Məhkəmə qərarları › İş №1(102)-1189/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1189/2024

06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1189/2024 06.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1310/2023 nömrəli, 05 iyul 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağ ıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamışdır. 2. 27 iyul 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 178.2.4, 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 22 avqust 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə ki, Məhkum qəsdən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Şəki şəhər sakini Zərərçəkmiş şəxs baldızı Şahid9 Şəki şəhərində yerləşən 18 saylı tam orta məktəbdə kitabxanaçı kimi işə düzəldəcəyinə dair yalan vədlər verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edib vahid niyyətlə Zərərçəkmiş şəxs 20 oktyabr 2021-ci il tarixdə, saat 15 radələrində Şəki şəhəri, X3 prospekti, 149B ünvanında yerləşən “Bank of Bakunun” Şəki filialının inzibati binasının yaxınlığında görüşüb 6.300 manat almış, daha sonra Zərərçəkmiş şəxs 08 noyabr 2021-ci il tarixdə, saat 13 radələrində Şəki şəhəri, X3 prospektində yerləşən "Görüş" marketdə olan Milliön ödəmə termina lından Məhkum “Kapital Banka” məxsus kart hesabına 1.800 manat, 05 yanvar 2022-ci il tarixdə, saat 18 radələrində ünvan 5 ünvanında yerləşən "Bazar Store" ticarət mərkəzinin qarşısında olan Milliön ödəmə terminalından isə həmin hesaba 800 manat köçürməklə, ümumilikdə 8.900 (səkkiz min doqquz yüz) manat məbləğində pulu alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, Məhkum satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 5,069 qram və 3,605 qram olmaqla, ümumi təmiz çəkisi 8,674 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisində n kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı alaraq əldə edib üzərində saxlamaqla daşımış və 10 noyabr 2021-ci il tarixdə, saat 11:50-də ünvan 6 ünvanının qarşısında Bakı şəhəri Suraxanı rayon polis idarəsinin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 8 ünvanında yerləşən Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, orada videoçəkilişdən istifadə olunmaqla üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 5,069 qram və 3,605 qram, ümumi çəkisi 8,674 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmçinin, Mə hkum satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 6,952 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib üzərində saxlamaqla daşımış, həmin narkotik vasitədən 0,695 qram heroini 28 mart 2022-ci il tarixdə Şahid11 8 manata satmış və 28 mart 2022-ci il tarixdə, saat 00:25-də Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşları tərəfindən axtarışda olduğu üçün barəsində keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Telman küçəsində saxlanılaraq ünvan 10 ünvanında yerləşən Suraxanı Rayon Polis İdarəsinin 31ci polis bölməsinə gətirilərək orada videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata ke çirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 6,257 qram, Şahid11 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə xarici görünüşünə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-226/2023 nömrəli, 17 aprel 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4, 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzas ına, Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddətin ona təyin edilmiş qəti cəzadan çıxılması və üzərində 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müddətindən çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 28 mart 2022-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci insta nsiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsi və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci və 234.4.3-cü maddəsi ilə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1310/2023 nömrəli, 05 iyul 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-226/2023 nömrəli, 17 aprel 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində qeyd edilir ki, cinayət işində şahid kimi tanınmış Şahid11 narkotik maddənin satılması nə istintaqda, nə də məhkəmədə təsdiqini tapmamasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlamışdır. Göstərilənlərə əsasən işinə obyektiv baxılması üçün cinayət işinin təkrar istintaqa göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanun i qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normalar ın düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum kassasiya şikayətində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi üzrə təqsirliliyinin sübuta yetirilmədiyini iddia etməklə, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud də yişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1310/2023 nömrəli, 05 iyul 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respubl ikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin c inayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddə ləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

21. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilmədiyinə dair dəlillərini əsassız hesab edir.

22. Belə ki, Məhkum birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət -hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, Məhkum ona verilmiş ittiham üzrə özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməsə də, onun həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması barədə protokol, üzləşdirmə istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, eləcə də cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

23. Kassasiya şikayətinin məhkum tərəfindən hazırki cinayət işi üzrə şahid olan Şahid11 narkotik vasitə satmasının sübuta yetirilmədiyinə dair iddiasının əksinə cinayət işinin materiallarında olan yuxarıda sadalanan sübutların məcmus u ilə müəyyən olunmuşdur ki, Məhkum ibtidai istintaq orqanından yayındığından onun barəsində axtarış elan edilmiş və o, 28 mart 2022-ci il tarixdə Suraxanı rayon polis idarəsinin 31-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq bölmənin inzibati binasına gətirilmiş, orada onun üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 6,257 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Eyni zamanda, polis əməkdaşları tərəfindən saxlanılarkən onun yanında tanışı Şahid11 olmuş, sonuncunun da üzərinə şəxsi axtarış keçirilmiş və narkotik vasitə heroin aşkar edilmişdir. Daha sonra ekspert rəyi əsasında hər iki şəxsdən aşkar edilmiş narkotik vasitələrin eyni tərkibli olması müəyyən olunmuşdur. İbti dai araşdırma dövründə Şahid11 verdiyi ifadələrində, həmçinin Məhkumla keçirilmiş üzləşdirmədə üzərindən aşkar edilmiş narkotik vasitə heroini tutulmamışdan əvvəl 8 (səkkiz) manata Məhkum aldığını bildirmişdir.

24. Belə olan halda məhkəmələr düzgün nəticəyə gəlib, Məhkum həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqı zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamasına dair vermiş olduğu ifadələrinin özünü müdafiə məqsədi daşıdığını, işin faktiki hallarına və cinayət işinin materiallarına uyğun olmayan ifadə kimi qiymətləndirib, bu ifadələri həmin hissədə mötəbər hesab etməmişlər.

25. Müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü yoxlandıqda, sübutlar və sübutetmə, eləcə də işin fakt iki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar edilməmiş, məhkəmə Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 178.2.4, 234.1 və 234.4.3-cü maddələrinin dispozisiyalarından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddələrlə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.

27. Yuxarıda təsvir edilənlərlə yanaşı məhkəmə kollegiyası eyni zamanda nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.

28. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

29. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1310/2023 nömr əli, 05 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1310/2023 nömrəli, 05 iyul 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar