Məhkəmə qərarları › İş №1(102)-1189/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1189/2025

02.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1189/2025 02.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 25 dekabr 2024-cü il tarixli 1 (106) – 983/2024 nömrəli qərarından Məhkum müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə baxılması üzrə məhkəmə iclasında MÜƏYYƏNETDİ: Laçın Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli 1(047) – 6/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim C.C.İbrahimov) Məhkum (xx xxx 1965-ci il tarixdə ünvan3ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, “X1 Rayon Mərkəzi Xəstəxanası” X9n direktor müavini - baş həkim vəzifəsində işləyən,əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki ünvan 2 ünvanında yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Məhkum üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, X1 və X2 (X2 rayonu ərazisində yerləşən iş yerindən (Azərbaycan Respublikası TƏBİB-nin “X1 Rayon Mərkəzi Xəstəxanası” X9) X7 rayonunun ərazisinə yerləşən iş yerinə (Azərbaycan Respublikası TƏBİB-nin “X12 Rayon Mərkəzi Xəstəxanası” X9) gedərkən X3, X4, X5 rayonlarının və X6 şəhərinin ərazisindən istifadə etmək hüququ verilməklə) rayonlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, məhkumun cəzasını yaşayış yeri üzrə çəkməsi, Məhkum üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə X14 Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, cəzaçəkmə müddətinin Məhkum cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Məhkum barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmçinin, həmin hökmlə X1 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə məhkum edilmişdir. Eyni zamanda, Laçın Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli 1(047) – 6/2024 nömrəli qərarı ilə Məhkum və Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş zərərin tamamilə ödənilməsi ilə əlaqədar – Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və həmin hissədə cinayət təqibinə xitam verilmişdir. Birinci instansiya m əhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında verilmiş əməllərin təsvirinə əsasən Məhkum bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər törədərək xuliqanlıq etmiş, həmçinin bir qrup şəxs halında zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, xx xx xx 2023-cü il tarixdə saat 22 radələrində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində olarkən qəfildən evin qarşısında dava-dalaşa xarakterik səsküy yarandığını eşidib nə baş verdiyini öyrənmək üçün çölə çıxarkən evin yaxınlığında qeyd olunan qəsəbədə yaşayan, ünva n6 sakini Təqsirləndirilən şəxs tanımadığı şəxslə mübahisə edib dalaşdığını, sonuncunun ünvanına təhqiramiz ifadələr işlətdiyini, bu səsküyə çoxsaylı şəxslərin toplaşdığını görüb həmin şəxslərə yaxınlaşıb nə baş verdiyini soruşarkən Təqsirləndirilən şəxs ünvan5 sakini, “XX11” markalı, ** xx xx xx *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs göstərib həmin şəxsin qonşuluqda yaşayan, yüngül həyat tərzi keçirən Şahid1 və sonuncunun anası X2 ilə əylənmək məqsədilə bu ünvanı tapmaq üçün onun yaşadığı evin ünvanını soruşa-soruşa qəsəbəyə gəldiyini bildirərkən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əlindən çıxıb ona tərəf gələrək hadisələrin sonuncunun qeyd etdiyi kimi baş vermədiyini, taksi sürücüsü olduğunu və həmin ünvana qadınlarla əylənm ək üçün deyil, müştərini götürmək üçün gəldiyini dəfələrlə izah etsə də, o, sonuncunun bu sözlərinə heç bir məhəl qoymayıb cəmiyyətdə özünün tanınmış biri olduğunu, onun adının və yaşadığı ünvanın əxlaqsızlıq məsələlərində hallanmasının onun üçün təhqiramiz hal olduğunu deyib, yəni ətrafdakı şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək məqsədi ilə qonşusu Təqsirləndirilən şəxs qoşularaq bir qrup şəxs halında birlikdə Zərərçəkmiş şəxsla mübahisə etməyə və sonuncunun ünvanına uca səslə müxtəlif söyüşlər söyməyə başlamış, Zərərçəkmiş şəxs təkrarən hər hansı pis niyyətlə qəsəbəyə gəlmədiyini izah edərkən Zərərçəkmiş şəxs zor tətbiq edib bir sillə zərbəsi vurub kiçik söz-söhbətin ictimai qaydanın kobud surətdə pozulmasına və cə miyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməsinə səbəb olaraq, dəfələrlə uca səslə Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etmiş, sonuncu özünü qorumaq məqsədi ilə qaçıb oradan uzaqlaşmağa çalışsa da o, sakitləşməyib Təqsirləndirilən şəxs ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs tutub ətrafda yaşayan, habelə səs-küyə hadisə yerinə toplaşmış çoxsaylı şəxslər üçün - aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək, Təqsirləndirilən şəxsla birlikdə bir daha uca səslə Zərərçəkmiş şəxs ünvanına təhqiramiz söyüşlər söyüb təhqir etmiş, daha sonra isə bir qrup şəxs halında sonuncuya zor tətbiq edib əl zərbələri ilə Zərərçəkmiş şəxs müxtəlif nahiyələrinə zərbələr vurub dalaşmış, ətrafdakı şəxslərin araya girib onu və Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmalarına baxmayaraq xuliqanlıq hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs kobud zorakılıqla sarsıtmaq, onda vahimə yaratmaq və müvəqqəti də olsa, onu öz iradələrinə tabe etdirmək məqsədi ilə ilk öncə Təqsirləndirilən şəxs, ardınca isə o, Zərərçəkmiş şəxs təkrarən zor tətbiq edərək burun nahiyəsinə hər biri bir dəfə möhkəm yumruq zərbəsi vurmaqla ona burun tənəffüsünün pozulması ilə müşayiət edilən burun sümüyünün sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuş, habelə sağ alt göz qapağında qançır, burunun yumşaq toxumalarının qançır və şişkinliyi, burun tini üzərində sıyrıq ilə müşayiət edi lən sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, bu hərəkətləri ilə qəsəbə sakinlərinin normal istirahətinin təxminən 1 saat ərzində pozulmasına səbəb olub bir qrup şəxs olaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər törədərək xuliqanlıq etmiş, həmçinin bir qrup şəxs halında zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Y.X.Həşimov, hakimlər E.İ.Əliyev və H.X.Bəhmənovdan ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən Laçın Rayon Məhkəməsinin 17 se ntyabr 2024-cü il tarixli hökmündən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti vermişdir. Müdafiəçi4 kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsinə dair yeni qərarın çıxarılmasını xahiş etmişdir. Lakin, Məhkum kassasiya şikayətinə məhkəmə iclasında baxılanadək – 1 may 2025-ci il tarixli ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü b ildirmişdir (məhkumun ərizəsi Ali Məhkəməyə 1 may 2025-ci il tarixdə daxil olmuşdur). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.5-ci maddəsinə əsasən kassasiya şikayətinə kassasiya instansiyası məhkəməsində baxılanadək məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Hazırki vəziyyətə də şamil edilə bilən Cinayət-Prosessual Məcəllənin 414.8-ci maddəsində nəzərdə tutulmuş qaydadaya görə “Kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır”. Məhkəmə kollegiyası k assasiya şikayətinin geri götürülməsi haqqında Məhkum ərizəsini, eləcə də bunun məhkumun hüququ olmasına dair dövlət ittihamçısının çıxışını nəzərə alıb, yuxarıda istinad olunan cinayət - prosessual normaların tələblərinə əsaslanaraq, həmin ərizənin təmin edilərək kassasiya şikayətinin geri qaytarılmasını və bununla əlaqədar, eyni zamanda məhkəmə baxışında başqa kassasiya müraciəti olmadığı üçün, kassasiya şikayətinə baxılmasına xitam verilməsini mümkün bilir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 25 dekabr 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti Məhkum müraciətinə ə sasən məhkəmə baxışından çıxarılaraq geri qaytarılsın və bununla əlaqədar kassasiya şikayətinə baxılmasına xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar