Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1189/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyul 2022-ci il tarixli qərarından məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Fikrət Qəribov (sədrlik edən və məruzəçi), Telman Hüseynov və Əli Məmmədov) 01 mart 2022-ci il tarixli, 1(101)-168/2022 nömrəli hökmü ilə xx xxxxxxx 1966-cı il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, məhəllə 2930, ev 70, mənzil 23-də qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3cü maddələrind ə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 26 yanvar 2021-ci il tarixdən hesablanmış; xx xxxx 1979-cu il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 26 yanvar 2021-ci il tarixdən hesablanmı şdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs1 təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 yanvar 2021-ci il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “20 Yanvar” metrostansiyasının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə ümumi təmiz çəkisi 8,145 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini hər biri 85 manat pul qoymaqla ümumilikdə 170 manata əldə edib Təqsirləndirilən şəxs2 ilə böldükdən sonra payına düşən ümumi təmiz çəkisi 3,148 qram, yəni külli miqdarda narkotik vasitə heroini 02 ədəd bükümdə üzərində saxlayaraq daşımış, Nizami RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 25 yanvar 2021-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 59 ünvanında saxlanılaraq, Nizami RPİ-nə gətirilib, şübhəli şəxs qismində saxlandıqdan sonra 26 yanvar 2021-ci il tarixdə saat 01:55 radələrində orada olan otaqların birində üzərinə aparılmış şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sağ cibindən bir ədəd kibrit qutusunun içərisində bir ədəd sellofa n bükümdə açıq vəziyyətdə və həmin sellofan bükümün içərisindəki bir ədəd sellofan bükümdə ümumilikdə 02 ədəd sellofan bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2,368 qram və 0,780 qram olmaqla ümumi təmiz çəkisi 3,148 qram, yəni külli miqdarda xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə Təqsirləndirilən şəxs2, eləcə də öz üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə eynilik təşkil edən qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 yanvar 2021-ci il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “20 Yanvar” metrostansiyasının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə ümumi təmiz çəkisi 8,145 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini hər biri 85 manat pul qoymaqla ümumilikdə 170 manata əldə edib Təqsirləndirilən şəxs1 ilə böldükdən sonra payına düşən ümumi təmiz çəkisi 4,997 qram narkotik vasitə heroini 0 2 ədəd bükümdə üzərində saxlayaraq daşımış, Nizami RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 25 yanvar 2021-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 59 ünvanında saxlanıldığı zaman üzərində saxladığı 02 büküm narkotik vasitə heroindən 01 ədəd bükümdə təmiz çəkisi 1,817 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə narkotik vasitə heroini ağız boşluğuna qoyaraq udmuş, Nizami RPİ-nə gətirilib şübhəli şəxs qismində tutulduqdan sonra 26 yanvar 2021-ci il tarixdə saat 06:00 radələrində orada olan otaqların birində onun üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan qara rəngli jiletin sağ yan cibindən 01 ədəd sarı rəngli parça pul qabının içə risindən şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 3,180 qram, yəni külli miqdarda olan və xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə eynilik təşkil edən qəhvəyi rəngli, tozşəkilli maddə narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bundan sonra barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edilərək Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına gətirilmiş, orada saxlanıldığı zaman daxili orqanında daşıyaraq həmin müəssisəyə gətirmiş olduğu qəhvəyi rəngli, tozşəkilli maddə narkotik vasitə olan heroini isti ntaqa məlum olmayan tarixdə təbii ehtiyacını ödəyərkən nəcisindən götürmüş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının inzibati ərazisində yerləşən cərimə təcridxanasının 21 saylı kamerasında çarpayısının ətrafına səpmiş, xx.xx.2021-ci il tarixdə saat 09:30 radələrində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının inzibati ərazisində yerləşən cərimə təcridxanasının 21 saylı kamerasına müəssisəsinin əməkdaşları tərəfindən axtarış-baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 yatdığı çarpayının ətrafına səpilmiş təmiz çəkisi 1,817 qram olan və xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1, eləcə də öz üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə eynilik təş kil edən qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Mirzəli Abbasov (sədrlik edən və məruzəçi), Ramin Qaraqurbanlı və Vaqif Mursaqulov) 05 iyul 2022-ci il tarixli, 1(103)-1070/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ilə endirilmiş, məhkumlar tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmişdir. Məhkumlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi və ona təyin edilmiş cəza müddətinin yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qərarı ədalətsizdir. Məhkəmələr ona cəza təyin edərkən, onun ailəli olması, ilk məhkumluğu və səmimi peşmançılığı nəzərə alınıb daha da yüngülləşdirilməsi barədə qərar qəbul edilməli idi. Məhkum Təqsirləndirilən şəxs1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qərarı ədalətsizdir. Məhkəmələr ona cəza təyin edərkən, onun ailəli olması, iki övladının olması, həyat yoldaşının ali məktəbdə müəllimə işləməsi və övladlarından birinin ali məktəb tələbəsi olması nəzərə alınmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Mə cəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin cinayət və cinayət prosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallar ına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkum Təqsirləndirilən şəxs1 və məhkum Təqsirləndirilən şəxs2 kassasiya şikayətlərinin başlıca dəlili məhkəmələr tərəfindən onların şəxsiyyətini və cəzasını yüngülləşdirici halları nəzərə almad an onlara ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai t əhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublik ası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarından görünür ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - ümumi təmiz çəkisi 8,145 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib böldükdən sonra payına düşən Təqsirləndirilən şəxs1 02 ədəd sellofan bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2,368 qram və 0,780 qram olmaqla ümumi təmiz çəkisi 3,148 qram, Təqsirləndirilən şəxs2 payına düşən ümumi təmiz çəkisi 4,997 qram narkotik vasitə heroini 02 ədəd bükümdə üzərində saxlayaraq daşımışdır (üzərində gəzdirmişdir). Bunlar işin mübahisə edilməyən hallarıdır, məhkəmələr də bu hissədə ittihamla düzgün olaraq razılaşmışdır. Həmçinin, iş üzrə axtarış və götürmə aparılması barədə protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs1 üzərində keçirilən şəxsi axtarış zamanı elektron tərəzi də aşkarlanmışdır. İşin bu halları məhkumların narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsinə dəlalət edir. Bununla da, məhkum Təqsirləndirilən şəxs1 və məhkum Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, onların hər birinə 6 (altı) il müddətinə аzаdlıqdаn məhrumеtmə cəzası təyin edilmişdir. Q eyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası məhkumların törətdiyi cinayətin xarakterini nəzərə alaraq qeyd edir ki, bu kateqoriya cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsi birbaşa qanunsuz olaraq əldə edilmiş narkotik vasitə və ya psixotrop maddənin növü və miqdarı ilə bağlıdır. Ona görə də məhkəmə kollegiyasının qənaətinə görə məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin edilmiş cəza onların törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətlərinə, habelə işin hallarına uyğun gəlir, cəza təyin edilərkən təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən halları və ailə vəziyyətini kifayə t qədər nəzərə alınmışdır. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın sərt olması və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi barədə dəlilləri ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərar ında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkum Təqsirləndirilən şəxs1 və məhkum Təqsirləndirilən şəxs2 barələrində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumlara təyin edilmiş cəza ədalətli və qanunidir, onların şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiya sı məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin məhkum Təqsirləndirilən şəxs1 və məhkum Təqsirləndirilən şəxs2 barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, məhkum Təqsirləndirilən şəxs1 və məhkum Təqsirləndirilən şəxs2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyul 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hes ab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dar cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1189/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1189/2023
05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver