Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1189/2020 10.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas X3, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Məhkum iştirakları ilə, Məhkum Şirvan Şəhər Məhkəməs inin xx xxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Şirvan Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli hökmü ilə (hakim Əliyev Ziya Müqərrəm oğlu) Məhkum, xx xxxxxx 1966-cı il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, üç uşaq anası olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şirvan şəhəri, ünvan 1də qeydiyyatda olan və yaşayan, CM-nin 306.1-ci maddəsində nəzərdə tutu lan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) gün müddətində şübhəli şəxs kimi həbsdə saxlanıldığı müddət 02 (iki) gün azadlığın məhdudlaşdırılması növüdə cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlaılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum cavabdeh kimi ondan 8000 (səkkiz min) manat məbləğində pul vəsaitinin, dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manatın alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair Şirvan Şəhər Məhkəməsinin 2(032)-1595/2014 saylı xx xxxxxx 2014-cü il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini ü zürsüz səbəbdən yerinə yetirməməsinə görə Şirvan Şəhər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 3(032)-372/2016 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 600 (altı yüz) manat miqdarında inzibati cərimə edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona dəfələrlə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibinin başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxx 2018-ci il tarixədək şəxsi maraqları naminə, cəmi 8030 (səkkiz min otuz) manat məbləğində borcunu tələbkara ödəməyərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Hökmdə n zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Soltanov Fuad Kamil oğlundan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və Məhkum təqsirli bilindiyi CMnin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş Zərərçəkmiş şəxs ka ssasiya şikayətində bildirmişdir ki, işə birinci və apelyasiya instansiya məhkəmələrində baxılarkən Məhkum əməlini etiraf etməmiş, borcu olmadığını bildirmiş və ona borclu olduğu məbləğdən heç bir ödəniş etməməsinə baxmayaraq məhkəmələr tərəfindən ona həddən artıq yüngül cəza təyin edilmişdir. İttiham aktında Məhkum ümumi qət edilmiş 8030 manat məbləğində borcdan 2000 manatını ödəməsi qeyd olunsa da, apelyasiya instansiya məhkəməsi öz qərarında məhkum tərəfindən borcun 4000 manatının ödənilməsini göstərmişdir. Halbuki ittiham aktı tərtib edilən dövrdən hal hazıradək Məhkum ona olan borcunun qalan hissəsini ödəməmişdir, baxmayaraq ki, işə apelyasiya instansiyası məhkəməsində baxılarkən o, həmin borcu ödəyəcəyini vəd edərək bir neçə dəfə məhkəmə iclaslarınının təxirə salınmasını xahiş etmiş, lakin sonradan öz vədinə əməl etməmiş, apellyasiya instansiyası məhkəməsi isə bu halı nəzərə almamışdır. Kassatorun fikrincə, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və ona təqsirli bilindiyi CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən yuxarı həddə - üç il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunması haqqında qərar qəbul edilməlidir. Hüquqi məsələlər: Zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayətinin məzmunundan göründüyü kimi, o, apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində məhkum X1 cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan həddindən artıq yüngül cəzanın təyin edilməsini iddia edərək ona daha ağır cəzanın təyin edilməsi haqqında qərarın qəbul edilməsi barədə tələbini Azərbaycan respublikası Cinayə tProsessual Məcələsinin (bundan sonra mətndə CPM-nin) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələblərinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası zərər çəkmiş şəxsin şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə X1 barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də qeyd etməyi lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya in stansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiya sı məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilm ədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının l əğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya şikayətinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən mübahisələndirilməmiş və buna görə məhkəmə kollegiyası da bu məsələlərin müzakirə edilməsinə ehtiyac görmür. Kassasiya şikayətində Məhkum təyin edilmiş cəzanın yüngül olması qeyd edilərək həmin cəzanın ağırlaşdırıl ması barədə qərar qəbul edilməsini xahiş olunur. Məhkəmə kollegiyası həmin şikayətdə irəli sürülmüş tələbə cavab olaraq ilk növbədə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinin, o cümlədən CPM-nin 419-cu maddəsinin tələblərinə və mənasına görə, kassasiya instansiyası məhkəməsi CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birini və ya bir neçəsini (apellyasiya instansiyası məhkəməsinin hökmünün və ya qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün müəyyən edilmiş əsaslar) aşkar etsə belə, məhkum olunmuş şəxsin vəziyyətinin hansısa şəkildə ağırlaşdırılması, məsələn onun əməlinin təqsirli bilindiyi CMnin müvafiq maddəsindən daha ağır cinayətə görə məsuliyyət nəzərdə tutan maddə ilə tövsif edilməsi və ya ona təyin olunmuş cəzanın ağırlaşdırılması, yaxud nəzərə alınmam ış cəzanı ağırlaşdıran halların nəzərə alınması, yaxud da təmin olunmamış mülki iddianın təmin edilməsi və sair belə məsələlərin kassasiya şikayətinə və ya kassasiya protestinə məhkəmə baxışı nəticəsində həll olunmasına dair qərar qəbul etmək səlahiyyətində deyil və bu kimi hallarda kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin hökmünün və ya qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərar qəbul edir. Qanunvericiliyin göstərilən tələbi isə ona dəlalət edir ki, kassasiya kollegiyası zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayətində irəli sürdüyü tələbə uyğun qərar qəbul edə bilməz və məhkumun barəsində onun vəziyyətini pisləşdirən qərarın qəbul edilməsi zərurətini müəyyən edildiyi halda apellyasiya instansiyası məhkəməsinin iş üzrə yeku n qərarı ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin olunmaldır. Bununla belə, CPM-nin 419.12.5-ci maddəsinin tələblərinə əsasən, kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edildikdə və iş yeni apellyasiya baxışına təyin edildikdə belə məhkəmə apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini qabaqcadan həll edə bilməz. Digər tərəfdən, məhkəmə kollegiyası Məhkum təyin olunmuş cəzanın yüngül olması ilə bağlı kassasiya şikayətində göstərilənlərlə vurğulamağı lazım bilir ki, məhkumun təqsirli bilindiyi CM-nin 306.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri v ə ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzalar nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi məhkuma bu cəzalardan heç də yüngül olmayan cəzanın – azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmişdir, məhkəmə kollegiyasının qənaətinə görə də, bu cəza kifayət qədər ədalətlidir və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq cəza təyini ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə görə, qeyd edilən cəzanın yüngül hesab edilməsi və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar görmür. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalət li cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CPM-nin 416.1.21-ci maddəsində məhkəmə tərəfindən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmadan cəzanın təyin edilməsi apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsası kimi nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 v ə 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən məhkəmələr düzgün olaraq törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, törətdiyi əməli səmimi etiraf edərək peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, icra sənədi üzrə qismən ödəniş etməsini (ibtidai istintaq zamanı 2000 manat), məhkəmə iclasında zərər çəkmiş şəxsə təkidlə pul ödəmək istəməklə dəymiş ziyanın azalmasına yönəlmiş hərəkətlər etməsini (apellyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli apellyasiya şikayətinə məhkəmə baxışı iclasında 1700 manat məbləğində borcun ödənilməsi barədə təklif) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, həm də cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və bu halların məcmusuna uyğun olaraq məhkuma azadlığın məhd udlaşdırılması cəzasının təyin edilməsini həm qanuni, həm də ədalətli hesab etmişlər. Kassasiya şikayətinə məhkəmə baxışı iclasında da Məhkum onun ərinə məxsus pensiya kartını zərərçəkmişə verməyi, bu yolla da məhkəmə qətnaməsi ilə müəyyən edilmiş ona olan borcunun qalan hissəsini ödəməyi vəd etmişdir. Bütün qeyd olunan halları nəzərə alıb qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum yüngül cəzanın təyin edilməsi və həmin cəzanın ağırlaşdırılmalı olması barədə kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi şərti ilə (CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş əsasla) həmin şikayətin təmin edilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini və cinayət işinin ma teriallarını tədqiq edərək və kassasiya şikayətinin təmin edilməsi barədə zərər çəkmiş şəxsin, həmin şikayətin təmin edilməməsi barədə isə dövlət ittihamçısı X1 və Məhkum çıxışlarını dinləyərək hesab edir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tə qsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1189/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-1189/2020
10.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver