisə vaxtı Məhkum idartə etdi yi avtomobilin qabaq sərnişin oturacağında əyləşmiş olmuşdur. O, Məhkum idarə etdiyi avtomobildə 10 sentyabr 2017-ci ildə, saat 06 radələrində Lənkəran rayonunun Girdəni kəndi ərazisindəki istifadəyə verilməmiş yeni inşa olunan Ələt-Astara-İran avtomobil yoluna yaxınlaşdıqda həmin yolun Bakı istyiqamətyində olan zolağının girişinin qum tayası ilə bağlandığını görmüşdür. Məhkum avtomobili həmin yolun sol, əks istiqamətdə olan zolağına çıxarıb Bakı istiqamətində hərəkət başlamış və bir az getmiş o, qarşıdakı döngəli yerdən çıxıb onlara tərəf gələn 06 markalı, yəni mərhum X9in idarə etdiyi avtomobili görmüşdür. Onlara 10-15 metr qalmış X9in idarə etdiyi avtomobil Məhkum avtomobili üzərinə dönüb gəlmiş və heç 1 saniyə keçməmiş avtomobillər toqquşmuşlar. Toqquşma ani vaxtda baş vermiş və bundan sonra o, huşunu itirmiş, nə baş vediyini bilməmişdir. Cinayət işinin materiallarından o da məlum olur ki,digər sağ qalmış zərərçəkmiş şəxslərin hamısı hadisə baş verən anda yatmış vəziyyətdə olmuş, hadisənin baş vermə mexanizmini müşahidə edə bilməmişlər. Apelyasiya məhkəməsi müzakirə edilən hazırkı cinayət işi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, cinayət prosessual qanunvericilik bir sübut növünün digər sübut növündən üstünlüyünü müəyyən etməsə də, yol nəqliyyat hadisələri ilə bağlı olan cinayətlərdə əsas sübut növü kimi həm də ekspert rəylərinin müstəsnalığını xüsusi olaraq qeyd edir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə həm ibtidai istintaq zamanı, həm də birinci instansiya və Apelyasiya məhkəmə baxışlarında çox saylı yol nəqliyyat ekspertizalarının keçirilməsi, həmin eksp ert rəylərinin bir-birindən fərqlənməsi, ekspertlərin təkrarən çağrılaraq məhkəmə baxışlarında dindirilməsi, özüözlüyündə şəxsin təqsirliyini təsdiq edilməsi üçün iş üzrə toplanmış sübutlar arasında ciddi ziddiyyətlarin olmasına dəlalət edir... Təkrarən birinci instansiya məhkəməsinin qərarı əsasında keçirilmiş 11 sentyabr 2017-ci il tarixli 20948 №-li ekspert rəyində göstərilmişdir ki, müdafıə tərəfinin təqdim etdiyi şəraitdə, yəni Məhkum özünə məxsus “Mersedes Benz-E-220CDİ” markalı, ** EA *** dövlət nömrə nişanlı avtomobili ilə tikintisi davam etdirilən və istifadəyə buraxılmamış AstaraƏlət-İran avtomobil yolu ilə Bakışəhəri istiqamətində 80-90 km/saat sürətlə hərəkətdə olarkən yolun əks istiqamətdən 70-80 km/saat sürətlə hərəkətdə olan X9 idarə etdiyi “VAZ-21063” markalı, ** BU *** d övlət nömrə nişanlı avtomobilin qəflətən öz hərəkəti istiqamətində sola manevr etdiyi andan toqquşma baş verən ana qədər 1,5-2 saniyə vaxt keçməsi, yəni sürücü Məhkum hərəkəti üçün təhlükə anının “VAZ-21063” markalı, ** BU *** dövlət nömrə nişanlı avtomobilin öz hərəkəti istiqamətində sola manevr etməklə Məhkum hərəkət hissəsinə daxil olduğu anda yaranması və təhlükə anının 1,5-2 saniyə ərzində davam etməsi şəraitində sürücü Məhkum hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu”nun tələblərinə uyğunsuzluq olmamışdır. Müdafiə tərəfinin təqdim etdiyi şəraitdə, yəni Məhkum Mersedes Benz-E 220CDİ markalı, ** EA *** dövlət nömrə nişanlı avtomobili ilə tikintisi davam etdirilən və istifadəyə buraxılmamış Astara-Ələt -İran avtomobil yolu ilə Bakı şəhəri istiqamətində 80-90 km/saat sürətlə hərəkətdə olarkən bu zaman yolun əks istiqamətində 70-80 km/saat sürətlə hərəkətdə olan X9 idarə etdiyi “VAZ-21063” markalı, ** BU *** dövlət nömrə nişanlı avtomobil qəflətən öz hərəkəti istiqamətində sola manevr etməklə Məhkum hərəkət hissəsinə daxil olduğu andan yaranması və təhlükə anının 1,5-2 saniyə ərzində davam etməsi şəraitində VAZ-21063 markalı, ** BU *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X9in hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur... Yuxarıda qeyd edilən ekspert rəyi ilə əlaqədar, həmçinin mə hkəmə iclas protokolunda ekspertin məhkəmədə verdiyi ifadənin protokolda düzgün əks olunmamasına dair qeydlərlə bağlı Apelyasiya instansiyası məhkəməsində ekspert qismində dindirilmiş X41 ifadəsində göstərmişdir ki, verdiyi ekspert rəyində də qeyd etdiyi kimi, hərəkət üçün təhlükə yaranan andan yəni, qarşıdan əks istiqamətdən hərəkətdə olan VAZ-2106 markalı avtomobil öz hərəkət istiqamətindən sola manevr etdiyi andan toqquşmaya kimi 1,5-2 saniyə vaxtın keçməsi şəraitində təhlükə yaranan anda Mercedes Benz markalı avtomobilin toqquşma yerindən olduğu məsafənin avtomobilin dayanma yolundan kiçik olması onu izah edir ki, qeyd olunan vəziyyətdə sürücü Aslanovun təhlükə yaranan andan toqquşmaya kimi idarə etdiyi Mercedes-Benz markalı avtomobili dayandırmağa texniki imkanı olmamışdır. Eyni zaman da ekspert onun birinci instansiya məhkəməsində verdiyi ifadələrlə əlaqədar protokollara verilmiş qeydlərin əsaslı olduğunu, məhkəmə iclas protokolunda sözlərinin təhrif olunduğunu, müdafiə tərəfin qeydlərində göstərilənlərin düzgün olduğunu bildirmişdir... İstintaq eksperimenti zamanı müəyyən edilmişdir ki, hadisənin baş verdiyi yer Ələt – Astar yolu ilə Lənkəran Yolunun Girdəni kəndi ərazisindən keçən, eksperiment keçirilən günə artıq istismara təhvil verilmiş yoldadır. Təqsirləndirilən şəxsin, onun müdafiəçilərinin və zərərçəkmiş şəxslərin iştirakı ilə hadisənin baş verdiyi yerin göstərilməsi onlara təklif edildikdə onlar ayrı-ayrılıqda hadisənin baş verdiyi yeri göstərdilər. Həmin yerin Ələt –Astar yolu ilə Lənkəran Yolunun Girdəni kəndi ərazisindən keçən, toqquşma nöqtəsinə çatmağa tə xminən 30 metr qalmışkən iki tərəfli yolun Bakı-Lənkəran istiqamətinə olan yol hissəsində yerləşməsi müəyyən oldu. Hadisə yerində yuxarıda göstərilən şəxsləri iştirakı ilə müəyyən edildi ki, hadisədən əvvəl Aslanovun ifadəsinə əsasən o, Lənkəran istiqamətindən Bakı istiqamətinə əksə hərəkət zolağına daxil olaraq idarə etdiyi avtomaşınla toqquşma nöqtəsinə qədər 90 km/sat sürətlə hərəkət etmiş, toqquşma nöqtəsinə çatmağa təxminən 30 metr qalmış əks istiqamətdən hərəkət edən mərhum X9in idarə etdiyi avtomaşının onun hərəkət zolağına istiqamətləndiyini görüb, hadisə ani, yəni 1,5-2 saniyə ərzində baş verdiyindən hadisənin qarşısına ala bilməmişdir. Hımçinin müəyyən edildi ki, X9 öz avtomaşını ilə toqquşma nöqtəsinə çatmağa 27 metr qalmış Məhkumun hərəkət zolağına istiqamətlənmişdir. Məhkum bi ldirdi ki, toqquşma onun hərəkət zolağında baş vermişdir. Təqsirləndirilən şəxs və zərərçəkmiş X15 həmçinin bildirdilər ki, hadisə yeri əhəmiyyətli dərəcədə dəyişikliyə məruz qaldığından, yəni yola yeni asfalt örtüyü döşəndiyindən, yola sarı və ağ zolaqlar çəkildiyindən, əks hərəkət istiqamətlərini bir-birindən ayıran kanallar doldurularaq, yerində yol boyu hündürlüyü 85 sm olan beton ayırıcı sədd çəkilmişdir.... Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 fevral 2019-cü il tarixli 3716 saylı rəyi ilə məhkəmə ekspertizasının aparılmasından imtina edilmiş və bildirilmişdir ki, həmin iş üzrə sonuncu dəfə 11 sentyabr 2017-ci ildə 20948 saylı rəy verilmiş və aşağıdakı nəticəyə gəlinmişdir: -Müdafıə tərəfinin təqdim etdiyi şəraitdə, yəni Məhkum özünə məxsus Mersedes Benz-E-220CDİ markalı, ** EA *** dövlət nömrə nişanlı avtomobili ilə tikintisi davam etdirilən və istifadəyə buraxılmamış Astara-Ələt-İran avtomobil yolu ilə Bakı şəhəri istiqamətində 80-90 km/saat sürətlə hərəkətdə olarkən yolun əks istiqamətdən 70-80 km/saat sürətlə hərəkətdə olan X9 idarə etdiyi “VAZ-21063” markalı, ** BU *** dövlət nömrə nişanlı avtomobilin qəflətən öz hərəkəti istiqamətində sola manevr etdiyi andan toqquşma baş verən ana qədər 1,5-2 saniyə vaxt keçməsi, yəni sürücü Məhkum hərəkəti üçün təhlükə anının “VAZ-21063” markalı, ** BU *** dövlət nömrə nişanlı avtomobilin öz hərəkəti istiqamətində sola manevr etməklə Məhkum hərəkət hissəsinə daxil olduğu anda yaranması və təhlükə anının 1,5-2 saniyə ərzində davam etməsi şəraitində sürücü Məhkum hadisənin qarşısını al mağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu”nun tələblərinə uyğunsuzluq olmamışdır. Müdafiə tərəfinin təqdim etdiyi şəraitdə, yəni Məhkum Mersedes Benz-E220CDİ markalı, ** EA *** dövlət nömrə nişanlı avtomobili ilə tikintisi davam etdirilən və istifadəyə buraxılmamış Astara-Ələt-İran avtomobil yolu ilə Bakı şəhəri istiqamətində 80-90 km/saat sürətlə hərəkətdə olarkən bu zaman yolun əks istiqamətində 70-80 km/saat sürətlə hərəkətdə olan X9 idarə etdiyi “VAZ-21063” markalı, ** BU *** dövlət nömrə nişanlı avtomobil qəflətən öz hərəkəti istiqamətində sola manevr etməklə Məhkum hərəkət hissəsinə daxil olduğu andan yaranması və təhlükə anının 1,5-2 saniyə ərzində davam etməsi şəraitində VAZ-21063 markalı, ** BU *** dövlət nömrə nişanl ı avtomobilin sürücüsü X9in hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Qeyd edilir ki,11 sentyabr 2017-ci il tarixli 20948 saylı rəydə təqdim olunmuş məlumatlar əsasında tədqiqat aparılaraq müəyyən edilmişdir ki, hərəkət üçün təhlükə yaranan andan, yəni,qarşıdan əks istiqamətdən hərəkətdə olan Vaz-2106 markalı avtomobil öz hərəkəti istiqamətindən sola manevr etdiyi andan toqquşmaya kimi 1,5-2 saniyə vaxtın keçməsi şəraitində təhlükə yaranan anda Mersedes Benz markalı avtomobilin toqquşma yerindən olduğu məsafənin (Sa=33,3-44,4-37,5-50m), avtomobilin dayanma yolundan (Sd=58,571,4m) kiç ik olduğundan sürücü Aslanovun təhlükə yarandığı andan toqquşmaya kimi idarə etdiyi Mersedes Benz markalı avtomobili dayandırmağa texniki imkanı olmamışdır. Ona görə də təhlükə yarandığı andan toqquşmaya kimi 1,5-2 saniyə vaxtın keçməsi şəraitində Mersedes Benz markalı avtomobilin sürücüsü Aslanovun hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətində “Yol hərəkəti haqqında” Qanunun tələblərinə uyğunsuzluq olmamışdır. Hazırkı əlavə ekspertizanın təyin edilməsi haqqında 20 dekabr 2018-ci il tarixli qərarda əks istiqamətdə hərəkətdə olan VAZ-2106 markalı avtomobil öz hərəkəti istiqamətindən sola manevr etdiyi andan toqquşmaya kimi 1,5-2 saniyə vaxtın keçməsi göstərilməklə yanaşı təhlükə yaranan anda Mersedes-Benz markalı avtomobilin toqquşma nöqtəsindən 26-30 metr məsafədə o lması göstərilmişdir. Qeyd edilir ki, əvvəlki 20948 saylı rəydə 80-90 km/saat sürətlə hərəkət edən Mersedes-Benz markalı avtomobilin dayanma yolu müəyyən edildiyindən yenidən texniki hesablamalar aparılmasına və rəqəmlərin müqayisə olunması xüsusi texniki bilik tələb etmədiyindən onların müqayisə olunması üçün yenidən ekspertiza təyin olunmasına (rəy verilməsinə) lüzum yoxdur. Məhkəmə tərəfindən qərarda göstərilən təhlükə yaranan anda Mersedes-Benz markalı avtomobilin toqquşma yerindən olduğu məsafənin(26-39 metr) həmin avtomobilin dayanma yolu ilə müqayisə edilməklə sürücü Aslanovun hadisənin qarşısını ala bilmək imkanına dair müvafiq nəticəyə gəlinə bilər. İş materiallarından göründüyü kimi Məhkum toqquşmanın qarşısını almağa texniki imkanının olması və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olması barədə həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsində alınmış ilkin ekspert rəylərində əsas kimi “Vaz-2106 markalı avtomobilin “Mersedes-Benz” markalı avtomobilin hərəkət zolağına çıxdıqdan 4-5 saniyə sonra toqquşma baş verməsi götürülmüş və məhz həmin vaxt (4-5 saniyə) ərzində Məhkum hadisənin qarşısını almaq imkanı olduğu müəyyən edilərək, təqsirli hesab edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, iş materiallarına əsasən (1-ci cild, səh. 77-80) müəyyən olunur ki, “Vaz-2106” markalı avtomobilin “Mersedes-Benz” markalı avtomobilin hərəkət zolağına çıxdıqdan 4-5 saniyə sonra toqquşmanın baş verməsi barədə ifadəni məhkum edilmiş şəxs Məhkum 10.09.2016-cı il tarixdə ş ahid qismində dindirilərkən qeyd etmişdir. Lakin Məhkum sonrakı ifadələrində, yəni təqsirləndirilən şəxs qismində cəlb olunandan sonra (2-ci cild, səh.4-7) və həm istintaq, həm də bütün məhkəmə baxışlarında sonradan verdiyi bütün ifadələrində toqquşmanın “VAZ-2106” markalı avtomobilin onun yoluna çıxdıqdan 4-5 saniyə sonra baş verməsi barədə heç bir ifadə verməmiş, bunun əksinə olaraq, hadisənin bir anda və ya 1-2 saniyə ərzində baş verdiyini bildirmişdir. Göstərilən hala məhkəmə kollegiyası qiymət verərək qeyd edir ki, həm milli və həm də beynəlxalq qanunvericiliklə şəxsdən şahid qismində ifadə alınaraq sonradan həmin ifadənin məhz həmin şəxsə qarşı ittihamın əsası kimi istifadə olunması qəbul edilməzdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 95.4.1-ci maddəsi nə əsasən şahid cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək üçün gəlmək və dindirmədə ona məlum olan bütün hallar üzrə suallara tam və düzgün cavab vermək vəzifəsini daşayır. Eyni zamanda Həmin Məcəllənin 95.5-ci maddəsinə görə şahidin öz vəzifələrini icra etməməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297298-ci maddələrinə əsasən şahidin yalan ifadə verməsinə və ifadə verməkdən imtina etməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət prosessual qanunvericilik ilə müəyyən olunmuş şahidin qeyd edilən vəzifələrindən fərqli olaraq təqsirləndirilən şəxs nəinki həmin vəzifələri daşımır, əksinə CPM-nin 91.5.2-ci maddəsinə görə təqsirləndirilən şəxs onu tutmuş və ya həbs haqqında qərarı icra etmiş şəxsdən, təhqiqatçıdan, müstəntiqdən və ya prokurordan hüquqları haqqında yazılı bildiriş almaq, 91.5.5-ci maddəsinə görə əsas müdafiəçinin yardımından pulsuz istifadə etmək, 91.5.10-ci maddəsinə görə ifadə (izahat) vermək, özünə və yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək, habelə haqqında irəli sürülmüş ittihama dair izahat vermək və izahat verməkdən imtina etmək hüququna malikdir. Göründüyü kimi, şahidin hüquq və vəzifələri ilə təqsirləndirilən şəxsin hüquq və vəzifələri nəinki biri-birindən kəskin fərqlənir hətta ziddiyyət təşkil edir. Belə olduğu təqdirdə məhkəmə kollegiyası hesab edir ki, gələcəkdə təqsirləndirilən şəxs statusunda olacaq şəxsin tə qsirləndirilən şəxs kimi fundamental hüquqlarının heç birinin nəinki təmin edilmədən, hətta ona yalan məlumat verdiyi təqdirdə cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlıq etməklə ifadəsinin alınması, sonradan məhz həmin ifadəyə mötəbər sübut kimi istinad edib ekspert rəylərinin alınması və ekspert rəylərindən də həmin şəxsə qarşı ittihamın əsası kimi istifadə olunması yol verilməzdir. Avropa İnsan Hüquqları Konvensiyanın 6-cı maddəsinin kontekstində cinayətdə şübhəli bilinən, cinayətdə ittiham olunan, cinayət qaydasında təqib olunan şəxslərin verdiyi ifadələrə sübut növü kimi istinad olunmasına dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında eyni mövqe öz əksini tapmışdır. Avropa Məhkəməsinin “A.G.Zayçenko Pusiya Federasiyasına qarşı” iş üzrə 11 fevral 2010-cu il tarixli qərarında göstərilmişdir ki, “6-cı maddənin 1-ci bəndində nəzərdə tutulmuş susmaq və öz əleyhinə ifadə verməmək hüququ ittiham tərəfinin təqsirləndirilən şəxsin öz əleyhinə ifadə verməmək hüququna əhəmiyyət vermədən ondan ifadə alınmasının qarşısını alır. Susmaq hüququ təkcə hüquq pozuntusunu birbaşa etiraf etmək məsələsi ilə məhdudlaşmır, həm də sonradan cinayət prosesində ittiham tərəfinin işinə yarayacaq hər hansı ifadəni verməmək hüququnu nəzərdə tutur”. “Susmaq hüququ 6-cı maddənin 2-ci bəndində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası hüquqi ilə qismən üst-üstə düşür. Avropa Məhkəməsi müttəhimin susmağa üstünlük verdiyi işlərin bir qisminə məhz bu bəndin əsasında baxıb”(Salabiaku Fransaya qarşı 26-30-cu bəndlər). “Şəxs polis tərəfindən dindirilirsə və bu dindirmənin xa rakteri həmin şəxsin potensial olaraq şübhəli şəxs sayıla biləcəyinə əsas verirsə və onun dindirmədəki cavabları sonradan məhkəmə araşdırmasında ona qarşı dəlil kimi istifadə edilirsə, şəxs rəsmən şübhəli və ya təqsirləndirilən şəxs statusuna malik olmasa belə, 6-cı maddənin müddəaları bu dindirməyə şamil olunur” (A.G.Zayçenko Pusiya Federasiyasına qarşı. 41-60-cı bəndlər). Belə qərarlara misal olaraq “Deveer Belçikaya qarşı” iş üzrə 27 fevral 1980-cı il tarixli qərarı (42-46-cı bəndlər), “Ekle Almaniya Federativ Respublikasına qarşı” işüzrə 15 iyul 1982-ci il tarixli qərarı (73-cü bənd) göstərmək olar. Avropa Məhkəməsi 6-cı maddənin müstəqil tələbləri baxımından, ittiham hökmü əsasən və ya həlledici dərəcədə hüquqi zidd üsullarla əldə edilmiş sübutlara əsaslanıbsa məhkəmə prosesi ədalətsi z hesab olunur. Milli qanunvericilik də qeyri qanuni yolla əldə edilmiş sübutların qəbul edilməsinə yol vermir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2.1-ci maddəsinə görə insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2.3-cü maddəsinə görə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələbinə əsasən həmin tarixlərdə tərtib olunmuş protokolları başqa sözlə əldə edilmiş məlumatları sübut kimi qəbul etmir. Qəbul edilməyən (yolverilməz) sübutlar hüquqi əhəmiyyət kəsb etmir və ittihamın əsası kimi çıxış edə bilməz. Məhkəmə belə hesab edir ki, mötəbərliyi ciddi şübhə doğuran qanunun tələbləri pozulmaqla əldə olunmuş Məhkum şahid qismində verdiyi ifadələr ittihamın düzgün qiymətləndirilməsində istifadə edilə bilməz və sübut kimi yolverilməzdir. Daha sonra məhkəmə kollegiyası həmin şahid ifadəsinə (xüsusilə hadisənin 4-5 saniyə ərzində baş verməsi hissəsinə) əsasən verilmiş ekspert rəy lərinə qiymət verərək aşağıdakıları qeyd edir. Belə ki, hadisənin “Vaz-2106” markalı avtomobilin Məhkum idarə etdiyi “Mersedes-Benz” markalı avtomobilin yoluna çıxdıqdan sonra ani anda baş verməsini görən, avtomaşının salonunda sərnişin qismində olmuş hadisənin yeganə görən zərərçəkmiş şəxs X31 istintaqda və məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, hadisə vaxtı Məhkum idarə etdiyi avtomobilin qabaq sərnişin oturacağında əyləşmiş olmuşdur. O, Məhkum idarə etdiyi avtomobildə 10 sentyabr 2017-ci ildə, saat 06 radələrində Lənkəran rayonunun Girdəni kəndi ərazisindəki istifadəyə verilməmiş yeni inşa olunan Ələt-Astara-İran avtomobil yoluna yaxınlaşdıqda həmin yolun Bakı istyiqamətyində olan zolağının girişinin qum tayası ilə bağlandığını görmüşdür. Məhkum avtomobili həmin yolun sol, əks istiqamətdə olan zolağına çıxarıb Bakı istiqamətində hərəkət başlamış və bir az getmiş o, qarşıdakı döngəli yerdən çıxıb onlara tərəf gələn 06 markalı, yəni mərhum X9in idarə etdiyi avtomobili görmüşdür. Onlara 10-15 metr qalmış X9in idarə etdiyi avtomobil Məhkum avtomobili üzərinə dönüb gəlmiş və heç 1 saniyə keçməmiş avtomobillər toqquşmuşlar. Toqquşma ani vaxtda baş vermiş və bundan sonra o, huşunu itirmiş, nə baş verdiyini bilməmişdir. Apelyasiya instansiyası məhkəməsində X31 yenidən şahid qismində dindirmək barədə qərar qəbul edilsə də bu mümkün olmamışdır. Belə ki, Lənkəran ŞİHB-nın Hirkan qəsəbə İƏD nümayəndəliyinin verdiyi arayışdan görünür ki, Lənkəran rayon Parakənd sakini X31 hal-hazırda kənddə yoxdur, müvəqqəti Rusiya Federasiyasına işləməyə getmişdir. Məhkəmə kollegiy ası hesab edir ki, iş materiallarında “Vaz-2106 markalı avtomobilin “Mersedes-Benz” markalı avtomobilin hərəkət zolağına çıxdıqdan 4-5 saniyə sonra toqquşma baş verməsini Məhkum şahid qismində 10 sentyabr 2016-cı ildə verdiyi ifadəsindən başqa ittiham tərəfinin əsaslandığı bu xüsusatı təsdiq edəcək hər hansı başqa bir sübut olmadığından, bunun əsasında verilmiş ekspert rəyləri də işin faktiki hallarına uyğun deyildir. Həmin ekspert rəylərini məhkəmə kollegiyası sübut növü kimi qəbul etmir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Məhz bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzin in 11 sentyabr 2017-ci il tarixli 20948 nömrəli ekspert rəyində göstərilmiş “Məhkum özünə məxsus Mersedes Benz-E220CDİ markalı, ** EA *** dövlət nömrə nişanlı avtomobili ilə tikintisi davam etdirilən və istifadəyə buraxılmamış Astara-Ələt-İran avtomobil yolu ilə Bakı şəhəri istiqamətində 80-90 km/saat sürətlə hərəkətdə olarkən yolun əks istiqamətdən 70-80 km/saat sürətlə hərəkətdə olan X9 idarə etdiyi “VAZ-21063” markalı, ** BU *** dövlət nömrə nişanlı avtomobilin qəflətən öz hərəkəti istiqamətində sola manevr etdiyi andan toqquşma baş verən ana qədər 1,5-2 saniyə vaxt keçməsi, yəni sürücü Məhkum hərəkəti üçün təhlükə anının “VAZ-21063” markalı, ** BU *** dövlət nömrə nişanlı avtomobilin öz hərəkəti istiqamətində sola manevr etməklə Məhkum hərəkət hissəsinə daxil olduğu anda yaranması və t əhlükə anının 1,5-2 saniyə ərzində davam etməsi şəraitində sürücü Məhkum hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu”nun tələblərinə uyğunsuzluq olmamışdır” nəticəsi «əsaslı şübhə yeri qalmayan» sübutetmə standartına uyğun olub, yuxarıda sadalanan digər sübutların məcmusu ilə tamamilə təsdiq olunur. Bundan əlavə, məhkəmə kollegiyası hadisə yerinə baxışın nəticələrinə dair müstəntiq tərəfindən tərtib edilmiş protokolunda, hadisə yerinin sxemində və fotoşəkillərində göstərilən və yuxarıda qeyd edilən xüsusatları da müqayisəli şəkildə şərh edərək həm də müəyyən edir ki, yol nəqliyyat hadisəsi tam istifadəyə verilməımiş, tikintisi davam etdirilən yolda baş vermişdir. Yolun hərəkət hissəsində heç bir yol nişanı olmamışdır. Bu da o, deməkdir ki, hadisənin baş verdiyi yolda heç bir məhdudlaşdırıcı yol nişanları, yəni “Giriş qadağandır”, yaxud avtomobillərin hərəkət sürəti ilə bağlı digər məhdudlaşdırıcı yol nişanları olmamışdır. Bundan əlavə protokolda istintaqçı tərəfindən həmin vaxt avtomobillərin hadisənin baş verdiyi yolda sağ və sol istiqamətlərdən sərbəst şəkildə hərəkət etdiklərinin qeyd edilməsi və hadisə yerinin çəkilmiş fotoşəkillərindən də bunun aydın şəkildə görünməsi də hadisənin baş verdiyi yolda heç bir məhdudlaşdırıcı yol nişanlarının, yəni “Giriş qadağandır”, yaxud avtomobillərin hərəkət sürəti ilə bağlı digər məhdudlaşdırıcı yol nişanlarının olmadığını sübut edir və məhkəmə kollegiyası hadisə yerinə baxışın nəticələrinə dair müstəntiq tərəfindən tərtib edilmiş protokolu, hadisə ye rinin sxemini və fotoşəkillərində göstərilən halları tədqiq edilən iş üzrə mötəbər sübut kimi qəbul edir və iki nəfərdən çox şəxsin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsinin törədilməsində Məhkum təqsirlilik məsələsinə cinayət qanunvericiliyinin tələb və şərtləri konteksində, həmçinin iş üzrə mövcud olmuş şəraitə uyğun olaraq qiymət verərkən həmin xüsusatların da nəzərə alınaraq iş üzrə müstəsna əhəmiyyətə malik hallar kimi qeyd edilməsini zəruri hesab edir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, apelyasiya məhkəmə baxışında tədqiq edilmiş yuxarıda qeyd olunan sübutlarla Mercedes Benz-E-220 markalı 99-EA802 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hadisənin qarşısını almağa texniki imkanının və onun hərəkətlərində “Yol hərəkətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmaması tam sübuta yetirildiyindən birinci instansiya məhkəməsinin Məhkum hərəkətləri ilə baş vermiş nəticə arasında, yəni onun CM-nin 263.3-cü maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olmasına dair gəldiyi nəticəsi əsassız olmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara qiymət verərək hesab edir ki, məhkum olunmuş şəxs Məhkum CM-nin 263.3-cü maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirlili olması sübuta yetirilmir, bu barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur, həmin şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün deyil, ittiham tərəfi həmin halı təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş və iş materiallarında da belə sübut yoxdur və belə olan halda isə həmin şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutları diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. CPM-nin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 21.3-cü maddəsi Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsini n İİ hissəsindən çıxış edərək təqsirləndirilən (və ya şübhəli) şəxsi öz təqsirsizliyini sübut etmək vəzifəsindən azad edir. Qüvvədə olan cinayət prosessual qanunvericiliklə cinayət təqibi ilə bağlı icraatda sübut etmə yükü ittiham tərəfinin üzərinə qoyulmuşdur. İttiham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin (təqsirləndirilən və ya şübhəli şəxsin, müdafiəçinin, mülki cavabdehin) müdafiə üçün irəli sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu M əcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 35 1.2-ci maddəsində də oxşar norma nəzərdə tutulmuş və qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrində təsbit edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab olunur. CPM-nin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. “Məhkəmə hökmü haqqı nda” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarının 4-cü bəndində göstərilir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər təhqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə kollegiyası Mercedes Benz C180 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunla ra əməl etmədən onun hərəkətdə olduğu tikintisi davam etdirilən və istifadəyə verilməmiş yolun əks istiqamətində hərəkətdə olan, Lənkəran rayonu, Boladi kənd sakini X9 idarə etdiyi “VAZ-21063” markalı, ** BU *** dövlət nömrə nişanlı avtomobilini onun hərəkət zolağına çıxmaqla idarə etməsini 4-5 saniyə müddətdə görməsinə baxmayaraq, hadisənin qarşısını almaqdan ötrü heç bir hərəkət etməmiş, nəticədə hərəkətdə olduğu zolaqda idarə etdiyi “Mersedes-Benz E-220 CDİ” markalı, ** EA *** dövlət nömrə nişanlı avtomobillə X9 idarə etdiyi “VAZ-21063” markalı, ** BU *** dövlət nömrə nişanlı avtomobil arasında toqquşmanın baş verməsi ilə bağlı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olması və onun həmin maddənin tələblərinə riay ət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına dair ittiham orqanın irəli sürdüyü və birinci instansiya məhkəməsinin də razılaşdığı dəlillərə qiymət verərək hesab edir ki, hadisənin baş verdiyi yolda qeyd olunan hallar onun CM-nin 263.3-cü maddəsi ilə müəyyən olunmuş cinayət əməlinə görə təqsirli olmasını təsdiq edən amillər kimi qəbul oluna bilməz. Belə ki, hazırkı qərarın təsviri-əsaslandırıcı hissəsində yuxarıda qeyd olunduğu kimi cinayət qanunvericiliyinə görə Məhkum CM-nin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə o halda təqsirli bilinərək məhkum oluna bilərdi ki, yol nəqliyyat hadisəsi onun «Yol hərəkəti haqqında» Qanununun tələblərini pozması nəticəsində baş vermiş olsun, yəni Qanunun pozuntusu ilə baş vermiş nəticə arasında səbəbli əlaqə mövcu d olsun, habelə onun yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olması öz təsdiqini tapsın. Yol hərəkəti haqqında» Qanununun tələblərini pozulması ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin olmaması Qanununun tələblərini pozmuş şəxsin cinayət deyil, inzibati məsuliyyəti üçün əsaslar yaradır. Cinayət hüquq nəzəriyyəsinə görə “səbəbli əlaqə- hadisələr arasındakı elə bir fiziki zəruri əlaqədir ki, bir hadisədən sonra hər dəfə zərurətlə digər hadisə baş verir. Birinci hadisə səbəb, ikincisi isə nəticə adlanır”. Səbəb –elə şəraitdir ki, bunsuz nəticə baş verə bilməz. Müəyyən hallarda səbəbiyyət prosesinə müxtəlif hallar müdaxilə edir. Bunların içərisindən ancaq nəticəni real doğurmaq imkanına malik olan, onu imkandan gerçəkliyə çevirə bilən hal, yaxud hallar nəticənin səbəbi hesab edilə bilər. Əməllə nəticə arasındakı əlaqə zəruri əlaqə olmalı, əməl nəticəni labüd doğurmalıdır. Hazırkı halda ittiham orqanının irəli sürdüyü və birinci instansiya məhkəməsinin də razılaşdığı ittiham üzrə, yəni məhkum olunmuş şəxs Məhkum “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqda ifadə olunan hərəkəti ilə baş vermiş yol nəqliyyat hadisənin nəticələri arasında səbəbli əlaqənin olması o halda qəbul oluna bilərdi ki, Məhkum hərəkəti qaçılmaz və zəruri hal kimi baş vermiş nəticələrə səbəb olsun, həmin nəticəni labüd doğursun. İş materiallarından göründüyü kimi hadisə bilavasitə sürücü X9in qəflətən öz hərəkəti istiqamətində sola manevr etməklə Məhkum hərəkət hissəsinə daxil olması anından keçən ani m üddət ərzində, yəni 1,5-2 saniyə müddət ərzində baş vermiş və mərhum sürücü X9in qəflətən öz hərəkəti istiqamətində sola manevr etdiyi andan toqquşma baş verən ana qədər, yəni sürücü Məhkum hərəkəti üçün təhlükə mərhum sürücü X9in öz hərəkəti istiqamətində sola manevr etməklə onun hərəkət hissəsinə istiqamətləndiyi andan yaranmış və 1,52 saniyə ərzində davam etməsi şəraitində baş vermişdir. Yuxarıda qeyd olunanlar isə belə nəticəyə gəlməyə əsas verir ki, hadisənin baş verməsinə səbəb mərhum sürücü X9in qəflətən öz hərəkəti istiqamətində sola manevr edərək sürücü Məhkum oğlunun hərəkət etdiyi yola çıxması olmuş və onun bu hərəkəti nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat ha disələri ekspertizasının 11 sentyabr 2017-ci il tarixli 20948 saylı rəyi ilə təqdim olunmuş məlumatlar əsasında texniki hesablamalara əsasən tədqiqat aparılaraq müəyyən edilmişdir ki, hərəkət üçün təhlükə yaranan andan, yəni, qarşıdan əks istiqamətdən hərəkətdə olan Vaz-2106 markalı avtomobil öz hərəkəti istiqamətindən sola manevr etdiyi andan toqquşmaya kimi 1,5-2 saniyə vaxtın keçməsi şəraitində təhlükə yaranan anda Mersedes Benz markalı avtomobilin toqquşma yerindən olduğu məsafənin (Sa=33,3-44,4-37,5-50m), avtomobilin dayanma yolundan (Sd=58,571,4m) kiçik olduğundan sürücü Məhkumun təhlükə yarandığı andan toqquşmaya kimi idarə etdiyi Mersedes Benz markalı avtomobili dayandırmağa texniki imkanı olmamışdır. Ona görə də təhlükə yarandığı andan toqquşmaya kimi 1,5-2 saniyə vaxtın keçməsi ş əraitində Mersedes Benz markalı avtomobilin sürücüsü Məhkumun hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətində “Yol hərəkəti haqqında ”Qanunun tələblərinə uyğunsuzluq olmamışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, ittiaham orqanı tərəfindən təqdim olunmuş və birinci instansiya məhkəməsində araşdırılmış sübutlarla məhkum olunmuş şəxs Məhkum «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozması və həmin pozuntu ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə onun yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki cəhətdən imkanının olması, yəni CM-nin 263.3-cü mddəsinin dispozisiyası ilə müəyyən olunmuş cinayət əməlinin obyektiv cəhətinin mövcud olması və Məhkum CM-nin 263.3-cü maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə məhkum edilməsi barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2017-c il tarixli,1(089)-141/2017 saylı hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Hüseynov Əli Meybulla oğlu tərəfindən verilmiş Apelyasiya şikayəti təmin edilməli, dövlət ittihamçısı X35 tərəfindən verilmiş Apelyasiya protesti təmin edilməməli, apellyasiya şikayətinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2017-c il tarixli,1(089)-141/2017 saylı hökmü Məhkum aid hissədə ləğv edilməli, Məhkum barəsində Azərbaycan Respublikasının Cinayət CinayətProsessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası nın Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə bəraət hökmü çıxarılmalı, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. CPM-nin 42.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilm ədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə bəraət verilməli olduğuna dair nəticəni işin faktiki hallarına və qanunun tələblərinə, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarının izahlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına, işin faktiki hallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də həmin nəticənin, ümumilikdə, apellyasiya məhkəməsinin hökmünün qanuniliyini şübhə altına almağa əsas vermir. Kassasiya protestində ittiham tərəfinin təqdim etdiyi sübutlar bir daha sadalanaraq ittihamın təsdiq olunduğu iddia edilir. İttiham tərəfinin bu mövqeyi ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi həmin sübutların hər birini tədqiq edib yoxlayaraq ayrı-ayrılıqda və məcmu qaydada qiymətləndirmiş və gəldiyi nəticələri, yuxarıda göstərildiyi kimi, əsaslandırmışdır. Protestdə isə apellyasiya məhkəməsinin hər bir sübut üzrə hökmdə göstərdiyi fikirləri təkzib edən hər hansı bir sübut a və ya dəlilə istinad olunmamışdır. Kassasiya protestinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, avtomaşınların toqquşmasının X9in idarə etdiyi “VAZ-21063” markalı avtomaşının Məhkum idarə etdiyi “MersedesBenz” markalı avtomaşının hərəkət zolağına çıxması ilə, yəni sonuncunun idarə etdiyi avtomaşının hərəkət etdiyi zolağda baş verməsi, bunun X9in hərəkətləri ilə səbəbli əlaqəsi olduğu mübahisəsizdir (işin təsdiq olunmuş halıdır). Bu ittihamın özündə də qeyd olunmuşdur. İttihamda və protestdə toqquşmanın “VAZ” markalı avtomaşının qarşı zolağa çıxmasından 45 saniyə sonra baş verdiyi iddia olunur, protestdə bunu təsdiq edən sübut kimi Məhkum ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsinə istinad edilir. Apellyasiya məhkəməsinin qeyd edilən ifadədə olan həmin məlumata de yil, Məhkum sonrakı (hələ ibtidai istintaq zamanı verilmiş) ifadələrinə və məhkəmədə göstırdiklərinə (təqsirləndirilən şəxs qismində dindirilərkən) habelə hadisəni müşahidə etmiş yeganə şahid X15nin bu məsələyə dair göstərdiklərinə nə səbəbdən əsaslandığı (üstünlük verdiyi) hökmdə göstərilmiş, bunlarla əlaqədar gəldiyi nəticə ətraflı şərh edilməklə əsaslandırılmış, bu məsələlərə hökmdə bir neçə səhifədə olan fikirlər həsr edilmişdir. Protestdə həmin fikirlərin heç biri təkzib edilməmiş, onlarla razılaşılmadığının səbəbləri göstərilməmiş, onlara ümumiyyətlə münasibət bildirilməmişdir. Halbuki, apellyasiya məhkəməsinin hökmündə həmin məhkəmənin bu məsələ üzrə mövqeyinin bir neçə normanın tələblərindən irəli gəldiyi göstərilmiş, həmin normaların müddəaları əks etdirilmiş və işin halları, o cü mlədən Məhkum verdiyi ifadələr (şahid qismində verdiyi ilk ifadələrdən sonra, qarşısından gələn avtomobilin onun idarə etdiyi maşının hərəkət etdiyi zolağa keçməsi ilə maşınların toqquşması arasında vaxt kəsiyinə, bu müddətin xeyli az olduğuna dair ardıcıl olaraq, israrla göstərdiyi ifadələrdəki məlumatlar) həmin normaların müddəaları baxımından qiymətləndirilmişdir. Məhkum şahid qismində verdiyi ifadəsinə istinad edilməklə irəli sürülmüş kassasiya protestinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin şahid qismində verdiyi ifadə ilə müqayisədə onun məhz təqsirləndirilən şəxs qismində dindirilərkən göstərdiklərinə (bu statusda olan şəxsin qanunla nəzərdə tutulan bütün təminatlarına, hüquqlarına riayət olunmaqla və müdafiə hüququ təmin edilmək lə alınmış ifadələrinə) üstünlük verilməli olduğu qanunun tələbləri baxımından mübahisəsizdir. Bunlarla əlaqədar məhkəmə kollegiyası həm də vurğulayır ki, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə görə, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkum şahid qismində verdiyi ifadə (“VAZ” markalı avtomobilin onun idarə etdiyi maşının hərəkət zolağına çıxmasından 4-5 saniyəyə sonra toqquşmanın baş verməsinə dair) digər hər hansı bir sübutla, hətta özünün hələ ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və sonra ardıcıl olaraq məhkəmədə də göstərdiyi ifadələrlə təsdiq edilmir. Əksinə, təkzib olunur. Bu baxımdan apellyasiya m əhkəməsinin Məhkum təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində və zərərçəkmiş şəxs X15nin ifadəsində göstərilənlərə (digər hər hansı bir zərərçəkmiş şəxs və şahid hadisəni bilavasitə müşahidə etdiyini göstərməmişdir), habelə ifadənin hadisə yerində yoxlanılması və istintaq eksperimenti nəticəsində əldə olunmuş məlumatlar nəzərə alınmaqla verilmiş 11 sentyabr 2017-ci il tarixli ekspert rəyinə haqlı olaraq əsaslanmışdır. Odur ki, apellyasiya məhkəməsinin digər rəylərə deyil, məhz 11 sentyabr 2017-ci il tarixli ekspert rəyinə düzgün olmayaraq əsaslanmasına dair protestin dəlili də iş materiallarına uyğun olmamaqla əsassızdır. Ekspert rəyinin tədqiqi ilə bağlı protestin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi tərəfindən bütün ekspert rəyləri, onlarda ol an məlumatlar qanunun tələblərinə, o cümlədən Azərbaycan Respublikası CPM-nin 127, 264-268, 271, 272, 331 və 332-ci maddələrinin müddəalarına riayət etməklə tədqiq edilib yoxlanılaraq qiymətləndirilmişdir. Məhkəmə kollegiyası sübutları kassasiya protestində göstərilən dəlillər baxımından bir daha ətraflı təhlil edərək vurğulayır ki, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr yaranmışdır. Qanunun tələblərinə görə isə bu cür şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir olunmalıdır. Belə olan halda Məhkum hərəkətləri baş vermiş hadisə arasında səbəbli əlaqənin olduğu barədə hər hansı bir fikir yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Qanunun tələblərinə görə isə ittiham hökmü mülahizələrə (ehtimallara) əsaslana bilməz. Apellyasiya məhkəməsi də sübutları tədqiq edib qiymətləndirərkən məsələyə qanunun həmin müddəası baxımımdan yanaşmış və haqlı olaraq müvafiq normaların tələblərini rəhbər tutmuşdur. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsində göstərimişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 28.4.5-ci maddəsində təsbit olunmuşdur ki, cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə görə şəxsin cinayə t törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsində də nəzərdə tutulmuş və göstərilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 33.1-ci maddəsində qeyd olunmuşdur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddə lərinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan vermir. Apellyasiya məhkəməsinin bunlara dair gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya protestinin dəlilləri də buna əsas vermir. Azərbaycan Respublikası CPM-nin 42.1.4-ci maddəsində qeyd edilmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə bəraət hökmü çıxarılır. Kassasiya protestində cinayət və cinayət prosessual qanununun normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarının izahlarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin hökmü həmin izahlarla ziddiyyət təşkil etmir. Odur ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə bəraət almış Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiy asının 11 aprel 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1189/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1189/2019
21.08.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver